Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-198/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X21 və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı X3 Cavabdehnə qarşı mənzilə orderin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 799/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X9 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıtİnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 11 saylı ünvanda yerləşən mənzilə iddiaçının adına sosial kirayə müqaviləsinin bağlanmasına dair öhdəliyin cavabdehə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinə dair order verilməsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1 saylı evdə yerləşən 11 sayıl mənzilə dair X4 adına xx.xx.1986-cı il tarixdə 33 saylı order verilmişdir. Dövlət Mənzil Fonduna aid mənzildə həmin order əsasında X12 arvadı X23 və iki azyaşlı uşaqları ilə birlikdə yaşamışdır. 1997-ci ildən etibarən həmin mənzildə iddiaçı, mərhum anası X16 ilə birlikdə faktiki olaraq yaşamağa başlamışlar, elə həmin vaxtlarda X2 Əsmət Qasım qızına mənzilin dəyərini ödəyərək faktiki olaraq mənzili almışdır. Əsmət Abbasova mənzilə dair sənədləşmə edəcəyinə dair vəd etməsinə baxmayaraq bunu etməmiş və uşaqları ilə birlikdə mənzildən getmişdir, onun harada olması barədə hər hansı məlumat yoxdur. Abşeron rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən X4 qeyd olunan mənzilə istifadə huququ itirilmişdir. İddiaçı həmin mənzildə 10 ildən artıq yaşayaraq bütün kommunal xərcləri ödəmişdir. Əsmət Abbasovanı və ailə üzvlərini tapmaq mümkün olmadığından iddiaçı 2009-cu ilin may ayında mənzilə istifadə hüququnun tanınması haqqında iddia ilə məhkəməyə müraciət etmiş və Abşeron rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı və anası mənzilə qeydiyyata alınmışlar. xx.xx.2009-cu il tarixdə X10 və xx.xx.2009-cu il tarixdə iddiaçıya həmin ünvan üzrə yeni şəxsiyyət vəsiqələri verilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən X23 və övladları X20, X11 qeyd olunan mənzildən istifadə hüquqlarına xitam verilmişdir. Qeyd olunan mənzilə yeni order verilməsi və sosial kirayə müqaviləsinin bağlanması məqsədi ilə İcra Hakimiyyətinə müracəitlər olmasına baxmayaraq, onun müraciəti təmin olunmamışdır. xx xxxxxx 2018-ci il tarixdə X16 vəfat etmşdir. Hal-hazırda sözügedən mənzildə iddiaçı qeydiyyatda tək olmaqla yaşayır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, order üzrə mənzilin icarədarının notariat qaydasında razılıq ərizəsi RİH-ə təqdim edildikdən sonra qeyd olunan mənzilin şəxsi hesabı iddiaçının adına dəyişdirilə bilər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)- 799/2019 saylı qərarı ilə iddia rədd edilmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-799/2019 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ x xxxxxxx 2009-cu il tarixdən etibarən Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi qüvvəyə minmişdir. Həmin Mənzil Məcəlləsinə əsasən Dövlət Mənzil Fonduna aid mənzillərə vətəndaşlarla sosial-kirayə müqaviləsi bağlanır. Ancaq nəzərə alınsa ki, həmin mənzildə 1997-ci ildən etibarən yaşayır və münasibətlər həmin müddətdən yaranmışdır, köhnə Mənzil Məcəlləsinin tələblərinə əsasən İcra Hakimiyyəti tərəfindən adına mənzilə order verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanlann mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində dövlət mənzil fonduna aid olan mənzilin əvvəlki sakinlərinin həmin mənzilə olan istifadə hüququna xitam verilməsinin və iddiaçının mənzildən istifadə hüququnun tanınmasına dair məhkəmə qətnamələrinin olmasına baxmayaraq, sözügedən mənzilə dair orderin iddiaçının adına verilməsi üçün əsas olmadığı kimi yanlış qənaətə gəlmişdir. Mənzilin ilkin istifadəçilərinin mənzilələ həm hüquqi, həm də faktiki bağlılığı qalmamışdır, iddiaçı mənzildən 20 ildən artıq bir müddətdir tam əsaslarla istifadə edir, lakin mənzilə dair rəsmi sənədləşmə aparılmamışdır. Hər bir halda məhkəmə diqqətdən qaçırmışdır ki, dövlət mənzil fonduna aid mənzildə yaşayan vətəndaşla müvafiq icra hakimiyyəti arasında hüquqi sənədləşmə aparılmalı, mənzildən istifadənin hüquqi əsasları müəyyən olunmalı idi. Konkret olaraq bu faktla bağlı yaranmış boşluq əsla vətəndaşın əleyhinə istifadə oluna bilməz. Məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qərar çıxarılmışdır, həmin qərar dəyişdirilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-799/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan: Abşeron rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli 2(012)-656/2009 saylı qətnaməsindən görünür ki, iddiaçılar X5 və X3 cavabdehlər X13, X14 və X19 qarşı mənzilə istifadə hüququnun tanınması və qeydiyyata alınma barədə iddiası təmin edilmiş, X5 və X3 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1 saylı evin 11 saylı mənzilinə istifadə hüququ tanınmış və onlar həmin mənzilə qeydiyyata alınmışlar. Abşeron rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(012)-941/2013 saylı qətanməsindən görünür ki, iddiaçı X3 cavabdehlər X14 və X19 qarşı mənzildən istifadə hüquna xitam verilməsi barədə iddiası təmin edilmiş, X20, X11 və X17 Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə, 1 saylı evin 11 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. Seriya AZ-İ № 930220 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2018-ci ildə vəfat etmişdir. Xırdalan şəhəri 2 saylı Mənzil Təsərrüfatı İsehsalat X28 tərəfindən verilmiş 2 №li forma arayışından görünür ki, X1 şəhəri, 27-ci məhəllə, 1 saylı evin 11 saylı mənzildə qeydiyyatdadır, mənzilin icarədarı X6r. Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, Abşeron rayon XDS İK-nin 251-5 saylı, xx.xx.1986-cı il tarixli qərarına əsasən Xırdalan şəhəri, 27-ci məhəllə, 1 saylı evin 11 saylı mənzilin orderinin X7 verilməsi qərara alınmışdır. Abşeron rayon XDS İK tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli 33 saylı orderin surətindən görünür ki, həmin order Xırdalan şəhəri, 27-ci məhəllə, 1 saylı evdə, 3-cü mərtəbədə yerləşən 1 otaqlı 11 saylı mənzilə dair X7 verilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və ona əsaslanmışdır ki, mübahisə predmeti olan mənzilin iddiaçıya ayrılmasına dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsi mövcud olmamışdır. Bundan başqa, mənzil dövlət mənzil fonduna aid olduğundan vətəndaşlar arasında onun alqı-satqısından söhbət gedə bilməz. Mənzilin əvvəlki sakinlərinin həmin mənzildən istifadə hüququna xitam verilməsi və İddiaçı mənzildən istifadə hüququnun tanınmasına dair məhkəmə qətnamələri olsa belə, bu hal sözügedən mənzilə dair orderin iddiaçının adına verilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Belə ki, kollegiya hesab edir ki, iddiaçının mübahisəli mənzilə hüquqları 2009-cu ilin iyun ayında tanındığından hazırki mübahisənin həllində Azərbaycan SSR-in x xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Qeyd olunan Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Kollegiya qeyd edir ki, mübahisə predmeti olan mənzilin iddiaçıya ayrılmasına dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsi mövcud olmamışdır. Mənzil Məcəlləsinin 80-ci maddəsində nəzərdə tutulmuşdur ki, icarədarın yaşayış sahəsində əsas icarədardan icarəyə götürmə müqaviləsi əsasında və ya müvəqqəti sakinlər sifətilə yaşayan vətəndaşlar, orada yaşadıqları müddətdən asılı olmayaraq, həmin sahə barəsində müstəqil hüquqa malik deyildirlər. Yəni, əsas icarədar yaşayış sahəsini müqavilə əsasında və ya müvəqqəti sakinlər sifətilə yaşamaları üçün başqa şəxslərə verərsə, həmin şəxslər orada yaşadıqları müddətdən asılı olmayaraq, həmin sahə barəsində müstəqil hüquq əldə etmirlər. Arxiv sənədlərinə əsasən Abşeron rayon XDS İK-nin 251-5 saylı, xx.xx.1986-cı il tarixli qərarına əsasən Xırdalan şəhəri, 27-ci məhəllə, 1 saylı evin 11 saylı mənzilin orderinin X7 verilməsi müəyyən edilmişdir. Belə olan təqdirdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Cavabdeh sözügedən mənzilə dair iddiaçıya order verilməsindən imtinası qanuna zidd olmamışdır. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin x xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və x xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsaslı, tutarlı dəlil göstərilməmiş və cavabdehin imtinasını təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X3 Cavabdehnə qarşı mənzilə orderin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası əsassızdır . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 799/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da iddiaçı X3 apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-799/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 4 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Elman Əhmədov Hökümə Babayeva
Məhkəmə qərarları › İş №2-1(105)-198/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-198/2020
04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver