Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-196/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə üçüncü şəxs qismində cəlb olunma barədə ərizəçilər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş ərizəyə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(085)-722/2013 saylı qərardadından ərizəçi Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saray qəsəbəsi ərazisində yerləşən 264,6 kv.metr ölçüdə mansardlı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,20 ha torpaq sahəsinin vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2-1(085)- 722/2013 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim Z.Məmmədov) Həmin qərar xx xxxxxxx 2013-cü il tarixdə qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən tam icra edilmişdir. Hazırda Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaları barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 Saray qəsəbə sakinidir. Maraqlı şəxs2 onun oğludur. Maraqlı şəxs1 xx xxxx 1998-ci ildə J-1880 nömrəli dövlət aktı ilə Saray qəsəbəsində 0,38 ha ümumi torpaq sahəsi ayrılmışdır. xx xxx 2012-ci ildə 4Ə/1251 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə 0,12 ha torpaq sahəsi onun iştirakı ilə özgəninkiləşdirilmişdir. Bu zaman ərazinin ona aid olduğu barədə alqı-satqı üçün 1 ay müddətinə arayış da təqdim edilmişdir. Qalan 0,2236 ha torpaq sahəsi xx xxx 2016-cı il tarixli **********04 reyestr nömrəli çıxarışla onun adına rəsmiləşdirilmişdir. Sonradan ona məlum olmuşdur ki, məhkəmənin 2-1(085)- 722/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarı ilə Saray qəsəbəsi üzrə icra nümayəndəsinin xx xxxx 1998-ci il tarixli 01 saylı çıxarışı əsasında (dövlət aktı olmadan) vətəndaş İddiaçı iddiası əsasında onun xeyrinə Saray qəsəbəsində ayrılmış 0,20 ha torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən 264,6 kv.metr ölçüdə olan mansardlı qanunsuz tikilmiş fərdi evə müvafiq mülkiyyət sənədlərinin verilməsi barədə Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmuşdur. Bu öhdəlik qurum tərəfindən icra edilmişdir. Cavabdeh tərəfindən yuxarı instansiya məhkəmələrə şikayət edilməmişdir. Vətəndaşa **********36-10301 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ verilmişdir. Bu torpaq sahəsi onun sənədindəki torpaq sahəsi ilə üst-üstə düşür, onun mülkiyyətidir. Onun bu proseslərdən məlumatı olmayıb. Hansı dövlət aktı əsasında çıxarış verildiyini bilmir. 1-ci qrup əlilə baxdığı üçün torpaq sahəsi ilə maraqlana bilmir. Buna görə də o, 2013-cü ildə qeyd edilən dövlət aktı üzrə başqa şəxsə etibarnamə verərək eyni ərazidən 12 sot torpaq sahəsi satmışdır. 2016-cı ildə qalan torpaq sahəsinə çıxarış alanda DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən ona bu torpağa başqa şəxsin də sənədi olması barədə heç bir məlumat verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(085)-722/2013 saylı qərardadı ilə üçüncü şəxs qismində cəlb olunma barədə ərizə təmin edilməmişdir. (İ.Quliyev) Qərardaddan narazı qalan ərizəçi Maraqlı şəxs2 şikayət verərək Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(085)-722/2013 saylı qərardadının ləğv edilməsini, onların 3-cü şəxs qismində cəlb edilmələri barədə ərizələrinin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəçi apellyasiya şikayətində ərizədə göstərilənləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəyindəndə görünür ki, torpaqlarının 8 sotdan artıq hissəsi iddiaçının torpağı ilə üst-üstə düşür. Əslində hazırda onların faktiki istifadəsində ümumiyyətlə torpaq sahəsi yoxdur. Dövlət aktı olmadan birinci instansiya məhkəməsi 2013-cü ildə qarşı tərəfə sənəd verilməsini öhdəlik qoyub. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdı və əlavə olaraq bildirdi ki, tərəflərindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının adına qeydə alınmış torpağın 850 kv m hissəsi ərizəçilərin birgə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və digər ərizəçi X2 məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(085)-722/2013 saylı qərardadı ləğv edilməli, Maraqlı şəxs1 və Maraqlı şəxs2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsi yenidən müzakirə olunması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçilər məhkəməyə torpaq sahələrinin üst-üstə düşdüyünü təsdiq edən sənədlər təqdim edilməmişdir. Həmçinin ərizəçiyə məxsus torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla həmin torpaqdan faktiki olaraq istifadə edilmir. Eyni zamanda DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən də həmin torpaq sahələrinin çox az hissədə, 0,085 ha hissədə üst-üstə düşdüyü bildirilmişdir. Bu isə məhkəmənin qeyd edilən qərarı ilə ərizəçinin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu istisna edir. Eyni zamanda 2013-cü ildə qəbul edilmiş, ərizəçinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmadığı məhkəmə qərarının ləğv edilməsi hüquqi müəyyənlik prinsipinin pozulması ilə də nəticələnə bilər. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdə olan sənədlərdən görünür ki: - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi üzərində Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1(85)- 722/2013 saylı qərarına və eskiz layihəyə əsasən X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə xx.xx.2013cü il tarixdə RX seriyalı ******* saylı çıxarış verilmişdir. - JN-1880 nömrəli xx.xx.1998-ci il tarixli Dövlət Aktına əsasən, 0.3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Maraqlı şəxs1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmuş, həmin ümumi birgə torpaq sahəsinin 0.12 ha hissəsi Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə/1251 saylı reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Fərid Ağamalıyevin adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.2607 ha ümumi birgə torpaq sahəsi xx.xx.2016-cı il tarixdə **********04(0.2236 ha) və xx.xx.2019-cu il tarixdə **********23 (0.0371 ha) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə sorğu verərək, İddiaçı adına DƏDRX-də qeydiyyata alınmış RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş torpaq sahəsinin koordinatları ilə Maraqlı şəxs1 adına DƏDRX-də qeydiyyata alınmış RX seriyalı, ******* saylı çıxarışda qeyd olunan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi barədə məlumat verilməsini tələb etmişdir. Verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs1 paylı mülkiyyətində olan xx.xx.2016-cı il tarixli, **********04 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış 0,2236 ha torpaq sahəsinin 0,085 ha hissəsinə İddiaçı adına xx.xx.2013-cü il tarixli, **********36-10301 reyestr nömrəli çıxarış verilmişdir. Beləliklə, ilkin araşdırma nəticəsində müəyyən olunur ki, həqiqətən də, ərizəçilərin paylı mülkiyyətində olan 0.2236 ha torpaq sahəsinin 1/3-dən artıq hissəsi yəni, 850 kv m (8 sot yarım) hissəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış, bu isə ərizəçilərin əhəmiyyətli dərəcədə hüquqlarının pozulması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi hansı meyara əsasən, ərizəçilərin mülkiyyətində olan torpağın 1/3 hissəsindən çoxunun iddiaçının adına qeydiyyata alınmasını “cüzi hissə” kimi qəbul etməsi anlaşılan deyildir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahələrinin koordinatların hansi hissədə üst-üstə düşməsi məsələsi ilə bağlı cavabdehdən deyil, dövlət yerquruluşu xidməti, yəni X7 Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətindən mütəxəssislər cəlb edilməklə rəy alınmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, ərizəçilərin torpaq sahəsindən faktiki istifadə etməmələri ərizənin rədd edilməsi üçün əsas ola bilməz. Əksinə işdən görünür ki, üçüncü şəxslərlə iddiaçı arasında mübahisə olduğundan, üçüncü şəxslərin bildirdiyinə görə, onlara məxsus torpaq sahəsi iddiaçı tərəfindən hasara aldındığından ümumiyyətlə onların torpaqdan istifadə etmələri mümkün olmamışdır. Odur ki, kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs2 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(085)-722/2013 saylı qərardadı ləğv edilməli, yuxarıda qeyd edilən göstərişlər nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibat Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(085)- 722/2013 saylı qərardadı ləğv edilsin. Maraqlı şəxs1 və Maraqlı şəxs2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: ünvan 4ibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 5 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-196/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-196/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver