Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-19/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X20 (sədrlik edən, məruzəçi hakim), hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Üçüncü şəxs X13 nümayəndəsi Nümayəndə2, nümayəndə və vəkilləri Vəkil1, Nümayəndə3 Mutruzəli oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon Gödəkli kəndi ərazisində yerləşən mərhum Daştəmirov Rəşid Balasoltan oğlunun adına olan 0.57 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki paportun tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2-1(118)-54/2022 nömrəli qərarından İddiaçı nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs X13 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları X10 ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə Xaçmaz rayonunun Gödəkli kəndində 2.87 ha torpaq sahəsi ayrılmış və JN:158 nömrəli KOD 30204028 nömrəli Dövlət aktı verilmişdir. JN:158 nömrəli KOD 30204028 nömrəli Dövlət aktının surətindən görünür ki, Daştəmirov Rəşid Balasoltan oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə 0.57 ha kənd təsərüffatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Daştəmirov Rəşid Balasoltan oğlu xx.xx.2018-ci ildə ölmüşdür. İddiaçı Daştəmirov Rəşid Balasoltan oğlunun vərəsəsi olaraq qanun üzrə vərəsəlik haqqında şəhadətnəmə əldə etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra Şöbəsindən daxil olmuş Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-519 saylı qətnaməsi əsasında JN-158 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2.87 ha torpaq sahəsinin 1.71 ha və 1.16 ha hissələrə ayrılması və həmin hissələrə yeni sənədlərin verilməsi qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı əsasında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-519 saylı qətnaməsinə izah verilərək JN-158 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2.87 ha torpaq sahəsinin bölgü istiqaməti aparılmışdır. Müraciətdə göstərilən JN-158 KOD 30204028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 0.57 ha hissəsinə 5 saylı Ərazi İdarəsinin elekton məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış ərizə və ona əlavə edilmiş sənəddən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından şikayət verildiyi bildirilmişdir. Göstərilənləri nəzərə alaraq ərizənin icrası mümkün olmamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X8 adına 2.87 ha torpaq sahəsinə verilmiş JN158 KOD 30204028 nömrəli dövlət aktı, xx.xx.2006-cı il tarixli 2-1154 a saylı Qusar Rayon Məhkəməsnin qətnaməsinə əsasən 2.30 ha hissəsinə Nümayəndə2 adına JN-389 KOD 30204028 nömrəli və 0.57 ha torpaq sahəsinə X19 adna JN 390 KOD 30204028 nömrəli dövlət aktları verlmişdir. X29 0.57 ha torpaq sahəsinin 21 oktyabr 2013-cü il tarixli 4ə- 1774 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X25 adına özgəninkiləşdirilmiş. X34 22 iyul 2018-ci il tarixli 4 ə-1492 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.57 ha torpaq sahəsini X13 adına özgəninkiləşdirilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, JN-158 KOD 30204028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt” ında göstərilən 2.87 ha torpaq sahəsindən 0.57 ha torpaq sahəsinə Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı və Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1154a saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X19 adına JN-390 KOD 30204028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmişdir. X7 adına olan həmin torpaq sahəsini Xaçmaz rayon 1 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli, 4Ə-1774 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X25 adına özgəninkiləşdirmiş, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarışla X25 mülkiyyət hüququ tanınmışdır. X34 yuxarıda qeyd olunan torpaq sahəsini Xaçmaz rayon 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə- 1492 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X14 adına özgəninkiləşdirmiş, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X14 mülkiyyət hüququ tanınmışdır. Cavabdehin mütəxəssis rəyindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi əsasında X15 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsinə dair hər hansı huquq müəyyənedici sənədlər olmadığından və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığından həmin torpaq sahəsinin naturada yerləşmə mövqeyini müəyyən etmək mümkün deyildir. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi əsasında X15 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsinə dair hər hansı huquq müəyyənedici sənədlər olmadığından və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığından X10 aid 0,57 ha hissəsinin naturada yerləşmə mövqeyini müəyyən etmək mümkün deyildir. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi əsasında X15 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsinə dair hər hansı huquq müəyyənedici sənədlər olmadığından və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığından X10 aid 0,57 ha hissənin Torpağa Mülkiyyət hüququna dair JN-0390 KOD 30204028 Dövlət Aktında qeyd edilmiş 0,57 ha torpaq sahəsinin koordinatları və ölçüləri ilə üstüstə düşüb düşməməsinin müəyyən etmək mümkün deyildir. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi əsasında X15 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsinə dair hər hansı huquq müəyyənedici sənədlər olmadığından və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığından X21 aid 0,57 ha hissənin Torpağa Mülkiyyət hüququna dair JN-0390 KOD 30204028 Dövlət Aktında qeyd edilmiş 0,57 ha torpaq sahəsinin koordinatları və ölçüləri ilə üst-üstə düşüb düşməməsinin müəyyən etmək mümkün deyildir. X19 adına olan Torpağa Mülkiyyət hüququna dair JN- 0390 KOD 30204028 Dövlət Aktında qeyd edilmiş 0,57 ha torpaq sahəsinin koordinatları və ölçüləri ilə X13 RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış əsasında verilmiş Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən 0.57 ha torpaq sahəsinin ölçüləri və kordinatları bütövlükdə üst-üstə düşür. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli Qətnaməsi əsasında X16 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsinə dair hər hansı huquq müəyyənedici sənədlər olmadığından və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığından X10 aid 0,57 ha hissənin X17 RX seriyalı,1352575 nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış əsasında verilmiş Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin ölçüləri və koordinatları üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün deyildir. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli Qətnaməsi əsasında X15 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsinə dair hər hansı huquq müəyyənedici sənədlər olmadığından və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığından X11 aid 0.57 ha hissəsinin koordinatları və ölçüləri iş məktuba əlavə edilmiş mütəxəssis rəyində göstərilən koordinatları və ölçüləri, torpaq sahəsinin yerləşmə cizgisi ilə uyğun olub- olmamasını müəyyən etmək mümkün deyildir. Müvafiq məhkəmə qətnaməsi ilə ləğv edilmiş Nümayəndə2 adına olan 2.30 ha torpaq sahəsinə dair Torpağa mülkiyyət hüququ haqqında JN-389 KOD ******* Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin koordinatları və ölçüləri ilə X19 adına olan Torpağa mülkiyyət hüququna dair JN-0390 KOD 30204028 Dövlət Aktında qeyd edilmiş 0,57 ha torpaq sahəsinin koordinatları və ölçüləri ilə üst-üstə düşmür. Cavabdehin mütəxəssis rəyindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi əsasında X15 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsinə dair hər hansı huquq müəyyənedici sənədlər olmadığından və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığından həmin torpaq sahəsinin naturada yerləşmə mövqeyini müəyyən etmək mümkün deyildir. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi əsasında X15 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsinə dair hər hansı huquq müəyyənedici sənədlər olmadığından və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığından X10 aid 0,57 ha hissəsinin naturada yerləşmə mövqeyini müəyyən etmək mümkün deyildir. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi əsasında X15 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsinə dair hər hansı huquq müəyyənedici sənədlər olmadığından və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığından X10 aid 0,57 ha hissənin Torpağa Mülkiyyət hüququna dair JN-0390 KOD 30204028 Dövlət Aktında qeyd edilmiş 0,57 ha torpaq sahəsinin koordinatları və ölçüləri ilə üstüstə düşüb düşməməsinin müəyyən etmək mümkün deyildir. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi əsasında X15 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsinə dair hər hansı huquq müəyyənedici sənədlər olmadığından və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığından X21 aid 0,57 ha hissənin Torpağa Mülkiyyət hüququna dair JN-0390 KOD 30204028 Dövlət Aktında qeyd edilmiş 0,57 ha torpaq sahəsinin koordinatları və ölçüləri ilə üst-üstə düşüb düşməməsinin müəyyən etmək mümkün deyildir. X19 adına olan Torpağa Mülkiyyət hüququna dair JN- 0390 KOD 30204028 Dövlət Aktında qeyd edilmiş 0,57 ha torpaq sahəsinin koordinatları və ölçüləri ilə X13 RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış əsasında verilmiş Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən 0.57 ha torpaq sahəsinin ölçüləri və kordinatları bütövlükdə üst-üstə düşür. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli Qətnaməsi əsasında X16 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsinə dair hər hansı huquq müəyyənedici sənədlər olmadığından və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığından X10 aid 0,57 ha hissənin X17 RX seriyalı,1352575 nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış əsasında verilmiş Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin ölçüləri və koordinatları üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün deyildir. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli Qətnaməsi əsasında X15 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsinə dair hər hansı huquq müəyyənedici sənədlər olmadığından və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmadığından X11 aid 0.57 ha hissəsinin koordinatları və ölçüləri iş məktuba əlavə edilmiş mütəxəssis rəyində göstərilən koordinatları və ölçüləri, torpaq sahəsinin yerləşmə cizgisi ilə uyğun olub- olmamasını müəyyən etmək mümkün deyildir. Müvafiq məhkəmə qətnaməsi ilə ləğv edilmiş Nümayəndə2 adına olan 2.30 ha torpaq sahəsinə dair Torpağa mülkiyyət hüququ haqqında JN-389 KOD ******* Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin koordinatları və ölçüləri ilə X19 adına olan Torpağa mülkiyyət hüququna dair JN-0390 KOD 30204028 Dövlət Aktında qeyd edilmiş 0,57 ha torpaq sahəsinin koordinatları və ölçüləri ilə üst-üstə düşmür. Qeyd: xx.xx.2023-ci il tarixli məktubla əlaqədar olaraq yerində müayinənin keçirilməsi xx.xx.2023 -ci il tarixində saat 14:30-a təyin edilmiş vaxtda komissiyanın iştirakı ilə tərəfimizdən mübahisəli torpaq sahəsində ölçü işləri aparılmışdır. Mütəxəssis rəyinə əlavə olaraq bildiririk ki, JN-0390 KOD 30204028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət X4 adına olan 0,57 ha torpaq sahəsi, xx.xx.2013-ci il tarixində 4Ə-1774 nömrəli alqı-satqı müqaviləsi ilə X3, həmin 0.57 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixində 4Ə- 1492 nömrəli alqı-satqı müqaviləsi ilə X1 və xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi, **********68 reyestr nömrəsi ilə X14 adına çıxarış verilmişdir.Nümayəndə2 adına olan JN-389 KOD 30204028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş **********59 reyestr nömrəli çıxarış Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)- 1985/2018 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Qeyd etmək lazımdır ki, JN-389 KOD 30204028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş 2.30 ha torpaq sahəsi X9 və ailə üzvlərinin adına olan JN-158 KOD 30204028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında olan 2.87 ha torpaq sahəsindən bölünmüşdür. Cavabdehin mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada mövcuddur və Nümayəndə2 istifadəsində olan çoxillik meyvə (qilas) bağı yerləşir. Naturada yerləşmə mövqeyinə aid sxem və koordinatları sxemdə əks olunur.İddiaçının iddia etdiyi torpaq sahəsi naturada Nümayəndə2 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Mülkiyyət sənədinə əsasən ailə üzvlərinin birgə paylı mülkiyyətdə olan 2.30 ha torpaq sahəsinin tərkibindədir. İddiaçının iddia etdiyi torpaq sahəsi Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən X2 adına olan JN-158 KOD 30204028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən 2.87 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsi X17 RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış əsasında verilmiş Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən 0.57 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-ci il tarixli Qətnaməsi əsasında X16 və X21 birgə ayrılmış 1.16 ha torpaq sahəsi elektron baza məlumatlarında olan xəritə üzərində öz əksini tapmadığından iddiaçının iddia etdiyi torpaq sahəsi qeyd olunan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Xaçmaz rayon Gödəkli kəndi ərazisində yerləşən X2 adına olan 0.57 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən onun oğlu X10 ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə Xaçmaz rayonunun Gödəkli kəndində 2.87 ha torpaq sahəsi ayrılmış və JN:158 nömrəli KOD 30204028 nömrəli dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 2.30 ha torpaq sahəsinə dair Nümayəndə2 saxta sənədlər əsasında JN-389 KOD 30204028 nömrəli Dövlət Aktı almış və oğlunun mülkiyyətində olan torpaq sahəsini saxta yollarla ələ keçirmişdir. Bundan sonra onların məhkəmədə qaldırdıqları iddiaya əsasən həmin Nümayəndə2 saxta sənədlər əsasında almiş JN-389 KOD 30204028 nömrəli Dövlət Aktı və onun əsasinda verilmiş çıxarış ləğv olunmuşdur. Həmçinin torpağın cavabdehin qanunsuz sahibliyindən alınması barədə məhkəmə qərari çıxarılmış və icraya göndərilmiş və icra məmurunun aktı əsasında torpaq ölçülərək ona təhvil verilmişdir. Həmin torpaq sahəsinin 0.57 ha hissəsi oqlu X27 oqluna ayrılmış pay hissəsidir. Oğlu xx.xx.2018-ci ildə vəfat etmişdir. Oğlu vəfat etməmişdən əvvəl ona bütün əmlakina dair vəsiyyətnamə vermişdir. Oğlu rəhmətə getdikdən sonra iddiaçı notariat orqanına ərizə ilə müraciət etmiş və orda vərəsəlik işi açılmışdır. Torpağın çıxarışı olmadığından notaris ona vərəsəlik şəhadətnaməsi verə bilmədiyini bildirmişdir. O dəfələrlə cavabdeh idarəyə oğluna məxsus torpaqa dair çıxarışın verilməsi barədə müraciət etsə də cavabdeh hər dəfə bir bəhanə ilə ona çıxarışın və plan sxemin verilməsindən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra Şöbəsindən daxil olmuş Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-519 saylı qətnaməsi əsasında JN-158 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2.87 ha torpaq sahəsinin 1.71 ha və 1.16 ha hissələrə ayrılması və həmin hissələrə yeni sənədlərin verilməsi qərara alınmışdır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadı əsasında Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-519 saylı qətnaməsinə izah verilərək JN-158 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2.87 ha torpaq sahəsinin bölgü istiqaməti aparılmışdır. Müraciətdə göstərilən JN-158 KOD 30204028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 0.57 ha hissəsinə 5 saylı az Ərazi İdarəsinin elekton məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış ərizə və ona əlavə edilmiş sənəddən Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(067)-50/2020 saylı qərardadından şikayət verildiyi bildirilmişdir. Göstərilənləri nəzərə alaraq ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2-1(118)-54/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, Xaçmaz rayon Gödəkli kəndi ərazisində yerləşən X2 adına olan 0.57 ha torpaq sahəsinə dair həmin şəxsin adına plan-ölçü sənədi verilmədən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin faktiki istifadəsində torpaq sahəsi olmadığı üçün inzibati orqan tərəfindən həmin torpaq sahəsinə plan ölçü sənədinin verilməsi mümkün deyil və iddia həmin hissədə əsaslı hesab edilə bilməz. Lakin Xaçmaz Rayon Gödəkli kəndi ərazisində yerləşən X2 adına olan 0.57 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istisna edəcək bir hal mövcud deyil. X2 0.57 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ yuxarıda qeyd edilən dövlət aktı və məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda qüvvəyə minmiş məhkəmə qərarlarından və inzibati orqanın təqdim etdiyi sənədlərdən görsənir ki, hazırkı işdə mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxs X13 mülkiyyətində olan topaq sahələri başqa-başqa torpaq sahələridir. X2 0.57 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun hazırda qüvvədə olan qaydalara uyğun olaraq dövlət qeydiyyata alınmaması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqları vərəsəlik qaydasında öz adına keçirmək niyyətindədir. Həmin torpaq sahəsinin X22 qanunsuz sahibliyindən alınması ilə bağlı məhkəmə qərarının icra olunması həmin torpaq sahəsinə plan ölçü sənədinin verilməsi üçün əsas yarada bilər. Həmin məhkəmə qərarının icra olunmaması isə müvafiq plan ölçü sənədinin veriməsini istisna edir. Lakin bu hal yuxarıda qeyd edilən dövlət aktı ilə mülkiyyət hüququ tanınan X2 mülkiyyət hüququnun hazırda qüvvədə olan qaydalara uyğun olaraq dövlət reystrində qeydə alınmanı istisna etmir. Cavabdeh inzibati orqan əsasız imtina edərək iddiaçının yuxarıda qeyd edilən qanunla qorunan gözlənilən mülkiyyət hüququnun əldə edilməsinin qarşısını alaraq, onun hüquqlarını pozmuşdur. İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək qərarın iddianın təmin olunmaması hissəsində ləğv olunması və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X13 nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 0.57 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət aktı və məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda, qüvvəyə minmiş məhkəmə qərarlarından və inzibati orqanın təqdim etdiyi sənədlərdən görünür ki, hazırkı işdə mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxs X13 mülkiyyətində olan torpaq sahələri başqa-başqa torpaq sahələridir. X40 Bahadirov İmranin həyat yoldaşı olmaqla Daşdəmirov Camala məxsus 0.57 ha torpaq sahəsini almışdır. (saxta dövlət aktı əsasinda). Səfurə Bahadırovanın istifadəsində olan əvvəllər Daşdəmirov Camala məxsus olmuş torpaq sahəsidir. Halbuki şimal istiqamətində olan 0,57 ha torpaq sahəsi faktiki istifadəsindədir, məhkəmə özü də həmin torpaq sahəsinin üçüncü şəxs X13 mülkiyyətində olan topaq sahəsi ilə başqa-başqa torpaq sahələri olması qərarına gəlmişdir. Hazırda qanuni qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 8(106)-146/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 13 sentyabr 2022-ci il tarixli 8(067)135 saylı, 8(067)58 saylı 19 iyun 2020-ci il tarixli, 8(105)166 saylı 09 dekabr 2020-ci il tarixli ,8(067)104 saylı, 01 iyun 2021-ci il tarixli (və bir cox saylı) və 30 iyun 2022-ci il tarixli 8(106)88 saylı qərardadı ilə icra məmuru və İmran Bahadirov tərəfindən aparılan oyunlara son qoyulması ücün ədalətli qərar qəbul etmiş və icra olunması ücün geri qaytarmiş və həmin qərardadların əsaslandırıcı hissəsində də bu məsələyə işin mübahisəsiz halı kimi qiymət verilmişdir. Məhkəmədə vəsatət verib onun mülkiyyətində olan 0,57 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədilə iş üzr məhkəmə tikintitexniki və torpaqünaslıq ekspertizasının təyin olunmasını xahiş etsə də vəsatəti təmin olunmamışdır. Faktiki və qanuni istifadəsində olan 0,57 ha torpaq sahəsi ilə üçüncü şəxs X13 xüsusi mülkiyyətində olan 0,57 ha torpaq sahəsi üst-üstə düşmürsə, iddia tələbinin plan ölçü sənədinin verilməsi hissəsində rədd olunması əsassızdır. Bundan əlavə, əgər konkret torpaq sahəsinə xüsusi mülkiyyət kimi çıxarış verilirsə, həmin torpaq sahəsinin koordinatları müəyyən olunaraq texniki sənədi də verilməlidir. Belə ki, hələ 2006-ci il tarixli Xacmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən X15 və X39 oqluna məxsus olan 1.16 ha torpaq sahəsinin payları ayrılmış və X39 oqluna məxsus torpaq sahəsinə cıxarış və plan sxem verilmişdir. Belə olan halda hansı səbəbdən X27 oqlunun mülkiyyətində olan torpaq sahəsinə plan sxem verilməli olmadığını məhkəmə öz qərarında əsaslandırmamışdır. Üçüncü şəxs X13 hazırda xüsusi mülkiyyətində olan 0,57 ha torpaq sahəsinin (çıxarış No 1352575) plan və ölçü sənədi olduğu halda və onun qanuni istifadəsində olan 0,57 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi halda, üçüncü şəxsin əri Nümayəndə2 adına 2.30 ha torpaq sahəsinə verilmiş çıxarış ləğv edildiyi halda 5 saylı Ərazi İdarəsi Bahadırovlara havadarlığı ilə iki il əsassız inzibati məhkəmə cəkişməsi, 6 il məhkəmə qərarının icrasiz qalması olaraq ona plan və ölçü sənədi verilmir. Sumqayıt İnzibati Məhkəməsi ilk olaraq 23 avqust 2021-ci il tarixli, 2-1(118)565 saylı qərari ilə iddianın tam təmin olunması barədə qərar qəbul etməsinə baxmayaraq, sonradan maraqlarına toxunmayan şəxsi ücüncü şəxs kimi işə cəlb etmiş və uzun müddət - iki ilə yaxin süründürməcilikdən sonra müddətdən sonra iddia tələbini əsassiz olaraq qismən təmin etmişdir. Belə bir ərizə, şikayət, iddialar verilməsinin, yüzlərlə qərarların cıxmasının və bu süründürməciliyin səbəbi və məqsədi X6 məhkəmə qərarını qərəzli olaraq icra etməməsi üçün dolayı yollar axtarmasıdır. Camal Daşdəmirov ilə Rəşidə Daşdəmirovaya məxsus payin 1.16 ha hissəsinin ayrılmasını və Camala Daşdəmirova məxsus 0.58 ha torpaq sahəsinə payın ayrılaraq çıxarışın və plan sxemin Səfurə Bahadurovanın adına verilməsini və Rəşidə Daşdəmirovaya məxsus olan 0.58 ha torpaq sahəsinin də Camala (Səfurəyə) məxsus torpaq sahəsi ilə bitişik olmasını nəzərə alaraq, Torpaq sahəsinin Camala Daşdəmirova məxsus olmuş torpaq sahəsindən sonra şimal tərəfdən koordinatları müəyyən olunaraq plan sxemin və cıxarışın verilməsi ücün hec bir məhdudiyyət yoxdur. İddia tələbi tam təmin olunması ilə uzun illər nəticə olaraq icrasız qalmış dövlətin adından çıxan qərar icra olunar. Həmin qərarın icrası nəticəsində onun da pozulmuş hüquqları bərpa olunar. Məhkəmə qərarının icra olunması məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəli və qəbul olunmuş məhkəmə qərarın əhəmiyyətsiz olmaqdan qurtarar. Həmin çıxarış və plan-ölçü sənədinin əsasında torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi isə sadə texniki məsələdir. Qeyd edilən torpaq sahəsinə dair cizgidə torpaq sahəsinin ona məxsusluğu, verilmiş arayışlarda məhkəmə qərarlarında öz təsdiqini tapır, həmçinin Səfurə Bahadurovaya məxsus torpaq sahəsinin tamamilə ayrı yerdə yerləşməsi, əvvəllər Camal Daşdəmirova məxsus olmuş torpaq sahəsi olması və Rəşid Daşdəmirov torpaq sahəsinin onlara məxsusluğunun müəyyən edilməsinə baxmayaraq, məhkəmə bu xüsusatlara diqqət ayırmamışdır. Torpaq sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst üstə düşməsi barədə 3-cü şəxsin uydurmasıdır və bu uydurma onların hüquqlarını poza bilməz. Bu uydurma sadəcə məhkəmə mübahisəsinin uzatması məqsədi güdür və məhkəməni fikrini caşdırmaq məqsədi güdür, məhkəməni aldatmaq məqsədi güdür. (Bunun son sübutu olaraq ücüncü şəxsin ləqv olunmuş Xacmaz Rayon Məhkəməsinin qərardadının apellyasiya şikayətinə əlavə etməsidir). Həmçinin qeyd Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyul 2019cu il tarixli qərarinda da məhkəmə qeyd etmişdir ki, Xacmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-ci il tarixli qətnaməsində JN KOD ******* saylı Torpaqa Mülkiyyət Hüququna dair dövlət aktına əsasən 2.87 ha torpaq sahəsinin 0.57 ha hissəsi X10 ayrılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin olmasına baxmayaraq, istər cavabdeh orqan imtina verməkdə istərsə də inzibati məhkəmə iddianı qismən təmin etməkdə haqlı deyildir. Mərhum oğlu X10 ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli, 08 nömrəli qərarı ilə Xaçmaz rayonunun Gödəkli kəndində 2.87 ha torpaq sahəsi ayrılmış və JN:158 nömrəli KOD 30204028 nömrəli Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsinin 0.57 ha torpaq sahəsinə dair Nümayəndə2 saxta sənədlər əsasında JN-389 KOD 30204028 nömrəli Dövlət Aktı almış və X8 mülkiyyətində olan torpaq sahəsini saxta yollarla ələ keçirmişdir. Xacmaz Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli 2-1985 sayli qətnaməsinə əsasən X6 adına verilmiş Azərbaycan Respublikasi Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi Xacmaz rayon Torpaq Şöbəsinin JN 0389 KOD 30204028 sayli Dövlət Akti və onun əsasinda verilmiş RX seriyali 03 aprel 2014-cü il tarixli 03704555 saylı cıxarış və müvafiq qeyd ləğv edilmişdir. 05 fevral 2019-cu il tarixli 2-688 saylı Sumqayit Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən Xacmaz Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli 2-1985 sayli qətnaməsi dəyişdirilmədən saxlanilmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin 31 may 2019-cu il tarixli qərarına əsasən 05 fevral 2019-cu il tarixli 2-688 saylı Sumqayit Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanilmişdir. Sumqayıt İnzibati Məhkəməsində işə baxılarkən ədalətli məhkəmə araşdırması aparılmamış, məhkəmə, həqiqətin müəyyən edilməsini təmin etməmiş və təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Məhkəmə tikintitexniki və torpaqünaslıq ekspertizası təyin olunmaqla qanuni istifadəsində olan 0,57 ha torpaq sahəsinin koordinatları müəyyən edilməli və cavabdeh inzibati orqanın üzərinə həmin koordinatlara uyğun ona plan və ölçü sənədinin verilməsi öhdəliyidə qoyulmalıdır. Birinci instansiya məhkəməsində yerli baxış kecirilməsini xahiş etsə də məhkəmə bunu etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həm maddi, həm də prosessual hüquq pozuntularına yol verilmiş, iş düzgün və hərtərəfli araşdırılmamış və hüquqları tam bərpa edilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən bu hallara hüquqi qiymət veriləcək, torpağa dair plan sxemin verilməsi üçün mütəxəsis rəyi alınacaq və ekspertiza kecirələcək və qətnamə ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul ediləcəkdir. Üçüncü şəxs X13 nümayəndəsi və vəkili apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən ona etirazın belə bir əsasının (nömrəsi və tarixi göstərilməklə məhkəmə qərardadına istinad edilməsinə) bildirilməsinə baxmayaraq məhkəmə sadəcə “cavabdeh inzibati orqan bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir”cümləsi ilə kifayətlənmişdir. Halbuki məhkəmə sorğu etməklə və ya elektron baza sistemindən bu qərarı əldə etməklə məsələyə daha obyektiv qiymət verə bilərdi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş bu bəsit və anlaşılan cavabdan aydın olur ki, iddiaçının ona çıxarış verilməsini tələb etdiyi torpaq sahəsi üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst üstə düşməkdədir. Bu bəsit və anlaşılan cavab nədənsə məhkəmə üçün mürəkkəb və anlaşılmayan olmuşdur ki, buna baxmayaraq iddiaçının iddiasının təmin edilməsi nəticəsinə gəlmişdir. Bundan başqa məhkəmə qərarın 5 qeyd etmişdir ki, “Göründüyü kimi inzibati orqan özü qeyd edir ki, Nümayəndə2 adına olan 2.30 ha torpaq sahəsinə verilmiş JN-389 KOD 30204028 nömrəli “Torpağa mülkiyyət hüququ dair Dövlət aktı” nadövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarış işlənmiş, lakin həmin çıxarış Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-1985/16 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir.” Yəni məhkəmə burada əsaslandırmağa çalışmışdır ki, Nümayəndə2 adına olan 2.30 ha torpaq sahəsinə dair çıxarış ləğv ediliyindən iddiaçının guya istəyi də həmin yerə çıxarış alınması ilə bağlı olduğundan təmin edilməlidir. Lakin məhkəmə bunu əsaslandırmağa çalışdığı bir zamanda inzibati orqanın Nümayəndə2 adına olan 2.30 ha torpaq sahəsi ilə bağl ıçıxarışın ləğv edilməsi haqqında məlumat verməsindən başqa həmçinin 0.57 ha torpaq sahəsinə hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X19 adına JN-390 KOD 30204028 nömrəli tiorpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında müvafiq sənədləşmənin aparılaraq çıxarışın alınması və həmin torpaq sahəsinin əvvəlcə X30 daha sonra isə X13 adına özgəninkiləşdirilməsi və çıxarışın alınaraq bu günə kimi qüvvədə olması və iddiaçının iddia etdiyi torpaq sahəsinin həmin əraziyə düşməsi barədə təqdim etdiyi məlumata və sübutlara əhəmiyyət verməmişdir. Bundan başqa məhkəmə qərarında qeyd etmişdir ki, “Lakin Xaçmaz rayon Gödəkli kəndiərazisində yerləşən X2 adına olan 0.57 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istisna edəcək bir hal mövcud deyil. ” Məhkəmə guya iddiaçıya çıxarışın verilməsini istisna edəcək bir halın mövcud olmadığını iddia edir. Məhkəmə bu iddianı irəli sürərkən necə ola bilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilən JN-158 KOD 30204028 nömrəli“Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 0.57 ha hissəsinə (iddiaçının iddiaetdiyi hissəyə) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X19 adına JN-390 KOD30204028 nömrəlitorpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmiş, həmin torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən X25 daha sonra isə X13 adına özgəninkiləşdirilməsi və onun adına xx.xx.2018-ciil tarixli, RX ******* seriyalı, **********68 reyestr nömrəli çıxarış işlənməsi haqqında sübuta əhəmiyyət verməyərək iddiaçının da eyni yerə çıxarış almasında hər hansı bir istisnanın olmadığını bildirir. Həmçinin növbəti abzasda məhkəmə tərəfindən bütün bu qeyd olunanların ziddinə olaraq absurd şəkildə qeyd edilmişdir ki, “Eyni zamanda qüvvəyə minmiş məhkəmə qərarlarından və inzibati orqanın təqdim etdiyi sənədlərdən görsənir ki, hazırkı işdə mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxs X13 mülkiyyətində olan topaq sahələri başqa-başqa torpaq sahələridir.” Məhkəmə öz qərarında belə bir cümlə işlətsə də bunu əsaslandıracaq heç bir dəlilə istinad etməmişdir. Üçüncü şəxs X13 nümayəndəsi və vəkili apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, X5 mərhum oğlu X8 vərəsəsi qismində cavabdeh inzibati orqana yalnız özü müraciət etmiş və oradan imtinanı da öz adına almışdır. Həmçinin o, qeyd olunan imtina ilə razılaşmadığı üçün Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsində də miras qoyanın bir vərəsəsinin iddiasına əsasən iddianın təmin edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixində Xaçmaz rayonu 1 saylı Notariat ofisində 2V229 reyestr nömrəsi ilə tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixində vəfat etmiş X8 vərəsələri, ünvan 4i ünvanında qeydiyyatda olan Daştəmirova Gülnar Rəşid qızı, ünvan 5 ünvanında qeydiyyatda olan X31 və ünvan 6 qeydiyyatda olan Daştəmirov Camal Rəşid oğlu mərhuma aid miras paydan 1/3 hissədə pay almışlar. Bundan başqa xx.xx.2023-cü il tarixində Xaçmaz rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vidadi Dadaşov tərəfindən qəbul edilmiş qərarı ilə mərhum X15 yuxarıda adı çəkilən şəxslərlə əvəz edilmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə qeyd olunan halları nəzərə almadan Daştəmirova Gülnar Rəşid qızını, X26 və Daştəmirov Camal Rəşid oğlunu zəruri cəlb etmə ilə işə cəlb etməyərək İnzibati Prosessual Məcəllənin tələblərini ciddi şəkildə pozub mövcud qərarı çıxarmışdır. Mülkiyyət hüquqlarının qanunvericiliklə qəti şəkildə müdafiə edilməsinə baxmayaraq məhkəmə üçüncü şəxsin mülkiyyət hüququndan məhrum edilməsinə yönələn hərəkətlərə yol verərək (eyni yerə iddiaçıya da çıxarış verməklə) qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bir şəxsin mülkiyyət hüququnun qeydə alınması yalnız digər şəxslərin hüquqlarının pozulmaması ilə mümkündür. Əks halda bu hüququn qeydiyyata alınmasından imtina edilməlidir. Necə ki, cavabdeh orqan bunu etmişdi. Lakin məhkəmə həmin qanuni imtinanın əsassız olaraq qanunsuz saymış və iddianı təmin etmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, X8 adına olmuş 0.57 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi və texniki paportun tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, həmçinin iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə müraciət edərək, X8 adına olmuş 0.57 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi və texniki paportun tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X13 nümayəndəsi Nümayəndə2, nümayəndə və vəkilləri Vəkil1 və Nümayəndə3 Mutruzəli oğlu üçüncü şəxs X13 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının: 1.Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:.... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən və üçüncü şəxs tərəfindən verilmiş verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi 0.57 ha torpaq sahəsinə dair arayışın və texniki paportun tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair elektron məlumat bazasında başqa şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə X10 və onun 4 nəfər ailə üzvinə Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 2,87 ha torpaq sahəsi ayrılmış və onun əsasında JN-158 KOD 30201028 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmiş, arxiv nüsxəsi cavabdeh inzibati orqanda mövcud olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında JN-158 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,87 ha torpaq sahəsinin 1,71 ha və 1,16 ha hissələrə ayrılması və həmin hissələrə yeni sənədin verilməsi qərara alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki,Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Daştəmirov Rəşid Balasoltan oğluna məxsus ola 0,57 ha torpaq sahəsinin X22 qanunsuz sahibliyindən alınaraq, Daştəmirov Rəşid Balasoltan oğluna verilməsi qət edilmiş, həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq müvafiq icra və probasiya şöbəsi tərəfindən sözügedən torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri müəyyən edilərək, iddiaçıya təqdim edilmiş, bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Həmçinin, iş materiallarndan görünür ki, Nümayəndə2 icra məmurunun qeyd edilən hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət ərizəsi əsassız olduğundan, formal mülahizələrə əsaslandığından və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının yubadılmasına xidmət etdiyindən, həmin akt icra prosesi zamnanı aşkar edilmiş halların sənədləşdirilməsi ilə bağlı tərtib edildiyindən, onun ləğv edilməsinə heç bir hüquqi əsas olmadığından, təmin edilməmişdir. İş materiallarında olan sonuncu xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada mövcuddur və Nümayəndə2 istifadəsində olan çoxillik meyvə (gilas) bağı yerləşir, naturada yerləşmə mövqeyi müəyyən edilmiş, ona aid sxem və koordinatları əks olunmuş,Nümayəndə2 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür,mülkiyyət sənədinə əsasən ailə üzvlərinin birgə paylı mülkiyyətində olan 2,30 ha torpaq sahəsinin tərkibindədir, JN-158 KOD 30204028 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında olan 2,87 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir,xx.xx.2018-ci il tarixli Çıxarış əsasında X13 mülkiyyətinə verilmiş 0,57 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, X19 adına Xaçmaz rayonu AİKnın 24 iyun 1998-ci il tarixli 08 saylı qərarı və Qusar Rayon Məhkəməsinin 2-1154a saylı qətnaməsi əsasında Xaçmaz rayonu Gödəkli kənd ərazisində yerləşən 0,57 ha torpaq sahəsinə dair JN-0390 KOD 30204028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” işlənmiş, həmin torpaq sahəsi daha sonra başqa şəxslərin adına özgəninkiləşdirilmiş, hazırda üçüncü şəxs X13 adına çıxarış işlənilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, X19 adına işlənilmiş JN-0390 KOD 30204028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda əks olunmuş 0,57 ha torpaq sahəsi ilə X13 mülkiyyətində olan 0,57 ha torpaq sahəsi üst-üstə düşür. İş materiallarından görünür ki, Nümayəndə2 adına 2,30 ha torpaq sahəsinə verilmiş JN- 389 KOD-30204028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən çıxarış işlənilmiş, həmin çıxarış Xaçmaz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, həmin torpaq sahəsi X19 adına işlənilmiş JN-0390 KOD 30204028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda əks olunmuş 0,57 ha torpaq sahəsi ilə üstüstə düşmür, həmin torpaq sahəsi JN-158 KOD 30204028 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında olan 2,87 ha torpaq sahəsindən bölünmüşdür. İş materiallarından görünür ki, Daştəmirov Rəşid Balasoltan oğlu xx.xx.2018-ci il tarxdə vəfat etmiş, onun adına vərəsəlik işi açılmış, iddiaçı onun qanun üzrə vərəsəsi hesab edilir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən hazırki iş üzrə müvafiq məhkəmə qərraı mübahisələndirilməmişdir. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı tərəf sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun müəyyən edilməsi ilə yanaşı, həmin torpaq sahəsinə dair plan və ölçü sənədinin də tərtib edilərək, verilməsini istəyir. Üçüncü şəxs isə iddiaçının iddia etdiyi torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü əsas gətirərək, bu halın araşdırılmamasına istinad edərək, məhkəmə qərarını mübahisələndirmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, müvafiq rayon aqrar islahat komissiyasının qərarı və onun əsasında tərtib edilmiş Dövlət Aktı ilə sözügedən torpaq sahəsinin də tərkibinə daxil olduğu 2,87 ha torpaq sahəsinin mərhum şəxsin və onun 4 nəfər ailə üzvlərinin adına ayrılmışdır. Daha sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsi 1,71 ha və 1,16 ha olmaqla iki hissəyə ayrılaraq, 1,16 ha hissəsi Daştəmirov Rəşid Balasoltan oğlu və X21 verilmiş, naturada bölgü aparılmamışdır. X19 adına ona aid olan 0,57 ha torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı tərtib edilmiş, daha sonra daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin 0,57 ha torpaq sahəsi özgəninkiləşdirilmiş, sonuncu olaraq həmin torpaq sahəsinə dair X13 adına çıxarış işlənilmişdir. Daştəmirov Rəşid Balasoltan oğluna aid olan 0,57 ha torpaq sahəsi ilə bağlı isə yeni sənəd (Dövlət aktı) tərtib edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üçüncü şəxs X17 mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üstüstə düşmür, həmin torpaq sahəsi məhz müvafiq Dövlət Aktı əsasında X21 məxsus olan 0,57 ha torpaq sahəsinin hissəsi ilə üts-üstə düşür, hansı ki X13 da satın aldığı məhz həmin torpaq sahəsi olmuşdur (həmin hala dair sxem, ortofoto görüntüsü işə əlavə edilmişdir). Bundan əlavə, məhkəmə araşdırması zamanı, hazırki mübahisə predmeti olan torpaq sahəsinin başqa şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşməsi hal müəyyən edilməmişdir. Göründüyü kimi üçüncü şəxs tərəfindən mübahisələndirilən hallar iş materialları əsasında təkzib olunmuşdur. Bundan əlavə, üçüncü şəxs tərəfindən həmin halları təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin şikayətinin dəlilləri, cavabdehin imtina və etirazının arqumenti də həmin hissədə əsassız olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası üçüncü şəxs X13 apellyasiya şikayətinə əlavədə göstərdiyi dəlillərlə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə (xx.xx.2021-ci il tarixli) adı çəkilən şəxslər hazırki iş üzrə üçüncü şəxs qsimində cəlb edilmişdir. Bu baxımından həmin hissədə şikayətin dəlilləri əsassız olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, indiki halda sözügedən torpaq sahəsinin üçüncü şəxsə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən edilmədiyindən, üçüncü şəxsin mülkiyyət hüququndan məhrum etmə ilə bağlı istinad etdiyi şikayətin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda mərhum şəxsin adına ayrılmış torpaq sahəsi naturada mövcuddur, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üstüstə düşmür, habelə iddiaçının və onun ailə üzvlərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında onlara verilmiş 2,87 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bundan əlavə, sözügedən torpaq sahəsinin Nümayəndə2 qanunsuz sahibliyindən alınaraq, Daştəmirov Rəşid Balasoltan oğluna verilməsinə dair müvafiq məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq sözügedən torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri müəyyən edilərək, iddiaçıya təqdim edilmiş, bu barədə akt tərtib edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, mərhum şəxsin adına torpaq sahəsinin ayrılmasına dair müvafiq hüquqmüəyyənedici sənədlər yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış edir. Həmçinin, indiki halda qeyd edilən sənədlərin ləğv edilməsi, qüvvədən düşməsi və ya geri çağrılması halları müəyyən edilməmişdir. Eyni zamanda iş üzrə həmin hallar cavabdeh və digər proses iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Daştəmirov Rəşid Balasoltan oğlu və ailə üzvlərinin adına 2,87 ha torpaq sahəsinə dair JN-158 KOD 30204028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı işlənilmiş, həmin qərar Komitə tərəfindən idarəyə təhvil verilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, indiki halda həmin qərarın arxiv nüsxəsinin İdarəyə təhvil verilməsi məhz inzibati orqanın məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etmişdir. Müvafiq inzibati orqan tərəfindən öz səlahiyyətlərini vaxtında və lazımi qaydada icra etməməsi halına istinad edilməklə, iddiaçının hüququnun məhdudlaşdırılması yolverilməzdir. Başqa sözlə desək, həmin hal iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi ortaya çıxmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən hazırki iş üzrə həmin hal mübahisələndirilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, həmin (eyni) Qərar əsasında ayrılmış torpaq sahəsinin bir hissəsinə dair ailə üzvlərindən birinin (X19) adına Dövlət Aktı işlənilmiş, onun əsasında həmin torpaq sahəsi özgəninkiləşdirilərək, başqa şəxslərin adına çıxarış verilmişdir. Deməli hətta həmin hal mübahisələndirilmiş olsa idi belə, eyni faktiki hallara malik olan şəxslərə fərqli yanaşmanın tətbiq edilməsi yolverilməz olduğundan, işin həmin hallarına bərabərlik hüququnun təmin edilməsi və mütənasiblik prinsiplərinin tələbləri əsasında hüquqi qiymət verilərək, mərhum şəxsə münasibətdə mülkiyyət hüququndan məhrum edilməsinə əsas olan hal kimi ortaya çıxmayacaqdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, mərhum şəxsin sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olduğundan, həmin hüququn ona məxsus olması barədə arayışın verilməsi üçün əsas vardır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və etirazın əsası kimi istinad etdiyi hallar əsassız olduğundan, iddiaçının iddia tələbi əsaslı olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişir. Bununla yanaşı qeyd edilməlidir ki, indiki halda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, X8 adına olmuş (Dövlət aktına əsasən) 0,57 ha torpaq sahəsinə dair cavabdehin üzərinə daşınmaz əmlaka dair arayışın tərtib edilməsi öhdəliyininin qoyulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2..-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi kimi deyil, ümumi şəkildə arayışın tərtib edilməsi kimi qeyd etdiyindən, iddia tələbi qismən təmin edilməli, sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə mülkiyyət hüququ ölmüş şəxsin adına qeydiyyata alındığından, qeyd edilən hal isə qanunvericiliyin tələbinə uyğun olmadığından, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, məhkəmə qərarı həmin hissədə dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, sözügedən torpaq sahəsinə dair arayışın və texniki pasportun tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, müvafiq məhkəmə qərardadı ilə iddia tələbi texniki pasportun tərtib edilməsi hissəsində mümkün sayılmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri də əsassız olduğundan, təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçı və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və iş üzrə üçüncü şəxs X23 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2-1(118)-54/2022 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən 0,57 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-19/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-19/2024
14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver