Məhkəmə qərarları › İş №2-1(105)-199/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-199/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-199/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(118)- 1629/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1966-cı il tarixdə Azərbaycan Respublikası, Qazax rayonu, İşıxlı kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyində növbə ustası, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək şöbə rəisi, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək yenidən növbə ustası vəzifəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsində qazyığma operatoru, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək neft-qaz çıxarma operatoru, xx.xx.2001-ci il tarixdən xx.xx.2012-ci il tarixədək rəis və rəis müavini vəzifələrində işləmiş, hal-hazıradək həmin müəssisədə işləyir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 09 fevral 2022-ci il tarixində ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 04 mart 2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın Kimya istehsalatı bölməsinin (Vİİİ) Azbest texniki məmulatların istehsalı bəndində (1080A020) sahə və növbə rəisləri (1080A02b-23187) vəzifələri və sözügedən Siyahının Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və sistin emalı bölməsinin (X) Neft-qaz və qaz kondensatının hasilatı bəndində (********) neft və qaz hasilatı üzrə operatorlar (1100000a-15824) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi 18 sentyabr 1991-ci il tarixli ******* nömrəli əmək kitabçasında onun xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Sintezkauçuk” zavodunda şöbə rəisi vəzifəsində və xx.xx.1998-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində isə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsində qazyığma operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi şöbə rəisi vəzifəsi yuxarıda qeyd olunan sahə və növbə rəisləri vəzifəsinə və işlədiyi qazyığma operatoru vəzifəsi isə neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə uyğun deyildir. Bu səbəblərdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (8 il (xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1997-xx.xx.1998-ci il və xx.xx.2000xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona 52 yaşından, yəni hüququnun yarandığı 08 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü il tarixdə Azərbaycan Republikası Neft və Sənaye Universitetinin daxil olmuş, 1984-cü il tarixdən 1987-ci il tarixə kimi hərbi xidmətdə olmuş, 1987-ci il tarixdən 1991-ci tarixə kimi aili təhsilini davam etdirərək universiteti bitirmişdir. “Azərikimya” X3 Polietilen zavodunda 13 sentyabr 1991-ci ildən 14 oktyabr 1994-cü il tarixə kimi, 03 il 01 ay 01 gün zərərli işlə, yəni EP-300 zavodunun piroliz sexində növbə ustası, şöbə rəisi vəzifəsində, 15 oktyabr 1994-cü il tarixdən 19 iyun 1998-ci il tarixə kimi, 03 il 08 ay 04 gün həmin sexdə növbə ustası, şöbə rəisi vəzifəsində, 20 iyun 1998-ci il tarxdən 15 mart 2001-ci il tarixədək yəni 02 il 08 ay 25 gün, 16 mart 2001-ci il tarixdən 03 fevral 2002-ci il tarixədək 10 ay 17 gün, 04 fevral 2002ci il tarixdən 05 mart 2006-cı il tarixədək, yəni 04 il 01 ay neft və qaz hasilatı üzrə operator, neft və qazçıxarma üzrə usta, Neft Qazçıxarma İdarəsinin 14 saylı dərin özülünün rəis müavini, 08 saylı dərin özülünün rəisi vəzifələrində işləmişdir. 01 yanvar 2006-cı il tarixədək əmək stajı ümumi 20 ildən artıqdır ki, hansı ki 10 ildən artıq xüsusi ilə zərərli işlərdə işləmişdir. 08 aprel 2018-ci il tarixdə 52 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən 01 yanvar 2006-cı il tarixədək ümumi əmək stajı 20 il və həmin stajın 10 il əmək fəaliyyəti xüsusi zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. O, bununla bağlı cavabdehə müraciət etmiş, lakin ona cəmi 8 il xüsusi stajımım olması bildirilərək imtina cavabı verilmişdir. Belə ki, cavabdeh onun “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen Zavodunda” EP-300 zavodunun pirdiz sexində şöbə rəisi vəsifəsini xüsusi zərərli iş hesab etməmişdir. Halbuki, həmin zavodun sexlərində sahə rəisi vəzifəsi möcuddur. Sexlərdə şöbələr nəzərdə tutulmamışdır. Cavabdeh həmin zavodda işlədiyi vəzifə ilə bağlı hər hansı araşdırma aparmamış və işlədiyi vəzifənin sahə rəisi vəzifəsini icra etməsi barədə heç bir sorğu təqdim etməmişdir. Qeyd edir ki, onun əmək stajının güzəştli şərtlərlə 10 ildən artıq hissəsi “neft və qaz hasilatı üzrə operator, neft və qazçıxarma üzrə usta, Neft Qazçıxarma İdarəsinin 14 saylı dərin özülünün rəis müavini, Neft Qazçıxarma İdarəsinin 08 saylı dərin özülünün rəisi” vəzifələrində işlədiyi dövr təşkil edir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nda qeyd edilmiş 1 nömrəli əlavəsinin 7-ci bölməsinin 1080A010 kodu ilə aktivləşdirilmiş pirolyuzit, 1100000a-15824 neft və qaz hasilatı üzrə operator, 1100000b- 24125 neft qazçıxarma üzrə usta və dəniz özülünün rəis müavini və rəisi vəzifələri güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında 1991 və 1994-cü illərə dair qeydlər kiril qrafikalı yazı ilə qeydə alınsa da, 1993-cü ildə güzəştli iş stajı ilə əlaqədar dövr latın qrafikalı yazı ilə qeyd edilmişdir. Bu da əmək kitabçasında sözügedən dövrlərə dair qeydlərin mötəbərliyini şübhə altına alır. Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1629/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 08 aprel 2018-ci il tarixdən, yəni 52 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın Vlll bölməsinə görə (1080A010 saylı şifrə) ossein; neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, komprimirləşməsi, ayrılması, qazın krekinqi, təbii qazlar; plastifikatorlar; fenol, krezol, rezorsin, fenol birləşmələri, melamin, anilin, furfurol, tiosidik çövhəri— izosianatlar, poliamidlər, poliuretanlar, polifir qatranları, sadə və mürəkkəb sellüza efirlərinin əsasında alınan plastik kütlələr; fasiləsiz və ştapel şüşə-lif (istilik izolyasiya şüşə-lifi çıxılmaqla), eləcə də ondan və şüşə plastikdən məmulatların istehsalatında və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, istinad olunan Siyahının qeyd olunan bölməsində dəqiq peşə göstərilmədiyindən və hər hansı istisna nəzərdə tutulmadığından “şöbə rəisi” də “fəhlə, rəhbərlər və mütəxəssislər” ə aid edilə bilər. Həmin dövr də nəzər alındıqda iddiaçının zərərli iş stajı 10 ildən də artıq təşkil edəcəkdir ki, bu da ona güzəştli şərtlərə 52 yaşdan əmək pensiyasının təyin edilməsi üşün əsas olacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 52 yaşının tamam olduğu 08 aprel 2018-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü olduğu üçün 52 yaşına çatması (xx.xx.2018), 20 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada güzəştli iş stajını mübahisələndirmişdir. Bununla yanaşı, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyində işləmiş, xx.xx.1998-ci il tarixdən hal-hazıradək “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsində işləyir. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14 və 15 saylı güzəştli arayışlardan görünür ki, iddiaçı xx.xx.1992-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur (2 ay 8 gün). Ödənişsiz məzuniyyət dövrü məzuniyyət hüququ verən əmək stajına daxil edilmədiyindən iddiaçının əmək kitabçası üzrə iş stajı 14 il 01 ay 10 gün təşkil edir. Azərbaycan SSR X7 Təhsil Komitəsi tərəfindən verilmiş ФВ seriyalı 082097 saylı, 08 avqust 1991-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1991-ci ildə neft və qaz yamaclarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. Eelektron məhkəmə informasiya sisteminin məlumatlarından görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 20 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1991xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1997xx.xx.1998-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə 8 il müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın Kimya istehsalatı bölməsinin (Vİİİ) Azbest texniki məmulatların istehsalı bəndində (1080A020) sahə və növbə rəisləri (1080A02b-23187) vəzifələri və sözügedən Siyahının Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və sistin emalı bölməsinin (X) Neft-qaz və qaz kondensatının hasilatı bəndində (********) neft və qaz hasilatı üzrə operatorlar (1100000a-15824) vəzifəsi nəzərdə tutulduğunu, iddiaçının xx.xx.1993xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Sintezkauçuk” zavodunda şöbə rəisi vəzifəsinin sahə və növbə rəisləri vəzifəsinə, xx.xx.1998-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində isə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsində işlədiyi qazyığma operatoru vəzifəsinin isə neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə uyğun olmadığını, bu səbəbdən onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (8 il (xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1997-xx.xx.1998-ci il və xx.xx.2000xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Mübahisələndirilən xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlə bağlı qeyd edilməlidir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyində şöbə rəisi vəzifəsində işləmişdir. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14 və 15 saylı güzəştli arayışlardan görünür ki, iddiaçı 13 sentyabr 1991-ci il tarixdən 14 oktyabr 1994-cü il tarixədək İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun EP-300 zavodunun piroliz sexində növbə ustası, şöbə rəisi vəzifələrində işləmiş, xx.xx.1992-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuş, 15 oktyabr 1994-cü il tarixdən 19 iyun 1998-ci il tarixədək Birliyin “Etilen-Polietilen” zavodunun piroliz sexində şöbə rəisi və növbə ustası vəzifələrində işləmişdir. Göstərilən peşələr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahıda sadalanan “neft karbohidrogenlərinin pirolizi” istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Adıçəkilən müəssisə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14 və 15 saylı arayışlar və əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “Azərikimya” İstehsalat Birliyinin “Sintezkauçuk” zavodunun piroliz sexində şöbə rəisi vəzifəsində işləmişdir. (03 il 11 ay 05 gün) İddiaçının piroliz sexində işlədiyi şöbə rəisi vəzifəsinin güzəştli peşə olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00—17541 kodlu “A” yarımbəndindən görünür ki, yarımbəndin 1080A010 şifrində “ossein; neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, komprimirləşməsi, ayrılması, qazın krekinqi, təbii qazlar; plastifikatorlar; fenol, krezol, rezorsin, fenol birləşmələri, melamin, anilin, furfurol, tiosidik çövhəri— izosianatlar, poliamidlər, poliuretanlar, polifir qatranları, sadə və mürəkkəb sellüza efirlərinin əsasında alınan plastik kütlələr; fasiləsiz və ştapel şüşə-lif (istilik izolyasiya şüşə-lifi çıxılmaqla), eləcə də ondan və şüşə plastikdən məmulatlar” istehsalatlarında və işlərində məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri qeyd edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun 20 aprel 2023-cü il tarixli məktubundan görünür ki, mübahisələndirilən xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində şöbə rəisi vəzifəsinə dair təlimatın fəaliyyət müddəti 5 ildir və arxivdə saxlanılması nəzərdə tutulmamışdır. Sorğuya cavaba “Sintezkauçuk” zavodunun Ümumzavod təlimatları məcmuəsindən qurğu (şöbə) rəisinin vəzifəsinə dair təlimat əlavə edilmişdir. Həmin təlimatdan göründüyü kimi qurğu və ya şöbə rəisi faktiki olaraq eyni vəzifə olmaqla, əmək funksiyaları tamamilə eynidir. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 21303010 kodlu 3cü “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” hissəsinin 2130301b kodlu b) mütəxəssislər və rəhbərlər bəndindən görünür ki, həmin bənddə “neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri” istehsalatlarında məşğul olan qurğu rəisləri həmin bəndə daxil edilmişdir. Göründüyü kimi 2 nömrəli siyahının kimya istehsalı bölməsində neft məhsullarının pirolizi istehsalatlarında məşğul olan qurğu rəisləri mütəxəssislər və rəhbərlərə aid edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıdan fərqli olaraq 2 nömrəli siyahıda Kimya istehsalı bölməsində müvafiq istehsalatlarda işləyən fəhlə, rəhbər və mütəxəssislərin özləri də ayrı-ayrı kateqoriyalara bölünmüş, yəni sonuncu siyahıda fəhlə, rəhbər və mütəxəssislərə yalnız həmin siyahıda qeyd edilən konkret vəzifələr daxil edildiyi halda, bunun əksinə 1 nömrəli siyahıda fəhlə, rəhbər və mütəxəssislərə aid edilə biləcək bütün vəzifələr güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir ki, hansi ki belə qruplaşdırma məhz 1 nömrəli siyahıda təsbit edilmiş işlərin əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olması ilə əlaqədardır. Beləliklə, kollegiya hesab edir ki, qurğu, yəni şöbə rəisləri kimya istehsalı bölməsində mütəxəssislər və rəhbərlərə aid edildiyindən, 1 nömrəli siyahıda da qeyd edilən kateqoriyadan olan vəzifələrə müvafiq bütün vəzifələr daxil olduğundan həmin vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə uyğundur və güzəştli staj olaraq qəbul edilməlidir. Bu hissədə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə, iddiaçının 03 il 11 ay 05 gün “Sintezkauçuk” zavodunda şöbə rəisi vəzifəsində işlədiyi dövr ilə cavabdeh tərəfindən mübahisələndirilməyən 08 il iş stajı nəzərə alındıqda onun 10 ildən artıq güzəştli iş stajına malik olduğu və bu əsasla da, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən edilir. Cavabdehin iddiaçının SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsində işlədiyi qazyığma operatoru vəzifəsinin neft və qaz hasilatı üzrə operatorlar vəzifəsinə uyğun olmaması dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, əmək iddiaçıya məxsus kitabçasından görünür ki, o, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsində 4-cü dərəcəli qazyığma operatoru vəzifəsində işləmişdir. SOCAR “Azneft” İB “28 MAY” NQÇİ tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli, 03/50 saylı gözəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1998-xx.xx.2001-ci il tarixlərdə (02 il 08 ay 25 gün) neft və qaz hasilatı üzrə operator (şifr 1100000a-15824), xx.xx.2001-xx.xx.2002-ci il tarixlərdə (10 ay 17 gün) neft və qazçıxarma üzrə usta (şifr 1100000b-23187), xx.xx.2002-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə (04 il 01 ay) NQÇ-nın 14 saylı dərin dəniz özülünün rəis müavini və 8 saylı dərin dəniz özülünün rəisi vəzifələrində (şifr 1100000b-24125) işləmişdir. Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının X bölməsinə, 2a və 2 b yarımbölməsinə əsasən iddiaçının “28 MAY” NQÇİ-də işlədiyi peşə və vəzifələr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verir. Qeyd edilən güzəştli arayışdan görünür ki, iddiaçı mübahisələndirilən xx.xx.1998xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsində neft və qaz hasilatı üzrə operator vəzifəsində işləmişdir. 1 nömrəli Siyahıdan görünür ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsində işlədiyi neft və qaz hasilatı üzrə operator vəzifəsi Siyahının 11000000 kodlu X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 1100000a—15824 şifrinə uyğun gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Bununla bağlı kollegiyanın sorğusuna cavab olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən məhkəməyə iddiaçının işlədiyi qazyığma operatoru vəzifəsinə dair peşə təlimatının təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin təlimatdan görünür ki, 4-cü dərəcəli qazyığma operatorunun iş xüsusiyyətlərinə qrup qurğularına, əlavə sıxıcı nasos stansiyalarına, separasiyanın son pillələrinə, yığım məntəqələrinə və əmtəə parklarına xidmət edilməsi, avtomatlaşdırılmış avadanlığın qoyulmuş texnoloji prosesin iş rejiminə salınması, əsas avtomatika vasitələrinin tənzimlənməsi və işinə nəzarət edilməsi, yerüstü və yeraltı avadanlığın, kommunikasiyanın, bağlayıcı, ayırıcı, qoruyucu və tənzimləyici armaturun təmirinin təşkili və bu işdə şəxsən iştirak edilməsi, qaz və kondensat itkilərinin azaldılması üzrə texniki və texnoloji tədbirlərin həyata keçirilməsi, qazın yığılması, hazırlanması və nəql edilməsi texnoloji prosesinin təkmilləşdirilməsi, qaz analizatorları tətbiq etməklə hava nümunəsi götürülməsi və onun qazlılığının müəyyən edilməsi, briqadanın işinə rəhbərlik etmək aid edilmişdir. Kollegiya qeyd edir ki, təlimatda qeyd edilən 4-cü dərəcəli qazyığma operatorunun bilavasitə icra etdiyi funksional vəzifələri internet informasiya ehtiyatlarında təsbit edilmiş neft və qaz hasilatı üzrə operatorun funksional vəzifələrinə uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu 08 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini də nəzərə almaq lazımdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ 08 aprel 2018-ci il tarixədək yaransa da, pensiyanın təyini üçün 09 fevral 2022-ci il tarixində cavabdeh inzibati orqana müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi ödənilməmiş pensiya ödənişlərinin 09 fevral 2019-cü il tarixindən ödənilməsini nəzərə almaqla iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1629/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar