Məhkəmə qərarları › İş №2-1(105)-191/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-191/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-191/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2N noyabr 2022-ci il tarixli, 2- N(NN8)-N499/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.N966-cı ildə Ağdam rayonu Nəmirli kəndində anadan olmuşdur.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 29 sentyabr 2020-ci il tarixli, 9/2-974N saylı məktubundan görünür ki, N №li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 88№li əmrində İddiaçı hərbi toplanış vaxtı bitdiyinə görə Milli Ordu sıralarından azad edilməsi barədə məlumat vardır. Qeyd edilmişdir ki, 708№li hərbi hissə komandirinin iyun-iyul N992-ci il tarixli, 239№li hərbi hissə komandirinin oktyabr-dekabr N992-ci il tarixli, 688№li hərbi hissə komandirinin iyun-iyul N993-cü il tarixli və avqust N995-ci il tarixli nizami hissə üzrə əmrlərində X3 xidməti barədə məlumat aşkar olunmamışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin NN dekabr 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, hərbi toplanış vaxtı bitdiyi üçün İddiaçı N nömrəli hərbi hissə komandirinin N6 avqust N992-ci il tarixli 88№li əmrilə Azərbaycan Milli Ordusu sıralarından tərxis edilmişdir. Qeyd edilmişdir ki, 708№li hərbi hissə komandirinin iyun-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 239№li hərbi hissə komandirinin oktyabr-dekabr N992-ci il tarixli nizami hissə əmrlərində şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və 688№li hərbi hissə komandirinin iyun N993-cü il tarixli nizami hissə üzrə əmrlərində şəxsi heyətinin əlifba qeydiyyat kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. 708№li hərbi hissənin N992-ci il tarixli şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri, 239№li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri və 688№li hərbi hissənin N993-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Mərkəzi Arxivə daxil olmamışdır.

4. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan 23 dekabr 2020-ci il tarixli, N/B-N7N92 saylı məktubu ilə Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2- 974N nömrəli və N7 dekabr 2020-ci il tarixli 9/2-N0946 nömrəli arayışlarına əsasən N nömrəli hərbi hissədə iyun-iyul N992-ci il tarixlərdə hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N966-cı il tarixdə Ağdam rayonunun Nəmirli kəndində doğulmuş, Qarabağ ətrafında gedən döyüşlər zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda N992-ci ilin may ayından avqust ayına qədər N saylı hərbi hissənin tərkibində döyüşmüş və həmin il İn N6 avqust tarixində hərbi toplanış vaxtı bitdiyi üçün 88 nömrəli əmrlə tərxis olunmuşdur. Bu barədə məlumat Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin işlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli arxiv arayışlarında öz əksini tapmışdır. O zaman artıq onun ailə üzvləri və o məcburi köçkün olmuş, o vaxtdan da Sumqayıt şəhərində məskunlaşmışdır. Qarabağ müharibəsini iştrakçısı kimi imtiyazlardan istifadə etməmişdir. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il və xx.xx.2020-ci it tarixli arxiv arayışlarında qeyd edilmişdir ki, arxiv sənədlərində N saylı hərbi hissə komandanın N992-ci ilin iyun-iyul ayları üçün nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında, N saylı hərbi hissə komandirinin N992-ci ilin oktyabr-dekabr ayları üzrə əmrlərində, şəxsi heyətin əlilba qeydiyyatı kitablarında və N saylı hərbi hissə komandirinin N993-cü ilin iyun ayı üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında xidmət, barədə məlumat yoxdur. Qeyd olunanlar ilə əlaqədar iddiaçı cavabdehə müvafiq sənədlərlə birlikdə müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2020-ci il tarixli, N/B-İ7N92 saylı məktubu ilə onun müraciətini təmin etməkdən imtina etmişdir. Səbəb isə “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası”nın 03 may 20N7-ci il tarixli iclasında onun ərizəsinə baxılmış və müsbət qərar qəbul edilməmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri:

7. Cavabdeh iddiaya qarşı etirazda «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin müvafiq müddəalarına, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli arayışlarına istinad etməklə İddiaçı 708№li hərbi hissədə iyun-iyul N992-ci il tarixlərdə hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığnı göstərmişdir. Etirazda daha sonra göstərilir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Etirazda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin 2N noyabr 2022-ci il tarixli, 2-N(NN8)- N499/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzamunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N02)-NN6N/20N7 nömrəli xx.xx.20N7-ci il tarixli qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. İddiaçı, həqiqi hərbi xidmətdən buraxılması üçün güzəştli əsaslara malik olmadığı halda xx.xx.N992-ci il tarixdə həqiqi hərbi xidmətdən buraxıla bilməzdi. Həmin dövrlərdə Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı azad etmək və düşmən tərəfindən yeni ərazilərimizin işğalının qarşısını almaq üçün ölüm-dirim mübarizəsi aparırdı. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikası ərazisində hücumlarının şiddətlənməsini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti özünün 20 fevral N992-ci il tarixli NN7 nömrəli Fərmanı ilə qismən səfərbərlik elan etməyə məcbur olmuşdur. İddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. Yalnız Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N996-cı il tarixli 433 nömrəli Fərmanında göstərilir ki, Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatını nəzərə alaraq N996-cı il martın N-dək 25 yaşı tamam olmuş və daha çox yaşı olan keçmiş Sovet Ordusunun və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular (çavuşlar və əsgərlər) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. İddiaçı xidmət yerində olmuş olsaydı, N996-cı ilin martın N-dən sonra tərxis oluna bilərdi. Belə ki, yuxarıda istinad olunan Əsasnaməyə əsasən Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməklə yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə cavabdehə lazımi qaydada məlumat verilsə də onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.N99N-ci il tarixli Qanun:

12. Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

13. “Veteranlar haqqında” Qanun:

14. Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:

16. N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

17. “İnzibati icraat haqqında” Qanun: Maddə N9.N İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

18. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-N(N05)-N9N/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. cavabdeh isə imtinasını onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissədə iyun-iyul N992-ci il tarixlərdə hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

23. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, iddiaçı N saylı hərbi hissəsində döyüş əməliyyatlarında iştirak etmiş və Hərbi Hissə komandirinin xx.xx.N992-ci il tarixli 88 nömrəli əmri ilə ordudan tərxis olunmuşdur.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqanın özünün təqdim etdiyi müvafiq arxiv arayışlarında iddiaçının N №li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 88№li əmri ilə hərbi toplanış vaxtı bitdiyinə görə Milli Ordu sıralarından azad edilməsi müəyyən edilmişdir.

25. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında hərbi biletini müharibə veteranı adı alınmasına köməklik göstərilməsi üçün keçmiş hərbiçi yoldaşına verdiyini, daha sonra həmin şəxsin pandemiya dövründə vəfat etdiyindən hərbi biletinin itdiyini bildirmiş, bununla əlaqədar olaraq cavabdehə sorğu verilərək iddiaçının hərbi xidməti barədə arxiv məlumatlarının və hərbi biletnin surətinin təqdim edilməsi xahiş olunmuşdur.

26. Verilmiş sorğuya cavabdeh olaraq Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, 708№li hərbi-hissə komandirinin iyun-iyul N992-ci il tarixli əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı hansı əsasla və hansı statusda hərbi xidmətə çağırılması, 239№li hərbi hissə komandirinin oktyabr-dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, 688№li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır. 688№li hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. NN0№li hərbi hissədən Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Həmin məktubla İddiaçı hərbi toplanış vaxtları bitdiyi üçün Milli ordu sıralarından tərxis edilməsi barədə 708№li hərbi hissə komandirinin 88№li, N6 avqust N992-ci il tarixli əmrinin arxiv çıxarışı və iddiaçının hərbi biletinin kserosurəti də məhkəməyə təqdim olunmuşdur.

27. Qeyd edilən hərbi biletin kserosurətində iddiaçının N və 688№li hərbi hissələrdə xidməti barədə də qeydlərin aparılması müəyyən edilsə də, iddiaçı məhkəmə kollegiyasının iclasında verilmiş suallara cavab olaraq N6 avqust N992-ci il tarixli əmrlə ordu sıralarından təxris olunduqdan sonra ümumiyyətlə yenidən hərbi xidmətə çağırılmadığını və hər-hansı hərbi hissədə xidmət etmədiyini, hərbi biletin kserosurətindəki müvafiq qeydlərin kim tərəfindən, nə vaxt aparılmasından məlumatsız olduğunu bildirmişdir.

28. Kollegiya qeyd edir ki, həm cavabdehin yuxarıda istinad edilən arxiv arayışlarında, həm də birinci instaniya məhkəməsi tərəfindən tələb edilərək iş materiallarına əlavə edilmiş şəxsi qeydiyyat vərəqəsində iddiaçının 708№li hərbi hissədən başqa digər hərbi hissələrdə xidməti barədə hər-hansı məlumat qeyd olunmamışdır.

29. İşin yuxarıda qeyd edilən hallarını, habelə oxşar işlər üzrə cavabdeh inzibati orqanın mövqeyi və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya qeyd edir ki, iddiaçının hərbi biletin kserosurətində N və 688№li hərbi hissələrdə xidmətinə dair qeydlər barədə hər-hansı arxiv məlumatları aşkar edilmədiyindən onun qeyd edilən hərbi hissələrdə xidmət etməməsi barədə öz izahatı nəzərə alınmalıdır.

30. Bununla belə, cavabdeh apellyasiya şikayətində də iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə hərbi hissə komandirinin əmrinin olmadığını bildirməsinə baxmayaraq, məhkəmənin sorğularına cavab olaraq cavabdeh inzibati orqan özü iddiaçının təxris olunması barədə 708№li hərbi hissə komandirinin 88№li, N6 avqust N992-ci il tarixli əmrinin arxiv çıxarışını həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş, qeyd edilən əmrin tarixi və nömrəsi isə həm iddiaçının hərbi biletinin kserosurətində olan tarix və nömrə ilə, həm də onun şəxsi qeydiyyat vərəqəsində olan tarixlərlə uyğunluq təşkil edir. Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

31. Kollegiya hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut etmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

32. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsi və qanuni əsaslarla təxris olunması müvafiq əmrlə təsdiq olunduğundan və iddiaçının xidmət etdiyi dövrdə 708№-li hərbi hissə döyüş əməliyyatlarında iştirak etdiyindən ona mühribə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2N noyabr 2022-ci il tarixli, 2-N(NN8)-N499/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar