Məhkəmə qərarları › İş №2-1(105)-202/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-202/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-202/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-1(118)-1285/2023 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Səkinə Ayaz qızına ünvanladığı güzəştli şərtlərlə pensiya təminatından imtina haqqında xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, mərkəzi filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin ümumi iş stajınız 20 ildən az (19 il 26 gün (xx.xx.2001xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2009-31,12.2009cu iİ, xx.xx.2010- xx.xx.2015-cı il, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Belə ki, 2006-2021-ci illərdə işlədiyiniz müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində həmin dövr üzrə cəmi 177 ay (14 iİ 9 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir ("Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 46800,00 manat hesablandığı halda, fardı hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35732,66 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Səkinə Ayaz qızına ünvanladığı güzəştli şərtlərlə pensiya təminatından imtina haqqında xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvədə olan 91-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra sizə güzəştli şərtlərlə yaşa gora əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələblən baxımından mumkun hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12199/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2001-ci ildən başlayaraq uzun illərdir ki, əmək şəraiti xüsusilə ağır və zərərli olan işlərdə çalışıb, bura Dövlət Neft Şirkətinin “Azərkimya” istehsalat birliyinin “Etilen-polietilen” zavodunda müxtəlif vəzifələr daxildir. Sonuncu iş yeri kimi 01 yanvar 2006-cı ildən hal-hazıra kimi tam iş günü formatında “Azərkimya” istehsalat birliyinin “Etilen-polietilen” zavodunda işləmiş, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olduğu üçün Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına oktyabr 2021-ci il tarixli ilk müraciətinə cavab olaraq, adıçəkilən qurum tərəfindən 18 oktyabr 2021-ci il tarixli **********9 nömrəli məktub ilə əsassız olaraq bildirilmişdir ki, ümumi iş stajı 20 ildən az təşkil edir. Həmçinin, göstərilmişdir ki, 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 177 ay (14 il 9 ay) sığorta ödənişi öz əksini tapmışdır. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini, hansı ki hazırda əmək pensiyasımn minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46800,00 manat hesablandığı halda, guya fərdi hesabının sığorta hissəsində qeydə alman pensiya kapitalı cəmi 35732,66 manat təşkil etmişdir, hansı ki, bu işlədiyi müxtəlif vəzifələr üzrə müddətlər və pensiya kapitalının hesablanması düzgün aparılmamış, onun ayr-ayı vaxtlarda əmək şəraiti xüsusilə ağır və zərərli olan işlərdə işlədiyi vəzifələr üzrə əmək kitabçası əsasında düzgün hesablanma həyata keçirilməmişdir. Daha sonra, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iyul 2022-ci il tarixli ikinci müraciətindən sonra, 09 avqust 2022-ci il tarixli, **********5 nömrəli məktubla imtina edilmişdir. O ilk dəfə 11 oktyabr 2021-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdikdə, qeyd edilən pensiya almaq hüququ mövcud olmuşdur, hansı ki, bunu onun əmək kitabçasında olan müxtəlif tarixlərdə ayrı-ayrı vəzifələrdə çalışdığı müddətlər üzrə hesablanma aparılsa, şahidi ola bilərsiniz. Belə ki, o birinci dəfə müraciət etdiyi tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasımn minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın tələbindən göründüyü kimi, o ilk dəfə cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün rəsmi müraciət etdikdə, buna subyektiv hüququ mövcud olmuşdur, lakin cavabdeh orqanın qeyri-dəqiq hesablanmaya əsaslanmış cavabından sonra, ona pensiya təyinatı yubanmış, onun yenidən cavabdeh orqana rəsmi müraciət etmək zərurəti yaranmışdır, bu müraciətində də, cavabdeh orqanın vətəndaşın vəziyyətini ağırlaşdıran yeni qanunun normasından istifadə edədərək imtina verməsi, nə Azərbaycan Respublikasının Ali qanunu olan Konstitusiyasına, nə də digər qanunvericilik aktlarına uyğun gəlir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, S.X3 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan onun ümumi iş stajının 20 ildən az (19 il 26 gün (xx.xx.2001- xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2008-ci il, xx.xx.2008-31,07.2009-cu il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Belə ki, 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 177 ay (14 il 9 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 46800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35732,66 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixli redaksiyasınadək, eləcə də yeni redaksiyadan sonrakı tələblərin ödənilməməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-1285/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı münasibətdə onun 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən pensiya təyin edilməsi üçün tələb olunan pensiya sığorta kapitalı cavabdeh tərəfindən Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələbinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı - 234 (62 il 6 ay - 55 il = 90 ay + 144 ay) ölkə üzrə 2021-ci il üçün minimum əmək pensiyasına (200,00 manat) vurularaq 46800,00 manat hesablanmışdır. Beləliklə, indiki halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Dövlət Neft Şirkətinin "Azərkimya" İstehsalat birliyinin "Etilen-polietilen" zavodunda müxtəlif vəzifələrdə işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, və göstəricilərin siyahısını özündə ehtiva edən "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, sözügedən vəzifələr əmək şəraiti xüsusilə ağır və zərərli işlərə daxildir. İddiaçı 2001-ci ildən başlayaraq uzun illərdir ki, əmək şəraiti xüsusilə ağır və zərərli olan işlərdə çalışmış, sonuncu iş yeri kimi 01 yanvar 2006-cı ildən hal hazıra kimi tam iş günü formatında “Azərkimya" istehsalat birliyinin "Etilen-polietilen" zavodunda işləmişdir. Sumqayıt İnzibati Məhkəməsi yalnız məhkəmə təcrübəsinin və prosessual qanunvericiliyin məhkəmə tərəfindən işə baxılması zamanı məhkəmənin tətbiq etməli olduğu formal normaların mövcudluğunu yoxlamaqla kifayətlənmişdir. Birinci instansiya məhkəməsi qarşı tərəfin təqdim etdiyi imtina məktubunun hüquqi təhlilini aparmayaraq, birmənalı şəkildə həmin məktubu sübut qismində nəzərdən keçirmişdir. Halbuki, iddiaçı məlumatların səhv hesablandığını, onun güzəştli şərtlərlə pensiya hüququnun yarandığını bilavasitə bildirmişdir. Bu cür mübahisələndirmə olduğundan məhkəmə sözügedən məsələni araşdırmalı idi. Çünki, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Eyni zamanda, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş imtinaya əsasən, qərar qəbul etmişdir. Bununla yanaşı məhkəmə 2022-ci il 29 iyuna qədər qüvvədə olan redaksiyaya əsasən qərar qəbul etmişdir. Bu, açıq-aşkar iddiaçının vəziyyətini pisləşdirməklə yanaşı, onun hüququnu pozmuşdur. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11 -ci bəndinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay (12 il) nəzərdə tutulub. "Əmək pensiyaları haqqında" Qanunun 45cimaddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına görə sözügedən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin müddəa göründüyü kimi məhkəmə şəxsin hüquqlarını pozan və hüquqi vəziyyətini pisləşdirən akta istinad etmişdir, hansı ki həmin formada aktın qəbul edilməsi əsas qanun olan Konstitusiyanın özünə ziddir. Həmçinin, qeyd edilməlidir ki, yeni redaksiya üzrə sözügedən normativ hüquqi akt yalnız fiziki şəsin hüquqi vəziyyətini yaxşılaşdırırsa, onun geriyə qüvvəsi mümkündür, hüquqi vəziyyəti pisləşdirən aktların geriyə qüvvəsi tətbiq edilmir. Deməli, yeni redaksiyada verilən fərmanın şəxsin vəziyyətini pisləşdirən hissəsi mövcud münasibətə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). Birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmış və yalnız cavabdehin irəli sürdüyü dəlillərə hüquqi qiymət verməmiş və işə obyektiv yanaşmış olsaydı, 2023-cü il üçün pensiya məbləğinin 200 manat deyil, 280 manat olduğunu, şəxsin hüquqi vəziyyətini pisləşdirən aktların geriyə qüvvəsinin olmadığını bilər və buna müvafiq ədalətli qərar çıxararadı. İnizbati prosessual Məcəllənin 15-ci maddəsinə əsasən, çəkişmə prinsipi pozulmuş və məhkəmə ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən işə hərtərəfli, tam, obyektiv baxılmalı və qanuni və əsaslı qərara çıxarılmalıdır. Eyni zamanda, Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 18 oktyabr 2021-ci il tarixli **********9 nömrəli məktub ilə əsassız olaraq bildirilmişdir ki, ümumi iş stajı 20 ildən az təşkil edir. Halbuki, iddiaçının əmək kitabçasında qeyd edilən müxtəlif tarixlərdə ayrı-ayrı vəzifələrdə çalışdığı müddətlər hesablandıqda sözügedən pensiya hüququnun mövcudluğu görünür, lakin məhkəmə bu halı da araşdırmağı lazım bilməyərək, yalnız cavabdehin mülahizələrinə əsaslanmaqla qərar qəbul etmişdir. Necə olur ki, cavabdehin təqdim etdiyi hər bir dəlil mötəbər hesab edildiyi halda, iddiaçının dəlillərinə, ümumiyyətlə, hüquqi qiymət verilmir? İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Görünür, məhkəmə yalnız tərəf tutmaqla və cavabdehin dəlillərinə hüquqi qiymət verməklə daxili inamını rəhbər tutmağa çalışmışdır. Bu isə qanunsuz qərar qəbul edilməsinə gətirib çıxarmışdır. Cavabdehin apellyasiya şikayətinə dair etirazının dəlilləri: Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı apellyasiya şikayəti əsassızdır və məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1285/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı 21 iyul 2022-ci il tarixli müracətinə münasibətdə verilmiş cavab məktubuna əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır. 1) tələb olunan yaş həddinə çatdıqda (58 yaş); 2) ümumi 20 il sığorta stajı olduqda; 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, sözügedən Qanunun qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra S.Qliyevanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür və hazırda 56 yaşı var. Bundan başqa, İddiaçı 11 oktyabr 2021-ci il tarixli müraciətinə münasibətdə cavabdeh orqan tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli imtina məktubuna əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1) tələb olunan yaş həddinə çatdıqda (55 yaş); 2) ümumi 20 il sığorta stajı olduqda; 3) staıın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. İddiaçı S.X3 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan onun ümumi iş stajının 20 ildən az (19 il 26 gün (xx.xx.2001- xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə ki, 2006-2021-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 177 ay (14 il 9 ay) sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir ("Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 46800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35732,66 manat təşkil edir. Qeyd olunan xüsusatlardan da aydın olduğu kimi, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixli redaksiyasınadək, eləcə də yeni redaksiyadan sonrakı tələblərin ödənilməməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.(yeni redaksiyada) Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahiəsli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının qanunla tələb olunan ümumi iş satjına malik olmadığını, habelə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı məbləğinin pensiya təminatına imkan verən həcmdə olmadığını, həmin şərtin aradan qalxdığı vaxt qüvvədə olan pensiya qanunvericiliyin tələbinə əsasən pensiya yaş həddinin tamamlanmadığından, pensiya təyinatının aparılmasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla, ona yaşa görə pensiya təyin olunması barədə ərizə ilə 11 oktyabr 2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Yuxarıda istinad edilən pensiya qanunvericilik normalarının tələbinə əsasən güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlər: 1) 55 yaş pensiya yaş həddi 2) azı 20 il ümumi iş satjına və azı 10 il güzəştli iş stajına malik olması 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Göründüyü kimi indiki halda iddiaçının 55 yaş həddi tamamlansa da, hətta ümumi iş stajı və güzəştli iş stajı tamamlansa belə, həmin vaxtı (55 yaşının tamam olduğu vaxtda) qüvvədə olan qanunvericiliyin tələbinə əsasən tələb olunan digər şərt fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına aid şərt ödənilmir. Belə ki, cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçıya münasibətdə tələb olunan pensiya kapitalının məbləği 46800 manat olduğu halda, onun fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği 35732,66 manat təşkil edir. Cavabdeh tərəfindən həmin məbləğin necə müəyyən edilməsinə dair ətraflı arayış məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəf həmin məbləğlərlə razı olmasa da, etirazın əsasları ilə bağlı heç bir dəlilə istinad etməmiş, qeyd edilən məlumatın qeyri-mötəbər olması halına dair heç bir sübut təqdim etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə cavabdehin imtina əsasları qanuni olmuş, iddaçının şikayətinin dəlilləri bu hissədə əsassız olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər dəyişdirilərək, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına aid şərt həmin normanın dispozitiv şərtlərindən çıxarılmışdır. 29 iyun 2022-ci il tarixdən qüvvədə olan redaksiyasında qeyd olunan normanın dispozitiv şərtlərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərə daxildir: 1) 10 il güzəştli iş satjına malik olması 2) qanunla tələb olunan ümumi pensiya yaş həddinin 5 il azaldılmaqla pensiya yaş həddinin tamamlanması. Qanunvericiliyin tələbinə əsasən tələb olunan ümumi pensiya yaş həddi 63 yaş olmuşdur. Belə olan halda iddiaçıya münasibətdə qanunla tələb olunan yaş həddi 58 yaş olmuşdur. Lakin iddiaçı xx.xx.1966-ci il təvəllüdlü olmaqla, indiki halda tələb olunan pensiya yaş həddinə aid şərt ödənilmir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya münasibətdə iddia tələbinin dəqiqləşdirilməsinə dair hüquqi yardım edilməsi ilə bağlı əsaslar da mövcud olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verərək, iş üzrə gəldiyi nəticə düzgün olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-1285/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar