Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-197/2025 21.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində 5-ci dərəcə avtoelektrik işlədiyi xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək və “Sumqayıt Tikinti Metallurgiya” ATSC-də işlədiyi xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilədək olan dövrün sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2- 1(118)-4026/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). İddiaçının ИT-0127340 saylı əmək kitabçasından görünür ki, o, 29 oktyabr 1977-ci il tarixindən 03 noyabr 1979-cu il tarixinədək hərbi xidmətdə olmuş, 18 oktyabr 1977-ci il tarixindən 21 oktyabr 1977-ci il tarixinədək, 10 dekabr 1979-cu il tarixindən 24 dekabr 1979-cu il tarixinədək, 11 iyul 1980-ci il tarixindən 06 sentyabr 2000-ci il tarixədək, 12 sentyabr 2000-ci il tarixindən 21 iyul 2007-ci il tarixədək, 01 oktyabr 2006-cı il tarixindən 01 noyabr 2008-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina etmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək “iddiaçının Sumqayıt-səmişin ASC-də 5-ci dərəcəli avtoelektrik işlədiyi xx.xx.1993-cü il tarixindən xx.xx.2000-ci il tarixinə kimi dövrün sığorta stajına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalı ilə əvəz edilməsini, “iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində 5-ci dərəcə avtoelektrik işlədiyi xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək və “Sumqayıt Tikinti Metallurgiya” ATSC-də işlədiyi xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilədək olan dövrün sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, Sumqayıt xx.xx.1977-ci ildən bu günə kimi, hazırda 66 yaşı olmasına baxmayaraq işləyir. Ailəlidir. xx.xx.1980-ci ildən xx.xx.2000-ci ilə kimi Sərnişindaşıma avtobazasındaxx.xx.1980-ci il də adı dəyişdirilərək 2707 avtokalon adlanan müəssisədə işləmişdir. Belə ki, xx.xx.1980ci ildə Sumqayıt Sərnişindaşıma avtobazasına 2-ci dərəcə avtoelektrik vəzifəsinə qəbul olunmuş; xx.xx.1980-ci ildə Sumqayıt Sərnişindaşıma avtobazasının adı dəyişdirilərək 27.07 avtokalon adlanlandırılmışdır. xx.xx.1983-cü ildə 3-cü dərəcəli avtoelektrik təyin edilmişdir. xx.xx.1985-ci ildə «D» kateqoriyalı sürücü vəzifəsinə keçirilmişdir. xx.xx.1985ci ildə 3-cü dərəcəli avtoelektrik vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci ildə 4-cü dərəcəli avtoelektrik təyin edilmişdir. xx.xx.1988-ci ildə iddiaçıya 5ci dərəcə verilmişdir. xx.xx.2000-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur.Qanunvericiliyə uyğun olaraq iddiaçı pensiya yaşı çatdığından yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi əmək kitabçasına və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının ümumi sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 19 il 4 ay 25 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01,2006-cı il tarixədək 16 il 25 gün sığorta stajına uyğun olaraq 16192,54 manat, 01,09.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 3213,58 manat olmaqla ümumilikdə 19406,12 manat təşkil edir ki, bu məbləğ 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsas şübhələr olan xx.xx.1980-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Sumqayıt-sərnişin ASC-də əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Sumqayıt-sərnişin ASC-nin təqdim etdiyi şəxsi hesab kitablarına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.2000-ci il tarixədək sözügedən müəssisədə əmək fəaliyyəti zamanı xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək iddiaçının adına əməkhaqqı hesablandığı müəyyən edilmişdir. Bu səbəbdən İddiaçı adına əmək-haqqı hesablanmayan dövrlər sığorta stajına daxil edilməmişdir. xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “Sumqayıt Tikinti Metalurgiya” ATSC-də olan dövrün mötəbərliyinə şübhələr olduğu və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006- cı il tarixdən xx.xx.2007-ci il tarixədəkiddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəllərini və əmrlərdən çıxarışı) təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2-1(118)-4026/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində 5ci dərəcə avtoelektrik işlədiyi xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək və “Sumqayıt Tikinti Metallurgiya” ATSC-də işlədiyi xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilədək olan dövrün sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının "xxxx" ASC-də işlədiyi mübahisəli olan xx.xx.1993-cü - xx.xx.2000-ci illər və “Sumqayıt Tikinti Metallurgiya” ATSC-də işlədiyi mübahisəli olan xx.xx.2000-ci - xx.xx.2007-ci illər üzrə əməkhaqqı almasının müəyyən edilməməsi, həqiqətən həmin dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmamasına dəlalət etmir. Belə ki, həmin dövrlər iddiaçının əmək kitabçasında öz əksini tapmşdır. Mübahisəli dörvlər üzrə arxiv sənədlərinin mövcud olmaması iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ... 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, , iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, ləğv olunnan hisədə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün işlədiyi illərin sığorta stajına daxil edilməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, hazırki iş üzrə iddiaçının 29 oktyabr 1977-ci il tarixindən 03 noyabr 1979-cu il tarixinədək hərbi xidmətdə olması, 18 oktyabr 1977-ci il tarixindən 21 oktyabr 1977-ci il tarixinədək, 10 dekabr 1979-cu il tarixindən 24 dekabr 1979-cu il tarixinədək, 11 iyul 1980ci il tarixindən 06 sentyabr 2000-ci il tarixədək, 12 sentyabr 2000-ci il tarixindən 21 iyul 2007-ci il tarixədək, 01 oktyabr 2006-cı il tarixindən 01 noyabr 2008-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olması ИT-0127340 saylı əmək kitabçası ilə öz əksini tapmışdır. Cavabdeh inzibati orqan iddiaçıya 1993-2000-ci illər üzrə əmək haqqı hesablanmaması əsası ilə, xx.xx.2000-xx.xx.2007-ci illər üzrə isə “Sumqayıt Tikinti Metallurgiya” ATSC-də olan dövrün mötəbərliyinə şübhələr olması əsası ilə, həmin dövrlərin ümumi sığorta stajına daxil edilməsindən imtina etmişdir. Cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Mübahisələndirən dövrlər ərzində də iddiaçının "xxxx" ASC-də və “Sumqayıt Tikinti Metallurgiya” ATSC-də işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. İş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC-nin direktoru və cavabdeh orqanın nümayəndəsinin xx.xx.2024-cü il tarixdə qarşılıqlı araşdırması nəticəsində tərtib edilmiş aktda iddiaçının əmək haqqına dair arxiv sənədlərinin olmaması səbəbindən əmək haqqı alıb-almaması müəyyən edilməmişdir. (i.v 30) Eyni zamanda “Sumqayıt Tikinti Metallurgiya” ATSC və cavabdeh orqanın nümayəndəsinin xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktından müəyyən edilir ki, “Sumqayıt Tikinti Metallurgiya” ATSC-nin arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması səbəbindən iddiaçının sığorta stajının müəyyən edilməsi mümkün olmamışdır. (i.v 47) Məhkəmə araşdırması nəticəsində iddiaçının "xxxx" ASC-də 11 iyul 1980-ci il tarixindən 06 sentyabr 2000-ci il tarixədək, həmçinin “Sumqayıt Tikinti Metallurgiya” ATSCdə 12 sentyabr 2000-ci il tarixindən 21 iyul 2007-ci il tarixədək işlədiyi müəyyən edilir. İddiaçının qeyd edilən müəssisələr üzrə məcburi dövlət sığorta haqlarının ödənilməməsinə münasibətdə isə kollegiya hesab edir ki, iddiaçının məsuliyyət sferasına aid edilə və həmin müəssisədə işlədiyinə dair əmək kitabçası məlumatlarının həqiqiliyini şübhə altına ala bilməz. Beləliklə, kollegiya qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Lakin məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının "xxxx" ASC-də 11 iyul 1980-ci il tarixindən 06 sentyabr 2000-ci il tarixədək, həmçinin “Sumqayıt Tikinti Metallurgiya” ATSC-də 12 sentyabr 2000-ci il tarixindən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməsi hissəsində düzgün nəticəyə gəlsə də, iddiaçının Sumqayıt Tikinti Metallurgiya” ATSC-də işlədiyi xx.xx.2006-ci ildən xx.xx.2007-ci ilədək olan dövrün onun sosial sığorta stajına daxil edilməsi hissəsində yanlışlığa yol vermişdir. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının yuxarıda qeyd edilən müddəalarında xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddətinin fərdi uçot məlumatlarına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır. İnzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qanunvericiliyin tələbi, eləcə də formalaşmış vahid məhkəmə təcrübəsinə görə işin hazırkı vəziyyətində 1 yanvar 2006-cı il tarixədək iş dövrü sığorta haqqının işəgötürən tərəfindən ödənilməsindən asılı olmayaraq staja daxil edilir, həmin tarixdən sonrakı dövrlər isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən, yəni məcburi dövlət sosial sığorta haqları ödənildiyi təqdirdə daxil edilir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən iş yeri ilə bağlı nəzərə alınan sosial sığorta stajı 1 yanvar 2006-cı il tarixinə qədər hesablandığından və müəssisənin həmin tarixə qədər yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcları silindiyindən cavabdehin həmin dövrləri məcburi dövlət sosial sığorta haqlarının ödənməməsinə görə xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək və xx.xx.2000-ci ildən xx.xx.2006-ci il tarixədək olan dövrün iş stajına daxil edilməli olmaması ilə bağlı dəlilləri əsaslı sayıla bilməz. Göründüyü kimi iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək Sumqayıt sərnişin” Açıq Səhmdar Cəmiyyətində və xx.xx.2000-ci ildən xx.xx.2006-cı il tarixədək “Sumqayıt Tikinti Metallurgiya” ATSC-də işlədiyi dövr nəzərə alındığında, onun 25 ildən artıq sığorta stajına malik olduğu aşkar edilir. Bununla da, xx.xx.2006-cı il tarixədək iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən hallarına tam qiymət verilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı "xxxx" Açıq Səhmdər Cəmiyyətində 5-ci dərəcə avtoelektrik işlədiyi xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək və “Sumqayıt Tikinti Metallurgiya” ATSC-də işlədiyi xx.xx.2000-ci ildən xx.xx.2006-ci ilədək olan dövrün sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulmalı, iddia qalan hissədə (“Sumqayıt Tikinti Metallurgiya” ATSC-də işlədiyi xx.xx.2006-ci ildən xx.xx.2007-ci ilədək olan dövrün sığorta stajına daxil edilməsi hissəsində) təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2-1(118)-4026/2024 nömrəli qərarı qismən ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdər Cəmiyyətində 5-ci dərəcə avtoelektrik işlədiyi xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək və “Sumqayıt Tikinti Metallurgiya” ATSC-də işlədiyi xx.xx.2000-ci ildən xx.xx.2006-ci ilədək olan dövrün sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə (“Sumqayıt Tikinti Metallurgiya” ATSC-də işlədiyi xx.xx.2006-ci ildən xx.xx.2007-ci ilədək olan dövrün sığorta stajına daxil edilməsi hissəsində) təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.