Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-19/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 (sədrlik edən və məruzəçi), Hakimlər X3 və X4 ibarət tərkibdə, X8 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikası Quba Rayonunun Quba Bələdiyyəsinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** saylı çıxarışında göstərilmiş Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərində İddiaçıun mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verlməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(118)-3795/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. JN-0884 KOD 30301004 saylı 15 dekabr 2003-cü il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Quba rayonu Quba bələdiyyəsinin 07 iyul 2003-cü il tarixli 07 saylı qərarı ilə ayrılmış 1.11 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X12 adına qeydiyyata alınmışdır.
2. İddiaçı ilə X18 arasında bağlanmış 19 iyul 2005-ci il tarixli 4Ə-616 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə 1.11 ha torpaq sahəsi X1.
3. İddiaçı cavabdeh X14 qarşı cavabdehə məxsus həyətyanı torpaq sahəsinin alğısatqısı barədə cavabdehlə aralarında bağlanmış müqavilənin etibarlı hesab edilməsinə dair iddiası üzrə Qusar rayon Məhkəməsinin 02 mart 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən cavabdeh X15 məxsus Quba şəhəri, Azərbaycan prospektində yerləşən ümumi sahəsi 1610 kv.m olan “Örtülü bazar” binasının alğısatqısına dair cavabdehlə bağlanmış müqavilənin etibarlı hesab edilməsi qət edilmişdir.
4. Quba Rayon Məhkəməsinin 30 iyun 2010-cu il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı 1.11 ha torpaq sahəsinin 28.86 kv.m hissəsini Abasov Rafiqə satmışdır, iddiaçı ona qarşı irəli sürülmüş alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbi üzrə iddianı etiraf etmiş, həmin qətnamə ilə iddia təmin edilərək 1.11 ha torpaq sahəsindən 28.86 kv.m hissəsinin X13 10 sentyabr 2005-ci il tarixində alqı-satqı qaydasında satmasına dair aralarında bağlanmış əqd etibarlı hesab edilmiş və digər məsələlər həll edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra vərəqi verilmişdir.
5. Qusar Rayon Məhkəməsinin 21 yanvar 2007-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, X8 İddiaçı qarşı iddiası təmin edilərək cavabdeh məxsus Quba şəhərinin 22-ci məhəlləsində yerləşən 2 mərtəbəli ticarət obyektinin “D” korpusunun 1-ci mərtəbəsinin 15m X 5,60m ölçülərdə olan hissəsinin və onun altındakı torpaq sahəsinin, habelə “D” korpusunun ölçüləri 19m X 5,60m olan 2-ci mərtəbəsinin alqı-satqısına dair cavabdehlə bağlanmış müqavilə etibarlı hesab edilmişdir.
6. 2007-ci il noyabr tarixdə tərtib olunmuş əmlak kompleksinin texniki pasportunda torpaq sahəsinin ölçüsü-sənəd üzrə 1,06256 ha, faktiki 0.98721 ha olmuşdur.
7. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 18 yanvar 2008-ci il tarixli, MH seriyalı, 0009416, **********73-12301 reyetr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba şəhəri, 22-ci məhəllədə, H.Əliyev prospektində mülkiyyətində olan 0.98721 ha torpaq sahəsində yerləşən 3907 kv.metr ümumi, 3537 kv.metr əsas, 370 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi (Ticarət mərkəzi) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı ******* saylı, 18 fevral 2014-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı 0,959875 ha torpaq sahəsi və əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. xx.xx.2020-ci il tarixli əmlak bölgüsü barədə müqavilə əsasında birinci tərəf X9, ikinci tərəf İddiaçı Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən torpaq sahəsinin bölünməsi barədə razılığa gəlirlər və 0, 959875 ha torpaq sahəsindən 0.03 ha hissə və “B”literli tikili ümumi sahəsi 202.3 kv.m X5 verilir, 0,929875 ha torpaq sahəsi və A C Ç D E İ H K literli tikililər ümumi sahələri birlikdə 3138 kv.m iddiaçıya verilir. Həmin müqavilə notarial qaydada təsdiqlənmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuşdur.
10. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” 24 noyabr 2020-ci il tarixi, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı Quba şəhəri 22-ci məhəllə ərazisində 0,9299 ha torpaq sahəsi və əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
11. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçı 3518.2 kv.m olan qeyri-yaşayış binasını tam mülkiyyət hüququ ilə X10 bağışlamış, xx.xx.2022-ci il tarixli, **********96-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla 3518.2 kv.m olan qeyri-yaşayış binası və 0,9299 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ qeydə alınmışdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3808 saylı, 12 sentyabr 2022-ci il tarixli Ekspert rəyindən görünür ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında iddiaçıya məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüləri ilə 15 dekabr 2003cü il tarixli, JN-0884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı ölçülər arasında uyğunsuzluq olduğu müəyyən olunur. xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında tərtib edilmiş 8360 inventar nömrəli texniki pasport sənədində qeyd olunan torpaq sahəsi şimaldan (yol tərəf) 8.9-7.4 metr olmaqla cənuba doğru sürüşdürülmüş və nəticədə 629 kv.m torpaq sahəsi mülkiyyətə salınmamışdır.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********00 nömrəli məktubu ilə iddiaçının “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş texniki pasportun ölçülərinin dövlət aktına uyğunlaşdırıması” ilə bağlı müraciətindən imtina edilmişdir.
14. İmtina onunla əsaslandırılmışdır ki, JN-884 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktının cizgisi elektron baza xəritəsində mövcud olmadığından əmlak kompleksinin texniki pasportunda qeyd olunan ölçülərin düzəldilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4 maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 16.2 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafeləhni pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır”.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində birinci icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında ona məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülərə uyunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş, iddia ərizəsinə əlavə olunmuş sxem üzrə cəmi 782 kv.m torpaq sahəsi də əlavə olunmaqla, ona yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun veirlməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
16. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** saylı Çıxarışında göstərilmiş Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərində İddiaçıun mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verlməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasını məhkəmədən xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində 0,9299 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında məxsusdur (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında). O, göstərilən daşınmaz əmlakı 2008-ci ildə X11 almışdır. X14 torpaq sahəsi xx.xx.2003-cü il tarixli, JN- 884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında məxsus olmuşdur. X22 əsasən N.Əhmərovun xüsusi mülkiyyətində 1,11 hektar torpaq sahəsi olmuşdur. N.Əhmərov əmlak kompleksini ona satarkən 1,06721 hektar torpaq sahəsi burada yerləşən əmlak kompleksi ilə birlikdə onun xüsusi mülkiyyətinə verilmişdir. Lakin xx.xx.2020-ci ildə ona Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilərkən Çıxarışda torpaq sahəsinin ölçüsü 782 kv.metr az göstərilmişdir. Belə ki, **********96-12301 saylı X23 sahəsinin planında torpaq sahəsinin ölçüsü olmalı olduğundan az göstərilmiş, ümumilikdə 782 kv.metr torpaq sahəsi azaldılmışdır. Çıxarışda və texniki pasportda xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı torpaq ölçüləri düzgün göstərilməmiş və torpaq sahəsinin Heydər Əliyev prospektinə çıxan hissəsində Dövlət Aktına əsasən onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi çıxarışa və texniki pasporta daxil edilməmişdir. Çıxarışda və Texniki pasportda göstərilməmiş torpaq sahəsinin sxemini ərizəyə əlavə edir və bildirir ki, həmin sxem üzrə cəmi 782 kv.metr torpaq sahəsi çıxarışa və texniki pasporta əlavə edilməlidir. Müvafiq olaraq göstərilən daşınmaz əmlaka aid mülkiyyət sənədlərinin və Dövlət Aktının surətlərini ərizəyə əlavə edərək, xx.xx.2020-ci il tarixli ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin Dövlət Aktında ölçülərə uyğunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş torpaq sahələrinin də əlavə olunmaqla, ona yeni Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın texniki pasportunun verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli, **********00 saylı məktubla guya xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisi elektron baza xəritəsində mövcud olmadığından əmlak kompleksinin texniki pasportunda qeyd olunan ölçülərin düzəldilməsinin mümkün olmadığını bildirmişdir. Göstərilən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını vermiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Quba rayon torpaq şöbəsi tərəfindən verilmiş mülkiyyət sənədlərinə, o cümlədən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına aid arxiv sənədləri də Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir. Əgər iki dövlət orqanı arasında anlaşılmazlıq varsa, buna görə məsuliyyəti niyə vətəndaş daşımalıdır? xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisi elektron baza xəritəsində oturulmayıbsa, buna görə məsuliyyəti elə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi daşımalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli, 713-İİQ saylı Qanununun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır”. Deməli, 2003-cü ildə verilmiş Dövlət Aktı ilə təsbit olunmuş mülkiyyət hüquqlarını DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin tanımamağa və bunları mübahisələndirməyə heç bir hüququ yoxdur. Göstərilənlərə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən bu işə aid bütün müvafiq sənədlər tələb olunaraq, göndərilməsini xahiş edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin çıxarışda və texniki pasportda az göstərilmiş torpaq sahələrinin də əlavə olunmaqla, ona yeni Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Daşınmaz Əmlakın texniki pasportunun verilməsindən imtinası əsassızdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin məktubunda göstərilənlərin absurd xarakter daşımasını yuxarıda əsaslandırmışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi mülkiyyət sənədlərində düzəliş aparılmasından əsassız olaraq imtina etdiyindən məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
18. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* çıxarışda göstərilən daşınmaz əmlak hissə-hissə ayrı-ayrı müqavilələr ilə digər şəxslərə satılmışdır. Yerdə qalan 0.9299 ha torpaq sahəsi göstərilməklə İddiaçı adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli yeni dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Göründüyü kimi, İddiaçı 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciəti xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* çıxarışda göstərilmiş daşınmaz əmlakla bağlı olmuş, lakin Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışda göstərilən daşınmaz əmlakla bağlı iddia ərizəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia predmeti olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışda göstərilən daşınmaz əmlakın bir hissəsi Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/03-1322 reyestr nömrəli müqavilə əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir və yerdə qalan hissəyə İddiaçı adına yeni dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Dövlət reyestrindən çıxarışın xx.xx.2008-ci ildə verildiyi nəzərə alındığı halda həmin prosessual müddət buraxılmışdır. Dövlət aktında olan cizgi iddiaçıya verilmiş texniki pasportda göstərilən cizgidən tam fərqlidir və bununla da iddia ərizəsində göstərilən 782 kv metr olan torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyi, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bununla bağlı icraatda olan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini, Quba rayonu Quba bələdiyyəsinin üçüncü şəxs qismində işə cəlb olunması zəruridir.
19. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)-278/2022 nömrəli qərardadı ilə Quba bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-278/2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-278/2022 saylı 19 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2-1(105)- 180/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-278/2022 nömrəli qərardadı ləğv edilmişdir. Üçüncü şəxsin iddia tələbinə dair etirazının dəlilləri
21. Üçüncü şəxs iddiaya yazılı etiraz edərək bildirmişdir ki, iddianı qəbul etmirlər. İddiaçının iddia tələbi onların qanunla qorunan maraqlarına toxunur. İddiaçının iddiasının bələdiyyənin maraqlarına toxunması ilə bağlı: İddiaçının iddia etdiyi torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir. Belə ki, Quba bələdiyyəsi mülkiyyətində olan 260 kv.m torpaq sahəsinin yerquruluşu planının hazırlanması məqsədilə 05 iyun 2020-ci il tarixdə "xxxx" MMC-yə müraciət etmişdir. Bundan sonra həmin ərazinin yerquluşu planı və kadastr göstəriciləri hazırlanmış, torpaq sahəsinin hasarlanmadığı, döngə nöqtələrinin mərzlənmədiyi, daxilində tikinti işlərinin aparılmadığı, kommunikasiya xətlərinin mövcud olmadığı qeyd edilmişdir. Bundan sonra bələdiyyə həmin torpaq sahəsinin sahibkarlıq tikintisi üçün satılması məqsədilə Quba RİHB-nın Aparatının Memarlıq və Tikinti şöbəsinə müraciət etmiş, şöbənin 36 iyul 2020-cil tarixli rəyi ilə həmin torpaq sahəsinin sahibkarlıq tikintisi üçün tikinti işlərinin aparılması məqsədilə satılmasının qanunauyğun olması bildirilmişdir. Əlavə olaraq torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş prosedurlar həyata keçirilmişdir. Quba bələdiyyəsinin 05 avqust 2021-ci il tarixli, 10 saylı iclas protokolunun 6 saylı qərarından çıxarışa əsasən həmin torpaq sahəsinin sahibkarlıq məqsədilə hərrac və müsabiqə keçirilməklə satılması ilə bağlı bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması məqsədilə Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət edilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinə çıxarış verilərkən 5 saylı Xaçmaz Ərazi İdarəsindən 27 oktyabr 2021-ci il tarixli məktubla sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, həmin ərazi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. Bundan sonra həmin məhkəmə mübahisəsinin nədən ibarət olması ilə maraqlandıqda iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi aydın olmuşdur. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi boş, heç kimin istifadəsində olmayan, bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Bələdiyyə həmin torpaq sahəsinə qanunvericiliyə uyğun olaraq çıxarış alınması üçün müraciət etdikdə iddiaçının heç bir subyektiv hüququ olmayan süni olaraq yaradılmış məhkəmə mübahisəsi ilə qarşılaşmışdır. İddiaçı iddia ərizəsində Quba şəhəri, Heydəı Əliyev prospektində yerləşən 0,9299 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3518.2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarış əsasında 2008-ci ildə X11 aldığını bildirmiş, torpaq sahəsinin 1.11 ha olduğunu, ona satarkən 1,06721 ha olduğunu bildirmiş, ona reyestrindən çıxarış verilərkən çıxarışda torpaq sahəsinin ölçüsü 782 kv.m az göstərildiyi qeyd edilmiş, torpaq sahəsinin bir hissəsinin çıxarışda və texniki pasporta qeyd edilmədiyini bildirmiş, bu səbəbdən də həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçının bu tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Ona görə ki, iddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə guya 2008-ci ildə Nadir Əhmərovdan aldığı torpaq sahəsi olması görüntüsü yaratmaq istəyir. Halbuki, iddiaçının Nadir Əhmərovdan nə qədər torpaq sahəsi və nə qədər tikili alması göstərilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinin Nadir Əhmərovun mülkiyyətində olması onun iddiaçıya satılması barədə heç bir sübut yoxdur. İddiaçının həmin torpaq sahəsi ilə əlaqəsi yoxdur. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan boş ərazidə yerləşən torpaq sahəsidir. Bələdiyyə öz mülkiyyətində olan torpaq sahələrini qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı və ya hərrac yolu ilə istənilən şəxsə satmaqda sərbəstdir. İddiaçı vicdanlı davranmayaraq məhkəməyə işin hallarını düzgün təqdim etməmiş, əsassız iddialarla yükləmişdir. Belə ki, iddiaçının iddia ərizəsində göstərilənlərin əksinə olaraq iş materiallarında olan və 5 saylı Xaçmaz Ərazi İdarəsinin təqdim etdiyi sübutlardan göründüyü kimi, iddiaçı ilk əvvəl hazırkı mülkiyyətində olan torpaq sahəsinə 2020-ci ildə deyil, 2008-ci ildə çıxarış almış, bundan sonra həmin torpaq sahəsini iki dəfə satmışdır. Yəni, iddiaçı torpaq sahəsinin az olduğunu görmüşdürsə, niyə 2008-ci ildə çıxarışı alan zaman iddia irəli sürməmiş, bundan 13 il keçdikdən sonra iddia irəli sürmüşdür. Qeyd edilənlərə əsasən, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
22. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-278/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarışda torpaq sahəsinin ölçüsünə düzəliş edilərək əsasında ona məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünə 629 kv.m torpaq sahəsi də əlavə olunmaqla, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verlməsi vəzifəsinın Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva).
23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN-0884 KOD 30301004 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Quba rayonu Quba bələdiyyəsinin 07 iyul 2003-cü il tarixli 07 saylı qərarı ilə ayrılmış 1.11 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X12 adına qeydiyyata alınmışdır. Sonradan həmin torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı satılmışdır. Lakin iddiaçının ona satılmış torpaq sahəsi üzərində hüququ tam olaraq, yəni sözügedən dövlət aktındakı ölçüyə uyğun olaraq qeydiyyata alınmamışdır. Bu səbəbdən iddiaçı torpaq sahəsinin ölçüsünə qeyd edilən dövlət aktına uyğun düzəliş edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında iddiaçıya məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüləri xx.xx.2003-cü il tarixli, JN-0884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı ölçülərlə eyni olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş 10/3808 saylı, 12 sentyabr 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında iddiaçıya məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüləri ilə xx.xx.2003-cü il tarixli, JN-0884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı ölçülər arasında uyğunsuzluq olduğu müəyyən olunur. xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında tərtib edilmiş 8360 inventar nömrəli texniki pasport sənədində qeyd olunan torpaq sahəsi şimaldan 8.9-7.4 metr olmaqla cənuba doğru sürüşdürülmüş və nəticədə 629 kv.m torpaq sahəsi mülkiyyətə salınmamışdır. İddiaçıya məxsus torpaq sahəsinin ölçüsü hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzgün göstərilmədiyindən, həmin çıxarışa düzəliş edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur.
24. Həmin qərardan cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişlər.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli 2-1(105)-180/2023 saylı qərardadı ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-278/2022 nömrəli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020- ci il tarixli, ********** saylı çıxarış əsasında ona məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktındakı ölçülərə uyunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş, iddia ərizəsinə əlavə olunmuş sxem üzrə cəmi 782 kv.m torpaq sahəsi də əlavə olunmaqla, ona yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır (S/e hakim Gülnar Cabbarova, hakimlər Zahid Məmmədov, Hökümə Babayeva).
26. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının adına əmlak kompleksi kimi müəəsisə və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2020-ci il tarixli Çıxarış vardır. İddiaçının iddia tələbi məhz qeyd edilən Çıxarışda əks olunmuş torpaq sahəsinin ölçülərinin № JN-0884 KOD 30301004 saylı xx.xx.2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş torpaq sahəsinin ölüçləri ilə uyğunlaşdırlaraq, az olan hissədə torpaq sahəsinin əlavə edilməklə, yenidən mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, qeyd edilən Dövlət Aktı başqa şəxsin adına olmuşdur. Belə olan halda ilk növbədə qeyd edilən Dövlət Aktı ilə ehtiva olunan torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə hüquqi bağlılığının nədən ibarət olması halı, başqa sözlə digər şəxsə müvafiq Dövlət Aktı əsasında məxsus olan torpaq sahəsinin məhz həmin Aktda qeyd edilmiş ölçüdə və ya hansı ölçüdə torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla (alqı-satqı müqaviləsi və digər) verilib-verilməməsi və verildiyi halda onun verilməsinə əsas olmuş sənədlərin nədən ibarət olması halı müəyyən edilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamış, öz xidməti vəzifəsinə görə həmin hallara dair heç bir sənədlər tələb edilməmişdir. Halbuki, iddia tələbinin əsaslılığı baxımından ilkin müəyyən edilməli olan hal məhz həmin hallar olmaqla, həmin sənədlərin mövcudluğunun araşdırılması işin nəticəsinə birbaşa təsir etməklə, iş üçün əhəmiyyət kəsb edən hal kimi çıxış etmişdir. İş materiallarından görünür ki, iddiaçıya əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin verilməsi ilə bağlı ilkin sənəd qismində məhz xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın dövlət reysetrindən Çıxarış olmuşdur. Daha sonra iddiaçı tərəfindən həmin Çıxarış əsasında ona məxsus olan torpaq sahəsi digər şəxslərə satılmış, nəticə etibarilə iddiaçının adına yerdə qalan torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reysetrindən Çıxarış verilmişdir. Bu baxımından ilk növbədə məhz iddiaçının adına xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın dövlət reysetrindən Çıxarışın verilməsinə əsas olmuş sənədlər tələb edilməli, həmin sənədlər işin halları baxımından tədqiq olunmalı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamış, qeyd edilən sənədlər tələb edilməmişdir. Həmçinin,qeyd olunmalıdır ki, iddiaçının iddia tələbində istinad etdiyi müvafiq Dövlət aktında qeyd edilmiş torpaq sahəsinin ona məxsus olan torpaq sahəsi ilə hüquqi bağlılığının nədən ibarət olması məsələsinin aydınlaşdırılmadan, məhz X12 adına olan torpağa mülkiyyət hüququna dair 15 dekabr 2003-cü il tarixli №JN-0884 kod 30301004 Dövlət Aktında qeyd olunmuş torpaq sahəsinin ölçüləri ilə xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçıya məxsus olan torpaq sahəsinin ölçülərinin müqayisəli təhlil edilməsi, işin halları baxımından ziddiyyətli olmuşdur. Daha sonra iddia tələbinin əsaslılığı və müvafiq torpaq sahəsinin ölçüsünün qeyd olunan Dövlət Aktında əks olunmuş ölçülərlə uyğunzusluq təşkil edib-etməməsi işin halları baxımından iddiaçının sonradan əldə etdiyi digər daşınmaz əmlakın dövlət reysetrindən çıxarışlar (xx.xx.2014-cü il, xx.xx.2020-ci il) və alqı-satqı müqavilələri ilə birgə tədqiq edilməklə, bununla bağlı araşdırılma aparılması zəruri olmuşdur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları əlaqli şəkildə təhlil etməyərək, işin nəticəsinə təsir edən halları bütövlükdə araşdırmamışdır. Bundan əlavə, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddia tələbinə etirazın əsası kimi iddiaçı tərəfindən ona verilmiş ilkin dövlət reyestrindən Çıxarış sənədinin 2008-ci il tarixdə verildiyindən prosessual müddətin ötürülməsi hallarına istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən müvafiq əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə dair 2008-ci il tarixli Çıxarışın mübahisələndirilib-mübahisələndirilməməsi ilə bağlı hallar da işin halları və iddia tələbinin predmeti ilə bağlılığı baxımından aydınlaşdırılmamışdır. Halbuki, qeyd olunan halın aydınlaşdırılması iddianın mümkünlük məsələsinin araşdırılması baxımından zəruri olmuşdur. Digər tərəfdən, iddia olunan torpaq sahəsinin yerləşdiyi ərazi, habelə digər şəxslərə mülkiyyət hüququ və digər əmlak hüquqları ilə məxsus olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi halının müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmamışdır. Halbuki, iş materiallarından görünür ki, cavabeh inzibati orqan iddia olunan torpaq sahəsinin Quba bələdiyyəsinə aid olması və bu əsasla onun üçüncü şəxs qismində cəlb edilməsi hallarına istinad etmişdir. Bu baxımından birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmamış, iddia olunan torpaq sahəsinin digər şəxslərin, o cümlədən üçüncü şəxs Quba bələdiyyəsinə aid ola bilən torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı araşdırma aparılmamışdır. Halbuki, qeyd olunan halların araşdırlması iş üzrə digər şəxslərin mülkiyyət hüququna və qanunla qorunan maraqlarına toxuna bilmə və ya birbaşa təsir ehtimalinin mövcudluğunun müəyyən edilməsi, başqa sözlə həmin şəxslərin zəruri və ya aid cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsinin həlli baxımından zəruri olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, hazırki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin kateqoriyası ilə bağlı hallar cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallarla bağlı da heç bir araşdırılma aparılmamışdır.
Birinci instansiya məhkəməsində ikinci icraat
27. Üçüncü şəxs iddiaya əlavə etiraz ərizəsi ünvanlamış və qeyd etmişdir ki, 07 dekabr 2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizədə dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** saylı çıxarışında göstərilmiş 0,9299 ha torpaq sahəsindən bəhs etsə də, qeyd edilən çıxarışda torpaq sahəsinin ölçüsü 0,98 ha təşkil etmişdir. Belə olan halda iddiaçı hansı 629 kv.m torpaq sahəsini tələb edir, bunun iddia edilmiş Dövlət Aktında göstərilən 1,11 ha torpaq sahəsinə nə dərəcədə bağlılığı, 629 kv.m torpaq sahəsinin iddia edilmiş Dövlət Aktında göstərilən 1,11 ha torpaq sahəsinin hansı hissəsində yerləşməsi müəyyən edilməmişdir.
28. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekbar 2023-cü il tarixli, 2-1(118)-3795/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və xx.xx.2008-ci il tarixli, ********** saylı çıxarışında göstərilmiş Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərində İddiaçıun mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verlməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmuşdur (hakim Ceyhun Məmmədov).
29. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 10/3808 saylı, 12 sentyabr 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında iddiaçıya məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüləri ilə xx.xx.2003-cü il tarixli, JN-0884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı ölçülər arasında uyğunsuzluq olduğu müəyyən olunur. xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında tərtib edilmiş 8360 inventar nömrəli texniki pasport sənədində qeyd olunan torpaq sahəsi şimaldan 8.9-7.4 metr olmaqla cənuba doğru sürüşdürülmüş və nəticədə 629 kv.m torpaq sahəsi mülkiyyətə salınmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh təşkilatın göndərdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirlmişdir ki, 1.11 ha torpaq sahəsi Quba rayon notarriat kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-616 reyester nömrəli alqı-satqı müqaviləsi əsasında X3 adına özgəninkiləşdirilmişdir. Lakin həmin məktubun növbəti cümləsində 0.98721 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması qeyd olunmuşdur.Qeyd olunan məktubda 1.11 ha torpaq sahəsinin rəsmiləşdirilməli olmalı halda hansı səbəbdən 0.98721 ha qeyd olunmasına açıqlama verilməmişdir. Məhkəmə tərəfindən cavabdeh təşkilata göndərilən sorğuların nəticəsində bəlli olmuşdur ki, ümumi sahəsi 1.11 ha olmuş torpaq sahəsi üzərində Quba rayon notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli 4Ə- 616 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ölçüsü 0.98721 ha kimi göstərilmiş xx.xx.2008-ci il tarixli mülkiyyət hüququna dair çıxarışdan başqa digər hüquqmüəyyənedici sənəd verilməmişdir.
30. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİLƏRNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Cavabdehin apellyasiya şikayətinin dəlilləri
31. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0.9299 ha torpaq sahəsinin ölçüsünə əlavə edilmiş 629 kv.m torpaq sahəsinin yerləşdiyi yer göstərilməmişdir. Lakin bu işlə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, MXMT(118)-65/2022 saylı qərardad əsasında Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518.2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0.9299 ha torpaq sahəsinin qarşısında yerləşən 782 kv.m torpaq sahəsinin özgəninkiləşdirilməsı qadağan edilmişdir. Həmin torpaq sahəsi JN-0884 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Akt”ında göstərilən torpaq sahəsinin cizgisindən kənarda yerləşir və ümumi istifadədə olan torpaq sahələrinə aiddir. b) Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri
32. Üçüncü şəxs apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iş üzrə məhkəmənin 10 may 2022-ci il tarixli qərardadı ilə icraata dayandırılmış və məhkəmə tərəfindən ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Məhkəmə tərəfindən ilkin olaraq 5 saylı Xaçmaz Ərazi İdarəsindən mütəxəssis rəyinin alınması və həmin rəyin AR Ədliyyə Nazirliyinə göndərilməsi qeyd edilmişdir. Lakin iddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəmə zalında açıqca 5 saylı Xaçmaz Ərazi İdarəsindən mütəxəssislərin iştirakı ilə əraziyə baxış keçilməsində iştirak etməyəcəklərini bildirmiş və ilkin rəy alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsindən mütəxəssisin iştirak etməsindən imtina etmişdir. Bu da onların iddiasının qurma və əsassız olmasından irəli gəlir, çünki mütəxəssis rəyi alınarkən iddianın uğursuz olacağını, bütün yalanlarının üzə çıxacağını bilmişlər. Ona görə də iddiaçının nümayəndəsi və vəkili hər vəchlə mütəxəssis rəyinin alınmasına qarşı olmuşdur. Məhkəmə tərəfindən iş üzrə mütəxəsissin iştirakı ilə torpaq sahəsinə baxış keçirilməsi 30 iyun 2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixi gözləmişlər, həmin tarixdə məhkəmənin müəyyən etdiyi yerdə olsalar da, nə mütəxəssis, nə iddiaçı tərəf gəlmişdir. Bundan sonra işin artıq uzandığını görərək sentyabr ayının sonlarında məhkəməyə ərizə ilə müraciət edərək mütəxəssis rəyinin alınmasını xahiş etsələr də, məlum olmuşdur ki, AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspertinin vəsatəti daxil olmuş, ekspert guya 12 iyul 2022-ci il tarixdə baxışla bağlı vəsatət verdiyini, daha sonra isə məhkəməyə 12 sentyabr 2022-ci il tarixli, 10/3038 nömrəli ekspert rəyinin daxil olduğunu görmüşlər. Əvvəlcədən qeyd edirlər ki, mütəxəssisin verdiyi rəy əsassız və qanunsuzdur. Ekspertin rəyi aşağıdakı səbəblərə görə qanunsuzdur və nəzərə alınmamalıdır: 1. Ekspertizanın keçirilməsi barədə üçüncü şəxs olaraq onlara məlumat verilməmişdir, onlar ekspertizanın keçirilməsindən xəbərsiz olmuşlar. 2. Ekspertiza keçirilən zaman onların iştirakı təmin edilməmişdir, ekspert hansı əraziyə baxmış, necə baxmış onlara qaranlıqdır, ümumiyyətlə ekspert əraziyə baxmışdırmı? 3. Ən əsası məhkəməyə və bütün proses iştirakçılarına bəllidir ki, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində tədqiqat obyekti olan torpaq sahəsinin ölçüləri, yerləşmə koordinantları, baza məlumatları barədə heç bir sənəd, ölçü cihazı yoxdur. Ekspertlər bu sahədə rəy verərkən ilkin olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrinin mütəxəssislərinin rəylərinə ehtiyac duyurlar və həmin rəy əsasında ekspert rəyi verirlər, lazım gələrsə yerində baxış edirlər. Lakin onlarda torpaq sahəsinə dair məlumat bazası olmadığı üçün təkbaşına mütəxəssis rəyi olmadan ekspert rəyi verilmir. Hazırkı rəyin mütəxəssis rəyi olmadan verilməsi, baxış zamanı hansı sənədlərdən, baza məlumatlarından istifadə edilmədən, baxış zamanı onların iştirakı təmin edilmədən rəyin verilməsi, həmin rəyin qanunsuz və saxta olması şübhələrini yaradır. Bu səbəbdən iş üzrə yenidən ekspertiza təyin edilməsini, ilkin olaraq mütəxəssis rəyinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən alınmasını xahiş etmişlər. Lakin vəsatət təmin olunmamışdır. Həmin qərardan həm cavabdeh, həm də Quba Bələdiyyəsi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-180/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilmişdir. Apellyasiya məhkəməsinin göstərişlərindən əlavə olaraq məhkəmə tərəfindən araşdırılmalı hallar: 1. İşə baxan məhkəmə tərəfindən ilk növbədə iddiaçının dəqiqləşdirilmiş iddia tələbi ilə cavabdeh orqana müraciət etməsi, cavabdeh orqanın həmin tələbə imtinası alınması idi. 2. İddiaçının tələb etdiyi 0,0629 kv.m torpaq sahəsinin harada yerləşməsi, iddiaçının məhz tələb etdiyi ərazidə yerləşməsini nə ilə sübut etməsi araşdırılmalı idi (iş üzrə mütəxəssis rəyi alınmaqla). 3. Bundan başqa iddiaçının JN-884 KOD 30301004 saylı Dövlət Aktı əsasında aldığı torpaq sahəsinin dövlət reyestrindən kənarda qalan hissəsinə mülkiyyət hüququnun tanınması üçün JN884 KOD 30301004 saylı Dövlət Aktının verilməsinə əsas Quba bələdiyyəsinin 07 iyul 2003-cü il tarixli qərarının mövcud olub-olmaması, həmin qərara əsasən torpaq sahəsinin planı və ölçüsü ilə hazırkı iddiaçının tələb etdiyi torpaq sahəsinin üst-üstə düşüb düşməməsi aydınlaşdırılmamışdır. 4. Həmçinin, iddiaçı alğı-satqıdan sonra çıxarış verilməmiş qalan 0,0629 kv.metr torpaq sahəsini tələb etsə də, iddiaçının tələb etdiyi JN-884 KOD 30301004 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin quruluşu ilə əvvəllər iddiaçıya məxsus olmuş torpaq sahəsinin planı və ölçüsü ümumiyyətlə üst-üstə düşməsi halı araşdırılmamışdır. 5. Həmçinin, iddiaçı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən xx.xx.2008-ci il tarixli, ********** saylı Çıxarışında göstərilmiş Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verlməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasını tələb etsə də, xx.xx.2008-ci ildən sonra həmin çıxarış dəfələrlə dəyişdirilmişdir. Həmin çıxarışın verilməsinin üzərindən 14 ildən çox vaxt keçmişdir. İnandırıcı deyildir ki, iddiaçı bu müddət ərzində torpaq sahəsinin digər hissəsinə çıxarışın verilmədiyini və ya torpaq sahəsinə iddia etdiyi kimi tam olaraq çıxarış verilmədiyini görməsin. Beləliklə, məhkəmə iddia müddətinə də qiymət verməmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadına əsasən ləğv edilib yenidən araşdırmaya göndərilən iş tam olaraq ətraflı araşdırılmalı, iş üzrə mütəxəssis rəyi alınmalı, ziddiyyətli hallara aydınlıq gətirilməli idi. Məhkəmə isə mütəxəssis rəyi almamış, əvvəlki ekspert rəyi ilə kifayətlənmişdir. Halbuki, həmin ekspert rəyindən sonra işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi mütəxəssis rəyinin alınmasının zəruri olduğunu qeyd etmişdir.
33. Üçüncü şəxs Quba Bələdiyyəsi apellyasiya şikayətinə əlavə təqdim etmiş, əlavəni onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3795/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətinə hazırkı məhkəmədə baxılması zamanı iddiaçının iddia etdiyi çıxarışının ölçüsünün 1,11 ha deyil, 0,98721 ha yazılmasının səbəbi barədə məlumat verilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06 mart 2024-cü il tarixli məktubunda torpaq sahəsinə yerində baxış keçirildiyi, torpaq sahəsinin azalmasına səbəb kimi həmin torpaq sahəsinin cizgisinin digər mülkiyyətçilərə məxsus mübahisə predmeti olmayan qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin üzərinə düşməsi qeyd edilmişdir. Həmçinin, hal-hazırkı mübahisə olunan torpaq sahəsinin İddiaçı alğı-satqı müqaviləsi əsasında əldə olunan 1,11 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşmədiyi qeyd edilmişdir. Beləliklə göründüyü kimi, həmin məktubla aşağıdakı məsələlərə aydınlıq gətirilmişdir: 1.İddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə iddia edərək həmin topraq sahəsinin guya alqı-satqı müqaviləsi ilə aldığı torpaq sahəsi olduğunu, lakin çıxarışda texniki səhv olaraq həmin ərazinin göstərilmədiyini, ona görə çatışmayan torpaq sahəsi kimi həmin ərazinin onun mülkiyyətinə daxil olmasını qeyd edir. 2. Lakin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06 mart 2024-cü il tarixli məktubundan da açıqca göründüyü kimi, iddiaçının iddiaya etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir. 3. İddiaçının torpaq sahəsinin səhv göstərilən yəni çıxarışda göstərilməyən hissəsi qeyri-yaşayış binalarının üzərinə düşür, hal-hazırda torpaq sahəsinə daxil olmasını tələb etdiyi əraziyə düşmür. 4.Hal-hazırda mübahisələndirilən ərazinin iddiaçıya heç bir aidiyyatı yoxdur. Əksinə həmin ərazini iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə yol ayırır. Belə olan halda həmin ərazi heç vaxt iddiaçıya verilə bilməzdi. Hər bir halda məhkəmə qərarı qanuni və ədalətli olmalıdır. Məhkəmə qərar qəbul edərkən, işin bütün hallarını nəzərə almalı, qanuna uyğun qərar qəbul etməlidir. Hazırkı halda da məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən sorğunu vermişdir. Verilmiş sorğunun cavabından da göründüyü kimi, iddiaçının hazırkı mübahisələndirilən torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. İddiaçı vaxtilə torpaq sahəsinin az yazılmasından 14 ildən sonra guya indi xəbər tutmuş, ona aid olmayan torpaq sahəsini məhkəmə vasitəsilə almaq istəyir. Halbuki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, hər bir vətəndaş bələdiyyə mülkiyyətində olan alğı-satqı predmeti olan torpaq sahələrini qanunauyğun surətdə almaq hüququna malikdir. İddiaçının həmin torpaq sahəsinin satışı üçün bələdiyyə tərəfindən yüksək qiymət təklif etməsi ilə bağlı fikirləri onun subyektiv yanaşmasıdır. Bələdiyyə mübahisələndirilən torpaq sahəsinin alınması ilə bağlı müraciət etməmiş, bələdiyyənin adına çıxarış hazırlanan zaman hazırkı qondarma iddia ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmçinin, iddiaçı torpaq sahəsini qanuna müvafiq surətdə almamaq üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclaslarında üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsi, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, izahatlarında bildirmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində irəli sürdüyü iddia tələbini dəqiqləşdirmiş, dəqiqəşmə ərizəsində 2008-ci il tarixli çıxarışa istinad etmişdir. 2008-ci il tarixli çıxarışdan sonra iddiaçı əlavə olaraq dörd dəfə çıxarış dəyişmişdir. Qanunvericiliyə əsasən, mülkiyyət hüququnun itirilməsi əsaslarından biri də çıxarışın dəyişdirilməsidir. İddiaçının istinad etdiyi çıxarış dəyişmiş, torpaq sahəsinin ölçüsü azaldılmışdır. İddiaçıya çıxarışın hansı sənəd əsasında verildiyini cavabdeh inzibati orqan cavablandıra bilər. Müvafiq reyestr xidməti bildirir ki, çıxarış alğısatqı müqavilələri əsasında deyil, Qusar Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmişdir. Qusar Rayon Məhkəməsinin qətnaməsində isə torpaq sahəsinin deyil, əmlakın satıldığı qeyd olunmuşdur. Bələdiyyə sözügedən torpaq sahəsinə çıxarış almaq üçün müvafiq reyestr xidmətinə müraciət edən zaman torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Sözügedən sahəsinin bələdiyyənin mülkiyyəti olması barədə müvafiq reyestr xidmətinin rəyi vardır. İddiaçı tərəfin bildirdikləri ilə razı deyillər. Əgər torpaq sahəsinin ölçüləri səhv verilmişdisə, 2008-ci ildən sonra 4-5 dəfə yenidən çıxarış almazdı. Həmin torpaq sahəsinin bugünkü mülkiyyətçisi başqa şəxsdir. Sözügedən torpaq sahəsi yol kənarıdır, heç kimin istifadəsində deyildir. Mütəxəssis rəyini cavabdeh inzibati orqan verməlidir. Torpaq sahəsi ilə bağlı koordinatlar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən başqa heç bir orqanda yoxdur. Mübahisəli torpaq sahəsini hərracla sata bilərlər. Hərrac nəticəsində kimə satılsa, bələdiyyə ona satacaq. Əmlak Məsələləri Dövlət Xidməti torpaq sahəsinin satılması ilə bağlı ilkin rəy verir. Mübahisəli ərazini bələdiyyənin kimə sata biləcəyini bilmir. Mübahisəli hallar aydınlaşdırılmalı, mütəxəssis rəyi alınmalıdır. İşdə ekspert rəyi vardır, mütəxəssis rəyi yoxdur. Mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Bələdiyyə müvafiq çıxarış verilməsi üçün müraciət etmişdir, mübahisə olduğuna görə çıxarış verilməsi prosesi dayandırılmışdır. Mübahisəli torpaq sahəsi istifadə olunmur, boş ərazidir.
36. Məhkəmə kollegiyasının iclaslarında iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmiş, izahatlarında bildirmişdir ki, iddiaçı vaxtilə alğı-satqı müqaviləsi əsasında Nadir Əhmərov adlı şəxsdən mübahisəsi gedən 1.11 ha torpaq sahəsini və üzərindəki əmlak kompleksini satın almışdır. Nadir Əhmərovun adına torpağa mülkiyyət hüququna dair dövlət aktı olmuşdur. Mübahisəli torpaq sahəsi alğı-satqı müqaviləsi əsasında iddiaçıya satıldıqdan sonra, iddiaçıya torpaq sahəsinə dair müvafiq çıxarış və texniki pasport verilmişdir. Torpaq sahəsi Nadir Əhmərovun mülkiyyətində olan zaman üzərində olan əmlak kompleksində ticarətlə məşğul olurdu. Ticarət mərkəzi tikilən zaman qarşısında avtomobil dayanacağı da tikilmişdi. Lakin daha sonra torpaq sahəsinə məxsus olan həmin hissənin iddiaçıya verilmiş çıxarışa əlavə edilmədiyi məlum olmuşdur. Əmlak kompleksinə aid olan mağazaların bəziləri Nadir Əhmərov tərəfindən, bəziləri isə İddiaçı tərəfindən satılmışdır. Bəzi mağazalar satıldığına görə torpaq sahəsinin ölçülərində azalma olmuşdur. İddia qaldırmazdan öncə Quba Bələdiyyəsinin yeni sədri iddiaçıya məlumat verərək, bələdiyyənin adına çıxarış aldığını, əgər istəyirsə, torpaq sahəsini iddiaçıya sata biləcəyini bildirmişdir. İddiaçı hətta bu təkliflə razılaşmışdır. Lakin qiymətlə bağlı razılıq əldə olunmamışdır. Daha sonra qeyri-rəsmi olaraq mütəxəssisə müraciət etdikdən sonra, sözügedən ərazinin texniki pasportda qeyd edilmədiyi məlum olmuşdur. Bundan sonra iddiaçı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə prosesləri zamanı da mütəxəssis rəyi alınmış, bələdiyyənin nümayəndəsi mütəxəssis rəyi ilə razılaşmadığına görə, iş üzrə ekspertiza keçirilmiş, mütəxəssis rəyi ilə eyni mahiyyətli rəy verilmişdir. Müvafiq rəylərə əsasən də təsdiq edilmişdir ki, 629 kv.metr torpaq sahəsi çıxarışa əlavə edilməmişdir. İş üzrə cavabdehlə üçüncü şəxs Quba Bələdiyyəsinin mövqeyi eynidir. Bələdiyyə öz adına çıxarış almaq istədiyinə görə, Sumqayıt İnzibati Məhkəməsində aparılan ilkin icraat zamanı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət etmişlər. Ərizə təmin edilmiş, mübahisəli torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Müvafiq qərardad icraya yönəldiyi zaman cavabdeh qərardadın icrasının mümkün olmadığını bildirmişdir. Buna etirazlarını bildirdikdən, hakim müvafiq qurumla danışdıqdan sonra qərardad icra edilmişdir. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin apellyasiya şikayətləri analojidir. Apellyasiya şikayətlərində bildirirlər ki, topraq sahəsinin ölçüləri düzgün deyildir, 629 kv.metr və iddiaçıya verilmiş çıxarışda qeyd olunan torpaq sahəsinin ölçülərini cəmləyən zaman 1.11 ha etmir, daha az edir. Bildirirlər ki, topraq sahəsinin ölçülərinin az olmasının səbəbi müəyyən hissənin satılmasıdır, bununla bağlı alğı-satqı müqavilələri vardır. Həmçinin, apellyasiya şikayətlərinin dəlili kimi qeyd edirlər ki, iddiaçının hazırkı iddianı qaldırmağa hüququ yoxdur. Hesab edirlər ki, torpaq sahəsi iddiaçının mülkiyyətindədir və hüququ vardır. 9870 kv.metr torpaq sahəsinə çıxarış verilmiş, ən son verilmiş çıxarışda 9299 kv.metr qeyd edilmişdir. Torpaq sahəsinin çıxarışda qeyd olunan ölçüləri və Nadir Əhmərova məxsus dövlət aktında qeyd olunan ölçüləri arasında 629 kv.metr fərq vardır. 1.11 ha torpaq sahəsindən nə qədər torpaq sahəsinin satıldığını dəqiq xatırlamır. Hesab edir ki, nə qədər torpaq sahəsi satılmasının iş üçün əhəmiyyəti yoxdur. İş materiallarında olan sxemlərdə torpaq sahəsinin sənədlərdə olan ölçüləri, iddiaçı tərəfindən faktiki olaraq istifadə olunan ərazi aydın görünür. Mübahisənin yaranma səbəbi avtomobil dayanacağı üçün ayırdıqları sahədir. Həmin sahə çıxarışa əlavə edilmədiyinə, həmçinin, torpaq sahəsində olan əmlak kompleksinə məxsus olan mağazaların bəziləri Nadir Əhmərov, bəziləri isə iddiaçı tərəfindən satıldığına görə torpaq sahəsinin ölçüləri əksikdir. Alğı-satqı müqavilələrinin müəyyən hissəsi vardır. Torpaq sahəsinə çıxarış verilərkən 8 metr bir hissədən, 7 metr digər hissədən sürüşdürmə edilərək əskik ölçülərlə çıxarış verilmişdir. Qeyd edilənlər ekspert rəyləri və əlavə edilmiş sxemlərlə təsdiq edilir. 629 kv.metr sahə yol deyildir və bugünkü günə qədər də avtomobil dayanacağı kimi iddiaçının istifadəsindədir. Bələdiyyə ilə iddiaçının arasında həmin ərazinin iddiaçıya satılması barədə danışıqlar olmuş, razılıq əldə edilməmişdir. Qusar Rayon Məhkəməsinin qətnaməsi ilə əmlak kompleksinə mülkiyyət hüququ tanınmışdır. Alğı-satqı torpaq sahəsi ilə bağlı olmuşdur. Bələdiyyə tərəfindən irəli sürülmüş təklifdə qiymət uyğun olmamışdır. Bu zaman bələdiyyəyə bildirmişlər ki, torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Qeyri-rəsmi mütəxəssisdən mübahisəli ərazidə yoxlama aparmasını istədikləri zaman məlum olmuşdur ki, torpaq sahəsi onların mülkiyyətində deyil. İddiaçı torpaq sahəsini Əhmərov Nadirdən aldıqdan sonra dövlət aktı almamış, mülkiyyət hüququna dair çıxarış almışdır. Çıxarış alan zaman plan-ölçü sənədi, texniki pasport verilmişdir. Çıxarışda torpaq sahəsinin ölçüsü əskik qeyd olunmuşdur. Nadir Əhmərovun adına olan dövlət aktının kötüyü reyestr xidmətində olmuşdur. Mübahisəli torpaq sahəsinə bələdiyyənin çıxarış almaq istədiyini öyrəndikləri zaman torpaq sahəsinin üzərinə həbs qoyulması ilə bağlı müraciət etmişlər. Daha öncə 782 kv. metr torpaq sahəsinin əskik olduğunu bildirmişlər. Hal-hazırda 629 kv. metr torpaq sahəsi ilə razıdırlar, bununla bağlı iddia tələbinin dəqiqləşməsi barədə ərizə vermişlər. Sözügedən ərazidə iddiaçının mağazaları var, bələdiyyə çıxarış alsa belə, iddiaçıdan başqa heç kimə sata bilməz. İddiaçı məlumatsız olduğuna görə, 2008-ci ildə çıxarış aldıqdan sonra məhkəməyə müraciət etməmişdir. Bələdiyyə torpaq sahəsini satmaqla bağlı təklif göndərən zaman iddiaçının sənədlərdə səhvlik olmasından xəbəri olmuşdur. Birinci instansiya məhkəməsində cavabdehin mövqeyinə görə mütəxəssis rəyi alınmış, ekspertiza təyin edilmiş, ekspertiza rəyindən də aydın olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi ilə başqa şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşmə halı yoxdur. Uyğunsuzluq sadəcə torpaq sahəsinin ön tərəfindədir. Mübahisələndirilən ərazi 1.1 ha torpaq sahəsinin cizgiləri daxilindədir. Mübahisələndirilən torpaq sahəsi hal-hazırda da avtomobil dayanacağı kimi iddiaçının istifadəsindədir. Əlavə mütəxəssis rəyinin alınmasına etiraz edirlər. İş materiallarında həm mütəxəssis rəyi, həm də ekspert rəyi vardır. Cavabdeh inzibati orqan özü iddiaçının torpaq sahəsinin əskik olduğunu etiraf etmişdir. Əskik torpaq sahəsi üzərində heç kimin mülkiyyət hüquqları qeydiyyata alınmamışdır, həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti deyildir. Mübahisəli torpaq sahəsi iddiaçının istifadəsindədir. İş materiallarında müstəqil mütəxəssis tərəfindən verilmiş rəy vardır. Həmçinin, birinci instansiya məhkəməsi zamanı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən də ekspert rəyi verilmişdir. Sözügedən rəylərlə qeyd edilən hallar təsdiq olunur. Birinci instansiya məhkəməsində iş təkrar araşdırılarkən də məlum olmuşdur ki, bələdiyyənin hüquqlarına toxunan hal yoxdur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi rəy verərəkən cavabdeh orqanın mütəxəssisləri iştirak etməmişlər. Koordinatlar olduqda Məhkəmə Ekspertizası Mərkəzi rəy verə bilir. Müstəqil MMC-nin və Məhkəmə Ekspertizası Mərkəzinin rəylərinə əsasən iş üzrə qərar qəbul edilməlidir.
37. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
38. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
43. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
45. İşin mübahisəsiz hallarına əsasən 19 iyul 2005-ci il tarixli, 4Ə-616 reyestr nömrəli “torpaq alqı-satqısı” müqaviləsi ilə X19 JN-884 KOD 30301004 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında mülkiyyətində olan və Quba şəhərində yerləşən 1.11 hektar torpaq sahəsini X2. İddiaçı iddia ərizəsində bildirmişdir ki, N.Əhmərov əmlak kompleksini ona satarkən 1,06721 hektar torpaq sahəsi orada yerləşən əmlak kompleksi ilə birlikdə onun xüsusi mülkiyyətinə verilmişdir. İş materialları ilə müəyyən olunur ki, torpaq sahəsi və üzərində olan əmlak kompleksi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində bir sıra əməliyyatlar-alqı-satqı müqavilələri, bölgü müqaviləsi, bağışlama müqaviləsi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçı 3518.2 kv.m olan qeyri-yaşayış binasını tam mülkiyyət hüququ ilə X10 bağışlamış, xx.xx.2022-ci il tarixli, **********96-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla 3518.2 kv.m olan qeyri-yaşayış binası və 0,9299 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ qeydə alınmışdır.
46. İddiaçı hazırda məhkəməyə müvafiq iddia tələbi ilə müraciət edərkən tələbini bir neçə dəfə dəqiqləşdirmiş, son olaraq məhkəmədən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** saylı çıxarışında göstərilmiş Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verlməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
47. İş materiallarından görünür ki, İddiaçı ilə cavabdeh X18 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsində mübahisəli torpaq sahəsinin ölçüsü 1.11 ha olmuş, iddiaçı 1,06 hektar torpaq sahəsinin ona təhvil verildiyini bildirmiş, xx.xx.2008-ci il tarixli mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda isə 0.98721 ha qeyd edilmişdir.
48. Məhkəmə kollegiyası tərəfindən işin hallarının araşdırılması məqsədilə cavabdeh inzibati orqana sorğu göndərilərək həmin çıxarışda torpaq sahəsinin ölçüsünün 1.11 ha deyil, 0.98721 ha yazılmasının səbəbləri barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.
49. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müəyyən olunur ki, X18 ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi əsasında əldə olunan 1.11 ha torpaq sahəsinə mühəndis tərəfindən baxış keçirildikdən sonra həmin torpaq sahəsi naturada azaldılaraq 0.98721 ha olduğu müəyyən edilmişdir. Azalmaya səbəb həmin torpaq sahəsinin cizgisinin digər mülkiyyətçilərə məxsus mübahisə predmeti olmayan qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin üzərinə düşməsidir. Hal-hazırda həmin torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında əldə olunan 1.11 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşmir. Bu səbəbdən iddiaçının adına verilmiş xx.xx.2008-ci il tarixli çıxarışda torpaq sahəsi 0.98721 ha qeyd olunmuşdur.
50. Yəni hazırki cavabla müəyyən olunur ki, iddiaçı hazırda mübahisəli torpaq sahəsinin-ticarət mərkəzinin önündə yerləşən torpaq sahəsinin faktiki olaraq illərlə onun istifadəsində olduğunu və mülkiyyət hüququ ilə öna məxsus olduğunu bildirsə də, iddia olunan ticarət mərkəzinin önündə yerləşən torpaq sahəsi ümumiyyətlə 1.11 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşmir.
51. Mübahisəli torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə mütəxəssisin iştirakı ilə əraziyə yerli baxış keçirilmiş, baxış zamanı mübahisəli torpaq sahəsinin əmlak kompleksinin önündə yerləşən və dayanacaq kimi istifadə olunan torpaq sahəsi olduğu müəyyən edilmişdir.
52. Həmçinin aşağıdakı suallarla bağlı rəy verilməsi və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşur: Mübahisəli 629 kv.m torpaq sahəsi xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsinin koordinatları daxilində yerləşirmi? Mübahisəli torpaq sahəsi Dövlət Aktında qeyd edilən 1.1 ha torpaq sahəsinin koordinatları daxilində yerləşmirsə, həmin torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınmışdırmı? Mübahisəli torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyyət hüquqları qeydiyyata alındığı təqdirdə, mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surəti (reyestr nömrələri orto-foto xəritədə göstərilməklə); xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və mübahisəli torpaq sahəsinin koordinatlarının əks olunduğu müqayisəli orto-foto xəritədən çıxarış (Dövlət Aktında qeyd edilən torpaq sahəsinin koordinatları hüdudlarında başqa şəxslərin mülkiyyət hüquqları qeydə alınmışdırsa, həmin torpaq sahələri ilə bağlı reyestr nömrələri orto-foto xəritədə göstərilməklə).
53. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 372 kv.m təşkil edir. Həmin iddia olunan torpaq sahəsi xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsinin koordinatları daxilində yerləşmir. Mübahisəli torpaq sahəsi üzərində heç bir mülkiyyət hüquqları tanınmamışdır. Mübahisəli torpaq sahəsinə və xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Döviəi Aktında qeyd edilən torpaq sahəsinə dair ortofoto görüntülər və koordinatlar mütəxəssis rəyinə əlavə edilmişdir. QEYD: Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub uqodiyası ümumi istifadədə olan torpaqlar kimi göstərilmişdir.
54. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş rəylə razı deyillər. Belə ki, rəy verən orqan cavabdeh təşkilatdır, dolayısı ilə işdə maraqlı şəxsdir. Cavabdeh orqanın verdiyi rəy əsasında qərar qəbul edilməsi qeyri-mümkündür. Cavabdehin işdə maraqlı olması onunla sübut olunur ki, işə birinci instansiya məhkəməsində baxılarkən müvəqqəti xarakterli müdafiə tədbiri kimi mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulmuş, cavabdeh məhkəməyə məktub yazaraq, qərardadı icra etməyin mümkün olmadığını bildirmiş, həmin qərardad sonradan icra edilmişdir.
55. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə eyni suallar qoyulmaqla Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilmədən iş üzrə mütəxəssis rəyinin alınması Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilmişdir.
56. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin məhkəməyə üvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisinin və tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixində mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, çöl-ölçmə işlərinin nəticəsinə uyğun kameral şəraitdə müvafiq araşdırmalar apaılmış, rəy layihəsi hazırlanmışdır. “Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin” nizamnaməsinin 3.1.38-ci (məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması və ya icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsini təmin etmək) yarımbəndinə əsasən hazırlanmış mütəxəssis rəyinin və sxemlərin məhkəməyə təqdim edilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müvafiq göstəriş verilmişdir.
57. Məhkəməyə cavabdeh inzibati orqandan xx.xx.2025-ci il tarixdə daxil olmuş həmin mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı tərəfindən iddia olunan, iddiaçının naturada göstərdiyi mübahisəli 745 kv.metr torpaq sahəsi xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsinin koordinatları daxilində yerləşmir. JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən 1.1 ha torpaq sahəsinin koordinatları daxilində yerləşməyən həmin torpaq sahəsi üzərində 19 kv.metr hissəsində **********26 reyestr nömrəli çıxarışa əsasən X16 mülkiyyət hüquqları, 27 kv.metr hissəsində isə **********62 reyestr nömrəli çıxarışa əsasən X16 mülkiyyət hüquqları tanınmış, Sumqayıt İnzibati Məhkəməsinin qərarı iiə 0.752 kv.metr torpaq sahəsinə isə məhdudiyyət qoyulmuşdur. xx.xx.2003-cü il tarixil, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının koordinatları daxilində bazarın öz çıxarışı 0.9299 ha, **********91-0.03 ha, **********81-06301-08301-0.0136 ha və **********81-06301-08303- 0,0105 ha reyestr nömrəli çıxarışlar mövcuddur.(sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir).
58. Məhkəmə kollegiyası rəyin cavabdeh inzibati orqan tərəfindən verilməsi, bu səbəbdən təkrar rəy alımasına zərurət olması ilə bağlı iddiaçının dəlillərini əsassız hesab edirr. Belə ki, 53-cü bənddə qeyd edildiyi kimi, həmin rəyin layihəsi Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin iştirakı ilə tərtib olunmuşdur. Kollegiya ümumiyyətlə cavabdeh inzibati orqanın qərəzli yanaşması, bundan irəli gələrək verilmiş rəyin əsassızlığı ilə bağlı iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, işdən göründüyü kimi, tərəflərin mübahisələndirdiyi hissə əmlak kompleksinin önündə yerləşən-avtomobil dayanacağı kimi istifadə edilən hissədir. İddiaçı da həmin sahədən faktiki olaraq həmişə istifadə etdiyini bildirmiş, daha sonra bələdiyyənin həmin torpaq sahəsinin satılması ilə bağlı müraciətindən sonra torpaq sahəsinin qiyməti ilə bağlı hətta razılıq əldə etməyə çalışmışlar, lakin razılıq baş tutmadığından məhkəməyə müvafiq iddia ilə müraciət etmişlər. Yəni iddiaçı həmin torpaq sahəsinin onun mülkiyyətində olmadığını bilmişdir.
59. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)- 406/2021 saylı qərarı ilə müəyyən olunur ki, iddiaçı daha öncə də 782 kv.m torpaq sahəsinin ona məxsus torpaq sahəsinə əlavə olunmaqla ona yeni çıxarış və texniki pasport verilməsini xahiş etmiş, həmin qərarla iddia təmin olunmuşdur. Daha sonra iddiaçının iddia tələbindən imtina etməsi nəticəsində xx.xx.2021-ci il tarixli 2-1(118)- 406/2021 saylı qərar xx.xx.2021-ci il tarixli 21(118)-406/2021 saylı qərardadla ləğv edilərək, yeni baxışa təyin edilmiş və iddiaçının müraciəti əsasında xx.xx.2021-ci il tarixli qərardad ilə iddia tələbi iddiaçıya geri qaytarılmışdır. Qeyd olunmalıdır ki, iddiaçı həmin iddia ilə müraciət etdiyi zaman torpaq sahəsinin və əmlak kompleksinin mülkiyyətçisi olmuşdur.
60. Beləliklə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının iddia etdiyi və göstərdiyi mübahisəli torpaq sahəsi ona məxsus dövlət aktının koordinatları daxilində yerləşməmiş, torpağa mülkiyyət hüququna dair Dövlət Aktının koordinatları daxilində bazarın öz çıxarışı 0.9299 ha və yuxarıda qeyd edilən **********91-0.03 ha, **********81- 06301-08301-0.0136 ha və **********81-06301-08303-0,0105 ha reyestr nömrəli çıxarışların mövcud olduğu müəyyən olunmuşdur.
61. Bununla bağlı cavabdeh inzibati orqana təkrar sorğu təqdim olunaraq vaxtilə iddiaçının adına 1.1 ha torpaq sahəsinə dair 0.98721 ha torpaq sahəsi nəzərə alınmaqla 11 fevral 2014-cü il tarixli texniki pasport tərtib edilərkən texniki pasporta daxil edilməyən torpaq sahəsinin harada yerləşməsi və texniki pasporta daxil edilməyən həmin torpaq sahəsinin hazırda kimin mülkiyyətində olması barədə məhkəməyə ətraflı məlumat verilməsi, qeyd edilən torpaq sahələrinin yerləşmə mövqeyi göstərilməklə iddiaçıya məxsus torpaq sahəsi ilə müqayisəli orto-foto xəritədən çıxarışın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Məhkəməyə həmin sənədlər təqdim olunmasa da, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı məhz ticarət mərkəzinin qarşısında olan sahənin onun dövlət aktında yerləşdiyini bildirmiş və həmin sahəyə çıxarış verilməsini xahiş etmişdir.
62. İddia tələbi ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2008-ci il tarixli çıxarışda 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsini xahiş edir. Halbuki həmin çıxarışda torpaq sahəsinin ölçüsü 0.98721 ha olmuşdur. Qərarın 13-cü bəndində qeyd olunmuş və iddiaçının istinad etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3808 saylı, 12 sentyabr 2022-ci il tarixli Ekspert rəyində xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında iddiaçıya məxsus olan torpaq sahəsinin ölçüləri ilə 15 dekabr 2003-cü il tarixli, JN-0884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı ölçülər arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. İddiaçı məhz həmin rəyə istinad edərək mübahisəli torpaq sahəsinin dövlət aktının koordinatları daxilində yerləşdiyini bildirir. Lakin təqdim olunmş növbəti ekspert rəyləri ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin-ticarət mərkəzinin önündə dayanacaq kimi istifadə olunan torpaq sahəsinin iddiaçının dövlət aktında yerləşən torpaq sahəsi daxilində yerləşdiyi müəyyən olunmamışdır. Yəni iddiaçı məhz həmin torpaq sahəsinə çıxarış verilməsində maraqlıdır. Belə ki, iddia ərizəsində də 2008-ci il tarixli çıxarışda və texniki pasportda Dövlət Aktındakı torpaq ölçülərinin düzgün göstərilmədiyi və torpaq sahəsinin Heydər Əliyev prospektinə çıxan hissəsində torpaq sahəsinin bir hissəsinin çıxarışa və texniki pasporta daxil edilmədiyi qeyd olunmuşdur.
63. Məhkəmə kollegiyasına üçüncü şəxsin vəkili tərəfindən təqdim edilən fotoşəkillə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi ticarət mərkəzinin önündə yerləşən ərazidir. İşdən görünür ki, cavabdeh inzibati orqan həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmadığını bildirmiş, təqdim edilmiş rəylər də məhz həmin halı təsdiq etmişdir.
64. İddiaçı iddia ərizəsində bildirmişdir ki, N.Əhmərov əmlak kompleksini ona satarkən 1,06721 hektar torpaq sahəsi burada yerləşən əmlak kompleksi ilə birlikdə onun xüsusi mülkiyyətinə verilmişdir. Qərarın 4-7 ci bəndlərindən görünür ki, dövlət aktı ilə iddiaçıya verilmiş torpaq sahəsi hissələrlə bir neçə dəfə satılmış, bölgü aparılmışdır. 2007ci il noyabr tarixdə tərtib olunmuş əmlak kompleksinin texniki pasportunda torpaq sahəsinin ölçüsü-sənəd üzrə 1,06256 ha, faktiki 0.98721 ha olmuşdur. Hazırda 0,9299 ha torpaq sahəsi və üzərində olan 3518.2 kv.m qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixli, **********96-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla X7 mülkiyyətindədir.(12-ci bənd) Cavabdeh inzibati orqan da torpaq sahəsinin faktiki ölçülərinə uyğun olaraq dövlət reyestrində qeydiyyat aparıldığını bildirmişdir.
65. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri).
66. Məhkəmə kollegiyası qeyd olunanları, nəzərə alaraq, hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.
67. Odur ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
68. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(118)-3795/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.