Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-198/2021 01.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin götürülməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-993/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin götürülməsi tələbi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-993/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin götürülməsi tələbinə” dair iddiası geri götürülmüş hesab edilmiş, iş üzrə icraata xitam verilmişdir. (hakim C.Məmmədov). Həmin qərardaddan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-993/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. apelyasiya şikayətinin dəlilləri: iş materillarına əlavə edilən xx.xx.2020-ci il tarixli, Sumqayıt İnzibati Məhkəməsinə daxilolma nömrəsi HŞ-1763 olan, İddiaçı MMC-nin iddia ərizəsinə əlavə sənədindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsi ilə əlaqə saxlamış, iddia ərizəsinə dəqiqləşmə vermişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət 19 gündür. Yəni, İddiaçı MMC 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmamışdır. Məhkəmə qeyd olunan halları nəzərə almadığından Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinin tələbini pozmuşdur. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-993/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməsi, qərardadın ləğv edilməsi nəticəsinə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2020-ci il tarixə məhkəmə iclası təyin olunmuş və bu barədə iddiaçıya sms-bildiriş göndərilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, xx.xx.2020-ci il tarixli, daxilolma nömrəsi HŞ-1763 olan iddia ərizəsinə əlavə sənədi ilə iddia ərizəsinə dəqiqləşmə vermişdir. Növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin olunmuş və bu barədə iddiaçıya sms-bildiriş göndərilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmənin qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin götürülməsi tələbinə” dair iddiası geri götürülmüş hesab edilmiş, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Kollegiya qeyd edir ki, xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəmənin qərardad qəbul etdiyi xx.xx.2020-ci il tarixdən 30 gündən çox müddət keçməmişdir. Yəni İddiaçı MMC 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X4 şikayətinə dair xx xxxx 2013-cü il tarixli Qərardadı ilə inzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2014cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı bəndinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-993/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-993/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2-1(105)-198/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-198/2021
01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver