Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-202/2022 23.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X13 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, X46 qızının katibliyi, İddiaçının nümayəndəsi X17, cavabdehin nümayəndəsi X10, üçüncü şəxs X26, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı X13 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə dair texniki pasportun və torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi tələbinə dair inzibati mübahisə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2-1(085)- 57/2019 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışa əsasən Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanında yerləşən 0.0316 ha torpaq sahəsi üzərində X13 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət edərək həmin torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi mübahisəlidir. Mübahisə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 noyabr tarixli, 2- 1(85)-3444/2017 saylı qərarı qüvvəyə minməmiş, X38 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə tərəfindən yekun qərar verildikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə plan və ölçü sənədinin verilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətində olan Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun və həmin evə aid torpaq sahəsinin plan və ölçü sənədinin Şamaxı rayon X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh. 82.03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən 0,316 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin ünvanda yerləşən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 2017-ci il 16 fevral tarixdə Seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsinə plan və ölçü almaq üçün dəfələrlə reyestr xidmətinə müraciət edərək bütün sənədləri təqdim etməsinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünü verməkdən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, E.Nuriyevaya verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda torpaq sahəsinin plan və ölçü sənədinin verilməsindən imtina olunması barədə heç bir qeyd olmamışdır. Cavab məktubunda göstərilmişdir ki, torpaq sahəsinin üzərində məhkəmədə mübahisəsi vardır və onun müraciətinə məhkəmə tərəfindən iş üzrə yekun qərar verildikdən sonra qanunamüvafiq qaydada baxılacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)- 57/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinin plan və ölçüsünün və fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə üçüncü şəxs R.Qasımovun mübahisəli torpaq sahəsinə hər hansı hüququ olması təkzib edilmiş və onun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın məhkəmə mübahisələrinin davam etməsi əsası ilə iddiaçıya imtina cavabı verməsi qanunsuz olmuşdur. Cavabdeh iddiaçıya verdiyi cavabda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14.5-ci maddəsinə istinad etmişdir. Halbuki, həmin maddə plan və ölçü sənədinin verilməsi ilə bağlı deyil, hüquqların dövlət qeydiyyatının dayandırılması hallarını nəzərdə tutmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs də həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ella Nuriyeva və Rövşən Qasımov tərəfindən mübahisələndirilən torpaq sahəsi ünvan 3 ünvanda yerləşir. X27 03 avqust 1996-cı ildə Qobustan rayon DNK-da təsdiq olunmuş 4-e-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən iki mənzilli bir mərtəbəli kommunal evdə yerləşən X30 məxsus olan bir otaqlı mənzili almışdır. Həmin mənzilin üzərində Nuriyeva (Mayılova) Ella Maşalla qızının mülkiyyət hüququ keçmiş Şamaxı Rayonlararası Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmış və 03/783 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X39 iştirakçısı olduğu üçün Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 11 noyabr 1990-cı il tarixli 22 nömrəli iclas protokoluna əsasən həmin kommunal mənzilin yerləşdiyi evin həyətyanı sahəsindən 0.0316 ha torpaq sahəsi X30 təhkim edilmişdir. Torpaq sahəsi X7i istifadəsində olduğu üçün və əmlak notarial qaydada satıldığına görə, həmin 0.0316 ha torpaq sahəsi 16 fevral 2017-ci il tarixdə X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona yalnız RX seriyalı 10227396 nömrəli reyestrdən çıxarış verilmişdir. Torpaq sahəsi mübahisəli olduğu üçün Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilməmişdir. Bu səbəbdən E.Nuriyeva hazırkı iddianı qaldırmışdır. Üçüncü şəxs R.X3 adına verilmiş “reyestrdən çıxarışın ləğv edilməsi” tələbi ilə Şamaxı rayon Məhkəməsində iddia qaldırdığına görə, Ərazi İdarəsinin vəsatətinə əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan məhkəmə prosesi dayandırılmışdır. Şamaxı rayon məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(074)-1423/2018 nömrəli qətnaməsi ilə Rövşən Qasımovun iddia tələbi təmin edilməmişdir. Bundan narazı qalan R.Qasımov apellyasiya şikayəti vermişdir. Qeyd olunan iş üzrə R.Qasımov tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin olunmamışdır. Məhkəmə prosesləri başa çatdığına görə X13 iddiası ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan məhkəmə prosesi davam etdirilmiş və onun iddiası təmin edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-57/2019 saylı qərarı ilə Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmasına baxmayaraq, ünvan 5 ünvanda yerləşən 0.0316 torpaq sahəsinə Ella Nuriyevanın adına torpaq sahəsinin planı və ölçüsü sənədinin işlənməsi mümkün deyil. Ella Nuriyevanın istifadəsində olan torpaq sahəsi 203 m2 təşkil edir, yerdə qalan hissə R.Qasımov tərəfindən şiferlə hasarlanmışdır. Həmin ərazidə dəfələrlə İcra tədbirlərinin keçirilməsinə baxmayaraq, torpaq sahəsinin boşaldılması mümkün olmamışdır. Torpaq sahəsi 316 m2 ölçüdə Ella Nuriyevanın adına işlənəcəyi təqdirdə, R.Qasımova məxsus mənzilin giriş qapısı və pəncərələrin biri Ella Nuriyevaya məxsus hissədə qalır. Belə olan halda Rövşən Qasımovun evinə giriş-çıxış mümkünsüz olur. X27 fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X16 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsini də iddia etmişdir. Nəzərə almaq lazımdır ki, X27 03 avqust 1996-cı ildə Qobustan rayon DNK-da təsdiq olunmuş 4-e-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən iki mənzilli bir mərtəbəli kommunal evində yerləşən X30 məxsus olan bir otaqlı mənzili almışdır. Həmin əmlak fərdi yaşayış evi deyil. Ərazi İdarəsinin arxivində saxlanılan mənzilin texniki pasportunda torpaq sahəsi qeyd olunmur. “Daşınmaz Əmlakın dövlət reyestrinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası qanununda fərdi yaşayış evləri və mənzillər daşınmaz əmlak olaraq ayrı-ayrı bölmələr kimi fərdiləşdirilmişdir. Fərdi yaşayış evləri həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi qeydiyyata alınır, mənzillərin yerləşdiyi yaşayış binalar ümumi istifadədə olan torpaq sahələrində yerləşir. Bu səbəbdən torpaq sahələrini mənzillə birlikdə mülkiyyətçilərin adlarına qeydiyyata alınması mümkün deyil. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında uzun müddətdir ki, çoxsaylı məhkəmə mübahisələri mövcuddur. Belə ki, iddiaçı X27 ona qarşı “Şamaxı rayon XDS İK-nin 18 sentyabr 1990-cı il tarixli, 243 saylı qərarının ona 0.03 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair hissəsinin həmin qərar əsasında adına DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 0.031 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən JN-012 A kod 41001004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və digər hər hansı hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə, “Şamaxı rayon XDS İK-nin 11 noyabr 1990-cı il tarixli 22 saylı iclas protokolunun qərarı ilə X23 təhkim edilmiş 0,0316 ha torpaq sahəsinə iddiaçı E.Nuriyevanın mülkiyyət hüququnun tanınmasına, cavabdeh R.Ə.Qasımovanın həmin torpaq sahəsindən çıxarılmasına dair” iddiası Şamaxı rayon Məhkəməsinin 13 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədən iddiaçı E.Nuriyeva tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qətnaməsi ilə Şamaxı rayon Məhkəməsinin 13 sentyabr 2011-ci il tarixli qətnaməsi Şamaxı rayon XDC İK-nin 18 sentyabr 1990-cı il tarixli, 243 saylı qərarının torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər hüquqmüəyyənedici sənədlərin ləğv olunması tələbi, habelə R.Qasımovun torpaq sahəsindən çıxarılması tələbi hissəsində ləğv olunmuş, bu hissədə iddia təmin edilmiş, “Şamaxı rayon XDS İK-nin 18 sentyabr 1990-cı il tarixli, 243 saylı qərarı R.Qasımova torpaq sahəsinin ayrılmasına dair hissədə, JN-012A kod 41001004 saylı R.Qasımovun adına verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamə, habelə cavabdehlə Şamaxı şəhər mənzil təsərrüfatı təmiristismar müəssisəsi arasında bağlanmış xx.xx.1990-cı il tarixli müqavilənin ləğv olunması, R.Qasımovun mübahisə predmeti olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamədən tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 16 oktyabr 2012-ci il tarixli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 mart 2015-ci il tarixli, 2(105)-66/2012 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qətnaməsinə izah verilməsi barədə Şamaxı rayon İcra Qrupunun icra məmuru Hafiz Ədilovun ərizəsi qismən təmin olunaraq, qətnamə iddiaçının mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində onun iddiaçının evinə bitişik olan iddiaçının istifadə hüququna malik olduğu torpaq sahəsindən çıxarılması kimi izah olunmuşdur. Lakin Azərbaycan Respublikası ƏMDK-nin sədr müavini Rafiq Cəlilov 19 yanvar 2017-ci ildə məktubla Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, X26 hansı torpaq sahəsindən çıxarılması, X13 isə hansı torpaq sahəsi (təsdiq olunmuş cizgi ilə birlikdə) üzərində hüquqlarının qeydiyyata alınmasının mümkünlüyünə münasibət bildirilməsi xahiş edilmişdir. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(105)-66/2012 saylı Qərardadı ilə ərizəni təmin etməmişdir. Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsinə dair onun qeyd olunan istifadə hüququna malik olduğu torpaq sahəsinin faktiki mövcudluğu, koordinatları, yerləşmə nöqtələri və ərazisinin torpaq ayırma sənədinin hər hansı hüquqmüəyyənedici sənəd olmadığından bu günədək icrası mümkün olmamışdır. İddiaçı X13 adına xx.xx.2017-ci il tarixdə reyestrdə qeydiyyatdan keçmiş ******* nömrəli çıxarışla ünvan 8-da yerləşən mənzili ilə yanaşı 0.0316 ha torpaq sahəsi də cavabdeh tərəfindən səhv olaraq ilkin torpaqayırma hüquqmüəyyənedici sənədi olmadan hüquqi qeydiyyatdan keçmişdir. Faktiki olaraq çıxarışla ünvan 8-da yerləşən mənzil ilə yanaşı 0.0316 ha torpaq sahəsinin mülkiyyətçisi kimi göstərilən torpaq sahəsinin faktiki mövcudluğu, koordinatları, yerləşmə nöqtələri və ərazisi müəyyən deyil və ümumiyyətlə 0.0316 ha torpaq sahəsinin X18 ayrılması və onun faktiki sahibliyində və istifadəsində olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. Yuxarıda göstərilən hallar mövcud olmadığı halda Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edilmişdir. İnzibati mübahisə məhkəmədə müzakirə olunarkən və araşdırılarkən iddiaçı tərəfindən ona məxsus torpaq sahəsinin yerləşmə yerini və nöqtələrini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməklə yanaşı, həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasını da təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə bir sübutu məhkəməyə təqdim edə bilmədiyi halda, məhkəmənin hansı əsasla iddianın təmin edilməli olmalı qənaətinə gəlməsi qərarda göstərilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, məhz iddiaçı tərəfindən ona məxsus torpaq sahəsinin yerləşmə yerini və nöqtələrini təsdiq edən sübutları təqdim edə bilməməsi, həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən sübutları təqdim edə bilməməsi səbəbindən Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qətnaməsinin icrası bu günədək mümkün olmamışdır. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə sübutlar saxtalaşdırılmış şəkildə təqdim edilmişdir ki, məhz məhkəmə bu hallara münasibət bildirməmiş, əksinə iddiaçı həmin saxtalaşdırılmış texniki pasportunu qəbul edərək iş materiallarına əlavə etmişdir. Hansı ki, cavabdeh tərəfindən həmin idarədə saxlanılan və məhkəməyə təqdim olunmuş iddiaçıya məxsus mənzilin texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş və üzərində sonradan əlyazma ilə əlavələr edilmiş texniki pasportda bir-birini inkar edən ziddiyyətlər mövcuddur. Hansı ki, bu ziddiyyətli hallarla iddiaçı məhkəməyə guya torpaq sahəsinin də texniki pasportda öz əksini tapdığını məhkəməyə inandırmağa çalışmışdır. İddiaçının məqsədi onun mənzilinə giriş hissədə yerləşən və ümumi binaya giriş hissəni öz mülkiyyəti kimi qəbul etməklə onun mülkiyyətində olan mənzilinə giriş çıxışını məhdudlaşdırmaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(105)-14/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qərarı qismən – iddiaçının mülkiyyətində olan Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2021-ci il tarixli, 2-1(105)-14/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qərarı qismən - Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, torpaq sahəsinin planı və ölçüsü sənədinin Şamaxı rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanması hissəsində iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən apellyasiya şikayətinin təmin edilməyən və iddianın təmin edilən hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2021ci il tarixli, 2-1(102)-1652/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 may tarixli, 2-1(105)-14/2021 nömrəli qərarının ləğv edilməsi işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qeyd edilən qərarda Ali Məhkəmənin İnzibati kollegiyası digər hallarla yanaşı göstərmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi iddiaçının vahid (bölünməz) tələbini (“torpaq sahəsinin planı və ölçüsü” sənədinin Şamaxı rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82.03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq iddiaçıya verilməsinin cavabdehin üzərinə qoyulması) iki hissəyə bölərək bir hissədə təmin, digər hissədə rədd etməklə iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı, sadəcə “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini iddia etməmişdir. O, həmin sənədin məhz 1991-ci ildə tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun hazırlanaraq verilməsini tələb edir. Məhkəmə də həmin məzmunda tələbi vahid (bölünməz) tələb kimi həll etməli idi”. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndələri X14 və X19 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X38, onun vəkili və nümayəndəsi Vəkil1 və Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X13 nümayəndəsi X5 şəhəri, Qədirli küçəsi 69 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair Şamaxı rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82.03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun əslini təqdim edərək cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 4. torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” :
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin xx.xx.1999-cu il tarixli 176 saylı Fərmanın 2.2-ci bəndinə əsasən, ........ həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.11, 3.0.23, 3.0.24, 3.0.29 və 3.0.31-ci bəndlərinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 3.DƏDKR-in vəzifələri və hüquqları 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 108. Prosessual xərclər 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 109. Prosessual xərclərin ödənilməsi Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Maddə 110. Prosessual xərcləri ödəmək vəzifəsi 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15. Məhkəmə aktlarının məcburiliyi 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin iddiaçının mülkiyyətində olan Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə mümkün sayılmadığından və həmin qərardad mübahisələndirilməyərək qanuni qüvvəsini aldığından təkrar apellyasiya baxışının predmetini yalnız iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması təşkil edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinin plan və ölçüsünün Şamaxı rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından, o cümlədən iddiaçının, cavabdehin və üçüncü şəxsin təqdim etdiyi müvafiq sənədlərdən görünür ki, Şamaxı rayon XDS İK-nin 11 noyabr 1990-cı il tarixli 22 saylı iclas protokolunun qərarı ilə X21 yaşadığı Qədirli küçəsindəki 69 saylı kommunal evin 1 nömrəli mənzili əvəzsiz olaraq ona verilmiş, eyni zamanda həmin qərarla kommunal mənzilin 0.0316 ha həyətyanı torpaq sahəsi G.Smirnova təhkim edilmişdir. Daha sonra X20 məxsus həmin mənzili Qobustan rayon DNK-da təsdiq olunmuş xx.xx.1996-cı il tarixli 4-e-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən X2. Şamaxı rayonlararası X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 39.1 kv m yaşayış sahəsi 14.5 kv m ibarət olan 69 saylı yaşayış evi alqı-satqı müqaviləsinə əsasən, xx.xx.1997-ci il tarixdə X11 adına qeydə alınmışdır. Bundan əlavə Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 19 saylı qərarı ilə ünvan 8 ünvanda yerləşən (iddiaçının qonşuluğunda) kommunal ev X26 mülkiyyətinə, həmin evin 0.031 ha həyətyanı sahəsi isə istifadəsinə verilməsi qeyd edilmişdir. Həmin qərar əsasında üçüncü şəxsin adına DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçının və üçüncü şəxsin təqdim etdiyi, onlar arasında müvafiq torpaq sahəsi ilə bağlı əvvəllər olmuş mülki mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, X4 Rövşən Əli oğluna qarşı iddia qaldıraraq, Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarının, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər hüquqmüəyyənedici sənədlərin ləğv olunması, Şamaxı rayon XDS İK-nin 11 noyabr 1990-cı il tarixli 22 saylı protokol qərarı ilə X24 təhkim edilmiş 0.0316 ha həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-66/2012 saylı, 10 aprel 2012-ci il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi “Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarının, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər hüquqmüəyyənedici sənədlərin ləğv olunması, habelə R.Qasımovun torpaq sahəsindən çıxarılması” hissəsində ləğv olunmuş, həmin hissədə iddia təmin edilmiş, Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarı R.Qasımova torpaq sahəsi ayrılmasına dair hissədə, JN-012A kodlu, 41001004 saylı R.Qasımovun adına verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamə, habelə cavabdehlə Şamaxı şəhər mənzil təsərrüfatı təmir istismar müəssisəsi arasında bağlanmış xx.xx.1990-cı il tarixli müqavilə ləğv olunmuş, R.Qasımovun mübahisə predmeti olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-66/2012 saylı, 10 aprel 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli icra sənədi icraya yönəldilsə də, hazırkı vaxtadək R.Qasımovun mübahisə predmeti olan torpaq sahəsindən çıxarılması hissəsində məhkəmə qərarı icra edilməmişdir. Bununla bağlı icra məmuru iki dəfə qətnaməyə izah istəmişdir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadına əsasən Şamaxı rayon İcra Qrupunun icra məmuru Mehman Beybutov və iş üzrə cavabdeh (borclu) R.Ə.Qasımov tərəfindən qətnaməyə izahla bağlı verilmiş ərizələr təmin olunmamışdır. 2015-ci ildə təkrarən icra məmuru izahla bağlı məhkəməyə müraciət etmiş, bu dəfə Sumqayıt Apellyasiya Məhkəməsinin 10 mart 2015-ci il tarixli 2(105)-66/2012 saylı qərardadına əsasən, Şamaxı rayon İcra Qrupunun icra məmuru Hafiz Ədilovun ərizəsi qismən təmin olunaraq, qətnamə cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində iddiaçının evinə bitişik olan, iddiaçının istifadə hüqüquna malik olduğu torpaq sahəsindən çıxarılması kimi izah olunmuşdur. İcra sənədinə izah verilsə də, hazırkı günə kimi icra sənədi üçüncü şəxsin torpaq sahəsindən çıxarılması hissəsində icra edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Şamaxı rayon İcra Şöbəsinin məktubuna əsasən, 14 saylı Şamaxı Layihə Tədqiqat Mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə mütəxəssis rəyi verilmişdir. Rəydən görünür ki, ünvan 9 ünvanında mübahisəli torpaq sahəsində aparılmış ölçü nəticəsində iddiaçıya məxsus 353.56 m2 torpaq sahəsindən istifadəsində 250 kv m(tikinti altı sahə daxil olmaqla) torpaq sahəsi vardır, 103.56 kv m torpaq sahəsi zəbt edilərək cavabdeh tərəfindən istifadə edilir. Mütəxəssis rəyinə zəbt edilmiş torpaq sahəsinin koordinatları da əlavə edilmişdir. Həmin idarənin xx.xx.2016-cı il tarixli arayışında isə qeyd edilir ki, 103.56 kv m boşaldılacaq torpaq sahəsinin koordinatları və sxemi təqdim edilmədiyindən mübahisəli torpaq sahəsi naturada müəyyən edilməmişdir. Beləliklə, icra zamanı iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin (103.56 kv m) cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilsə də, boşaldılacaq torpaq sahəsinin koordinatları müəyyən edilmədiyi əsas götürülərək torpaq sahəsindən çıxarılma hissəsində icra sənədi hazırkı vaxtadək icra edilməmişdir. İşdən həmçinin görünür ki, X6 Ella Maşalla qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda istifadəsində olan torpaq sahəsindən uzun illər və hazırda istifadə etdiyi yolun evinə piyada və avtomobil keçidi yolu təyin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-405/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Şamaxı rayon Məhkəməsinin 10 sentyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia təmin edilməmişdir. Daha sonra X38 cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə və X18 qarşı iddia qaldıraraq, X18 Şamaxı şəhəri, Qədirli küçəsi, 69 ünvanında yerləşən 0,0316 ha torpaq sahəsinə dair 16 fevral 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(074)-1423/2018 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1137/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(074)-1423/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanlmışdır. Hazırkı halda yuxarıda sadalanan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə E.Nuriyevanın mübahisəli torpaq sahəsində yerləşən evi Genadiy Smirnovdan satın almaqla həmin torpaqdan qanuni əsaslarla istifadə hüququ əldə etməsi, R.Qasımovun mübahisə predmeti olan torpaq sahəsinə hüququnun olmaması, həmçinin 316 kv m torpaq sahəsinə dair iddiaçıya qanuni əsaslarla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi müəyyən edilmişdir. Hazırda iddiaçı qanuni əsaslarla mülkiyyətində olan 316 kv m torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsini tələb edir. Belə ki, cavabdehin özünün də göstərdiyi kimi, torpaq sahəsi X7i istifadəsində olduğu üçün və əmlak notarial qaydada satıldığına görə, həmin 0.0316 ha torpaq sahəsi 16 fevral 2017-ci il tarixdə X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona yalnız RX seriyalı 10227396 nömrəli reyestrdən çıxarış verilmişdir. Kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya verilən ilkin cavabda torpaq sahəsinə dair çıxarışın ləğvinə dair məhkəmə mübahisəsinin olduğuna istinad etmiş, bununla yanaşı iddiaçı ilə üçüncü şəxs arasında olan həmin məhkəmə mübahisəsi bitdikdən sonra iddianın təmin edilməsi barədə qərardan apelyasiya şikayəti verməklə plan-ölçünün tərtib edilməsinin mümkün olmadığını bildirmiş, göstərmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi 203 m2 təşkil edir, yerdə qalan hissə R.Qasımov tərəfindən şiferlə hasarlanmışdır. Həmin ərazidə dəfələrlə İcra tədbirlərinin keçirilməsinə baxmayaraq, torpaq sahəsinin boşaldılması mümkün olmamışdır. Torpaq sahəsi 316 m2 ölçüdə iddiaçının adına işlənəcəyi təqdirdə, R.Qasımova məxsus mənzilin giriş qapısı və pəncərələrin biri Ella Nuriyevaya məxsus hissədə qalır. Belə olan halda Rövşən Qasımovun evinə giriş-çıxış mümkünsüz olur. Digər dəlil isə ondan ibarətdir ki, iddia tələbində plan-ölçü sənədinin Şamaxı rayon X16 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi tələb edilmişdir. Halbuki, həmin əmlak fərdi yaşayış evi deyil. Ərazi İdarəsinin arxivində saxlanılan mənzilin texniki pasportunda torpaq sahəsi qeyd olunmamışdır. Cavabdehin apelyasiya şikayətinin müvafiq dəlilləri ilə razılaşmayan kollegiya qeyd edir ki, Torpaq Məcəlləsinin istinad edilən normalarına və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin xx.xx.1999-cu il tarixli 176 saylı Fərmana əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyesterində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinə dair plan ölçünün verilməsi cavabdehin vəzifəsidir. Hazırda qüvvədən düşmüş, lakin iddiaçının müraciəti zamanı qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11, 3.0.23, 3.0.24, 3.0.29 və 3.0.31-ci bəndlərinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Cavabdeh inzibati orqanın statusunu və vəzifələrini müəyyən edən hazırda qüvvədə olan normalarda da torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək onun vəzifələrinə aid edilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, kollegiya bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən, Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanında yerləşən 0.0316 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən aparılmış qeydiyyatın qanuniliyi müəyyən edildiyindən, həmin torpaq sahəsinə dair çıxarışda qeyd edilmiş ölçüdə (316 kv m) torpaq sahəsinin planının və ölçüsünün məhz iddiaçının tələb etdiyi Şamaxı rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarında olan Şamaxı rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısının xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında iddiaçının təqdim etdiyi texniki pasportun X28 tərəfindən 2018-ci ildə saxta yolla tərtib edilməsi barədə üçüncü şəxsin, habelə həmin texniki pasportun arxivdə saxlanılan nüsxəsində torpaq sahəsinin planının göstərilməməsi cavabdeh tərəfindən plan-ölçünün həmin texniki pasport əsasında tərtib edilməsindən imtinaya əsas ola bilməz. Kollegiya ilk növbədə qeyd edir qeyd edir ki, İPM-nin 78-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsə də (həmin maddədə yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburilyi nəzərdə tutulur), iddiaçı tərəfindən əsli təqdim edilmiş həmin sənədin mötəbərliyinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə sənədlərinin texniki və məhkəmə xətşünaslıq ekspertizaları təyin edilərək ekspertiza qarşısında müvafiq suallar, o cümlədən həmin sənəddəki imzaların eynilyi, eyni şəxs tərəfindən, yoxsa müxtəlif şəxslər tərəfindən icra olunması ilə bağlı suallar qoyulmuşdur. xx.xx.2022-ci il tarixli 4/641-5/504 saylı ekspert rəyində göstərilmişdir ki, tədiqata təqdim edilmiş 4231 saylı inventar nömrəsi olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundakı 1-ci və 4-cü vərəqlərin kağızları xassələrinə görə eyni kağıza aiddirlər, həmin sənədin 2-ci və 3-cü vərəqlərinin kağızlarından fərqlənirlər. Texniki pasportdakı 2-ci və 3-cü vərəqlərin kağızları xassələrinə görə eyni növ kağıza aiddirlər. Rəydə daha sonra göstərilir ki, ekspertizaya təqdim olunmuş 4231 saylı inventar nömrəsi olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun üz qabığında TİBin rəisi qrafasında “İsmayılov S.M” yazılarından əvvəlki imza, üz qabığının arxa tərəfində əlyazmaların sonunda “S.M.İsmayılov” yazılarından əvvəlki imza, üçüncü səhifədə olan planın aşağı sağ küncdəki cədvəldə “rəis” qrafasında “İsmayılov S” yazılarından əvvəlki imza, həmin sənədin son səhifəsində “TİB-in rəisi” qrafasında “İsmayılov S” yazılarından əvvəlki imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 4231 saylı inventar nömrəsi olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun üz qabığında TİB-in rəisi qrafasında “İsmayılov S.M” yazılarından əvvəlki imza, üz qabığının arxa tərəfində əlyazmaların sonunda “S.M.İsmayılov” yazılarından əvvəlki imza, üçüncü səhifədə planın aşağı sağ küncdəki cədvəldə “rəis” qrafasında “İsmayılov S” yazılarından əvvəlki imza, həmin sənədin son səhifəsində “TİB-in rəisi” qrafasında “İsmayılov S” yazılarından əvvəlki imza ilə texniki pasportun ikinci səhifəsində olan planın aşağı sağ küncdəki cədvəldə “rəis” qrafasında “İsmayılov S” yazılarından əvvəlki imzanın eyni şəxs və ya müxtəlif şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Rəydə həmçinin göstərilmişdir ki, elmi cəhətdən işlənib hazırlanmış ekspert metodikası olmadığına görə tədqiqata təqdim olunmuş texniki pasportun kağızlarının istehsal olunduğu və onun üzərində olan əlyazıların icra vaxtını, o cümlədən həmin sənədin tərtib olunma vaxtını müəyyən edilməsi üzrə tədqiqat aparılmamışdır. X12 iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində S.M.İsmayılov aprel 1991-ci il tarixindən 2006-cı il tarixədək Şamaxı Rayonlararası X8 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin rəisi vəzifəsində işlədiyini, ünvan 10 ünvana aid, E.A.Qafarov tərəfindən tərtib olunmuş, 03/783 qeydiyyat nömrəli (səh.82) Mailova (Nuriyeva) Ella Maşalla qızına məxsus evə aid olan oktyabr 1991-ci il tarixli “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun titul vərəqindəki və texniki pasportun digər səhifələrində olan “TİB-in rəisi” sözündən sonra İsmayılov S.M. soyadının əvvəlindəki imzaların hamısının şəxsən onun tərəfindən icra olunmaqla həmin imzaların da ona məxsus olduğunu göstərmişdir. Cavabdehin nümayəndəsi S.X1 həqiqətən əvvəllər Şamaxı Rayonlararası X8 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin rəisi vəzifəsində işlədiyini bildirmiş, iddiaçının vəsatəti əsasında S.İsmayılov şahid qismində dindirilməsi üçün növbəti məhkəmə iclasına dəvət olunmuş, lakin o xx.xx.2022-ci il tarixli teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək notarial qaydada təsdiq edilmiş ərizəsində göstərdiklərini bir daha təkrarlamışdır. Bundan əlavə, texniki pasportu tərtib etmiş X28 hazırkı iş üzrə birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində texniki pasportun onun tərəfindən tərtib edildiyini bildirmişdir. Eyni zamanda sonuncu məhkəmə iclasında kollegiya tərəfindən cavabdehin nümayəndəsi tərəfindən cavabdehin arxivində saxlanılan həmin texniki pasportun əslinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxış keçirilmiş, texniki pasportda iddiaçının təqdim etidiyi kimi, torpaq sahəsinin planının göstərildiyi vərəqlərin mövcud olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən kollegiya bu nəticəyə gəlir ki, təkrar apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutlarla iddiaçının təqdim etdiyi texniki pasportun mötəbərliliyi ilə bağlı üçüncü şəxsin dəlilləri öz təsdiqini tapmamışdır. Cavabdehin müvafiq dəlili – yəni həmin texniki pasportun arxiv nüsxəsində torpaq sahəsinin planının göstərilməməsi də iddiaçının təqdim etdiyi həmi sənədin əslinin şübhə altına alınması üçün kifayət deyildir. Belə ki, həmin texniki pasportda göstərilən ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 39.1 kv m yaşayış sahəsi 14.5 kv m ibarət olan 69 saylı yaşayış evi alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə Şamaxı rayonlararası X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən iddiaçının adına qeydə alınmışdır. Daha sonra isə məhz cavabdehin özü tərəfindən həmin texniki pasportda göstərilən ölçüdə torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmış, müvafiq çıxarış verilmişdir. Həmin qeydiyyat və çıxarış üçüncü şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, lakin ləğv edilməmişdir. Hazırda qüvvədədir. Bu baxımdan cavabdehin şikayətində qeyd edilən digər hallar iddiaçı ilə üçüncü şəxs arasında mülki mübahisədən irəli gələn hallar olmaqla, qeyd edilən hallara qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir. Belə ki, R.Qasımovun zəbt etdiyi iddiaçıya məxsus olan torpaq sahəsindən çıxarılması qət edilmiş, eyni zamanda iddiaçının adına verilmiş çıxarışın ləğvinə və mübahisəli torpaq sahəsindən piyada və avtomobil keçid yolunun təyin edilməsinə dair iddia tələbləri əsassız olduğundan rədd edilmişdir. Üçüncü şəxsin apelyasiya şikayətinin torpaq sahəsinin faktiki mövcudluğu, koordinatları, yerləşmə nöqtələri və ərazisinin müəyyən olmaması, 0.0316 ha torpaq sahəsinin X18 ayrılması və onun faktiki sahibliyində və istifadəsində olmasına dair hər hansı hüquqmüəyyənedici sənədin olmaması, ilə bağlı dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, həmin dəlillər işin yuxarıda qeyd edilən halları və məhkəmə qərarları ilə təkzib olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Eyni zamanda hazırkı iş üzrə əvvəlki apellyasiya baxışı zamanı iddiaçının mülkiyyətində olan 0,0316 ha torpaq sahəsinin naturada sərhədlərinin, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi barədə mütəxəssis rəyinin alınması məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş, məhkəmənin həmin məktubu əsasında ünvana yerində baxış keçirilmiş və xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Həmin rəydə isə “ ... 0.0316 ha torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmədiyindən torpaq sahəsinin naturada sərhədlərinin, döngə nöqtələrinin koordinatlarının müəyyən etmək mümkün deyildir” göstərilmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərilən hallar cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsindən imtina etməyə əsas ola bilməz. Beləliklə, işin qeyd edilən hallarını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2-1(085)-57/2019 nömrəli qərarı hazırkı apellyasiya baxışında baxılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda İPM-nin 108-110-cu maddəsinə əsasən iddia təmin, cavabdehin apellyasiya şikayəti isə təmin edilmədiyindən prosessual xərclər cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2-1(085)- 57/2019 nömrəli qərarı iddianın təmin edilən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinin plan və ölçüsünün Şamaxı rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin verilməsi üçün 311 manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsindən tutulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.