Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-19/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlundan və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı Alqayıd oğlunun və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Alqayıd oğlunun cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı x xxxxxx N994-cü ildə həlak olmuş X3 icbari sığorta üzrə ödəmənin alınması üçün, Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N8-ci il tarixli N nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-N(085)-420/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Alqayıd oğlu cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, x xxxxxx N994-cü ildə həlak olmuş X3 icbari sığorta üzrə ödəmənin alınması üçün, Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N8-ci il tarixli N nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X6 N972-ci ildə doğulmuş, xx.xx.N99Nci ildə Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış, həmin tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif ərazilərdə yerləşən hərbi hissələrində qulluq etmiş, sonuncu dəfə Şəmkir rayon ərazisində yerləşən N saylı hərbi hissədə xidmət apararkən xx xxxxxx N994-cü ildə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, Sumqayıt şəhər şəhidlər xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.20N8-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Fərmanda göstərilən sənədləri toplayıb yaşadığı ərazi üzrə notariat kontoruna müraciət etmiş, vərəsəlik haqqında şəhadətnamə almaq istəyərkən notariat kontorunun işçiləri bununla bağlı sistemə daxil olmuş və müəyyən etmişlər ki, Səfərbərliklə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş N997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısında axtarılan şəxs aşkar olunmamışdır. Bununla bağlı iddiaçı ərizə ilə cavabdehə müraciət etdikdə ona yazılı surətdə cavab olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N8-ci il tarixli N nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. İddiaçının oğlu N972-ci il təvəllüdlü əsgər X6 N saylı hərbi hissə komandirinin teleqramına və 34 saylı xx.xx.N994-cü il tarixli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən xx xxxxxx N994-cü ildə hərbi xidməti zamanı “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən vəfat etmişdir. XN ölüm səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqələndirilmədiyindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N8-ci il tarixli N nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınmamışdır. N997-ci il avqust ayının 2də “Hərbi qulluqçuların icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanun qəbul edildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq N997-ci ilin avqustun 2-dən sonra yaranmış münasibətlərə tətbiq olunmağa başlamışdır. Yəni N997-ci ilin avqustun 2-dən sonra həlak olmuş hərbi qulluq keçmə dövründə həlak olmuş, ölmüş, xəbərsiz itkin düşmüş şəxslərə şamil edilməyə başlanmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20N4-cü il tarixli Qərarına əsasən N997-ci ilin avqustun 2-nə qədər həlak olmuş, ölmüş və xəbərsiz itkin düşmüş şəxslərədə şamil edilməyi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.20N8-ci il tarixli sərəncamı ilə N997-ci ilin avqustun 2-nə qədər həlak olmuş, ölmüş, xəbərsiz itkin düşmüş şəxslərə sığorta məbləğinin ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. N997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada NN.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi qeyd olunmuşdur. Sərəncamdan görünür ki, 3 kateqoriya hərbi qulluqçulara sığorta məbləği ödənilir. X6 təqdim olunmuş sənədlərdən görünür ki, hərbi xidmət zamanı ürəyin işemik xəstəliyindən ölmüşdür. Fərmandan və hərbi qulluqçuların məcburi icbari sığortası haqqında Azərbaycan Respublikasının x xxxxxx N997-ci il tarixli qanuna əsasən hərbi xidmət zamanı həlak olmuş, ölmüş və xəbərsiz itkin düşmüş şəxslərə ödənilir. Cavabdeh onun oğlunun hərbi xidmət zamanı ölməsini təsdiq etsə də, lakin onu sığorta məbləği alınan şəxslərin siyahısından çıxartmışdır. Ona əvvəlcə şəhid ailəsi statusu verilsə də, sonradan ləğv olunmuşdur. Bu qanunvericiliyin kobud surətdə pozulması deməkdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-N(085)-420/20N9 saylı xx xxxxxx 20N9-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir (hakim Z.Pirverdiyev). Qərardan cavabdeh apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-N(085)-420/20N9 saylı xx xxxxxx 20N9-cu il tarixli qərarın ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxx 20N9-cu il tarixli qərarı ilə (hakimlər X8-məruzəçi, X9 və Babayeva Hökümə Çingiz qızı, 2-N(N05)- 363/20N9 saylı iş) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati- İqtisadi 2-N(85)-420/20N9 saylı xx.xx.20N9-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N05)-4/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər X7-məruzəçi, X2 və X5) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N05)- 363/20N9 saylı, xx xxx 20N9-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N8-ci ii tarixli N nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. İddiaçının oğlu N972-ci il təvəllüdlü əsgər X6 N №-li hərbi hissə komandirinin teleqramına və 34 №-li xx.xx.N994-cü il tarixli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən xx xxxxxx N994-cü ildə hərbi xidməti zamanı “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N8-ci il tarixli N nömrəli Fərmanına əsasən NN000 manat məbləgində birdəfəlik ödəmənin ölümün səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqələndirilmiş 3 kateqoriya hərbi qulluqçularıın vərəsələrinə verilməsi nəzərdə tutulmuşdur. N-ci kateqoriya - həlak olmuş hərbi qulluqçuların; 2-ci kateqoriya - ölmüş hərbi qulluqçuların; 3-cü kateqoriya - hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların. N972-ci il təvəllüdlü C.Ə.Fərəcov sənədlərdən də göründüyü kimi hərbi xidməti zamanı sağlamlığın pozulması “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbi ilə vəfat etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Alqayıd oğlu və onun vəkili Vəkil apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 20N8-ci il tarixli N nömrəli Fərmanının N-ci bəndinə əsasən, N997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada NN.000 manat məbləğində birdəfəlik ödəmə verilməlidir. Həmin Fərmanın 4-cü bəndinə əsasən, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə NN000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti N997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. İş materiallarında olan xx xxxxxx N994-cü il tarixli 45586N saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx N994-cü il tarixdə şəhid olmuşdur. AZ seriyalı 064573 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx N994-cü il tarixdə N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. N saylı hərbi hissənin Sumqayıt Hərbi Komissarlığına ünvanlanmış xx xxxxxx N994cü il tarixli 39N3 saylı teleqramın surətindən görünür ki, xx xxxx N994-cü il tarixli çağrılış X6 infarktdan ölmüşdür. xx xxxxxx N994-cü il tarixli 34 saylı ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx N994-cü il tarixdə “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən hərbi hissədə qəflətən ölmüşdür. Sumqayıt Şəhər Hərbi Komissarlığının xx xxxxxx N994-cü il tarixli məlumatının surətindən görünür ki, X6 xx xxxxxx N994-cü il tarixdə N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən sənədlər arasında ziddiyətin aydınlaşdırılması üçün müvafiq sorğular vermişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında akt qeydinin surətindən görünür ki, X6 N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Müdafi Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxxxx 2020-ci il tarixli, N/vət-N4797 nömrəli məktubundan və xx xxxxxx 2020-ci il tarixli, 9/2- N0477 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə xx xxxxxxx N993-xx xxxxxx N993-cü ilədək döyüş əməliyyatlarında iştirak etmişdir. X6 xx xxxxxx N994-cü ildə xəstəlikdən vəfat etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 238 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatından çıxarılmışdır. Ölüm öz xidməti vəzifəsini yerinə yetirərkən baş vermişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.N-ci bəndinin üçüncü hissəsində qeyd edilir ki, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının oğlu gizir və zabit deyil, əsgər, yəni digər hərbi qulluqçuların kateqoriyasında olmuşdur. Qaydalara görə bu kateqoriya üzrə hərbi qulluqçularla bağlı şəhid ailəsi statusu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbənin verdiyi arayışla təsdiq edilir və belə arayış xx xxxxxx N994-cü il tarixdə Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən verilmişdir. Məhkəmə kollegiyası, Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən verilən arayışı və C.Fərəcovun ölümünün öz xidməti vəzifəsini yerinə yetirərkən baş verdiyini nəzərə alaraq hesab edir ki, x xxxxxx N994-cü ildə ölmüş X3 icbari sığorta üzrə ödəmənin alınması üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N8-ci il tarixli N nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-N(085)-420/20N9 saylı, xx xxxxxx 20N9-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-N(085)-420/20N9 saylı, xx xxxxxx 20N9cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-19/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-19/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver