Məhkəmə qərarları › İş №2-1(105)-194/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-194/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-194/2023 02.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçı, üçüncü şəxslərin vəkili və nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis şöbəsinə qarşı üçüncü şəxslər Həsənsoy Zeynəb Rafiq qızının və X2 Sumqayıt şəhəri,Kotec qəsəbəsi, 6-cı keçid, məhəllə 23, ev 179/9-dan pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2943/2021 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhər 2 saylı Dövlət Notariat Kontoru tərəfindən qeydə alınmış 3M2/122 saylı xx.xx.1999-cu il tarixli evin bağışlama müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 23-cü məhəllə, keçid 6, ev 179/9 X9 tərəfindən qardaşı İddiaçı bağışlanmışdır. RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X7 və 08.0.1987-ci il təvəllüdlü Həsənsoy Zeynəb Rafiq qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar. AZ-İ 319081 saylı, 04 aprel 2019-cu il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı və X3 arasındakı nikah ləğv edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxslər X1 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, üçüncü şəxslər Həsənsoy Zeynəb Rafiq qızının və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bunu 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə qeydiyyata alınmış RX seriyalı ******* saylı çıxarış təsdiq edir. ünvan 1 onun qardaşı tərəfindən ona bağışlanmışdır. X5 və X7 onun övladlarıdır. X12 arasında bağlanmış nikaha xx.xx.2019-cu ildə xitam verilmişdir. Həsənsoy Zeynəb Rafiq qızı və X8 hər ikisi həddi-buluğa çatmışdır. Onların mənzilinə qeydiyyatı formal xarakter daşıyır. O, Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Hüseynova Zeynəb Rafiq qızı və X4 ünvan 1-dan pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya qarşı heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 və X8 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2943/2021 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək Həsənsoy Zeynəb Rafiq qızının və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, münasibətlər yaranarkən qüvvədə olmuş AR Mənzil Məcəlləsinin (2009-cu ilin sentyabrına qədər qüvvədə olan) 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişdirsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu maddi normaya əsasən onların mülkiyyətçinin uşaqları kimi həmin evdən istifadə hüquqları var. Onlar illərdir ki, həmin evdə ataları ilə yaşamışlar və bu gün ata-anası ilə nikahlarına xitam verilməsi, onların həmin mənzildən istifadə hüquqlarının itirilməsi ilə nəticələnə bilməzdi. AR MM-nin 228-ci maddəsinə istinad edərək onlara kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə ümumi məhkəmədə iddia qaldıra bilərdi. Onların istifadə hüquqlarına xitam verilmədən işə onların həmin evə pasport qeydiyyatının ləğv edilməsini həyata keçirmək və bu barədə qərar qəbul etmək qanunsuz olmuşdur. İddia ərizəsində iddiaçı birbaşa olaraq onların onun uşaqları olmalarına və evdə yaşadıqlarını qeyd etdiyi halda, məhkəmə bu hallara qiymət verməmiş, hüquqa dair mübahisə faktına düzgün hüquqi qiymət verməmiş, bu iddianın inzibati xarakterli olmamasına diqqıt yetirmədən, mümkünsüz hesab edilməli olan iddianı qəbul edərək təmin etmişdir ki, bu halda məhkəmə qərarını qanuni hesab etmək olmaz. Bu iddianı mümkünsüz hesab edən hallar olduğu halda məhkəmə öz qərarında iddianı mümkünsüz hesab edən hər hansı bir halın müəyyən edilmədiyini göstərməklə qanunun tələblərini pozmuşdur. Əgər iddiaçı 3-cü şəxslərin onun uşaqları olduğunu və evdə yaşadıqlarını bildirdiyi halda, onların qeydiyyatının ləğv edilməsini xahiş edirsə, məhkəmə necə ola bilər ki, bu halda iddianı mümkünsüz edən halların müəyyən edilmədiyi qənaətinə gəlsin? əgər söhbət evdə yaşamaq və istifadə etmək hüququ olan şəxslərdən gedirsə, deməli burda hüquqa dair mübahisə var və bu halda isə işə inzibati mübahisə kimi baxıb qərar vermək yolverilməzdir. Lakin məhkəmə bilərəkdən bu hallara göz yumaraq iddianı mümkün iddia hesab etmiş, baxmış və iddianın təmin edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Sumqayıt şəhər Polis İdarəsi xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət edərək 23 fevral 2023-cü il tarixli məhkəmə iclasında nümayəndənin iştirakının təmin edilməsini qeyd etsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçının iddia tələbinin əsasını üçüncü şəxslərin evdən pasport qeydiyyatından çıxarılması təşkil edir. İddiaçı idda ərizəsində pasport qeydiyyatından çıxartmaq istədiyi üçüncü şəxslərin (oğlu və qızının) həddi-buluğa çatmalarına və qeydiyatlarının formal xarakterli olmasına istinad etmiş, iddianı təmin edən birinci instansiya məhkəməsi də gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər”. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, “...Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Beləliklə, birinci instansiya məhkəməsi nəticə etibarı ilə inzibati məhkəmə icraatı qaydasında baxılan hazırkı işdə iddiaçının uşaqları olan üçüncü şəxslərin pasport qeydiyyatında olduqları mənzildə faktiki olaraq yaşamamaları və beləliklə də hər-hansı əmlak hüquqlarının olmamasını müəyyən etməklə iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Halbuki iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş xx.xx.2022-ci il tarixli iclasda iddiaçı özü sədrlik edənin sualına cavab olaraq hazırda keçmiş həyat yoldaşının uşaqları ilə birlikdə həmin mənzildə yaşadığını, xx.xx.2022-ci il tarixli iclasda isə övladlarının həmin evə gedib-gəldiklərini, yaşamadıqlarını bildirmişdir. Üçüncü şəxslər apellyasiya şikayətində mülkiyyətçinin uşaqları kimi həmin evdən istifadə hüquqlarının mövcudluğuna və hazırda həmin evdə yaşamalarına istinad etmiş, iddiaçı da apellyasiya baxışı zamanı məhkəmə iclasında qızının orda yaşamadığını, amma oğlunun yaşadığını bildirmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Eyni zamanda Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. İşin yuxarıda qeyd edilən hallarından və istinad edilən normaların məzmunundan göründüyü kimi, hazırkı işdə iddiaçı ilə onun mülkiyyətində olan evdə pasport qeydiyyatında olan uşaqları ilə qeyd edilən mənzilə istifadə hüquqlarının olub-olmaması barədə mübahisə vardır. Belə olan halda isə iddiaçının hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Halbuki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kollegiya həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da məhz göstərilmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.Hazırkı işdə isə üçüncü şəxslər iddiaçının övladları olmaqla “mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış” şəxslər kateqoriyasına aid deyillər, habelə onların iddiaçının mülkiyyətində olan evdə “faktiki yaşamamaları” və ya “istifadə hüquqlarının olmaması” mübahisəlidir. Belə mübahisənin mövcudluğu şəraitində isə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur. Hazırkı il üzrə iddianın mümkün sayılmamasına səbəb olan yuxarıda qeyd edilən hallar məhkəmə kollegiyası tərəfindən iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə edilmiş, iddiaçı isə üçüncü şəxs olan uşaqlarının könüllü olaraq evdən qeydiyyatdan çıxmadıqlarını, ondan 30.000 manat pul istədiklərini, dəfələrlə danışıqlar apardığını, lakin razılaşmadıqlarını bildirmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, iddiaçıya hüquqi marağına uyğun müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2943/2021 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 5 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar