Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-20/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi İddiaçı, onun vəkili və nümayəndəsi XN, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı “X3 şəhid adının bərpa olunması” tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli, 2-N(085)- 75/20N9 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçının oğlu X5 x xxxxxx N994-cü il tarixdə Şəmkir rayonunda N nömrəli hərbi hissədə həlak olmuş, o Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilmiş, ona şəhid statusu verilmiş, ailəsi isə şəhid ailələrinə verilən güzəştlərdən istifadə etmişdir. İddiaçı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli fərmanına əsasən 2007-ci ilin yanvar ayının 0N-dən ayda N00 manat olmaqla 7 ay ərzində təqaüd almışdır. Lakin sonradan həmin təqaüdün verilməsi dayandırılmışdır. İddiaçı bununla bağlı araşdırma aparılıb müvafiq tədbirlər görülməsi barədə Sumqayıt şəhər Prokurorluğuna ərizə ilə müraciət etmiş, aparılmış araşdırma zamanı cinayət hadisəsi olmadığından toplanmış material üzrə Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2007-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Hərbi Komissarlığından Sumqayıt şəhər hərbi komissarlığına daxil olmuş məktubda qeyd edilmişdir ki, aparılan araşdırmaların nəticəsi olaraq sənədləri şəhid hesab edilməsinə əsas vermədiyi halda şəhid kimi qeydiyyata alınmış şəxslərin adları içərisində Fərəcov Ceyhunun da adı vardır. İddiaçı cavabdehə qarşı oğlu X4 şəhid adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.20N4cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.20N4-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia cavabdehə müvafiq tələblə müraciət olunmaması əsası ilə mümkün sayılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Sumqayıt şəhər Hərbi Komissarlığının Sumqayıt şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanladığı xx xxxx 2007-ci il tarixli məktubunda Azərbaycan Respublikasının Hərbi Komissarının göstərişinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxivinə sorğu edilərək araşdırma aparılması ilə əlaqədar adlı siyahıda qeyd olunmuş şəhid ailələrinə verilən müavinətlərin müvəqqəti dayandırılmasını xahiş etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx xxxxxx 20N9-cu il tarixli, 9/2-N042 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.N994-cü il tarixində Sumqayıt ŞHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N972-ci il təvəllüdlü, mühafizə tağımının atıcısı, sıravi X5 xx.xx.N994-cü il tarixində xəstəlikdən (əsas: Məhkəmə-Tibbi ekspertizasının Şəmkir bölməsi tərəfindən keçirilmiş xx.xx.N994-cü il tarixli 34 nömrəli ölüm haqqında tibbi şəhadətnaməsinə əsasən) vəfat etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 238 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, ölüm öz xidməti vəzifəsini yerinə yetirərkən baş vermişdir. İddiaçı cavabdehə qarşı oğlu X3 şəhid adının bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X5 N972-ci ildə anadan olmuşdur. xx.xx.N99N-ci ildə Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış, həmin tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif ərazilərdə yerləşən hərbi hissələrində qulluq etmiş, sonuncu dəfə Şəmkir rayon ərazisində yerləşən N63 saylı hərbi hissədə xidmət apararkən xx xxxxxx N994-cü ildə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, ölümündən sonra ona şəhid statusu verilmiş və o, Sumqayıt şəhər şəhidlər xiyabanında dəfn olunmuşdur. «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli fərmanına əsasən 2007-ci ilin yanvar ayının 0N-dən ayda N00 manat olmaqla 7 ay ərzində təqaüd almışdır. Lakin sonradan həmin təqaüdün verilməsi dayandırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdikdə ona yazılı surətdə cavab olaraq bildirmişlər ki, «N63 saylı hərbi hissə komandirinin xx xxxxxx N994-cüil tarixli 238 №-li əmrindən çıxarışa əsasən oğlunuz X5 hərbi xidməti borcunu yerinə yetirərkən həlak olmadığı üçün hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilmiş, bütün təminat siyahılarından çıxarılmışdır». X3 ölüm haqqında şəhadətnməsində göstərilir ki, N63 №-li hərbi hissəsin tərkibində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Həlak olmamışdan qabaq Fərəcov Ceyhun döyüşlərdə yaralanmış, Gəncə şəhərinin hərbi hospitalında müalicə almış və yenidən orduya qayıtmışdır və göstərilən vaxtda həlak olmuşdur. Oğlu Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və qanunvericliyin yuxarıda göstərilmiş anlayışına əsasən şəhid statusu əldə etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2N(85)-75/20N9 saylı iş) xx.xx.20N9-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, X4 verilmiş şəhid adının bərpa olunması öhdəliyi cavabdehə həvalə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 20N9-cu il tarixli qərarı ilə (hakimlər X8 -məruzəçi, X9 və X6, 2-N(N05)-403/20N9 saylı iş) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.20N9-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx.xx.20N9-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)- 49/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 20N9-cu il tarixli, 2-N(N05)-403/20N9 saylı Qərarı lıəğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.(hakim R.Nəbizadə) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, N972-ci il təvəllüdlü əsgər Fərəcov C.Ə. N63 №-li hərbi hissə komandirinin teleqramına və 34 №li xx.xx.N994-cü il tarixli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən x xxxxxx N994-cü ildə hərbi xidməti zamanı “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən vəfat etmişdir. Göründüyü kimi əsgər Fərəcovun ölüm səbəbinin xidməti vəzifəsinin icrası ilə əlaqələndirilməsi cavabdehə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994cü il N5 yanvar tarixli N0№-li qərarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il N5 iyul tarixli N07 №-li qərarına əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmə qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994-cü il N5 yanvar tarixli N0№-li qərarının 4.N maddəsinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, həmçinin vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddiaçı x xxxxxx N994-cü ildə həlak olmuş oğlu X3 şəhid statusunun bərpa edilməsini xahiş edir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı oğluna şəhid statusu verilməsi ilə bağlı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. x xxxxxx N994-cü il tarixdə tərtib edilmiş 34 saylı ölüm haqqında tibbi şəhadətnamədə iddiaçının oğlu X3 x xxxxxx N994-cü il tarixdə “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən hərbi hissədə qəflətən ölməsi və həmin gün hərbi hissə tərəfindən Sumqayıt Şəhər Hərbi Komissarlığına göndərilən teleqramda infarktdan ölməsi qeyd edilmişdir. Lakin bundan sonra Sumqayıt Şəhər Hərbi Komissarlığının Sumqayıt şəhər VVAQ şöbəsinə göndərdiyi xx xxxxxx N994-cü il tarixli məlumatında X3 x xxxxxx N994-cü il tarixdə N63 saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu qeyd edilmişdir. Bu məlumat komissar tərəfindən imzalanmış və komissarlığın möhürü ilə təsdiq edilmişdir. Sumqayıt şəhər VVAQŞ tərəfindən xx xxxxxx N994-cü ildə, sonradan xx xxxx 200N-ci ildə təkrar verilən ölüm haqqında şəhadətnamədə iddiaçının oğlunun N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu qeyd edilmişdir. İddiaçıya x xxxxxxxx N993-cü ildə Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhid ailəsi vəsiqəsi verilmiş, iddiaçı şəhid ailəsi kimi güzəştlərdən istifadə etmiş, cavabdeh tərəfindən Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilən xx xxx 2007-ci il tarixli məktubla müavinətlərin ödənilməsi müvəqqəti dayandırılmışdır. Cavabdeh iddiaçıya göndərdiyi xx xxxxxx 20N5-ci il tarixli məktubunda oğluna şəhid statusunun verilməsi və ya həmin statusun ləğv edilməsi barədə onlarda heç bir məlumat olmadığını bildirmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin iddiaçının vəkilinə göndərdiyi xx xxxxxxxx 20N8-ci il tarixli məktub-arayışında qeyd edilmişdir ki, Sumqayıt şəhər Hərbi Komissarlığının 4/N7N2 saylı xx xxxx 2008-ci il tarixli məktubu ilə şəhid ailələrinin təqaüdü dayandırılmışdır. İddiaçı və L.Quliyeva hərbi komissarlıqdan təkrar şəhid ailəsi hüququnu təsdiq edən arayışı təqdim etmədiyinə görə onlara təyin edilmiş Prezident təqaüdü bərpa olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, ürəyin kəskin işemik xəstəliyi nəticəsində ölüm öz-özlüyündə şəhid adının verilməsi və ya geri alınması üçün əsas ola bilməz. Burada əsas müəyyən olunmalı məqam ölümün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş verməsidir “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun N-ci maddəsi şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Lakin cavabdeh inzibati orqan ürəyin kəskin işemik xəstəliyi nəticəsində ölümün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş vermədiyini sübut edə bilməmişdir. Bundan başqa ölüm hadisəsi xx xxxxxx N994cü il tarixdə baş vermiş, iddiaçıya müvafiq hüquqlar tanınandan uzun müddət keçəndən sonra hüququ müdafiə vasitələri göstərilmədən onun hüquqları əlindən alınmış, iddiaçının sübutlar əldə etmək imkanları məhdudlaşmışdır. Əlavə olaraq konkret hüquq normaları ilə tənzimlənməsə də, şəhid və şəhid ailəsi adının verilməsi hüquqi nəticələri baxımından maddi təminatlardan əlavə mənəvi bir dəyər, cəmiyyət tərəfindən qəbul edilən ehtiram əsası yaradır. Şəhid ailəsi adının geri alınması isə qazanılmış hüquqların ciddi şəkildə zədələnməsi kimi qiymətləndirilməlidir. Baş vermiş hadisələrdə iddiaçının heç bir rolu olmamış, bütün proseslər inzibati orqanın hərəkətləri nəticəsində baş vermişdir, onda tam məsuliyyət inzibati orqanın üzərinə düşür. Konkret olaraq hazırkı işdə iddiaçının oğlunun şəhidlər xiyabanında dəfn edilməsi, qeyd olunan statusların cəmiyyət tərəfindən qəbul edilməsi, iddiaçının uzun müddət şəhid ailəsi statusundan istifadə etməsindən sonra bu hüququn qeyri müəyyən formada geri alınması onun Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razilaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994-cü il N5 yanvar tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.N-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin N6 saylı əlavəsinin N.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. İddiaçının oğlunun şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə ilə təsdiq edilir və həmin şəhadətnamənin məzmunu əvvəllər mübahisə predmeti olmamışdır. İddiaçının oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mərdliklə döyüşməsi, yaralanması hərbi hissə komandirinin təsdiq etdiyi xasiyyətnamədə də əksini tapmışdır. Xasiyyətnamədə iddiaçının oğlunun xx xxxx N992-ci ildən x xxxxxx N994-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında olduğu qeyd edilmişdir. İddiaçının ölüm tarixi də x xxxxxx N994-cü il olmuşdur. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxxxx 20N9-cu il tarixli məlumatında qeyd edilmişdir ki, sıravi X3 x xxxxxx N994-cü il tarixdə ölüm haqqında tibbi şəhadətnaməyə əsasən xəstəlikdən vəfat etdiyinə görə N nömrəli hərbi hissə komandirinin x xxxxxx N994-cü il tarixli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Ölüm öz xidməti vəzifəsini yerinə yetirərkən baş vermişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.N-ci bəndinin üçüncü hissəsində qeyd edilir ki, Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının oğlu gizir və zabit deyil, əsgər, yəni digər hərbi qulluqçuların kateqoriyasında olmuşdur. Qaydalara görə bu kateqoriya üzrə hərbi qulluqçularla bağlı şəhid ailəsi statusu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbənin verdiyi arayışla təsdiq edilir və belə arayış xx xxxxxx N994-cü il tarixdə Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Qanunun N-ci maddəsinin N-ci bəndinə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın N.N-ci bəndinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. x xxxxxx N994-cü il tarixdə tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə və həmin tarixli teleqram nəzərə alınmazsa, yuxarıda sadalanan işin faktiki hallarına və normalara görə iddiaçının oğlu C.Ə.Fərəcovun şəhid olması istisna edilmir. Ali Məhkəmənin qərarda əks edilmiş göstərişində deyilir ki: x xxxxxx N994-cü il tarixdə tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə və həmin tarixli teleqramda C.Ə.Fərəcovun ölümünün səbəbi ürəyin kəskin işemik xəstəliyi, hərbi hissədə qəflətən ölməsi qeyd edilməsinə baxmayaraq, bəhs edilən sübutlarla bağlı apellyasiya məhkəməsi hər hansı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Adı çəkilən sənədlərdən sonra cavabdehin hansı səbəblə xx xxxxxx N994-cü il tarixdə iddiaçının oğlunun şəhid olması barədə qeydiyyat orqanına arayış verməsi də araşdırılmamışdır. İşdə olan sənədlərə görə iddiaçı əvvəllər şəhid ailəsi sayılmış, ona Prezident təqaüdü verilmiş, sonradan müvəqqəti olaraq dayandırılmış, dayandırmanın səbəbləri, onun sonrakı nəticələri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda qərarda qeyd edilmişdir ki, iddiaçının oğlunun x xxxxxx N994-cü il tarixdə həlak olan zaman xidmət etdiyi hərbi hissənin həmin vaxt döyüş şəraitində olması, yaxud döyüş şəraitində olan hərbi hissədə ezamiyyətdə olması, ölümün səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqəsi olması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən cavabdehdən xx xxxxxx N994cü il tarixdə iddiaçının oğlunun şəhid olması barədə qeydiyyat orqanına “Məlumat”ın(arayışın) verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi tələb edilsə də, sorğu cavabsız qalmış, məhkəmə iclasında iştirak edən nümayəndə isə iş materiallarında olan sənədlərdən başqa əlavə sübuta malik olmadıqlarını bildirmişdir. Eyni zamanda kollegiya tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu verilərək X3 hansı tarixdə hərbi xidmətə çağırılması və xidmətdə olduğu müddət ərzində hansı hərbi hissələrdə xidmət keçməsi, eləcə də, döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə, həmçinin N63 saylı hərbi hissənin döyüşən və ya döyüş əməliyyatlarını yetirən hərbi hissə olması barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxxxx 2020-ci il tarixli sorğuya cavabında qeyd edilmişdir ki, “Seyfəli” təlim mərkəzindən gəlmiş, Sumqayıt ŞHK-dan çağırılmış, N972-ci il təvəllüdlü sıravi X5 N63 №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2 №-li əmrilə (əsas: səh 3, sıra 3) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək operator vəzifəsinə təyin edilmişdir. N63 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 9N №-li əmrində (əsas: səh 39, § 2, əmrdə atasının adı yazılmamışdır) sıravi XNN şəhərinə hospitala müalicəyə göndərildiyi üçün qazan təminatından çıxarılması barədə məlumat vardır. N63 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N33 №-li əmrində (əsas; səh 57, § N, sıra 54, əmrdə atasının adı yazılmamışdır) silah təhkim olunmuş şəxsi heyətin siyahısında sıravi Ceyhun Fərəcovun adı qeyd edilmişdir, N63 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N60 №-li əmrilə (əsas: səh 80, § N, sıra N) BMP-da operator sıravi X5 vəzifəsindən azad edilərək mühafizə tağımında atıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.N994-cü il tarixində Sumqayıt ŞHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N972-ci il təvəllüdlü, mühafizə tağımının atıcısı, sıravi X5 xx.xx.N994-cü il tarixində xəstəlikdən (əsas: Məhkəmə - Tibbi ekspertizasının Şəmkir bölməsi tərəfindən keçirilmiş 02.8.N994-cü il tarixli 34 №-li ölüm haqqında tibbi şəhadətnaməsinə əsasən) vəfat etdiyinə görə N63 №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 238 №-li əmrilə əsas: §-4, səh- 35) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Ölüm öz xidməti vəzifəsini yerinə yetirərkən baş vermişdir. Eyni zamanda Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, N nömrəli hərbi hissə xx.xx.N993-xx.xx.N993-cü ilədək döyüş əməliyyatlarında iştirak edib. Beləliklə, C.Ə.Fərəcovun xidmət etdiyi hərbi hissənin xx.xx.N993-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi, C.Ə.Fərəcovun Ağdam və Ağdərə rayonunda döyüşlərdə iştirak etməsi, döyüş zamanı yaralanması, həmçinin onun ölümünün Müdafiə Nazirliyinin məktublarına əsasən, xidməti vəzifəsini yerinə yetirərkən baş verdiyi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N994-cü il tarixli N0 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın N.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər Həmin Qaydaların N.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarına görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun N-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İnzibati orqan iddiaya etirazını X3 ürəyin kəskin işemik xəstəliyi nəticəsində ölməsi ilə əsaslandırır, halbuki ölümün ürəyin kəskin işemik xəstəliyi nəticəsində baş verməsi, öz-özlüyündə şəhid adının verilməsi və ya geri alınması üçün əsas ola bilməz. Burada əsas müəyyən olunmalı zəruri şərt ölümün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş verib-verməməsidir. Bununla bağlı kollegiya qeyd edir ki, İPM-in N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda sadalanan sübutlara istinadən C.Ə.Fərəcovun ölümünün xidməti vəzifəsini yerinə yetirərkən baş verdiyinə və Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmasına dair işin mübahisəsiz hallarından çıxış etmək haqqına malik olan iddiaçının tələbinə qarşı cavabdeh inzibati orqan, C.Fərəcovun həlak olmasını (ölümünü) “digər səbəblər”ə aid edirsə, onda məhz cavabdeh sübut etməlidir ki, hansı səbəbdən x xxxxxx N994-cü il tarixdə tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə və həmin tarixli teleqram istisna olmaqla digər sənədlərdə C.Fərəcovun x xxxxxx N994-cü il tarixdə N63 saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu qeyd edilmişdir. Həmçinin, cavabdeh sübut etməlidir ki, iddiaçının ölümünə səbəb olan xidməti vəzifə nədən ibarət olmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsində daha sonra deyilir ki.... Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda da, cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmiş, məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişinə uyğun olaraq cavabdeh inzibati orqana sorğu edilməsinə baxmayaraq, cavabdeh tərəfindən əlavə heç sübut təqdim edilməmiş, tibbi şəhadətnamə ilə komissarlıq tərəfindən verilmiş arayışdakı ziddiyyətlər mötəbər sübutlarla aradan qaldırılmamış, həmçinin iddiaçının ölümünün hansı xidməti vəzifəni yerinə yetirərkən baş verməsi barədə zəruri sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, x xxxxxx N994-cü il tarixdə tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə və həmin tarixli teleqram istisna olmaqla yuxarıda sadalanan digər sübutlar iddiaçının oğlu C.Ə.Fərəcovun şəhid olmasını təsdiq etdiyindən, cavabdeh inzibati orqan isə İPM-nin N4.3-cü maddəsinə əsasən, şəhid statusunun geri çağırılmasına əsas olmuş halları sübuta yetirə bilmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, işə baxan məhkəmə isə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli, 2-N(085)-75/20N9 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N9-cu il tarixli, 2- N(085)-75/20N9 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, N20) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-20/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-20/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver