Məhkəmə qərarları › İş №2-1(105)-199/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-199/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-199/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə və X2 vəkili və nümayəndəsi X4 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1939/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərardadından X2 vəkili və nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34-də yerləşən 68 nömrəli mənzilin özəlləşdirilmə aktının, həmin mənzilin mərhum İddiaçı1 Əzizağa oğlunun adına qeydiyyata alınmasına dair 20.02.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı, buna uyğun olaraq 04.04.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, 14.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, 21.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1939/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov) X1 vəkili və nümayəndəsi X6 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X2 vəkili və nümayəndəsi X6 izahatında bildirdi ki, apellyasiya şikayəti tərtib edilərkən səhvə yol verilmişdir. İddiaçı2 iddia ərizəsi verilərkən yetkinlik yaşına çatsa da, iddia ərizəsi daha öncədən tərtib edildiyi üçün həmin hal tərəfindən nəzərə alınmamışdır və nəticədə apellyasiya şikayəti də İddiaçı2 qanuni nümayəndəsi kimi X2 vəkili və nümayəndəsi olaraq onun tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılara lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə iddiaçıların iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Həmin Məcəllənin 87.5-ci maddəsinə əsasən, şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi, apellyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olma məsələsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi X5 23.09.2021-ci il tarixli iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdirlər. İşdə olan (səh.15) şəxsiyyət vəsiqəsinin surətindən isə görünür ki, İddiaçı2 xx.xx.2003-cü il təvəllüdlüdür. Göründüyü kimi İddiaçı2 mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli şəxsdir və onu təmsil etmək üçün vəkil ilə müqavilə bağlaya bilər və ya məhkəmədə öz hüquqlarını müstəqil şəkildə özü müdafiə edə bilər. İş materiallarından görünür ki, mövcud apellyasiya şikayəti 16.12.2021-ci il tarixdə X2 vəkili və nümayəndəsi X6 tərəfindən verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarından X2 apellyasiya şikayəti vermək səlahiyyəti olmadığından, X2 vəkili və nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və bununla da apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1939/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərardadından X2 vəkili və nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar