Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-190/2025 17.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya X1rşı əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(118)-1345/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilmə vərəqəsində, İddiaçı xx.xx.2017-ci il tarixində keçirilmiş qiymətləndirilmədə qapalı kəlləbeyin travması, baş beyinin əzilməsi, postravmatik ensefalopatiya, vertebro-bazilyar çatmamazlıqla, baş beynin xəstəliyi, kəllə daxili hipertenziya əlamətləri, hipertenzion və tonik-klonik qıcolmalar (ayda 6-7 dəfə), davamlı ağrı sindromu, yaddaş və koordinasiya pozğunluğu, qabarıq asteno-nevrotiks sindrom, sağ bud sümüyünün ossifitikatının çıxarılması əməliyyatından sonrakı vəziyyət, davamlı ağrı sindromu, dayaq-hərəkət funksiyasının pozulması, sağ tərəfli epitimpanitdən sonrakı təbil pərdəsinin quru perforasiyası, timpanoplastika, sağ tərəfli mastoidektomiya, bilateral endoskopik etmoidomaksillektomiya, bilateral konxorezeksiya əməliyyatından sonrakı vəziyyət diaqnozu ilə ikinci dərəcəli əllillik xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir . Daha sonra iddiaçıya xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilmə vərəqəsində eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli xroniki koxlear nevrit, sağ tərəfli lV dərəcə, sol tərəfli ll dərəcəli ağıreşitmə diaqnozu ilə əllillik dərəcəsi müəyyən edilməsindən imtina olunmuşdur. İmtina səbəbi olaraq diaqnoz əllillik əlaməti təyin etməməsi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “ikinci dərəcə əlliklə bağlı pensiya təminatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha iddiaçı məhkəməyə ərizə təqdim edərək, “cavabdehin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh ilə əvəz edilməsini və cavabdehin üzərinə əlilliyin təyin olunması vəzifəsinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci il təvəllüdlüdür. 2015-ci ilin sentyabr ayından 2017-cilin iyun ayına qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu zaman sağlamlıq imkanları məhdudlaşmış və bir çox xəstəxanalarda müayinə və müalicələrdə olmuşdur. Ona xx.xx.2017-ci il tarixdə verilmiş forma 88 sənədinə görə keçirilmiş qapalı kəllə beyin travması, baş beyin əzilməsi, posttravmalik ensefalapotiya, vertebro-bazilyar çatışmamazlıq, baş beyinin xəstəliyi kəllə daxili hiperteniya əlamətləri, hipertenzion və tonik klonik qıcolmalar (ayda 6-7 dəfə) davamlı ağrı sindromu, yaddaş və koordinasiya pozğunluğu, qabarıq asteno-nevrotik sindrom, sağ bud sümüyünün ossifitikatının çıxarılması əməliyyatdan sonrakı vəziyyət davamlı ağrı sindromu, dayaqhərəkət funksiyasının pozulması, sağtərəfli epitimpanitdən sonrakı təbil pərdəsinin quru perforasiyası, timpanoplastika, sağ tərəfli mastoidektomiya, bilateral endoskopik etmoidomaksillektoniya, biateral konxorezeksiya diaqnozu qoyulmuş (əməliyyatdan sonrakı vəziyyət) və hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik verilmiş və müvafiq olaraq əlliliyə görə pensiya təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə isə pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçı əlilliyin yenidən təyin edilməsi ilə əlaqədar cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Müraciət edən zaman qulağında olan problemlə bağlı müraciət etdiyi üçün xx.xx.2023-cü il tarixli forma 88 göndərişində yalnız qulağı ilə bağlı müayinənin nəticəsi göstərilmişdir. Lakin bu sağlamlıq problemindən başqa digər problemlərinin olduğu komissiyanın sonuncu verdiyi xx.xx.2017ci il tarixli forma 88 sənədində açıq-aydın göstərilmişdir. Bundan başqa 2017-ci ilin iyun ayında sağ ayağından əməliyyat olunmuşdur. Bütün bunlara baxmayaraq xx.xx.2023-cü il tarixli forma 88-də sənədində olan məlumata görə diaqnoz zamanı əlillik əlamətinin təyin edilməməsi qərara alınmışdır. Ona görə də məhkəməyə müraciət elməyə məcbur olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazlarının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 677 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağtərəfli xroniki mezotimpanit təbil boşluğunun xolesteatomu ilə ağırlaşması diaqnozu ilə xx.xx.2017-ci il tarixdə aparılmış “Sağtərəfli mastoidektomiya, timpanoplastika” əməliyyatından sonrakı vəziyyət, trepanasiya boşluğunun tam epidermləşməsi, soltərəfli xroniki adgeziv otit, ikitərəfli üçüncü dərəcəli qarışıq tipli ağıreşitmə, sağ bud sümüyünün ossifikatına görə aparılmış “sağ bud sümüyünün ossifikatının çıxarılması” əməliyyatından (xx.xx.2016) sonrakı vəziyyət, funksiyaların pozulması olmayan” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, eşitmə zəifliyindən şikayətlənmiş, qulağından cərrahi əməliyyat keçirdiyini söyləmişdir. Anamnezində sağ qulağının eşitmədiyini, qulağının içərisində şişkinlik yarandığını, getdikcə böyüdüyünü, ona toxunulduğu zaman əsəbləşdiyini, eşitməsində yaxşılaşma olmayacağını dedikləri üçün sonradan heç bir müayinədən keçmədiyini qeyd etmişdir. Baxış zamanı sağ budun orta 1/3-nin arxa səthində boylama istiqamətdə ~20-22 sm ölçüdə əməliyyat çapığı izlənmiş, müayinənin gedişatında 2 metr məsafədən aydın eşitməsi müəyyən edilmişdir. X5 xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Sağda qulaq sümükcükləri aşkarlanmadı. Solda orta qulaqda mezotimpanium, hipotinpaniumda yığıntı izləndi. Hər iki tərəfdə mastoid hüceyrələrin havalanması pozulmuşdur” kimi müəyyənləşdirilmişdir. X7 xx.xx.2023-cü il tarixli BERA testinin nəticəsi “Sağ tərəfli ağır (İV), sol tərəfli orta (İİ) dərəcəli qarışıq tip eşitmə azlığı” kimi qeyd olunmuşdur. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli BERA test müayinəsinin nəticəsi “İkitərəfli xroniki orta otit, sağ tərəfli timpanoplastika əməliyyatından sonrakı vəziyyət. İkitərəfli xroniki koxlear nevrit. Sağ tərəfli İV (dördüncü) dərəcə. Sol tərəfli İİ (ikinci) dərəcəli ağıreşitmə” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda İV (dördüncü) dərəcəli (80 dB), sol qulaqda İİ (ikinci) dərəcəli (150 dB) ağıreşitmə qeyd olunur. Birtərəfli ağıreşitmə İV dərəcə (sol tərəfli)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə imtina barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(118)-1345/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazilriyi Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X9 tərəfindən verilmiş T344/2024 saylı 31 may 2024-ci il tarixli rəyinə görə iddiaçıya 2017-2023-cü illər aralığında əlillik təyin edilərkən onda müşahidə edilən xəstəliklərdən şəxsin DTSERA-da əyani müayinələri zamanı “sağ bud sümüyünün ossifitkatının çıxarılması əməliyyatından sonrakı vəziyyət; davamlı ağrı sindromu; sağtərəfli epitimapanitdən sonrakı təbil pərdəsinin quru perforiyası; timpanoplastika” və əsas diaqnoz hesab edilən “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli koxlear nevrit, sağ tərəfli İV (dördüncü) dərəcə. Sol tərəfli İİ (ikinci) dərəcəli ağıreşitmə” aşkar edilmişdir, verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, əyani müayinə aparılarkən İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 677 nömrəli Xəstəlik haqqında Şəhadətnamədə “Sağtərəfli xroniki mezotimpanit təbil boşluğunun xolesteatomu ilə ağırlaşması diaqnozu ilə xx.xx.2017-ci il tarixdə aparılmış “Sağtərəfli mastoldektomiya, timpanoplastika” əməliyyatından sonrakı vəziyyət, trepanasiya boşluğunun tam epidermləşməsi, soltərəfli xroniki adoeziv otit, ikitərəfli üçüncü dərəcəli qarısıq tipli ağıreşitmə, sağ bud sümüyünün ossifikatına görə aparılmış "Sağ bud sümüyünün ossifikatınm çıxarılması" əməliyyatından (22.06.16) sonrakı vəziyyət, funksiyaların pozulması olmayan" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərildiyi müəyyən edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, eşitmə zəifliyindən şikayətlənmiş, qulağından cərrahi əməliyyat keçirdiyini söyləmişdir. Anamnezində sağ qulağının eşitmədiyini, qulağının içərisində şişkinlik yarandığını, getdikcə böyüdüyünü, ona toxunulduğu zaman əsəbləşdiyini, eşitməsində yaxşılaşma olmayacağını dedikləri üçün sonradan heç bir müayinədən keçmədiyini qeyd etmişdir. Baxış zamanı sağ budun orta 1/3-nin arxa səthində boylama istiqamətdə - 20-22 sm ölçüdə əməliyyat çapığı izlənmiş, müayinənin gedişatında 2 metr məsafədən aydın eşitməsi müəyyən edilmişdir. X5 xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Sağda qulaq sümükcükləri aşkarlanmadı. Solda orta qulaqda mezotimparıium, hipotinpaniumda vığıntı izləndi. Hər iki tərəfdə mastoid hüceyrələrin havalanması pozulmuşdur” kimi müəyyənləşdirilmişdir. X7 xx.xx.2023-cü il tarixli BERA testinin nəticəsi “Şağtərəfli ağır (İVJ, sol tərəfli orta (İİ) dərəcəli qarısıq tip eşitmə azlığı” kimi qeyd olunmuşdur. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli BERA test müayinəsinin nəticəsi “İkitərəfli xroniki orta otit, sağ tərəfli timpanoplastika əməliyyatından sonrakı vəziyyət. İkitərəfli xroniki koxlear nevrit. Sağ tərəfli İV (dördüncü) dərəcə. Sol tərəfli İİ (İkinci) dərəcəli ağıreşitmə" kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda İV (dördüncü) dərəcəli (80 dB), sol qulaqda İİ (ikinci) dərəcəli (150 dB) ağıreşitmə qeyd olunur. Birtərəfli ağıreşitmə İV dərəcə (sol tərəfli)" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarına dəyişiklik edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək, cavabdehin apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2. İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. .... Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bənd. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları” na əsasən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7-ci bənd. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi ikinci dərəcəli əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. İşin halalrından müəyyən edilir ki, cavabdeh orqana iddiaçının barəsində 2017-ci ildə təqdim edilmiş Forma 88 saylı göndərişdə əsas diaqnoz kimi – XBT Vlll sinif – “Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri, H65-N75-Orta qulağn və məməyəbənzər çıxıntının xəstəlikləri, H72- Təbii pərdənin perforasiyası, H72.1 – Attik nahiyyəsində təb..., Diaqnoz – sağ tərəfli epitimapanitdən sonrakı təbil pərdəsinin quru perforiyası; timpanoplastika, sağtərəfli mastioidektomiya, bilateral endoskopik etmoidomaksillektomiya, biateral konxo rezeksiya əməliyyatından sonrakı vəziyyət, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağıreşitmə, lV mərhələ, trepanasiya boşluğunun tam epidermləşməsi, soltərəfli adgeziv otit sağ bud sümüyünün ossifikatının çıxarılması əməliyyatından sonrakı vəziyyət, davamlı ağrı sindromu, dayaq-hərəkət funksiyasının pozulması” qeyd edilmiş və ona ll dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə isə 2023-cü ildə təqdim edilən Forma 88 saylı göndərişdə isə yalnız eşitmə ilə bağlı diaqnozlar qeyd edilmişdir - əsas diaqnoz : H90.3 “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli koxlear nevrit, sağ tərəfli İV (dördüncü) dərəcə. Sol tərəfli İİ (ikinci) dərəcəli ağıreşitmə”: yanaşı xətsəliklər – G44.2 –gərginlik tipli baş ağrısı gərginliklə bağlı xroniki baş ağrısı, gərginliklə bağlı epizodik baş ağrısı, gərginliklə bağlı ƏGO baş ağrısı, gərginlik tipli baş ağrısı; G93.4- dəqiqləşdirilməmiş ensefalpoatiya, digər ensefalopatiyalar, M79.6 - ətrafda ağrı, ətraflarda ağrı. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Şəxsin əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğunun müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Həmin rəydən görünür ki, iddiaçıya 2017-2022-ci illər aralığında əllillik təyin edilərkən onda müşahidə edilən xəstəliklərdən şəxsin DTSERA-da əyani müayinələri zamanı “sağ-bud sümüyünün ossifitkatının çıxarılması əməliyyatından sonrakı vəziyyət ; davamlı ağrı sindromu; sağ tərəfli epitimapanitdən sonrakı təbil pərdəsinin quru perforiyası; timpanoplastika” və əsas diaqnoz hesab edilən “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. İki tərəfli koxlear nevrit. Sağ tərəfli ıv (dördüncü) dərəcə. Sol tərəfli ll dərəcəli ağıreşitmə” aşkar edilmiş, dayaq- hərəkət funksiyasının pozulması aşkar edilməmiş, bir sözlə desək həmin yəni, əsas xəstəlik və ağırlaşması şəxsin hazırkı sağlamlıq durumunun təzahürü olsa da, əlillik təyinatına əsas verməmişdir. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda əlavə müalicəsinə ehtiyac yoxdur, müalicə ilə həmin xəstəliklər (anadan gəlmə anomiyaların) reabilitasiya olunmurlar. Diaqnoz əlillik təyinatına əsas vermədiyindən, ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na əlavənin hər hansı bəndini aid etmək mümkün olmadığı qeyd olunmuşdur. Həmin meyarların tələblərinə görə ağıreşitmə ilə bağlı əlilliyin təyin olunması üçün bir tərəfin lV dərəcə, ikinci tərəfin ll dərəcəyə uyğun olması tələb olunur ki, iddiaçının barəsində tərtib edilmiş həm Forma 88 saylı göndərişində, həm də məhkəmə-tibb ekspert rəyində bir tərəfin lV dərəcə, ikinci tərəfin ll dərəcəyə uğun olması müəyyən edilmişdir. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi və digər tibbi sənədlər əsasında təkzib olunmuşdur. İddiaçı tərəfindən isə həmin halları təkzib edən, iddia tələbinin əsaslılığını təsdiq edən heç bir dəlilə istinad edilməmişdir. Bununla da, hazırki iş üzrə iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə əlilliyin təyini üçün əsaslardan biri deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Birinci isntansiya məhkəməsi iddianı təmin edərkən o hala istinad etmişdir ki, iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, 2017-ci ildə də iddiaçının eşitmə orqanının bir tərəfinin lV dərəcə, digər tərəfinin ll dərəcəsi olmasına baxmayaraq ona ll dərəcəli əlillik təyin edilmişdir. Halbuki, həmin diaqnoz da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin təyini üçün əsaslardan biri olmamışdır (anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) lll dərəcəli əlillik üçün əsas olmuşdur). Bu zaman iddiaçının digər diaqnozlarının da nəzərə alınması ehtimal olunur, lakin hazırki göndərişdə sırf ağıreşitmə ilə diaqnoz qeyd olunduğundan və bu diaqnozun əlilliiyn təyin edilməsinə əsas vermədiyindən iddia əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, iddiaçı barəsində əlillik vəziyyətinin müəyyən edilməsi ilə bağlı tibbi müəssisəsi tərəfindən müvafiq göndərişin verilməsinə əsas olan hallar aydınlaşıdırılmamış, iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliklərin və onun əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olub-olmaması halı qanunvericiliklə müəyyən edilmiş normlarının tələbi baxımından qiymət verilməmiş, nəticə etibarilə iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2024-cü il tarixli, 2-1(118)-1345/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.