Məhkəmə qərarları › İş №2-1(105)-203/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-203/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-203/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Rəşad Nəbi oğlu Nəbizadənin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı X4rşı “cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********176247 saylı və xx.xx.2019-cu il tarixli **********193461 saylı qərarların ləğv edilməsi tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-808/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X4rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********176247 saylı və xx.xx.2019-cu il tarixli **********193461 saylı qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 saylı X5 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-ci il tarixli **********176247 saylı Qərarı ilə "İddiaçı" MMC-yə cəmi 2.202.749.92 manat məbləğində əlavə vergi və sanksiyalar hesablanmışdır. Belə ki, xx.xx.2018-ci il tarixli **********163857 saylı qərara əsasən "İddiaçı" MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2018-ci il tarixli **********9164057 saylı vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarından Vergilər Nazirliyinə inzibati şikayət təqdim olunmuşdur. Şikayət əsasında şikayət instansiyasında inzibati icraata başlanılmışdır. xx.xx.2019-cu il tarixli **********824700 saylı məktuba əsasən xx.xx.2019-cu il tarixli **********179591 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar ilə Cəmiyyətdə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinin tələblərinə müvafiq olaraq vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edildiyi bildirilərək inzibati icraat dayandırılmışdır. 3 saylı X5 xx.xx.2019-cu il tarixli **********179591 saylı qərarına əsasən "İddiaçı" MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2019-cu il tarixli **********180150 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarına baxılmış və xx.xx.2019-cu il tarixli **********193461 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərar qəbul edilmiş və əvvəlki yoxlama ilə hesablanmış vergi məbləğinin 315.993.92 manat artıq hesablanması müəyyən edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********176247 və xx.xx.2019-cu il tarixli **********193461 saylı Qərarları əsassızdır və ləğv edilməlidir. xx.xx.2019cu il tarixli **********176247 saylı Qərar əsasında "İddiaçı" MMC-də guya ümumilikdə 1.468.621,98 manat vergilərin azaldılması müəyyən olunmuş və 734.127,94 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Həmin vergi yoxlama materiallarında əlavə dəyər vergisinin hesablanmasına dair əsaslandırmalar qanuna zidd olduğundan həmin aktda qeyd olunanlarla razı olmamışlar və onu imzalamaqdan imtina etmişdirlər. Sözü gedən səyyar vergi yoxlaması aktında 1.468.621,98 manat ƏDV üzrə vergilərin azaldılmasının əsası kimi "İddiaçı" MMC-nə daşınmaz əmlakın Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(85)- 598/2016 saylı qətnaməsinə əsasən "xxxx” ASC-dən “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş problemli kreditlər üzrə yaranmış 7.553.167.74 manat borc əvəzinə "xxxx” QSC Bank olmayan Kredit Təşkilatının (bundan sonra “xxxx” QSC adlanır) mülkiyyətinə verilməsi göstərilmişdir. Verginin hesablanmasının hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Nazirliyinin Vergi Siyasəti Departamentinin tövsiyəsi əsasında 159.5-ci maddəsinə istinad edilir. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Bundan sonra aktda göstərilmiş ardıcıllıq, yəni “əmlakın alınması və istehsalı ilə bağlı çəkilən xərclərə görə ödənilmiş və əvəzlşdirilmiş ƏDV həmin əmlakın qalıq dəyərinə mütənasib hissəsində yenidən hesablanaraq dövlət büdcəsinə bərpa edilməsi” müddəası Vergi Məcəlləsində ümumiyyətlə mövcud deyil. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Bundan başqa, əgər vergi orqanı bu əməliyyatı təqdimetmə hesab edirsə onda VMnin 218.4.3-cü maddəsinə əsasən həyata keçirən şəxslər sadələşmiş verginin ödəyicisidirlər və bu əməliyyat üzrə sadələşdirilmiş vergi hesablanmalı idi. Əlavə olaraq qeyd edilməlidir ki, "İddiaçı" MMC-nin banka kredit təminatı qismində girov (ipoteka) qoyulmuş əmlakının kredit əvəzinə banka (“xxxx” QSC) verilməsi Azərbaycan Respublikası Prezidentinin “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Məhkəmə Qətnaməsi ilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanının 2.3.-cü bəndinə əsasən “xxxx” ASC-nin problemli aktivləri (kreditləri) “xxxx” QSCnin idarəedtməsinə verilmiş, həmin Fərmanın 2.3. cü bənində əsasən isə həmin kreditlər üzrə borcların təminatı olan girov (ipoteka) qoyulmuş əmlak üzərində sərəncam vermək vəzifəsi “xxxx” QSC-nin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İV-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının sadalanan müddəaları nəzərə alınmaqla yuxarıda istinad edilmiş Prezidentin Fərmanına əsasən Məhkəmə tərəfindən kreditlər üzrə borcun təminatı olan girov (ipoteka) qoyulmuş əmlakın bank müəssisəsinə verilməsi təqdim etmə sayıla bilməz. Eyni zamanda, Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM” adlanır) 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-nin 269.5.-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. MM-nin 269.5.-ci maddəsi nəzərə alınmaqla "İddiaçı" MMC ilə bank arasında əsas öhdəlik kredit müqaviləsindən (predmeti borcun müqavilə şərtlərinə uyğun olaraq verilməsindən və onun qaytarılmasından) ibarətdir. MM-nin 739.1-ci maddəsinə uyğun olaraq, borc müqaviləsinə görə borc verən (bu halda - bank) pula mülkiyyət hüququnu borc alana (İddiaçı MMC) keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 269.5.-ci maddəsinin müdəası nəzərə alınmaqla ipotekaya qoyulmuş əmlak İddiaçı MMC kredit borcunun qaytarılmasının təminatı qismində aksessor (əlavə) hüquqdur və kredit müqaviləsindən (əsas öhdəlik) ayrılıqda mövcud ola bilməz. Belə ki, MM-nin 307.4.-ci maddəsinə uyğun olaraq ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Dolayısı ilə, əsas öhdəlik (kredit müqaviləsi) mövcud olmadıqda aksessor hüquq (girov, ipoteka və s.) da mövcud ola bilməz. Məhkəmənin Qətnaməsində qeyd olunduğu kimi, İddiaçı MMC ilə bank arasında əsas öhdəlik kreditin (borcun) verilməsindən və qaytarılmasından ibarətdir. Sadalananlar nəzərə alınmaqla İddiaçı MMC-nin kredit təminatı qismində banka girov (ipoteka) qoyduğu əmlakının normativ-hüquqi aktlara və məhkəmə qərarına əsasən icra qaydasında banka verilməsi yalnız və yalnız kreditin (yəni borcun) qaytarılmasıdır və əmlakın təqdim edilməsi sayıla bilməz. Vergi Məcəlləsinin 3.1.-ci maddəsinə uyğun olaraq vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. “xxxx” QSC tərəfindən “xxxx” ASC-nin problemli aktivləri (kreditləri) ona verilmiş hüquqlara əsaslanaraq bir çox borcluların kreditlər üzrə girov (ipoteka) qoyulmuş əmlak üzərində mülkiyyət hüququnu əldə etmişdir, lakin VM-nin 164.1.2, 159.2 və 13.2.14.1-ci maddələrinə tam uyğun olaraq heç bir belə halda ƏDV tətbiq olunmamışdır. İddiaçı səyyar vergi yoxlaması aktına Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən etiraz təqdim edib. Etirazlarda vergi orqanı tərəfindən **********456500 saylı məktubla yoxlama materiallarına baxılmamış münasibət bildirilmişdir ki, bu da qərəzli münasibətə dəlildir. Daha sonra xx.xx.2019- cu il tarixli **********176247 saylı Qərarda vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər hissəsində “yoxdur” qeydi əks olunur. Daha sonra yoxlanılan dövr yenidən yoxlanılmış və bu dəfə xx.xx.2019-cu il tarixli **********180150 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Səyyar vergi yoxlaması aktına VM-nin 39-cu maddəsinə əsasən rəsmi etiraz təqdim olunmuş, yoxlama materiallarına MMC-nin nümayəndələrinin iştirakı ilə baxılmışdır. Bu zaman əlavə sübutlar təqdim edilərək baxılma protokoluna müvafiq qeydlər edilərək müvafiq sənədlər protokola əlavə edilmişdir. Lakin xx.xx.2019-cu il tarixli **********193461 saylı Qərardan da göründüyü kimi, vergi orqanı məsələyə növbəti dəfə qərəzli yanaşmışdır. Qərarda “Vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər” sətrində “Yoxdur” sözü yazılaraq fakt təhrif olunmuşdur. Halbuki xx.xx.2019-cu il tarixli 01 saylı “xxxx” Protokolda MMCnin mövqeyini əks etdirən izahatın sözü gedən protokola əlavə olunduğu barədə qeydlər mövcuddur. Qanun pozuntusu isə bundan ibarətdir ki, yoxlama Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən keçirilmişdir. Bu maddəyə əsasən vergi orqanının hüququ vardır ki, vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə yoxlanılan dövr yenidən yoxlanılsın. Lakin Vergi Məcəlləsinin 38.3.9cu maddəsinə əsasən yoxlanılan dövrün yenidən yoxlanılması əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxslər tərəfindən həyata keçirilməməlidir. Lakin hər iki yoxlama vergi müfəttişi X8 tərəfindən həyata keçirilmişdir ki, qanunvericiliyə əsasən bu yolverilməzdir. Bundan başqa, yoxlama zamanı xx.xx.2019-cu il tarixli **********182380 saylı və xx.xx.2019- cu il tarixli **********185786 saylı Qərarla yoxlamanın müddəti uzadılmışdır. Müddətin uzadılması barədə xx.xx.2019-cu il tarixli **********182380 saylı Qərar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınsa da, xx.xx.2019-cu il tarixli **********185786 saylı Qərar Reyestrdə qeydiyyata alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011 -ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajlarm, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 4.5-1 -ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21 -ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011 -ci il tarixli 383 saylı fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə'’nin İİİ hissəsində Reyestrin forması müəyyən edilib. Əsasnamənin 3.2.3-cu maddəsinə əsasən yoxlayıcı orqanların yoxlama zamanı araşdırdıqları sualların siyahısı (yoxlayıcı orqanın hazırladığı, təsdiq etdiyi və avtomatlaşdırılmış rejimdə təqdim etdiyi yoxlama suallarının siyahısına əsasən) reyestrdə daxil edilməklə qeydiyyata alınır. Yuxarıda göstərilənlərə münasibətdə həmçinin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-808/2020 saylı qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X5 İddiaçı MMC-nə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli **********176247 saylı və xx.xx.2019-cu il tarixli **********193461 sayllı qərarları ləğv edilmişdir. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: məhkəmə qərarının əsaslandırma hissəsindən də göründüyü kimi, məhkəmə iş üzrə mövcud olan sübutları və vergi qanunvericiliyinin tələblərini tam və hərtərəfli araşdırmamış və nəticədə mübahisənin həqiqi hallarını əks etdirməyən əsassız qərar qəbul etmişdir. Belə ki, 3 saylı X5 xx.xx.2018-ci il tarixli **********163857 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-nin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2018-ci il tarixdə KY181260927 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2018-ci il tarixli **********164057 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********176247 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən əlavə dəyər vergisi üzrə (bundan sonra - ƏDV) 1.468.621,98 manat vergi hesablanmış, həmçinin əmlak vergisi üzrə 33.672,06 manat və torpaq vergisi üzrə 10.800,0 manat olmaqla, cəmi 44.472,06 manat artıq hesablanmış vergilər azaldılaraq, ümumilikdə 1.424.149,92 manat məbləğində əlavə vergilər hesablanmış və azaldılmış vergi məbləğlərinə görə 734.127,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan məlumatlar aşkar edildiyinə görə 3 saylı X5 xx.xx.2019-cu il tarixli **********179591 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2019-cu il tarixdə KY191324142 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli **********180150 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********193461 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən xx.xx.2019-cu il tarixli **********176247 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə hesablanmış 1.468.621,98 manat ƏDV məbləğindən vergi ödəyicisinin xeyrinə 315.993,92 manat azaldılmışdır. Bununla da səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə ƏDV üzrə 1.152.628,06 manat vergi hesablanmış, həmçinin əmlak vergisi üzrə 33.672,06 manat və torpaq vergisi üzrə 10.800,0 manat olmaqla, cəmi 44.472,06 manat artıq hesablanmış vergilər azaldılaraq, ümumilikdə 1.108.156,0 manat məbləğində əlavə vergilər hesablanmış və azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 734.127,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablamanın mahiyyəti ilə bağlı bildirilir ki, vergi ödəyicisi vergi orqanında xx.xx.2009cu il tarixli **********9 nömrəli ƏDV qeydiyyat bildirişi əsasında qeydiyyata alınmış və ƏDV qeydiyyatı xx.xx.2009-cu il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövr üzrə (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) vergi ödəyicisinin fəaliyyəti "İdman obyektlərinin istismarı və idarə edilməsi, idman sahəsində sair fəaliyyət və yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi" fəaliyyətindən ibarət olmuşdur. Səyyar vergi yoxlaması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Qusar şəhəri, M.Vəliyev küçəsi, 2C ünvanda yerləşən X1 "İddiaçı" MMC-nin mülkiyyətinə verildiyi və həmin əmlakın tikintisi ilə əlaqədar podratçılar tərəfindən təqdim edilmiş cəmi ƏDV-si 1.057.384,06 manat olan fakturaların təqdim olunan ƏDV bəyannamələrində əvəzləşdirilməsi nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmənin yarandığı müəyyən olunmuşdur. Cəmiyyət fəaliyyət göstərdiyi dövr ərzində artıq ödəmə hesabına digər vergi öhdəliklərini icra etmiş və xx.xx.2018-ci il tarixə şəxsi hesab vərəqəsində 464.221,25 manat artıq ödəmə qalmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2016-ci il tarixli 2-2(85)-598/2016 nömrəli qətnaməsində qiymətləndirici şirkət kımı "X12" MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Qusar şəhəri, M.Vəliyev küçəsi, 2C ünvanında yerləşən X7 8.331.000,0 manat dəyərində qiymətləndirilərək "İddiaçı" MMC-nin 7.553.167,74 manat kredit borcunun tutulması müqabilində X7 "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının (VÖEN **********) balansına verilmişdir. Həmçinin, X1 "İddiaçı" MMC-nin balansından "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının balansına verildiyini nəzərə alaraq Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV-nin qiymətləndirmə dəyərindən (8.331.000,0 manat) hesablanması məsələsinə münasibət bildirilməsi üçün aidiyyəti üzrə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinə xx.xx.2018-ci il tarixli **********813900 nömrəli məktubla müraciət edilmişdir. Vergilər Nazirliyinin Vergi siyasəti departamentindən daxil olmuş xx.xx.2018-ci il tarixli **********126400 nömrəli məktubla bildirilmişdir ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əksik qəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Məktubda alınmış kredit borcunun müqabilində məhkəmənin qərarı əsasında cəmiyyətin balansında olan "X7"nin "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının balansına verilməsi zamanı həmin əmlakın alınması və istehsalı ilə bağlı çəkilən xərclərə görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV həmin əmlakın qalıq dəyərinə mütənasib hissəsində yenidən hesablanaraq dövlət büdcəsinə bərpa edilməli olması bildirilmişdir. Yoxlama zamanı məhkəmə qərarı əsasında "İddiaçı" MMC-nin balansında olan "X7"nin onun kredit borcu müqabilində "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının balansına verildiyi, eyni zamanda məhkəmə qərarında həmin əmlakın 8.331.000,0 manat dəyərində müstəqil qiymətləndirici tərəfindən qiymətləndirildiyi nəzərə alınaraq, həmin əmlakın alınması (tikilməsi) və istehsalı ilə bağlı çəkilən xərclərə görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV həmin əmlakın qalıq dəyərinə mütənasib hissəsində yenidən hesablanmışdır. Cəmiyyətin 2016-cı ilin əvvəlinə olan 8.770.442,36 manat əmlakın qalıq dəyərinə (balansında olan bina, tikili və qurquların) 7% amortizasiya məbləği tətbiq edildikdə 2016-cı ilin sonuna əmlakın qalıq dəyəri 8.156.511,39 manat müəyyən olunmuşdur (8.770.442,36- (8.770.442,36x7%). Aparılmış səyyar vergi yoxlaması nəticəsində, cəmiyyətə məxsus qiymətləndirilmiş əmlakın qalıq dəyərinə mütənasib dövlət büdcəsinə 2016-ci aprel ayı üçün 1.468.172,05 manat ƏDV hesablanmışdır (8.156.511,39x18%). Yoxlanılan dövr ərzində ƏDV üzrə 1.468.682,96 manat əlavə hesablama və 60,78 manat artıq hesablama müəyyən olunmuş və ümumilikdə ƏDV üzrə 1.468.621,98 manat əlavə vergilər hesablanmışdır (1.468.682,96- 60,78). Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinə 50% miqdarında 734.341,49 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əmlak vergisinin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2015-ci ilin əmlak vergisi bəyannaməsində cəmiyyətin ilin əvvəlinə əmlakın ümumi qalıq dəyəri 12.048.058,0 manat bəyan edilmiş, vergidən azad olunan əmlakin qalıq dəyəri 8.297.167,37 manat çıxılmaqla (Vergi Məcəlləsinin 199.4.4-cü maddəsinə əsasən idman müəssisələrin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlər nəzərə alınır), ilin əvvəlinə vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 3.750.890,63 manat, həmin ilin sonuna əmlakın ümumi qalıq dəyəri 13.570.641,56 manat, vergidən azad olunan əmlakin qalıq dəyəri 9.855.725,13 manat çıxılmaqla, ilin sonuna vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 3.714.916,43 manat müəyyən olunmuşdur. Cəmiyyət tərəfindən 2015-ci ildə əmlak vergisi üzrə 37.329,04 manat hesablama aparılmışdır. (İlin əvvəlinə əmlakın qalıq dəyəri 3.750.890,63 + ilin sonuna əmlakın qalıq dəyəri 3.714.916,43 manat = 7.465.807,06 :2 = 3.732.903,53 x 1% = 37.329,04 manat). Qeyd olunduğu kimi, Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən “X7” Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Dövlət Reyestri Xidmətinin xx.xx.2016-ci il tarixli ******* nömrəli çıxarışına əsasən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-ci ilin əmlak vergisinin bəyannaməsində cəmiyyətin ilin sonuna vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 3.661.079,43 manat və ödənilməli vergi məbləği 36.879,98 manat bəyan etmişdir. Lakin yoxlama zamanı 2016-ci ilin avqust ayından cəmiyyətin balansında vergiyə cəlb olunan əmlak olmadığına görə ilin əvvəllinə vergiyə cəlb olunan əmlakın qalıq dəyəri ilə ilin sonuna vergiyə cəlb edilən əmlakın qalıq dəyərinin cəmi 24-ə bölünmüş və ilin əvvəlindən müəssisənin əmlakin balansdan balansa verildiyi ayadək olan ayların sayına vurulmaqlahesablanmışdır(3.714.916,43+3.661.079,43=7.375.995,86:24=307.333,16x7=2.151. 332,12). Cəmiyyətin 2016-ci ildə vergiyə cəlb olunan əmlakın qalıq dəyəri 2.151.332,12 manat təşkil etdiyinə görə hesablanmış əmlak vergisinin məbləği 21.513,32 manat təşkil etmişdir. Yoxlama ilə, cəmiyyət tərəfindən əmlak vergisinin 2016-ci il üzrə 15.366,xx xxxxx 2017- ci İİ üzrə 18.305,40 manat artıq hesablandığı üçün şəxsi hesab vərəqəsində azaldılmışdır. Torpaq vergisinin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ilin torpaq vergisinin bəyannaməsində 10.800,0 manat torpaq vergisi hesablanmışdır(140.000,0-10000=130.000,0/100*8=10.400,0+400,0=10.800,0) Lakin yoxlama zamanı 2017-ci ildə cəmiyyətin istifadəsində və mülkiyyətində torpaq sahəsi olmadığına görə 2017-ci il üzrə artıq hesablanmış 10.800,0 manat vergilər azaldılmışdır. Cəmiyyətdə xx.xx.2019-cu il tarixli **********179591 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən aparılmış yoxlama zamanı, əvvəlki yoxlama zamanı tərtib edilmiş akta əsasən ƏDV üzrə hesablanmış vergi məbləği qismən azaldılmışdır. Belə ki, əvvəlki yoxlama zamanı ƏDV üzrə hesablamalar cəmiyyətin mülkiyyətində olmuş əsas vəsaitlərinin qalıq dəyərinə görə aparılmış, lakin cari yoxlama zamanı həmin hesablamalar vergi ödəyicisinin xeyrinə olaraq cəmiyyət tərəfindən alınmış kredit borcunun məbləğinə görə aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 161.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 159.5-ci maddəsində göstərilən halda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Yoxlama zamanı, cəmiyyətə 1.152.178,13 manat ƏDV hesablanmış (7.553.167,74x18/118) və 2016-cı ilin aprel ayında 16.682,83 manat məbləğində mehmanxana xidmətləri göstərildiyinə görə həmin xidmətlərin ƏDV-si 3.002,91 manat təşkil etmişdir. 2016-cı ilin aprel ayı üçün cəmi ƏDV üzrə 1.155.181,04 manat hesablama aparılmışdır (1.152.178,13+3.002,91). Əvvəlki yoxlama ilə aprel 2016-cı il ƏDV bəyannaməsi üzrə 1.471.174,96 manat hesablamanın aparıldığı nəzərə alınaraq cari yoxlama ilə hesablanmış həmin məbləğə 315.993,92 (1.471.174,96-1.155.181,04) manat azalma verilmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli **********176247 nömrəli və xx.xx.2019-cu il tarixli **********193461 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların mübahisələndirmə müddətinin, yəni iddia müddətinin buraxılmasına baxmayaraq, 3 saylı X11 tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə “İddia müddətinin tətbiq edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********745200 nömrəli vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. İddianın təmin edilmə əsası kimi məhkəmə qeyd etmişdir ki, müəssisənin mülkiyyətində olan X7 ipoteka ilə yüklü edilmiş əmlak olduğuna və həmin əmlak yüklülüyün nəticəsi olaraq başqa şəxsə keçdiyinə görə həmin əməliyyat maliyyə xidməti hesab edilir. Buna görə ƏDV-nin hesablanması yolverilməzdir. Bununla bağlı bildirilir ki, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 13.2.14-cu maddəsi yanlış anlaşılaraq səhv tətbiq edilmişdir. Belə ki, həmin maddəyə əsasən maliyyə xidmətlərinə aşağıdakılar aiddir: kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi; müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar; qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar; səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir; törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsionlara və analoji sazişlərə aid əməliyyatlar; investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər. Sadalanan siyahıdan göründüyü kimi, maliyyə xidmətlərini istənilən hüquqi şəxs deyil, yalnız maliyyə sektorunda fəaliyyət göstərən subyektlər, yəni banklar, kredit təşkilatları və s. müəssisələr həyata keçirir. Vergi Məcəlləsində maliyyə xidmətlərinin dəqiq siyahısının verilməsi və bu xidmətlərin göstərilməsinin ƏDV-dən azad olunmasının əsas məqsədi maliyyə sektorunda fəaliyyət göstərən subyektləri stimullaşdırmaq, onlara dəstək göstərməkdən ibarətdir. Lakin hazırki mübahisədə əmlakı özgəninkiləşdirilən iddiaçı tərəf maliyyə sektoruna aid müəssisə deyil və bu baxımdan hazırki əməliyyat heç bir halda maliyyə xidməti kimi qiymətləndirilə biməz. Burada maliyyə xidmətini yalnız qarşı tərəf, yəni əmlakı əldə edən tərəf "xxxx" QSC göstərə bilər. "xxxx" QSC o zaman maliyyə xidməti göstərmiş olacaq ki, onun mülkiyyətinə keçmiş hazırki əmlak kompleksini üçüncü bir şəxsə təqdim edəcək. Qeyd olunanlardan aydın olduğu kimi, hazırki əməliyyatın maliyyə xidməti hesab olunmasından söhbət belə gedə bilməz. Bu isə o deməkdir ki, məhkəmə tərəfindən yanlışlığa yol verilərək maddi hüquq norması səhv tətbiq edilmişdir. Daha sonra məhkəmə bildirmişdir ki, müəssisənin əmlakı “xxxx" QSC-nin mülkiyyətinə keçdiyinə görə qüvvədə olan qanunvericiliyə əsasən ƏDV deyil, sadələşdirilmiş vergi hesablanmalı idi. Bununla bağlı müəssisənin özünün müraciəti olsa da, vergi orqanı tərəfindən əhəmiyyət verilməmişdir. Bildirilir ki, məhkəmə tərəfindən belə bir dəlilin irəli sürülməsi qanunvericiliyin tələblərinin və işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlıdır. Məhkəmə nəzərə almamışdır ki, "xxxx" QSC-nin mülkiyyətinə keçən əmlak kompleksinin ərsəyə çatdırılması və hazırki vəziyyətə gətirilməsi üçün iddiaçı tərəfindən külli miqdarda xərclər çəkilmiş və həmin xərclərə görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmişdir, başqa sözlə büdcədən geri istənilmişdir. Məhz elə bu əvəzləşdirmələr səbəbindən yoxlamadan əvvəl müəssisənin dövlət büdcəsinə artıq vergi ödəməsi mövcud olmuşdur. Yoxlama zamanı müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən hesabat ilinin əvvəlinə qalıq dəyəri 12.900.087,0 manat olan binalar balansdan silinmiş və eyni zamanda müəssisənin hesabat dövrünün sonuna kredit borcu olmamışdır. Buna görə də qeyd edirlər ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri- kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Eyni zamanda Vergi Məcəlləsinin 161.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 159.5-ci maddəsində göstərilən halda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Qeyd olunanlara əsasən alınmış kredit borcunun müqabilində məhkəmənin qərarı əsasında cəmiyyətin balansında olan “X7”nin “xxxx” ASC-nin balansına verilməsi zamanı həmin əmlakın alınması və istehsalı ilə bağlı çəkilən xərclərə görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV həmin əmlakın qalıq dəyərinin içərisindən çıxarılaraq dövlət büdcəsinə bərpa edilmişdir. Göründüyü kimi, vergi orqanının yoxlama zamanı nümayiş etdirdiyi mövqe düzgün olmuş və iddiaçının büdcədən yayındırmaq istədiyi külli miqdarda vergilərin büdcəyə bərpa olunmasına imkan verməmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli məsuliyyət qərarı qəbul edilərkən Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qərarda əvvəllər eyni məsələ üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərar onun davamı olsa da, heç bir qiymət verilməmişdir. Bununla bağlı bildirilir ki, xx.xx.2019-cu il tarixli məsuliyyət qərarı xx.xx.2019- cu il tarixli qərarın davamı deyil. Hər iki məsuliyyət qərarı müstəqil aparılmış səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli məsuliyyət qərarı Vergi Məcəlləsinin 49.1.6cı maddəsinə əsasən qəbul edilmişdir və qeyd olunan maddədə bundan əvvəlki məsuliyyət qərarına qiymət verilməli olması ilə bağlı hər hansı bir tələb müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən qeyd olunan bu dəlil də maddi hüquq normasının yanlış tətbiq edildiyini göstərir. Bunlardan əlavə bildirirlər ki, qərardan belə anlaşılır ki, məhkəmə yalnız vergi ödəyicisinin iddia ərizəsində göstərdiyi məlumatlara istinad etməklə və həmin iş üzrə əlavə araşdırma aparılmadan mübahisə üzrə yekun nəticəyə gəlmişdir. Məhkəmə 3 saylı X11 tərəfindən təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda göstərilən məlumatları və sübutları ümumiyyətlə nəzərə almamışdır. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi Sumqayıt İnzibati Məhkəməsi tərərfindən işə baxılarkən iş üzrə mövcud olan sübutların düzgün, tam və hərtərəfli araşdırılmaması mübahisə üzrə əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X9 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X10 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə apelyasiya şikayətinin dəlili olan, 3 saylı X11 tərəfindən iddia müddətinin tətbiq edilməsi haqqında” vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməməsi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə göndərilmiş sonuncu, yəni xx.xx.2019-cu il tarixli şikayət ərizəsinə xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin rəisi tərəfindən baxılmış, müvafiq cavab məktubu xx.xx.2020-ci ildə saat 18:46-da İddiaçı MMC-nin elektron kabinetinə göndərilmiş və xx.xx.2020-ci ildə saat 12:21-də İddiaçı MMC tərəfindən oxunmuşdur. Hazırki iddia tələbi ilə “İddiaçı“ MMC Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2020-ci ildə müraciət etmişdir. Belə olduğu tədqirdə kollegiya hesab edir ki, İddiaçı MMC Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməmişdir. Belə ki, Həmin Məcəllənin 38.1ci maddəsinə əsasən iddia inzibati aktın təqdim olunduğu vaxtdan əlavə həmçinin şikayət instansiyasının şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu gündən hesablanmalıdır. Hazırki iddia tələbi üzrə mübahisələndirilən qərarlardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət vergi orqanının cavab məktubunun İddiaçı MMC tərəfindən oxunduğu, yəni xx.xx.2020-ci ildən hesablanmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilini əsaslı hesab etmir və qeyd edir ki, iddia tələbi prosessual müddətlərə riayət olunmaqla verilmişdir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli **********176247 saylı qərar və həmin qərarın davamı olaraq qəbul edilmiş xx.xx.2019cu il tarixli, **********193461 saylı qərarın əsasında vergi ödəyicisinə ümumilikdə 1.108.156,0 manat əlavə vergi məbləği hesablanmış və azaldılmış vergi məbləğinə görə 734.127,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və həmin qərarları mübahisələndirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə xx xxxxxxx 2015-ci il tarixli qanun ilə müvafiq dəyişikliklər edilmiş və dəyişikliyə əsasən Vergi Məcəlləsinin bəzi maddələrinə verilmiş yeni redaksiya xx xxxxxx 2016-cı ildən qüvvəyə minmişdir. Tərəflər arasında olan hazırki mübahisəyə baxılarkən zaman etibarı ilə tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına istinad olunmalıdır. Belə ki, İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlra əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yaranması zamanı Vergi Məcəlləsinin qüvvədə olan redaksiyasına istinad olunmalıdır. Belə ki, xx.xx.2016-xx.xx.2018-ci illəri əhatə edən dövr yoxlanılmış və xx.xx.2019-cu ildə yekun qərar qəbul edilmişdir. Bu səbəbdən mübahisəli hüquq münasibətləri xx.xx.2016-cı-xx.xx.2019-cu illəri əhatə edir. Cavabdehin apelyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 13.2.14-cu maddəsi yanlış anlaşılaraq səhv tətbiq edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə əsasən kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi-maliyyə xidməti hesab olunur. Həmin Məcəllənin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi əlavə dəyər vergisinin ödənilməsinə cəlb olunmur. Həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDVnin ödəyicisi deyil (xx xxxxxxx 2015-ci ildə yeni redaksiyada verilib). Həmin Məcəllənin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir (yeni redaksiyada verilənə qədər, yəni xx.xx.2019-cu ilədək olan redaksiya). Məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDVnin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil (xx.xx.2015-ci ildə yeni redaksiyada verilib). Həmin Məcəllənin 219.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir (xx.xx.2015-ci ildə yeni redaksiyada verilib). Həmin Məcəllənin 220.8-ci maddəsinə əsasən, bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadrat metri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır(xx.xx.2015-ci ildə yeni redaksiyafda verilib). Həmin Məcəllənin 220.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyriyaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Vergi Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi və yeni qərarın qəbul edilməsi səlahiyyətinıə malikdir (xx xxxxxx 2018-ci ildə yeni redaksiyada verilib). Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən “İddiaçı ” MMC-dən 7.553.167,74 manat məbləğində kredit borcunun “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borcun İddiaçı MMC-nin mülkiyyətində olan Qusar şəhəri, M.Əliyev küçəsi 2C ünvanında yerləşən ipoteka predmeti olmuş Əmlak Kompleksinə yönəldilməsi və həmin Əmlak Kompleksinin üzərində “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və hal- hazıırda həmin Əmlak Kompleksi “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətindədir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X11 tərəfindən xx.xx.2018-ci il tarixli **********163857 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərara əsasən İddiaçı MMC-nin fəaliyyəti üzrə xx.xx.2015-ci ildən xx.xx.2018-ci il tarixinədək olan dövrü əhatə etməklə növbədənkənar vergi yoxlamasının keçirilməsi qərara alınmış və yoxlamanın qeydiyyata alınması vahid məlumat reyesterində xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2018-ci ildə akt tərtib edilmiş və həmin aktın əsasında xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Sonradan 3 saylı X11 vergi yoxlamasının nəticələri üzrə dürüst olmayan məlumatlar aşkar etdiyinə görə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən xx.xx.2019-cu ildə yenidən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etmiş və növbədənkənar yeni səyyar vergi yoxlaması xx.xx.2016-cı ildən xx.xx.2018-ci illəri əhatə etmişdir. Yenidən səyyar vergi yoxlamasının aparılması haqqında qərar vahid məlumat reyesterində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. Lakin həmin yoxlama zamanı xx.xx.2019-cu il tarixli **********182380 saylı və xx.xx.2019cu il tarixli **********185786 saylı Qərarla yoxlamanın müddəti 2 dəfə uzadılmışdır. Müddətin uzadılması barədə xx.xx.2019-cu il tarixli **********182380 saylı Qərar yoxlamanın vahid məlumat reyesterində qeydiyyata alınsa da, xx.xx.2019-cu il tarixli **********185786 saylı Qərar Reyesterdə qeydiyyata alınmamışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu ildə akt tərtib edilmiş və həmin akt əsasında xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Qeyd olunan qərara əsasən “xxxx” MMC-nə ümumilikdə 1.108,156 manat əlavə dəyər vergisi və 734.127,94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 3 saylı X11 hesablanmış əlavə dəyər vergisini və ona hesablanmış maliyyə sanksiyasını onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati –İqtisadi Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı MMC-nin mülkiyyətində olan X7 “xxxx” bank olmayan kredit təşkilatının mülkiyyətinə keçməsi Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi hesab olunur, həmçinin Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi vergi tutma obyekti hesab olunur. Kollegiya mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk əvvəl qeyd olunmalıdır ki,İddiaçı MMC-nin mülkiyyətində olan X7 ipoteka ilə yüklü edilmiş əmlak olduğuna və həmin əmlak yüklülüyün nəticəsi olaraq başqa şəxsə keçdiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə əsasən aparılmış əməliyyat maliyyə xidməti hesab olunur. Qeyd olunan əməliyyat maliyyə xidməti hesab olunduğuna görə Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən İddiaçı MMC-yə əlavə dəyər vergisinin hesablanması yolverilməzdir. Lakin qeyd olunan normanın qüvvədə olmasına baxmayaraq, vergi orqanı hüquqi əsas olmadan vergi ödəyicisini əlavə dəyər vergisinə cəlb etmişdir. Bu isə yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulması kimi qəbul olunmalıdır. Kollegiya həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən İddiaçı MMC-nin əmlakının “xxxx” bank olmayan kredit təşkilatının mülkiyyətinə keçməsi əmlakın təqdim edilməsi sayıldığına görə İddiaçı MMC-nə əlavə dəyər vergisi deyil, sadələşdirilmiş vergi hesablanmalı idi. Belə ki, Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı onlardan yalnız sadələşdirilmiş vergi tutula bilər. Məcəllənin 220.8-ci maddəsinə əsasən yaşayış sahələrinin təqdim edilməsi üçün vergi tutma obyektinin hər kvadrat metri üçün 15 manat, qeyri yaşayış sahələrinin təqdim edilməsi üçün hər kvadrat metr üçün 22,50 manat (15 x 1,5=22,50) sadələşdirilmiş vergi nəzərədə tutulur. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, aparılmış maliyyə əməliyyatı zamanı İddiaçı MMC-ti sadələşdirilmiş vergiyə cəlb edilməli olduğu tədqirdə ona qarşı əlavə dəyər vergisinin hesablanması Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin tələblərinə ziddir. Digər qanun pozuntusu isə ondan ibarətdir ki, yoxlayıcı orqan tərəfindən yoxlamanın uzadılması barədə xx.xx.2019-cu il tarixli **********185786 saylı Qərar yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011 -ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajlarm, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 4.5-1 -ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, vergi orqanı İddiaçı MMC-nin barəsində xx.xx.2019-cu il tarixli qərarı qəbul edərkən Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Həmin Məcəllənin 49.1-ci maddəsinə xx xxxxxx 2018-ci ildə yeni redaksiya verilmiş və həmin redaksiyaya əsasən vergi orqanının rəhbəri əvvələr qəbul edilmiş qərarı 1) ləğv etməli 2) yeni qərar qəbul etməli 3) köhnə qərara dəyişiklik etməli və ya 4) qüvvədə saxlamalı idi. Lakin mübahisə predmeti olan qərarlar məhkəmədə araşdırılarkən xx.xx.2019-cu ildə qəbul edilmiş qərarın xx.xx.2019cu ildə qəbul edilmiş qərarın davamı olması müəyyən edilir. Yəni, xx.xx.2019-cu ildə qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi” haqqında qərarda əvvələr eyni məsələ üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərara heç bir qiymət verilməmişdir. Bu isə özü-özlüyündə xx.xx.2019-cu ildə qəbul edilmiş qərarın əhəmiyyətsizliyinə dəlalət edir. Yuxarıda araşdırılanların nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı həmçinin ona qanun ilə verilmiş hüquqdan sui-istifadə edib. Belə ki, 3 saylı X11 Vergi Məcəlləsinin 83.2-ci maddəsi ilə vergi ödəyicisinin verginin ödənilməsinə cəlb edilməsi istiqamətində verilmiş hüququn vergi ödəyicisinə əlverişsiz olanından istifadə etmişdir. Belə ki, qeyd olunan Məcəllənin 36.2-ci maddəsi ilə vergi orqanının üzərinə - düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsi qoyulub. Digər tərəfdən, vergi orqanı ona verilmiş hüquqdan düzgün istifadə etməməsi nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun ümumi prinsiplərini pozmuşdur. Belə ki, həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Göründüyü kimi, hazırki mübahisə üzrə vergi orqanının gətirdiyi arqument ondan ibarət olmuşdur ki, İddiaçı MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “xxxx” bank olmayan kredit təşkilatının mülkiyyətinə keçməsi səbəbindən İddiaçı MMC əlavə dəyər vergisinə cəlb edilmişdir. Halbuki mübahisəli hüququ münasibətlərinin yarandığı vaxrVergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən maliyə xidmətləri o, cümlədən əmlakın təqdim edilməsi əməliyatları əlavə dəyər vergisinə cəlb edilə bilməzdilər. Lakin bütün bunlara baxmayaraq, vergi orqanı İddiaçı MMC-yə əlavə dəyər vergisi hesablamışdır. Göründüyü kimi qeyd olunan arqument “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan prinsipə ziddir. Bundan başqa, həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İş materiallarına əlavə edilmiş şikayət ərizələrindən görünür ki, İddiaçı MMC Vergilər Nazirliyinə xx.xx.2019-cu ildə, xx.xx.2019-cu ildə, xx.xx.2019-cu ildə və xx.xx.2019-cu ildə müraciət edərək, ona qarşı əlavə dəyər vergisinin tətbiq edilməsinin qanuna zidd olmasını və aparılmış maliyyə xidmətinə görə ona qarşı yalnız sadələşdirilmiş verginin tətbiq edilməsinin düzgün olmasını bildirmişdir. Lakin vergi orqanı buna əhəmiyyət verməyərək, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsində göstərilən “Hüququn tətbiqindən imtinanın qadağan olunması” prinsipinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-808/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar