Məhkəmə qərarları › İş №2-1(105)-192/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-192/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-192/2020 04.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və X2 tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Daxili İşlər Nazirliyinin 027-3268a-3219 saylı xx.xx.2019-cu il tarixli cavab məktubunun qanunsuz hesab olunması, istifadə olunmamış 1996-2001-ci illər və 2003-2004-cü illər üçün məzuniyyət haqqının düzgün hesablanması və cavabdehdən 10212 AZN pulun, istifadə olunmamışməzuniyyət haqqının alınaraq birdəfəyə ona ödənilməsinin DİN-nin Maliyyə-Plan İdarəsinə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1092/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyinin 027-3268a-3219 saylı xx.xx.2019-cu il tarixli cavab məktubunun qanunsuz hesab olunması, istifadə olunmamış 1996-2001-ci illər və 2003- 2004-cü illər üçün məzuniyyət haqqının düzgün hesablanaraq birdəfəyə ona ödənilməsinin DİN-nin Maliyyə-Plan İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Daxili İşlər Nazirliyinin 027-3268a- 3219 saylı xx.xx.2019-cu il tarixli cavab məktubunun qanunsuz hesab olunması, istifadə olunmamış 1996-2001-ci illər və 2003-2004-cü illər üçün məzuniyyət haqqının düzgün hesablanması və cavabdehdən 10212 AZN pulun, istifadə olunmamış məzuniyyət haqqının alınaraq birdəfəyə ona ödənilməsinin DİN-nin Maliyyə-Plan İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçı 1996-2004-cü illər ərzində DİN Baş Dövlət X1 xidmət etmişdir. İşlədiyi illərdə 2002, 2005-ci illərdə məzuniyyətdə olmuş və məzuniyyət haqqını almışdır. 1996-2001, 2003 və 2004-cü illərdə məzuniyyətdə olmamış və məzuniyyət haqqını almamışdır. 2005-ci ildə işlədiyi struktur DİN-dən alınaraq Fövqəladə Hallar Nazirliyinin tərkibinə verilmiş və iddiaçı başqaları kimi qeyd olunan Nazirliyin işçisi olmuşdur. Dəfələrlə rəsmi qaydada istifadə olunmamış və ödənilməmiş məzuniyyət haqqının ödənilməsi barədə X9 cənab R.Usubova müraciət etmiş və hər dəfə müsbət cavab almamışdır. Sonuncu dəfə ərizəsinə Azərbaycan Respublikası DİN Maliyyə- Plan İdarəsi tərəfindən verilən cavab məktubunda göstərilir ki, DİN-in X5 2005-ci ildə Fövqəladə Hallar Nazirliyinin Strukturuna verilmişdir. Həmin dövrdə istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyası “Polis Əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 73 nömrəli Qərarına müvafiq olaraq vəzifə və rütbə maaşları əsasında ödənilirdi. Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Dövlət X6 Xidmətdən 2012-ci ildə xaric olunmasına baxmayaraq DİO-da sonuncu xidmət ili struktur dəyişikliyinin baş verdiyi 2005-ci il hesab olunur. Bu baxımdan iddiaçıya həmin dövrdə qüvvədə olan müvafiq normativ aktlara əsasən istifadə etmədiyi əsas məzuniyyətlərə görə DİO-da sonuncu vəzifə və rütbə maaşlarına əsasən pul kompensasiyası hesablanıb ödənilmişdir. İddiaçının 1996-2005-ci illərdə cəmi iki il 2002, 2005-ci illərdə məzuniyyətdə olması, qalan illərdə məzuniyyətdə olmaması Quba RDYMH-si tərəfindən verilən 92 saylı, xx.xx.2016-cı il tarixli arayışla bir daha təsdiq olunur. 2016-cı ildə DİN X8 tərəfindən iddiaçıya cəmi 396 manat pul ödənilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan kompensasiya məbləğinin hesablanması zamanı istifadə olunmamış bütün məzuniyyət illəri və sonuncu vəzifə və rütbə maaşı nəzərə alınmamışdır. İddiaçının FHN-nin Şimal Regional Dövlət X6 böyük inspektor işlədiyi vəzifə üçün 2012-ci ildə həmin vəzifə maaşı 732 manat təşkil edirdi. Kompensasiyanın verildiyi vaxt müvafiq vəzifəyə görə maaş 777 manat təşkil edirdi. Bundan əlavə məzuniyyət ili üçün xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq və məharət dərəcəsinə görə əlavələr də istifadə olunmamış məzuniyyət haqları ödənilərkən nəzərə alınmalıdır. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, DİN-in X5 2005-ci ildə Fövqəladə Hallar Nazirliyinin Strukturuna verilmişdir. Həmin dövrdə istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyası “Polis Əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 73 nömrəli Qərarına müvafiq olaraq vəzifə və rütbə maaşları əsasında ödənilirdi. Struktur dəyişikliyinin 2005-ci ildə olduğunu nəzərə alaraq İddiaçı istifadə etmədiyi əsas məzuniyyətlərə görə daxili işlər orqanlarında xidmət etdiyi sonuncu vəzifə və rütbə maaşlarına əsasən pul kompensasiyası hesablanıb ödənilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1092/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1092/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Məhkəmə qərar qəbul edərkən demək olar ki, hazırkı mübahisənin hüquqi əsaslarını özündə əks etdirən hüquq normalarına istinad etməmiş, yalnız cavabdeh təşkilatın nümayəndəsinin məhkəmədə verdiyi izahatlara və cavabdeh təşkilatdan məhkəməyə ünvanlanmış cavab məktublarına əsaslanmışdır. İddiaçı 1996-2005 illərdə cəmi iki il 2002, 2005-ci illərdə məzuniyyətdə olmağı, qalan illərdə məzuniyyətdə olmamağı Quba RDYMH tərəfindən verilən 92 saylı, xx.xx.2016-cı il tarixli arayışla bir daha təsdiq olunur. Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, DİN X8 tərəfindən ona cəmi 396 manat pul ödənilmişdir. İddiaçı qeyd olunan kompensasiya məbləğinin hesablanması zamanı istifadə olunmamış bütün məzuniyyət illəri və sonuncu vəzifə və rütbə maaşı nəzərə alınmamışdır. Ona kompensasiya sonuncu tutduğu vəzifəyə maaşına görə FHN-nin Şimal Regional Dövlət X6 böyük inspektor vəzifəsi, 2012-ci ildə həmin vəzifə maaşı 732 manat təşkil edir, hesablanıb ödənilməlidir. Bundan əlavə, məzuniyyət ili üçün xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq və məharət dərəcəsinə görə əlavələr də istifadə olunmamış məzuniyyət haqları ödənilərkən nəzərə alınmalıdır. Məhkəmə işə baxarkən göstərilən bu faktlara hüquqi qiymət verməmiş və nəticədə qeyri-qanuni qərar çıxarılmışdır. “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2000-ci il tarixli, 73 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 44 nömrəli qərarının 1.2-ci bəndinə əsasən “Daxili işlər orqanlarının əməkdaşına müvafiq iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə ğörə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanıb ödənilir”. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X4 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1092/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin X5 2005ci ildə Fövqəladə Hallar Nazirliyinin strukturuna verilmişdir. İddiaçı Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Dövlət X6 xidmətdən 2012-ci ildə xaric olunduğuna baxmayaraq, onun daxili işlər orqanlarında sonuncu xidmət ili struktur dəyişikliyinin baş verdiyi 2005-ci il hesab olunur. Həmin dövrdə istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyası “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əsasən vəzifə və rütbə maaşları əsasında ödənilirdi. Qeyd olunan Qərara əsasən İddiaçı 1998, 1999, 2000, 2001, 2003, 2004- cü illərdə (6 il) istifadə etmədiyi əsas məzuniyyətlərə görə daxili işlər orqanlarında sonuncu xidmət ili olan 2005-ci ildəki vəzifə maaşı 48.0 manat, rütbə maaşı 18.0 manat, cəmi 66.0 manat olmaqla 396.0 manat (üç yüz doxsan altı) pul kompensasiyası hesablanmışdır. Hesablanmış kompensasiya xx.xx.2016-cı il tarixdə Daxili İşlər Nazirliyinin Maliyyə- Plan İdarəsi tərəfindən İddiaçı ödənilmişdir. xx xxxxxx 2016-cı il tarixli, 84 nömrəli Kassa-Məxaric Orderinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçıya istifasdə olunmamış məzuniyyət kompenasiyası kimi 396 AZN pul ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydalarının 13-cü bəndinin 4-cü abzasına əsasən Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. İş materiallarından görünür ki, struktur dəyişikliyinin baş verdiyi 2005-ci ildə olduğu nəzərə alınaraq iddiaçıya istifadə etmədiyi əsas məzuniyyətlərə görə daxili işlər orqanlarında xidmət etdiyi sonuncu vəzifə və rütbə maaşlarına əsasən pul kompensasiyası cavabdeh tərəfindən hesablanıb ödənilmişdir. İnzibati orqanın müvafiq ödəniş etməsinin hüquqi əsasını yuxarıda qeyd olunan normativ tənzimləmə təşkil edir. Cavabdeh inzibati orqan da həmin qaydalara uyğun hesablama aparmış, ödəniş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2005-ci ildən sonra başqa orqanda işləməsi, həmin tarixdən sonra Daxili İşlər Nazirliyində iddiaçının işlədiyi vəzifənin mövcud olmaması səbəbindən hazırkı iddia əsaslı hesab oluna bilməz. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 1092/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1092/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar