Məhkəmə qərarları › İş №2-1(105)-20/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-20/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-20/2024 14.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil, Cavabdehin nümayəndələri X2 X3, Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filailının üzərinə öhdəliyin qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2670/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.

2. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur.

3. İddiaçının adına açılmış ИТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, iddiaçı 05.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1983 (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1985, xx.xx.1985-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1987xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.2002, xx.xx.2006-xx.xx.2007, xx.xx.2011-xx.xx.2012, xx.xx.2012-xx.xx.2020, xx.xx.2020-hal hazıradək işləyir.

4. "xxxx" ASC tərəfindən verilmiş 27122 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1981-ci illərdə "xxxx" ASC VKOS sexində elektrik qaynaqçı vəzifəsində işləmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda 1100000a115588 kodu ilə göstərilmişdir.

5. "xxxx" ASC tərəfindən verilmiş 02 saylı xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1985-ci illərdə “İXP-101 istehsalatında texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda 1100000a18559 kodu ilə göstərilmişdir.

6. "xxxx" ASC tərəfindən verilmiş 43 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1985-xx.xx.1987-ci illərdə zavodun boruyayma sexində 140 aqreqatında soyuq şöbədə növbətçi personal üzrə təmirçi çilingər peşəsində işləmişdir. İşlədiy peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının İİİ bölməsinin 4 a yarımbölməsinin 2040400a-18559 şifri ilə göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qarşı iddiaçıya mövcud qanunvericiliyə əsasən pensiya hüququnun yarandığı xx.xx.2022ci il tarixdən güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filailının üzərinə öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1980-ci ildə başlamışdır. xx.xx.1980-xx.xx.1983-cü illərdə keşmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (xidmət müddəti 2 il 12 gün). xx.xx.1983-xx.xx.1985-ci illərdə "xxxx" ASC-nin UXP-101 istehsalat sahəsində texniki qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində (2 il 12 gün), xx.xx.1985xx.xx.1987-ci illərdə Azərbaycan Boru Yayma Zavodunun boru yayma sexində “140” aqreqatında soyuq şöbədə növbətçi personal üzrə təmirçi çjlingər (1 il 4 ay 22 gün), xx.xx.1987-xx.xx.1991-ci illərdə “Azkimyatəmir” Trestinin 3 saylı TTQİ-də təmirçi çilingər (4 il 29 gün), xx.xx.1991-xx.xx.1992-ci illərdə 5 nömrəli sahədə quraşdırıcı çilingər (1 il 7 ay 8 gün), xx.xx.1992-xx.xx.2002-ci illərdə “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X12” zavodunun sulfanolun qurudulması və yarımkonpozisiya sexinin mexaniki təmir sahəsində təmirçi çilingər, elektrik avadanlıqların təmiri üzrə elektrik mantyoru (ödənişsiz məzuniyyətlər çıxılmaqla-(10 il 5 ay 4 gün), xx.xx.2006-xx.xx.2007-ci illərdə Sumqayıt “Sintezkauçuk” TQS-nin quraşdırma sahəsinə divinil, spirt, kauçuk istehsal avadanlıqlarının quraşdırılması üzrə quraşdırıçı çilingər (1 il 2 ay 14 gün), xx.xx.2011xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2020-ci illərdə Sumqayıt Texnologiyalar Parkında yığıcı çilingər (8 il 11 ay 27 gün), xx.xx.2020-xx.xx.2021-ci ilərdə "xxxx" MMC-nin X4ynaq sexində yığıcı çilingər peşələrində işləmiş və hazıradək MMC-də ehtiyyat kadrlar bölməsində yığıcı çilingər peşəsində əmək fəaliyyətini davam etdirir. İşlədiyi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verdiyindən, pensiyaya çıxmaqla əlaqədar olaraq Sumqayıt şəhər “Asan Xidmət” Mərkəzi vasitəsi ilə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin olunmasından imtina edilmişdir. b) Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

9. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şisti emalı bölməsinin (10) Qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçiçilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdeh orqana təqdim edilən 14 may 1980-cı il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya aid xx.xx.2019cu il tarixli 2 nömrəli arayışda xx.xx.1983-ci il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövr ərzində 11ХП-10 istehsalatında texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər vəzifəsində işlədiyi qeyq olunmuşdur, nəticə etibarilə, işlədiyi sahə yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə uyğun deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, yəni 7 il 3 ay 21 gün təşkil edir. Eyni zamanda cavabdeh orqana təqdim edilən X5 “Etilen- Polietilen” zavodunun iddiaçıya dair 8 avqust 2018-ci il tarixli 270 nömrəli arayışında xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən yuxarıda qeyd edilən dövr üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddət iş stajına daxil etmək mümkün deyildir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imka vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48960,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39012,3 manat təşkil edir. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı güzəştli sosial sığorta stajı yetərli olmadığından, fərdi hesabının sığorta hissəsində qeydə alınmalı pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. c) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

10. Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2670/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 1983-1985-ci illərdə işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etmir. Belə ki, arayışda istinad olunan 1 nömrəli Siyahıda həmin kod altında yalnız bilavasitə buruqlarında avadanlıqların təmiri ilə mə.öul olan təmirçi çilingərlər nəzərdə tutulmuşdur. Həmin dövr və iddiaçının xx.xx.1997xx.xx.2001-ci illərdə ödənişsiz məzuniyyətdə olduğu dövr çıxıldıqda onun xüsusi iş stajı 7 ilə yaxın təşkil edir ki, bu müddət də ona güzəştli şərtlərlə əmək pensiyanının təyin edilməsinə imkan vermir. Belə olan halda məhkəmə hesab edir ki, Qanunun pensiya kapitalı ilə bağlı tələbinin yoxlanılmasına artıq zərurət qalmır.

12. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində göstərir ki, cavabdehin və məhkəmənin iddiaçının 1983-1985-ci illərdə işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etməməsi, arayışda istinad olunan 1 nömrəli Siyahıda həmin kod altında yalnız bilavasitə buruqlarında avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingərlər nəzərdə tutulmasına münasibətdə aşağıdakıların nəzərdə alınması zəruridir. "xxxx" ASC-nin iddiaçıya aid xx.xx.2019-cu il tarixli 2 nömrəli arayışda xx.xx.1983-ci il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövr ərzində “İXP -101 istehsalatında texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər vəzifəsində işlədiyi cavabdehin dəlili və məhkəmənin gəldiyi nəticə həqiqətəuyğun, qanuni və əsaslı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il , tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neft-qaz qazı kondensatının hasilatının 10.2.bölməsinin 1 nömrəli Siyahı üzrə kod 11000000a-18559 neft, qaz və qaz kondensatının hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingərlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neft-qaz qazı kondensatının hasilatının 10.2. bölməsinin 1 nömrəli Siyahı üzrə kod 11000000a-18547 texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sentyabr 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz kondensatı, kömür və şisti emalı bölməsinin (10) kükürdlü neftlərin çəkilməsi, kirekinçiləşdirilməsi və onlardan neft alınması, katalik riforminqin, şist və kömür qatranların çəkilməsi, kükürdlü neft məhsullarının pirolizə edilməsi, avtomatik karbohidrogenlərin saflaşdırılması yarımbəndində (10.3) (1 nömrəli Siyahı üzrə kod 11000000-18559 ilə bir nömrəli siyahıda sadalanan istehsalatda məşğul olan təmirçiçilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sentyabr 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı ( dəniz neftçiləri üçün) neft, qaz kondensatı, kömür və şisti emalı bölməsinin (10) kükürdlü neftlərin çəkilməsi, kirekinçiləşdirilməsi,və onlardan neft alınması, katalik riforminqin,şist və kömür qətranların çəkilməsi, kükürdlü neft məhsullarının pirolizə edilməsi, avtomatik karbohidrogenlərin saflaşdırılması yarımbəndində (10.3) (1 nömrəli Siyahı üzrə kod 11000000-185547 ilə bir nömrəli siyahıda sadalanan istehsalatda məşğul olan texnoloji qurğuların təmirçi-çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Sumqayıt Aşqarlar” ASC-nin iddiaçıya aid xx.xx.2019-cu il tarixli 2 nömrəli arayışda xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövr ərzində “İXP-101 istehsalatında texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şisti emalı bölməsinin (10) Qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) bilavasitə buruqlarda avadanlıqların təmiri( 1 nömrəli Siyahı üzrə kod 1 1000000-18559 ilə məşğul olan təmirçi-çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şisti emalı bölməsinin (10) Qazma bəndinin (10.2) fəhlələr yarımbəndində (a) neft-qaz kondesatı obyektlərində bilavasitə məşğul olan təmirşi-çilİngərlər vəzifəsi qeyd olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şisti emalı bölməsinin (10) Qazma bəndinin (10.3) kükürdlü neftlərin çəkilməsi,kirekinçiləşdirilməsi,və onlardan neft alınması, katalik riforminqin, şist və kömür qatranların çəkilməsi, kükürdlü neft məhsullarının pirolizə edilməsi, avtomatik karbohidrogenlərin saflaşdırılması yarımbəndində (a) istehsalatda məşğul olan texnoloji qurğuların təmiri üzrə çilingərlər, istehsalatda məşğul olan çilingərlər, vəzifəsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatının emalı kömür və şisti emalı bölməsinin (10.5) bəndinin fəhlələr a yarımbənddində texnoloji avadanlıqların təmiri üzrə çilingərlər, təmirçi çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının güzəştli iş stajı müddətinə münasiətdə cavabdeh və məhkəmə tərəfindən düzgün nəticəyə gəlinməmişdir. ‘"Sumqayıt Aşqarlar” ASC-dən iddiaçının xx.xx.1980xx.xx.1981-ci illərdə 2-ci dərəcəli elektroqaynaqçı (xx.xx.1993-cü il tarixli Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahı üzrə kod 11000009-11588) 10 ay 27 gün xx.xx.1983-xx.xx.1985-ci illərdə texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində (1 nömrəli Siyahı üzrə kod 11000000-18559 iki il 11 gün, "xxxx" ASC-də xx.xx.1985-xx.xx.1987-ci illərdə boruyayma sexində 140 aqreqatında soyuq şöbədə növbətçi personal üzrə təmirçi çilingər (2 nömrəli Siyahı üzrə 111 bölməsinin 4 a yarımbölməsinin 2040400a- 18559) bir il 4 ay 23 gün, ) xx.xx.1987-xx.xx.1991-ci illərdə “Azkİmyatəmir” Trestinin 3 saylı TTQİ-də təmirçi çilingər (4 il 29 gün), xx.xx.1992-xx.xx.2002-ci illərdə (xx.xx.1997-xx.xx.2001-ci illərdə ödənişsiz məzuniyyətdə olmaqla)-sulfanolun quraşdırılması və yarımkompozisiya sexinin mexaniki təmir sahəsində təmirçi çilingər, elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (2 saylı Siyahı üzrə kod 2110A020). X5 “Etilen-Polietilen” zavodunun iddiaçıya dair 8 avqust 2018-ci il tarixli 270 nömrəli arayışında xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən yuxarıda qeyd edilən dövr üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti iş stajına daxil etmək mümkün deyildir. xx.xx.1992- 16.01.xx.xx.1997-ci illər 4 il 2ay 15 gün, xx.xx.2001-xx.xx.2002-ci illərdə güzəştli iş stajıdır. Beləliklə: xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək - 10 ay 27 gün; xx.xx.1983-cü il tarixən xx.xx.1985-ci tarixədək-2 il 11 gün; xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək - 1 il 4 ay 23 gün; xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək - 4 il 2 ay 1 gün; xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək - 4 il 2 ay 15 gün; xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək — 2 gün; xx.xx.2006 - ci il tarixdən xx.xx.2007-ci il tarixədək - 1 il 2 ay 15 gün; Ümumilikdə: 13 il 11 ay 4 gün - güzəştli şərtlərlə iş stajı müddətidir. “Etiletin Polietilen” zavodundan-xx.xx.2006-xx.xx.2007-ci illərdə təmir quraşdırma sexinin quraşdırma sahəsində butadien, spirt, kauçuk istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahının 8-ci bölməsinin 8.E 1-ci bəndi) üzrə qeyd edilmişdir ki, X5 “Etilen- Polietilen” zavodunun iddiaçıya dair 8 avqust 2018-ci il tarixli 270 nömrəli arayışında xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən yuxarıda qeyd edilən dövr üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti iş stajına daxıl etmək mümkün deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclaslarında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, ilk öncə 57 yaşında pensiyaya çıxmaq istəmiş, lakin 25 il stajı tamamlanmadığına görə pensiyaya çıxa bilməmişdir. İndi isə 60 yaşdan pensiyaya təyin olunmasını istətyir, amma yenə imtina cavabı verirlər. 25 il ümumi stajı tamamlanıb, 14 ilə yaxın xüsusi stajı da var, 62 yaşındadır. 1983-1985-ci illərdə "xxxx" ASC-də çilingər işləyirdi. Orada qaz avadanlıqları çox idi, o avadanlıqları təmir edirdi, çənləri boşaldırdı. O sahədə olan bütün işlərə çilingər kimi nəzarət edirdi. Avadanlıqlar yağ istehsal edirdi. İndi də orada işləyir. 1997-2001-ci illərdə ödənişsiz məzuniyyətdə olmuşdur. 1997-ci ilə qədər 12 il yarım stajı var. 2007-ci ilə qədər 25 il ümumi stajı tamamlanmamışdı. Hal-hazırda Sumqayıt texnologiyalar parkında quraşdırıcı çilingər vəzifəsində işləyir. Təqdim etdiyi dövrlərdən əlavə, güzəştli iş şəraitində işləməsi barədə arayış hazırda verilmir. Məhkəmə kollegiyasının iclaslarında iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, mübahisəli hal ondan ibarətdir ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlərdə təmirçiçilingər vəzifəsində işlədiyi kod düzgün göstərilməmişdir. 18459-cu kodda qeyd olunmuşdur ki, neftin qazılması, hasilatı, neft-qaz kondensatı və s. Bu kodda bilavasitə buruqlarda avandanlıqların təmiri ilə məşğul olan çilingərlər də qeyd olunmuşdur. Bundan başqa, apellyasiya şikayətində qeyd etdiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il, tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neft-qaz qazı kondensatının hasilatının 10.2.bölməsinin 1 nömrəli Siyahı üzrə kod 11000000a-18559 neft, qaz və qaz kondensatının hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neft-qaz qazı kondensatının hasilatının 10.2. bölməsinin 1 nömrəli Siyahı üzrə kod 1000000a-18547 texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Yəni 10-cu bölmədə bütün sahələr üzrə təmiçi çilingərlər göstərilmişdir, amma kodun düzgün göstərilməməsini qəbul edirlər. Digər tərəfdən iddiaçı 1997-2001-ci illərdə ödənişsiz məzuniyyətdə olmuşdur, məhkəmə təcrübəsinə görə 6 aydan artıq ödənişsiz məzuniyyət dövrü staj kimi qəbul edilmir, bunu da qəbul edirlər. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu 6 ay əlavə edilməsə belə, onun xx.xx.1980-xx.xx.1981-ci illərdə 10 ay 27 gün, xx.xx.1983-xx.xx.1985-ci illərdə 2 il 11 gün, xx.xx.1985-xx.xx.1987-ci illərdə 1 il 4 ay 23 gün, xx.xx.1987-xx.xx.1991-cİ illərdə 4 il 2 ay bir gün stajı var.1992- 1997-ci illərdə 4 il 2 ay 15 gün, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 2 gün, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək 1 il 2 ay 15 gün, ümumilikdə isə 13 il, 11 ay, 4 gün güzəştli stajı var. Ümumi stajı da 25 ildən artıqdır. İddiaçı tərəfindən mübahisəli dövr olan 1983-1985-ci illərə dair müvafiq arayış alınaraq cavabdeh inzibati orqana yenidən müraciət edilmiş və yenidən imtina cavabı verilmişdir. İddiaçının 1983-1985-ci illərdə çalışdığı vəzifənin kodunun düzgün yazılmadığı hesab olunurdu. Halbuki, iddiaçının çalışdığı, həmin kodla müəyyənləşdirilən vəzifədə çalışan digər işçilərin güzəştli iş stajına malik olması təsbit edilmişdir. Müvafiq kodla iddiaçının 12 il 6 ay güzəştli iş stajına malik olması müəyyən olunmuşdur. İş materiallarında olan AR Milli Axiv İdarəsi AR Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən iddiaçının 1987-ci ildən 1991-ci ilin aprel ayına qədər “Azərkimyatəmir” Tresti 3 saylı TTQİ-də 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləməsi barədə verilmiş arayışda iddiaçının hansı sexlərdə işləməsi göstərilmişdir. Müvafiq kodları hazırda almaq mümkün deyildir. Hal-hazırda oxşar iş sahəsi kimi fəaliyyət göstərən sadəcə “Etilen Politilen” zavadu vardır, lakin onlar da müvafiq arayışı vermirlər. İş materiallarında olan arayışlardan iddiaçının güzəştli iş stajına malik olması aydın görünür. Həmin vəzifələrin kodunu məhkəmə mütəxəssis cəlb etməklə öyrənə bilər. Müvafiq sənədlərdə yanlışlıqla iddiaçının 1992-2001-ci illər ərzində öz hesabına məzuniyyətdə olması qeyd olunmuşdur, lakin iddiaçı 1997-2001-ci illərdə öz hesabına məzuniyyətdə olmuşdur. AR Ali Məhkəməsinin anoloji işlərlə bağlı qərarları da vardır. Bütün halları nəzərə alaraq, iddiaçıya 60 yaşdan pensiya təyin olunmasına belə razıdırlar. İddiaçının güzəştli iş stajına malik olması ilə bağlı sadəcə arxiv arayışı təqdim etməmişlər. Müvafiq arayış da təqdim edilmiş, əlavə olaraq arayışın şübhə doğurmaması üçün arxiv arayışı da təqdim edilmişdir. 1987-1991-ci illərə aid dövrlər hesablanmasa belə, iddiaçının 12 il 6 ay iş stajı vardır. Belə ki, müvafiq dövrlər-1980-1981, xx.xx.1883-xx.xx.1985, xx.xx.1985xx.xx.1987, xx.xx.1987-xx.xx.1991, xx.xx.1992-xx.xx.1997, xx.xx.2001-xx.xx.2002, xx.xx.2006-xx.xx.2007-ci illərdir və 13 il 11 ay 4 gün təşkil edir. 2002-2006-cı illər ərzində olan dövrlə bağlı mübahisə yoxdur. İddiaçının 1983-1985-ci illər ərzində işlədiyi texnoloji avadanlıqların təmirçi çilingəri vəzifəsi AR Nazirlər Kabinetinin hər iki siyahısı üzrə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən vəzifə kimi müəyyənləşdirilmişdir. İddiaçı 1987-1991-ci illərdə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə işləmişdir. Həmin dövr üçün müvafiq formada arayış verilmir. Eyni vəzifədə işləyən bir çox şəxsin güzətli iş stajına malik olması təsbit edilmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraza əlavə təqdim etmişdir, onunla bağlı bildirirlər ki, əlavədə qeyd edilən hallar hazırkı işlə əlaqəli deyildir. İddiaçı peşə məktəbini 1979-1980-ci illərdə bitirmişdir. Qeyd edilən illərin iddiaçıya aidiyyatı yoxdur. Məhkəmə kollegiyasının iclaslarında cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər, məhkəmə iclaslarında ayrıayrılıqda bildirmişlər ki, imtina əsaslarından biri pensiya kapitalıdır, iddiaçıya 60 yaşınadək nisbətdə 48960 manat kapital tələb olunduğu halda, onun 39812 manat kapitalı var. 1983- 1985-ci illəri və ödənişsiz məzuniyyətdə olduğu dövrləri mübahisələndirirlər, qalan bütün dövrləri qəbul edirlər. 7 il 3 ay 21 gün güzəştli stajı var. İddiçının ümumi iş stajı 29 il 3 ay 20 gün təşkil edir. xx.xx.1983-xx.xx.1985-ci illərdə "xxxx" ASC-nin UXP-101 istehsalat sahəsində işləməsini, yəni verilmiş arayışı mübahisələndirirlər. Eyni zamanda, 1987-1991-ci illərdə "Аzkimyatəmir" Trestinin 3 saylı ТТQi-nin verdiyi arayışı da mübahisələndirirlər, amma o dövrü ümumi staja daxil edilir, güzəştli staja daxil edilmir. Çünki Azərbaycan Respublikası Nazirlər kabinetinin müəyyənləşdirdiyi qaydaya görə güzəştli arayışın forması var, vəzifələr göstərilir və ona uyğun olaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin Qərarındakı vəzifələrə də uyğunluq göstərilir, amma bu formaya riayət olunmamışdır, hər hansı uyğunluq göstərilməmişdir. 1997-2001-ci illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrləri də mübahisələndirirlər. İddiaçının pensiya kapitalı da ödənilmir. Ona görə də vətəndaşa 60 yaşdan pensiya təyin edə bilmirlər. 1983-1985-ci illər güzəştli staj kimi daxil olsa da, 9 il staj edir, yenə də güzəştli iş stajı tamamlanmır. 1983-1985-ci və 1987-1991-ci illər daxil olsa, güzəştli iş stajı tamamlanır. Yeni arayışlar təqdim olunsa, pensiya təyinatı məsələsinə baxılacaq. İddiaçının güzəştli iş stajına malik olması ilə bağlı mübahisələndirilən dövrlər 1983- 1985-ci illər və ödənişsiz məzuniyyətdə olduğu dövrdür. Belə ki, AR Ali Məhkəməsinin mövqeyinə əsasən də, işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrlər iş stajına daxil edilmir. Müvafiq qərardan 1987-1991-ci illərin güzəştli iş stajına daxil edilmədiyi görünür. Bunun səbəbi, iddiaçı tərəfindən təqdim edilmiş arayışın müəssisə tərəfindən verilməli olan müvafiq arayış formasına uyğun olmaması, arxiv arayışı olmasıdır. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, 8 il 2 ay 16 gün təşkil edir. İddiaçının istinad etdiyi arayışlar birinci instansiya məhkəməsində təqdim edilmiş, məhkəmə tərəfindən qiymətləndirilmişdir. Lakin müvafiq arayışlar tələb olunan formaya uyğun olmadığına görə, onları güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən arayış kimi qəbul etmirlər. Güzəştli iş stajı kimi qəbul edilən dövrlər-1980-1981, 1985-1987, 1992-1997, 2006-2007-ci illərdir və 8 il 2 ay 16 gün təşkil edir. 1983-1985-ci illərin qəbul edilməməsinin səbəbi iddiaçının işlədiyi vəzifənin uyğun olmaması, 1987-1991-ci illərin qəbul edilməməsinin səbəbi, müvafiq formada arayışın təqdim olunmamasıdır. Məhkəmənin sorğularına verilmiş cavablarda iddiaçının işlədiyi sahə ilə bağlı ətraflı məlumat verilməmiş, işlədiyi sahənin neft-qaz istehsalı ilə bağlı olub-olmamasına aydınlıq gətirilməmişdir. Həmçinin, təqdim edilmiş vəzifə təlimatları da mötəbər deyildir. Vəzifə təlimatının sonunda Rusiya Federasiyasının Əmək Məcəlləsinə istinad edilmişdir. Vəzifə təlimatının 2.7-ci maddəsindən görünür ki, sözügedən vəzifə təlimatı neft-qaz sahəsi ilə deyil, metallurgiya sahəsi ilə bağlıdır. İddiaçının "xxxx" ASC-də işlədiyi dövrlərin güzəştli iş stajına daxil edilməsi mümkün deyildir. AR Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubunda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Həmçinin, AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixdə qəbul edilmiş iki qərarında da, bildirilir ki, vəzifə təlimatında iş funksiyaları dəqiq göstərilməlidir. Təqdim edilmiş arayışlar və vəzifə təlimatları ilə qeyd olunan hallarla bağlı aydınlıq yaranmır.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyasıhüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir.

16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu 13-cü maddəsinin birinci hissəsinin b) bəndi: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

17. Əmək Məcəlləsi: Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.6-cı bəndi: Sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Qaydalara 2 nömrəli Əlavə (2.4.1-ci bənd) Müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"

21. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

23. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

25. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının 1983-1985-ci illərdə işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etmir. Belə ki, arayışda istinad olunan 1 nömrəli Siyahıda həmin kod altında yalnız bilavasitə buruqlarında avadanlıqların təmiri ilə mə.öul olan təmirçi çilingərlər nəzərdə tutulmuşdur. Həmin dövr və iddiaçının xx.xx.1997-xx.xx.2001-ci illərdə ödənişsiz məzuniyyətdə olduğu dövr çıxıldıqda onun xüsusi iş stajı 7 ilə yaxın təşkil edir ki, bu müddət də ona güzəştli şərtlərlə əmək pensiyanının təyin edilməsinə imkan vermir. Belə olan halda məhkəmə hesab edir ki, Qanunun pensiya kapitalı ilə bağlı tələbinin yoxlanılmasına artıq zərurət qalmır.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İlk növbədə kollegiya qeyd edir ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

29. 10.03.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

30. İddiaçı hazırda 60 yaşının tamam olmasına, tələb olunan 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajının mövcud olmasına istinad edərək ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini istəyir.

31. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə istinadən qeyd edir ki, 60 yaşı tamam olan iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajının mövcud olması 2) azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.

32. İlk öncə kollegiya iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd edir.

33. Əmək kitabçasından, hərbi biletin surətindən görünür ki, iddiaçı 05.1980xx.xx.1980, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1983 (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1985, xx.xx.1985-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1987xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.2002, xx.xx.2006-xx.xx.2007, xx.xx.2011-xx.xx.2012, xx.xx.2012-xx.xx.2020, xx.xx.2020-hal hazıradək işləyir. İşin cavabdeh tərəfindən mübahisələndirilən bir halı iddiaçının ödənişsiz məzuniyyətdə olduğu xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün onun sığorta stajına daxil edilməməsi ilə bağlıdır. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İstinad edilən normanın tələbləri nəzərə alındıqda ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün 6 ayı da iddiaçının əmək stajına daxil edilməklə qeyd edilən dövrləri topladıqda iddiaçının 29 ildən çox ümumi stajının olduğu müəyyən olunur.

34. Cavabdehin İddiaçı dair müvafiq məlumatların təqdim edilməsi haqqında xidməti məktubu ilə də iddiaçının ümumi iş stajının 29 il 3 ay 20 gün təşkil etdiyi müəyyən olunur.

35. İddiaçının xüsusi iş stajı ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

36. İddiaçı iddia edir ki, xüsusi iş stajını toplamış və ümumilikdə güzəştli şərtlərlə iş stajı müddəti 13 il 11 ay 4 gün təşkil edir.

37. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən xüsusi iş stajı 1980-1981, 1985-1987, 1992-1997, 2006-2007-ci illərdir və 8 il 2 ay 16 gün təşkil edir. Cavabdeh tərəfindən mübahisələndirilən dövrlər 1983-1985-ci, 1987-1991-ci illərlə bağlıdır.

38. Məhkəmə kollegiyası ilk öncə 1983-1985-ci illərlə bağlı qeyd edir ki, "xxxx" ASC tərəfindən verilmiş 02 saylı xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1983xx.xx.1985-ci illərdə “İXP-101 istehsalatında texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir. Cavabdehin imtina əsası onunla bağlıdır ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda 1100000a-18559 kodu ilə göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şisti emalı bölməsinin (10) Qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçiçilingərlər vəzifəsi nəzərdə tutulmuşdur, texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə uyğun deyildir.

39. Məhkəmə kollegiyasına iddiaçı tərəfindən təqdim olunmuş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 16 nömrəli arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1983xx.xx.1985-ci illərdə “İXP-101 istehsalatında texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir. (2 il 0 ay, 12 gün) İddiaçının işlədiyi texnoloji avadanlıqların təmiri üzrə çilingərlər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 12-ci bölməsində 2130301a-18547 kod altında nəzərdə tutulub.

40. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının təkrar müraciətinə baxılaraq aşağıdakılar qeyd olunmuşdur: “... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №- li Siyahısı”nın qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (Xİİ) neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bəndinin (3) fəhlələr yarımıbəndində (a) ******* a— 18547 kodu üzrə texnoloji avadanlıqların təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 14 may 1980-cı il tarixli İ/İT-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" ASC-nin sizə dair xx.xx.2023-cü il tarixli 16 nömrəli arayışında xx.xx.1983-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində UXP-101 istehsalatında texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı sahəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 2 ay 16 gün (xx.xx.1980- xx.xx.1981-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.2006- xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.

41. Məhkəmə kollegiyası tərəfindən "xxxx" ASC-yə sorğu məktubu göndərilərək iddiaçının çalışdığı UXP istehsalat sahəsində texniki qurğuların təmiri və xidməti üzrə çilingər peşəsinə dair vəzifə təlimatının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olumuş, məhkəməyə həmin təlimat daxil olmuşdur.

42. İddiaçının işlədiyi peşənin siyahıda qeyd olunan peşə ilə eyniliyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, funksional vəzifənin (işin) eyniliyi iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) müəyyən edildiyindən cavabdeh orqan sözügedən müddətin güzəştli iş stajı kimi qəbul edilməsindən imtina etməkdə haqlı olmamışdır.

43. Cavabdeh tərəfindən mübahisələndirilən 1987-1991-ci illərlə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından onun xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixləri arasındakı dövrdə “Azərkimyatəmir” Trestinin 3 sayı TTQİ-də 5-ci dərəcəli montajçı çilingər, təmirçi çilingər vəzifələrdinə işlədiyi müəyyən olunur.

44. “X6”nin arayışı ilə müəyyən olunur ki, iddiaçı 1987-1991-ci illərdə “Azərkimyatəmir” Trestinin 3 sayı TTQİ-də 5-ci dərəcəli təmirçi çilingər vəzifələrdinə işləmişdir.

45. Məhkəmə kollegiyası tərəfindən “Azərkimya” İstehsalat Birliyinə sorğu məktubu göndərilərək “iddiaçının “Azərkimyatəmir” Trestinin 3 sayı TTQİ-də 5-ci dərəcəli montajçı çilingər, təmirçi çilingər vəzifələrinin müvafiq olaraq “Azərkimya” İstehsalat Birliyiin “Etilen- Polietilen” Zavodunda güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olubolmaması, həmin vəzifələrin müvafiq olaraq “Azərkimya” İstehsalat Birliyiin “Etilen- Polietilen” zavodunda olub-olmaması, vəzifələr müəssisədə olduğu təqdirdə ümumilikdə kimya-təmir sahəsində güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olubolmaması barədə məlumat verilməsi, məhkəməyə izahlı arayış təqdim olunması xahiş olunmuşdur.

46. “Azərkimya” İstehsalat Birliyindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubu ilə müəyyən olunur ki, “Etilen-polietilen” zavodunda təmirçi-çilingər peşəsi üzrə işləyən işçilərin sahələri xüsusi zərərli, texnoloji sahələr olduqda göstərilən peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında“ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə pensiya təyin etmək hüququ verir. İddiaçı təmirçi-çilingər peşəsi üzrə vaxtilə işlədiyi sahələr xüsusi zərərli, texnoloji iş şəraitinə aiddirsə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən ona pensiya təyin etmək hüququ verilə bilər.

47. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-DA-10F/2-544-2023 nömrəli arxiv arayışından görünür ki, “Azərkimyatəmir” Tresti 3 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin 1987-1991-ci illərə dair “Zərərli sexlərdə işləyən işçilərin siyahısı” kitablarında iddiaçının adı göstərilmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, həmin arxiv arayışından, əmək kitabçasından, həmçinin “Azərkimya” İstehsalat Birliyinin arayışından iddiaçının qeyd edilən dövrlərdə, “Azərkimyatəmir” Tresti 3 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin lindan, sulfanol və s. sexlərində- 5-ci dərəcəli montajçı çilingər, təmirçi çilingər işlədiyi müəyyən edilir.

49. Kollegiya hesab edir ki, müəssisənin arayışında və arxiv arayışında iddiaçının işlədiyi müvafiq peşələrin güzəştli vəzifə olduğu təsdiqləyən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıdakı şifri qeyd edilməsə də, həmin sənədlər iddiaçının mübahisələndirilən dövrlərdə “Azərkimyatəmir” Trestinin 3 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsinin kimya istehsalatına aid sexlərində əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını təsdiq edir.

50. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş həm 1, həm də 2 nömrəli Siyahının “Kimya istehsalatı“ bölməsində müvafiq istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin bütün fəhlələri, rəhbərləri və mütəxəssisləri güzəştli şərtlə pensiya hüququ verən peşələr kimi müəyyən edilmişdir.

51. Beləliklə, iddiaçının xx.xx.1983-xx.xx.1985-ci illərdə "xxxx" zavodunda işlədiyi 2 il 11 gün, “Azərkimyatəmir” Trestinin 3 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsində sadalanan vəzifələrdə işlədiyi 4 il 2 ay 01 günlük dövr cavabdeh tərəfindən mübahisələndirilməyən 8 il 2 ay 16 günlük dövrlə birgə nəzərə alınarsa, onun 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir.

52. Cavabdehin imtinasının pensiya kapitalının mövcud olmaması dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, iddia tələbindən də göründüyü kimi, iddiaçı ilk öncə ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

48. 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə edilmiş dəyişikliklə “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” tələbi aradan qalxmışdır.

49. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

50. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

51. İddiaçının vəkili məhkəmə kollegiyasına iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və xx.xx.2022-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

52. Beləliklə kollegiya işin aradşırılan hallarını və qanunvericilik normalarını ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər ödənilmişdir.

53. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi hallar iddiaçıya güzəştli şərtlə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz, qanunvericiliyin tələbləri baxımından və qeyd edilən səbəblərdən birinci instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı olmamışdır.

53. Məhkəmə kollegiyası qeyd olunanları, nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir.

54. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.

55. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2670/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar