Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-200/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-446/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur (НЗ № ******* seriyalı hərbi bilet).
2. İddiaçının adına xx.xx.1974-cü il tarixdə açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1974-xx.xx.1974, xx.xx.1975-xx.xx.1977 və xx.xx.1980-xx.xx.1983-cü illərdə SU-27 idarəsində, xx.xx.1983-xx.xx.1986-cı illərdə SUM-23 2 nömrəli Trestində, xx.xx.1986xx.xx.1994-cü illərdə 24 nömrəli tikinti idarəsində, xx.xx.1994-xx.xx.1996-cı illərdə “Azərkimyatəmir” Trestinin 9 nömrəli TTQİ-də, xx.xx.1996-xx.xx.1997-ci illərdə ”Etilen Polietilen” zavodunda, xx.xx.1997-xx.xx.2005-ci illərdə “Sumqayıt Sənayekommunaltikinti” birliyinin 3 nömrəli TH sahəsində (sonradan “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi adlandırılmışdır) işləmişdir.
3. “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 09/11 saylı arayışda İddiaçı həqiqətən xx.xx.1987-ci il (Əmr № 79K), xx.xx.1987xx.xx.1991-ci illərdə (Əmr №103K), xx.xx.1993-xx.xx.1997-ci illərdə (Əmr №63K), xx.xx.1997-xx.xx.2005-ci illərdə (Əmr №43K) “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində utsa-iş icraçısı vəzifəsində işlədiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarının 2 №-li Siyahısının 2290000b- 24441 şifrə (kodu) üzrə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verdiyi göstərilmişdir.
4. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********2 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinada onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 1.0.8, 1.0.2 və 21.1-ci maddələrinə istinad edilərək göstərilmmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş “Azərsənayetikinti” SC-nin 06 iyul 2021-ci il tarixli 09/11 nömrəli arayışında xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1993-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən idarənin 2 saylı müəssisəsində iş icraçısı işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsizamanı “Azərsənayetikinti” SC-nin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Qeyd olunan faktlar “Azərsənayetikinti” SC tərəfindən xx.xx.2021-ci il tarixli Akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (18 il 4 ay (xx.xx.1974-xx.xx.1974-cü il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1986-cı il və xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (4 il 5 ay 12 gün(xx.xx.1987-xx.xx.1991-ci il və xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 32200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14451,18 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1994xx.xx.1996-cı illərdə “Azərkimya” Təmir Trestinin 9 nömrəli Təmirtikini Quraşdırma idarəsində (sonradan 6 saylı Təmirtikinti Quraşdırma idarəsində), xx.xx.1996-xx.xx.1997-ci illərdə Sumqayıt Etilen Politilen zavodunda, xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə Sumqayıt Sənaye Kommunal Tikinti Birliyinin 03 nömrəli Təsərrüfat Sahəsində (“Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsi) işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək 27 №-li Tikinti İdarəsi, TREST №2-də işləmişdir. 1977- 1979-cu illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci ildən xx.xx.1994cü ilədək həmin müəssisədə, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək «Azərkimyatəmir» Trestinin 9 №-li TTQİ-də, xx.xx.1996-cı ildən xx.xx.1997- ci ilədək Sumqayıt EtilenPolietilen zavodu 75 saylı dəmiryolu təmiri və quraşdırma sexində, xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək «Azərsənayetinkti» SC-nin 2 saylı müəssisəsində işləmişdir. İddiaçının ümumi əmək stajı 31 ilə yaxın olmuşdur. Onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququ vardır. O, müvafiq sənədləri toplamaqla 2021-ci ilin iyul ayında cavabdeh təşkilata müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli məktubu ilə cavabdeh tərəfindən imtina cavabı verilmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, inzibati orqanda şübhə yaradan hal İddiaçı 09 avqust 1974-cü il tarixli əmək kitabçasına əsasən xx.xx.1986xx.xx.1994-cü il tarixlərdə 2 №-1.Trestin 27 №-li Tikinti idarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Azərkimyatəmir" Trestinin 9Ns-li TTQİ-də, xx.xx.1996-ci il tarixdən 01,04.1997-ci il tarixədək Sumqayıt “Etilen-Polietilen" zavodunun 75 saylı dəmiryolu təmir və quraşdırma sexində (fəhlə, sonradan rəis müavini) işləməsinə baxmayaraq, İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli 09/11 nömrəli arayışda xx.xx.1987-xx.xx.1991; xx.xx.1993-xx.xx.1997; xx.xx.1997-xx.xx.2005-cİ il tarixlərdə “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində usta-iş icraçısı vəzifəsində işləməsinin qeyd olunmasıdır. Belə ki, Filial tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış qarşılıqlı yoxlama zamanı istehsalat zərurəti ilə əlaqədar 1994-cü il tarixdən müəssisənin fəaliyyətini dayandırdığı müəyyən olunmuşdur. Bununla bağlı xx.xx.2021-ci il tarixli akt tərtib olunmuş və müvafiq akt “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmişdir.Belə olan halda İddiaçı ümumi iş stajı 25 ildən az, güzəştli is stajı 12 il 06 aydan az olması, o cümlədən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən asaqı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən imtina edilmişdir. İddiaçı məhkəməyə xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "Azərkimyatəmir” Trestinin 9№-li TTQİ-də işlədiyini iddia etdiyi dövrlər üzrə Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli 160 nömrəli arayışını təqdim etmişdir. Müvafiq arayışa əsasən, həmin tarixlərdə İddiaçı sözügedən idarədə işlədiyi və əmək haqqı aldığı qeyd olunmuşdur. Lakin Dövlət Arxivinin Sumqayıt filialına ünvanlanmış sorğuya cavab olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli 06 nömrəli arayışda 2 №-li Trestin 27 N-li Tikinti idarəsinin “Azərkimyatəmir” Trestinin 9 №-li TTQİ-nin, Sumqayıt EtilenPolietilen zavodu 75 saylı dəmiryolu təmiri və quraşdırma sexinin, ‘‘Azərsənayetikinti’’ SCnin 2 saylı müəssisəsinin arxiv sənədlərinin Dövlət Arxivinin Sumqayıt filialının dövlət mühafizəsinə təhvil verilmədiyi müəyyən olunmuşdur. Bu da iddiaçı tərəfindən təqdim olunmuş arayışın əsassız olduğuna dəlalət edir. Həmçinin İddiaçı tərəfindən təpdim olunmuş “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinin xx.xx.2022-ci il tarixli arayışına münasibətdə qeyd edilməlidir ki, sözügedən müəssisəyə sorğu ünvanlanmasına baxmayaraq məktub geri qayıtmışdır. Həmçinin müvafiq müəssisədə qarşılıqlı yoxlama zamanı həmin sənədlər təqdim edilməmiş, hətta istehsalat zərurəti ilə əlaqədar 1994-cü il tarixdən müəssisənin fəaliyyətini dayandırıldığı bildirilmişdir. İddiaçı tərəfindən “Azərkimyatəmir” Trestinin 9№-li TTQİ-də, Sumqayıt “Etilen-Polietilen’’ zavodunun 75 saylı dəmiryolu təmir və quraşdırma sexində əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə işlədiyini iddia etdiyi dövrlər üzrə arayış təqdim edilməmişdir. Belə ki “Azərkimyatəmir” Trestinin 9№-li TTQİ-də, Sumqayıt “Etilen-Polietilen” zavodunun 75 saylı dəmiryolu təmir və quraşdırma sexində işlədiyi dövrlər üzrə “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi tərəfindən güzəştli arayış verilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 09/11 nömrəli arayışa əsasən, xx.xx.1987-xx.xx.1991; xx.xx.1997; xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində usta-is icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin 09 avqust 1974-cü il tarixli əmək kitabçasına əsasən xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə 2 №-li Trestin 27 №-li Tikinti idarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək ‘‘Azərkimyatəmir’’ Trestinin 9№-li TTQİ-də, xx.xx.1996- ci il tarixdən xx.xx.1997-ci il tarixədək Sumqayıt “Etilen-Polietilen” zavodunun 75 saylı dəmiryolu təmir və quraşdırma sexində (fəhlə, sonradan rəis müavini) işlədiyi müəyyən olunmuşdur. Belə olan halda iddiaçı tərəfindən təqdim olunmuş güzəştli arayışın əsassız olduğu qənaətinə gəlinir. İddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işlədiyini iddia etdiyi dövrlər üzrə arayışı mövcud deyildir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
9. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-446/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əəmək pensiyasının təyin edilməsi və pensiyanın ödənilməsinin əvvəli 8 iyul 2018-ci il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətində iddia ərizəsinə qarşı etirazda göstərilən hallara təkrar olunmaqla yanaşı göstərilir ki, Qanunla tələb olunan ümumi stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməli tələbinə münasibətdə qeyd edilməlidir ki, mübahisələndirilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilsə belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli Əlavənin (Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Həmçinin sözügedən icmal məktubda qeyd edilmişdir ki, “iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olubolmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırılmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər”. İddiaçı tərəfindən “Azərkimyatəmir” Trestinin 9№li TTQİ-də, Sumqayıt “Etilen-Polietilen” zavodunun 75 saylı dəmiryolu təmin və quraşdırma sexində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işlədiyini iddia etdiyi dövrlər üzrə arayış təqdim edilməmişdir. Belə ki, “Azərkimyatəmir” Trestinin 9№li TTQİ-də, Sumqayıt “Etilen-Polietilen” zavodunun 75 saylı dəmiryolu təmir və quraşdırma sexində işlədiyi dövrlər üzrə “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi tərəfindən güzəştli arayış verilə bilməz. əsas məqam olaraq bildirilmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 09/11 nömrəli arayışa əsasən, xx.xx.1987-xx.xx.1991, xx.xx.1993-xx.xx.1997, xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində usta-iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin İddiaçı əmək kitabçasına əsasən, xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə 2№li Trestin 27№li Tikinti İdarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Azərkimyatəmir” Trestinin 9№li TTQİ-də, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Sumqayıt “Etilen-Polietilen” zavodunun 75 saylı dəmiryolu təmir və quraşdırma sexində fəhlə, sonradan rəis müavini işlədiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən təqdim olunmuş güzəştli arayışın əsassız olduğu qənaətinə gəlinir. Belə olan halda İddiaçı qanunvericiliklə tələb olunan “ümumi stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməli” tələbi ödənilmir. əlavə olaraq Qanunun 9.1-ci maddəsinin “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli” tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 32200,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 14451,18 manat təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
13. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının 57 yaşı tamam olduğu zaman qüvvədə olan redaksiyada): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67.1-ci bənd. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67. 3-cü bənd. “v” yarımbəndi. İş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” ...“XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “iş icraçıları” (kod 2290000b— 24441).
19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək kitabçasına görə iddiaçı xx.xx.1974-cü ildən iş fəaliyyətniə başlamış və müxtəlif müəssisələrdə və peşələrdə işləmişdir. İddiaçının cavabdeh tərəfindən mübahiəsləndirilən stajı daxil edildikdə onun güzəştli şərtlərlə yaşa göprə əmək pensiyası hüququnu qazanması üçün həm ümumi, həm də xüsusi stajı tamamlanmış olur. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 12 il 06 ay xüsusi və 25 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmin Siyahıya görə usta – iş icraçısı peşəsi 2290000b-24441 şifrə altında güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən peşələrə aid edilmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının əmək pensiyasının 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.
23. Belə ki, kollegiya tərəfindən cavabdehin apellyasiya şikayətinin müvafiq dəlilləri ilə əlaqədar əlavə araşdırma aparılmış, iddiaçı tərəfindən cavabdeh tərəfindən mübahisələndirilən ümumi və güzəştli iş stajına dair əlavə sübutlar təqdim edilmişdir.
24. İddiaçının işlədiyi “Etilen-Polietilen” zavodu tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli arayışda onun əmək kitabçasında qeyd edilən dövrlərdə həmin zavodda müvafiq vəzifələrdə işləməsi öz əksini tapmışdır.
25. Eyni zamanda iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisənin 04 aprel 2023-cü il tarixli, 09/56 nömrəli arayışında İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilədək; xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək həmin müəssisədə usta-iş icraçısı vəzifəsində işləməsi öz əksini tapmışdır.
26. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, direktoru olduğu “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi keçmiş “Səneyekommunaltikinti” birliyinin 3 saylı Təsərrüfathesablı Sahənin hüquqi varisi olmaqla xx.xx.1999-cu ildə yenidən dövlət qeydiyyatından keçmiş və fəaliyyət göstərmiş, iddiaçı 1987-1993 və 1997-2005-ci illərdə rəhbəri olduğu müəssisədə usta-iş icraçısı işləmişdir. Şahid iddiaçı barədə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 09/11 nömrəli arayışda onun müəssisədə işlədiyi dövrlərin dəqiq göstərilməməsini texniki səhflə izah etmiş, iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlərin əsli olan kitabı kollegiyaya təqdim etmiş, kolegiya tərəfindən müvafiq əmrlərin əslinə baxış keçirilərək surəti iş materiallarına əlavə edilmişdir.
27. Xüsusilə qeyd edilməlidir ki, “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsində işləmiş və penisya hüququ qazanmış digər şəxslərə münasibətdə də eyni dəlillərə əsaslanmaqla pensiya təyin edilməsindən imtina barədə cavabdehin mövqeyi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olmuş digər işlərdə də (2-1(105)-339/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərar; 2-1(105)-699/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərar) araşdırılaraq əsassız hesb olunmuş, həmin qərarlar cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirsə də dəyişdirilmədən saxlanılmışdır. Həmin işlərdə də iddiaçıların “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində işlədikləri və cavabdeh tərəfindən mübahisələndirilən dövrlər müəssisənin direktorunun birinci instansiya və apellyasiya məhkəmələrində şahid kimi verdiyi ifadə ilə yanaşı, təqdim edilmiş həmin müəssisənin nizamnaməsi, dövlət qeydiyyatına və uçot vahidlərinin dövlət reyesterinə alınma barədə şəhadətnamələr, habelə DSMF-nin Abşeron-Xızı regional filalının həmin müəssisənin hesablanmış, ödənilmiş və silinmiş sosial sığorta haqları barədə xx.xx.2021-ci il tarixli məktubu ilə təkzib olunmuşdur.
28. Kollegiya oxşar iş üzrə Ali Məhkəmənin qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etməklə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 37. Hazırkı mübahisəyə münasibətdə cavabdehin inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-527/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarı)
29. İşin yuxarıda qeyd edilən halları, o cümlədən müvafiq arayışlar və əmrlər, habelə şahid ifadəsi ilə cavabdehin imtinasında göstərilən “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsinin 1994-cü ildən fəaliyyətdə olmaması ilə bağlı dəlillər, habelə həmin müəssisə tərəfindən iddiaçının iş fəaliyyəti ilə bağlı verilmiş xx.xx.2021-ci il tarixli 09/11 saylı arayışdakı ziddiyyətli hallar aradan qalxmışdır.
30. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər sübut hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
31. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının əmək kitabçası üzrə işlədiyi, eyni zamanda hərbi xidmət etdiyi dövrlər də daxil olmaqla onun xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə güzəştli iş stajı mövcuddur ki, bununla da iddiaçının "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi baxımından, 2006-cı ilə qədər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b” bəndinə müvafiq olaraq 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur.
32. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-446/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.