Məhkəmə qərarları › İş №2-1(105)-20/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-20/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-20/2025 14.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 25 oktyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı “ona 60 yaşının tamam olduğu 25 oktyabr 2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2210/2023 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçı məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, o, 27 oktyabr 1981-ci ildən 24 noyabr 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ ******* saylı, xx.xx.1981-ci il tarixdə qeydə alınmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilədək təhsil almışdır. Cavabdehin imtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim olunmuş "xxxx" ASC-nin 10 oktyabr 2022-ci il tarixli 86 nömrəli arayışında iddiaçının xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2015-ci il və xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, operator vəzifəsi sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan bütün adlarda aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər və istehsalat sahə ustaları, böyük ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı yoxdur. “Bakı Şampan Şərabları “ ASC tərəfindən verilmiş 10 saylı, 29 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997-ci ildə "xxxx" zavodunda araq süzmə sexində yükləyici fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə Şampanlaşma sexində üçüncü dərəcəli operator keçirilmiş, xx.xx.2001-ci ildə müəssisə ləğv edildiyi üçün işdən azad edilmiş, xx.xx.2001ci ildə "xxxx" ASC-də Şampan hazırlama sexində üçüncü dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2004-cü ildə şampan istehsalı üzrə dördüncü dərəcə operator keçirilmiş, xx.xx.2010-cu ildə şampan istehsalı üzrə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2011-ci ildə köməkçi fəhlə keçirilmiş, xx.xx.2012-ci ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2013-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2014-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2015-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2016-cı ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2017-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2018-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2020-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” xx.xx.2007-ci il tarixli qərarı “Yeyinti sənayesinin” 27 bəndli 27.10 hissəsində “sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvü birləşmələr, aromatik geterosiklik xammal aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) göstərilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci ildə "xxxx" zavodunda araq süzmə sexində yükləyici fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə Şampanlaşma sexində üçüncü dərəcəli operator keçirilmiş, xx.xx.2001-ci ildə müəssisə ləğv edildiyi üçün işdən azad edilmiş, xx.xx.2001-ci ildə "xxxx" ASC-də Şampan hazırlama sexində üçüncü dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2004-cü ildə şampan istehsalı üzrə dördüncü dərəcə operator keçirilmiş, xx.xx.2010-cu ildə şampan istehsalı üzrə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2011-ci ildə köməkçi fəhlə keçirilmiş, xx.xx.2012-ci ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2013-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2014-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2015-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2016-cı ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2017-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2018-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2020-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” xx.xx.2007-ci il tarixli qərarı “Yeyinti sənayesinin” 27 bəndli 27.10 hissəsində “sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvü birləşmələr, aromatik geterosiklik xammal aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) göstərilmişdir.a)fəhlələr bütün hallarda aparatçılar yuyucu maşının maşinistləri təmirci- çilingərlər b)mütəxəsislər istehsalat sahə ustalari, böyük ustalar.Onun işlədiyi peşə Bakı şəhəri xx.xx.2007ci il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı qərarına əsasən güzeştli şertlərlə yaşa gorə pensiya huququ verən istehsalatların, işlərin, peşələrin və vəzifələrin İİ-ci siyahısının XXİİ-cu bölməsi ( kod-2241000a-10065) ilə zərərli pensiya almaq hüququ qazanır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx"ASC-də Şərabın emalı və Şampanlaşma sexində, Spirt istehsalı və sərabın şampanlaşması sexində operator vəzifəsini icra etmiş və eyni zamanda aşağıda qeyd edilən işləri görmüşdür: Şərab çənlərinə karbon qazı (CO4) doldurmaq və yoxlamaq, karbon qazını çənlərdən açıb boşaltmaq, təmizləyib işə salmaq, şərab çənlərinə kükürd (sera) vurmaq. Bu iş rejimi təhlükəli iş yeri hesab edilir. Operator peşəsinə aid vəzifə təlimatları onların müəssisədə olmadığı üçün tapa bilmədik. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx"ASC-də ştat cədvəli üzrə operator vəzifəsində işləmişdir. Eyni zamanda aşağıda qeyd edilən işləri görmüşdür: Şərab çənlərinə karbon qazı (CO4) doldurmaq və yoxlamaq, karbon qazını çənlərdən açıb boşaltmaq, təmizləyib işə salmaq, şərab çənlərinə kükürd (sera) vurmaq. Bu iş rejimi təhlükəli iş yeri hesab edilir. "X8" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “X8” ASC-də ştat cədvəli üzrə “OPERATOR” vəzifəsi araq süzmə, su emalı, şüşə-tara, karton-tara, konyak spirti çəkmə sexlərində, satış bazalarında, nəqliyyat şöbəsində mövcuddur. Adları qeyd olunan sexlərdə işləyən “OPERATOR” vəzifəsindəki şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı üzrə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid deyildir. Bundan əlavə bildiririk ki, sorğunuzda “OPERATOR” vəzifəsinin konkret hansı sahəyə aid olması barədə məlumat verilmədiyindən cavablandırmaq mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu 25 oktyabr 2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixdə "xxxx" zavodunda Araq süzmə sexinə yükləyici fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2000-ci ildə Şampanlaşma sexinə 3-cü dərəcəli operator vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci il tarixdə "xxxx" zavodu "xxxx" ASCyə çevrilmişdir. xx.xx.2001-ci il tatixdə müəssisə ləğv edildiyi üçün işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə "xxxx" ASC-də 3-cü dərəcəli şampan istehsalı üzrə operator vəzifəsinə qəbul edilmişdir. Həmin vaxtdan xx.xx.2015-ci il tarixə kimi həmin müəssisədə 4-cü və 5-ci dərəcəli operator vəzifəsində çalışmışdır. xx.xx.2011-ci ildən xx.xx.2012-ci il tarixədək Şərabın emalı və şampanlaşma sexində köməkçi fəhlə vəzifəsində çalışmışdır. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin syahısının yeyinti sənayesi bölməsinin sintetik ətirli maddələrin istehsalı bəndinin (27.10) fəhlələr yarımbəndində A) bütün adlarda aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər, mütəxəssislər yarımbəndində İsə istehsalat sahəsi ustaları, böyük ustalar vəzifələri göstərildiyi və mənim vəzifəm (operator) göstərilmədiyindən ona əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmaması qeyd edilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmaqla, onun hüquqlarının pozulmasına əsas olmuşdur. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim olunmuş "xxxx" ASC-nin 10 oktyabr 2022- ci il tarixli 86 nömrəli arayışında iddiaçının xx.xx.2000xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2015-ci il və xx.xx.2016-xx.xx.2020ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, operator vəzifəsi sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan bütün adlarda aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər və istehsalat sahə ustaları, böyük ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı yoxdur. Qanunla tələb olunan şərt ödənilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2210/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu 25 oktyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırki işdə iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi (xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək)əmək , eyni zamanda iş materiallarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapan 12 il 06 aydan artıq güzəştli şərtlərlə xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilədək, xx.xx.2001-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək) pensiya hüququ verən stajı vardır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan başqa cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək, xx.xx.2001-ci ildən xx.xx.2011-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək işlədiyi operator vəzifəsinin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bütün adlarla aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər və istehsalat sahə ustaları, böyük ustalar vəzifələrinə uyğun olmadığından onun güzəştli iş stajına aid edilə bilməz. Cavabdeh iddiaçının müraciətindən imtinasının əsası kimi də qeyd edilən arqumenti əsas gətirmişdir. Beləliklə hazırki inzibati işdə iddiaçıya pensiya təyini ilə bağlı mübahisənin əsasını iddiaçının xüsusi iş stajına malik olubolmaması təşkil edir. Cavabdehin bununla bağlı dəlili əsassızdır. "xxxx" ASC tərəfindən verilmiş 10 saylı, 29 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997-ci ildə "xxxx" zavodunda araq süzmə sexində yükləyici fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə Şampanlaşma sexində üçüncü dərəcəli operator keçirilmiş, xx.xx.2001-ci ildə müəssisə ləğv edildiyi üçün işdən azad edilmiş, xx.xx.2001-ci ildə "xxxx" ASC-də Şampan hazırlama sexində üçüncü dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2004-cü ildə şampan istehsalı üzrə dördüncü dərəcə operator keçirilmiş, xx.xx.2010-cu ildə şampan istehsalı üzrə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2011- ci ildə köməkçi fəhlə keçirilmiş, xx.xx.2012-ci ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2013-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2014-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2015-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2016-cı ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2017-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2018-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2020-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” xx.xx.2007-c il tarixli qərarı “Yeyinti sənayesinin” 27 bəndli 27.10 hissəsində “sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvü birləşmələr, aromatik geterosiklik xammal aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) göstərilmişdir. Cavabdeh inzibati işin icraatı zamanı qeyd etdiyi arqumenti təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq yuxarıda adı qeyd olunan arayışlarla və sorğuya cavab məktubu ilə iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalının apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq götərilmişdir ki, sorğu nəticəsində məhkəməyə “Bakı Şampan Şərabları ASC”-dən xx.xx.2023-cü il tarixli 10 nömrəli məktub daxil olmuşdur. Qeyd olunan məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarına istinad olunsa da, 320 saylı qərarın bölmə, bənd, şifri göstərilmişdir. Eyni zamanda iddiaçının işlədiyi operator vəzifəsi və təqdim olunmuş kod (bütün adlarda aparatçılar) üzrə əmək funksiyalarının eynilik təşkil etməsinə dair vəzifə təlimatları göndərilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 60 yaşının tamam olduğu 25 oktyabr 2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının müvafiq dövrlərdə işlədiyi operator vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahıda bütün adlarda aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər və istehsalat sahə ustaları, böyük ustalar kimi qeyd edildiyindən Siyahıya uyğun olmamış, bu səbəbdən də güzəştli iş stajına malik deyildir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması mübahisələndirilməmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında əks olunmuş işlədiyi dövrlərə aid qeydlər, hərbi xidmətdə olduğu dövr nəzərə alındıqda, iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması halı öz təsdiqini tapmışdır. Nəticə etibarilə indiki halda iddiaçıya münaisbətdə qanunla tələb olunan ümumi iş stajına aid olan şərtində də ödnilməsi halı müəyyən edilmişdir. İşin mübahisəli halı ondan ibarədtir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi peşənin adının müvafiq Siyahıda nəzərdə tutulan peşə ilə eynilik təşkil etmədiyindən, güzəştli iş stajının olmasını qəbul etmir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1997-ci ildə "xxxx" ASC-də yükləyici fəhlə vəzifəsinə qəbul edilib, xx.xx.2000-ci ildə operator vəzifəsinə keçirilmiş, həmin tarixdən xx.xx.2015-ci ilədək, xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək həmin vəzifədə çalışmışdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən qeyd edilən peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasına və müvafiq 2 №li Siyahı üzrə 22-ci bölmənin kod 2241000a-10065 uyğun olmasına dair arayış verilmişdir. Yuxarıda istinad edilən müvafiq Qərarda qeyd edilmiş həmin kod üzrə peşənin adı “bütün adlarda aparatçılar kimi” əks olunduğundan, məhkəmə araşdırması zamanı işəgötürən müəssisəyə həmin peşələrin hansı əsaslarla uyğunlaşdırılmasının araşdırılması məqsədilə sorğu ünvanlanmış, işəgötürən tərəfindən verilmiş cavab məktubunda operator peşəsinə aid vəzifə təlimatının olmadığı, iddiaçının Şərabın emalı və şampanlaşma sexində, spirt istehsalı və şərabın şampanlaşması sexində operator vəzifəsini icra etdiyini, şərab çənlərinə karbon qazı doldurmaq, yoxlamaq, karbon qazını çənlərdən açıb boşaltmaq, təmizləyib işə salmaq, şərab çənlərinə kükürd (sera) vurmaq olduğunu, bu işin təhlükəli iş yeri hesab olunduğunu qeyd etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı oxşar müəssisəyə sorğu ünvanlanmış, həmin sorğunun cavab məktubunda “X8” ASC-də aparatçı peşəsi olmadığı qeyd edilmiş, operatorun gördüyü işlərə dair vəzifə təlimatı təqdim edilmiş,habelə həmin peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olmadığı qeyd edilmişdir.. Həmin vəzifə təlimatının məzmunundan görünür ki, operator peşəsi üzrə işin xarakteri avtomatın idarəedilməsi, işə salınması, düymələri basmaq, elektron qurğuları yoxlamaq, aparatı işə salmaq, məhsulun tərtibinin keyiyyətini izləmək və bu kimi hərəkətlərdən ibarət olmuşdur. İndiki halda isə iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçının görüdüyü işin xarakteri və əmək funksiyası oxşar müəssisədə olan operator peşəsi ilə eynilik təşkil etməmişdir. Bu baxımından işəgötürən müəssisə tərəfindən iddiaçının gördüyün işin xarakterinə və təhlükəliliyi baxımından məhz müvafiq kod üzrə qeyd edilmiş aparatçı peşəsi ilə uyğunlaşdırıldığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının işlədiyi operator peşəsi üzrə yerinə yetirdiyi işin xarakteri və əmək funksiyasının mahiyyəti oxşar müəssiədə mövcud olan operator peşəsinə uyğun gəlmədiyindən və işəgötürən müəssisə tərəfindən onun icra etdiyi işin xarakteri təhlükəli olduğundan, icra etdiyi işin xarakterinə görə “aparatçı” peşəsinə uyğunlaşdırılması müəyyən edilmişdir. İşin qeyd edilən faktiki halları özlüyündə işəgötürən müəssisə tərəfindən təqdim edilmiş iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə uyğun olması barədə arayışın mötəbər sənəd kimi qəbul edilməsinə əsas verir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin müəssisədə operator peşəsində işlədiyi dövrlər güzəştli iş stajı kimi nəzərə alınmalı olduğundan, həmin dövrlər xx.xx.2000-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək dövrü əhatə etdiyindən, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına aid şərt də ödənilmiş olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər ödənildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə əsaslı və qanuni olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2210/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar