Məhkəmə qərarları › İş №2-1(105)-203/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-203/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-203/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə (Açar sözlər: kompensasiyanın məbləğinin müəyyən edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2- 1(118)- 37/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları RX ******* seriyalı daşınmaz əmlakın reyestrdən çıxarışdan görünür ki, Abşeron rayon Saray qəsəbəsində yerləşən 0.051128 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. A№ 341918 seriyalı plan və ölçüsündən görünür ki, həmin sənəd İddiaçı məxsus 051128 ha torpaq sahəsinə dair tərtib edilmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2019cu il tarixli, **********09 reyestr nömrəli, 0.051128 hа torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatlara əsasən GPS mövqetəyınetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsi “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşür. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon 1 saylı X7 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon Saray qəsəbəsində Bakı-Bilgəh-Sumqayıt avtomobil yoluna yaxın ərazidə yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinə dair 2015 və 2021-ci illər üzrə hər il üzrə bir neçə alqı-satqı müqavilələrinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin alqı-satqı müqavilələrdən görünür ki, sözügedən ərazidə bir sot torpaq sahəsinin dəyəi təxminən manat arasında dəyişir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı kompensasiya tələbi barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə iki dəfə 2016-cı və 2019-cu illərdə müraciət etmişdir. Bundan başqa Talıbov Rauf adlı şəxsin 2020-ci ilin sentyabr ayı ərzində Agentliyə hər hansı bir mövzuda müraciəti daxil olmamışdır. “B+Ş Audit ” Konsaltinq MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, X2 mülkiyyətində olan 0.051128 ha torpaq sahəsi naturada mövcuddur. X2 mülkiyyətində olan 0.051128 ha torpaq sahəsi yeni inşa olunacaq “Bilgəh-Sumqayıt" yolunun tam orta hissəsinə düşmüşdür. Həmin ərazi üzrə orta bazar qiymətlərinə nəzər salsaq torpaq sahələrinin 1 sotunun qiymətinin 9000 manat, (5.1 sot x 9000 = 45.000,00 manat (yuvarlaq)), həmin torpaq sahəsinə dəymiş ziyanın həcmi 45.000,00 manat təşkil edir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən müdaxilədən sonra yeni inşa olunacaq yolun tam ortasında qaldığı üçün istifadəyə yararsızdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, 1.İddiaçı RX seriyalı, ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.051128 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları ilə iddiaçının naturada göstərdiyi 0,0509 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşür. 2.Elektron məlumat bazasına əsasən İddiaçı RX seriyalı, ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.051128 ha torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına tam olaraq düşür, (sxemdə göstərilmişdir) 3.3-cü , 4-cü və 5-ci sualın cavabları 2-ci sualda göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan X1rşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli, **********09 reyestr nömrəli, 0.051128 ha ölçülü torpaq sahəsinə görə hər 100 kv.metr üçün 3500 manat olmaqla, 17895 manat məbləğində kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq, ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli 0,051128 ha ölçülü torpaq sahəsi seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol çəkilişi həyata keçirilmiş və onun mülkiyyətində olan torpaq sahəsi həmin yolun altında qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilmiş və İdarənin 03 oktyabr 2019-cu il tarixli məktubu ilə onun mülkiyyətində olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyü bildirilmişdir. Cavabdeh orqana müraciət edərək ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh imtina cavabı vermişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müdaxilə olunmamışdir. Bu barədə iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2019-cu ildə ünvanladığı müraciətinə Cəmiyyətdə aidiyyəti üzrə baxılmış və rəsmi qaydada iddiaçıya cavab verilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2015- 016-ci illərdə həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı’na əsasən 4926.00 kv m torpaq sahəsinin 2914.72 kv m hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyyələri əsasında qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2016-ci ildə olan bazar dəyəri 20% əlavə edilməklə, ümumilikdə 87441 manat 60 qəpik dəyərində kompensasiya müəyyən edilmiş və həmin vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" ASC-nin “Rabitə Filialına” iddiaçının adına köçürülmüş və İddiaçı tərəfindən alınmışdır. Daha sonra İddiaçı qalan torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün 2019-cu ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və qalan torpaq sahəsinin 0.51128 ha hissəsinə çıxarış əldə etmişdir. Beləliklə, iddiaçının iddiada qeyd olunan qalan torpaq sahəsi avtomobil yolun tikinti altına düşmədiyi səbəbindən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamışdır. Lakin qalan 0.51128 ha torpaq sahəsinin yerini iddiaçı tərəfindən müəyyən edə bilmədiyindən cavabdehə müraciət etmişdir ki, onun həmin torpaq sahəsi də yolun tikinti altına düşmüş və ona görə torpağın kompensasiyanın ödənilməsini xahiş etmişdir. İddiaçının müraciət əsasında “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində onun torpaq sahəsinin tikinti altina düşüb-düşməməyi dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda göstərilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində layihə işlənilən zaman vətəndaş İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktf’na əsasən 4926.00 kv.m. torpaq sahəsinin 2914.72 kv.m. hissəsi yolun tikintisi altına düşmüşdür. Vətəndaşa məxsus əlavə torpaq sahəsi yolun tikinti altına düşmür. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 37/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.051128 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 16886,56 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, alqı-satqı müqavilələri əsasına müəyyən edilən qiymət (27,51 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və digər mülkiyyətçilərə ödədiyi qiymətə (20 faiz əlavə ilə birlikdə 30 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, hesab edir ki, ödənilməli olan kompensasiyanın məbləği cavabehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Odur ki, iddiaçıya 511,28 kv.m torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə 16886,56 manat kompensasiya ödənilməlidir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalı, iddia tələbi rədd olunmalıdır. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2015-2016-ci illərdə həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən 4926.00 kv.m. torpaq sahəsinin 2914.72 kv.m. hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyələri əsasında qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2016-ci ildə olan bazar dəyəri 20% əlavə edilməklə, ümumilikdə 87441 manat 60 qəpik dəyərində kompensasiya müəyyən edilmiş və həmin vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" ASC-nin “Rabitə Filialına” iddiaçının adına köçürülmüş və İddiaçı tərəfindən alınmışdır. Hazırda isə iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müdaxilə olunmamışdir. Bu barədə iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2019-cı ildə ünvanladığı müraciətinə Cəmiyyətdə aidiyyəti üzrə baxılmış və rəsmi qaydada iddiaçıya cavab verilmişdir. İddiaçının iddiada qeyd olunan torpaq sahəsi avtomobil yolun tikinti altına düşmədiyi səbəbindən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamışdır. Həmçinin, vətəndaşların torpaqların siyahıya alma və yol tikinti işləri aparıldığı zamanı iddiaçının İddiaçı tərəfindən iddiada göstərdiyi 0.51128 ha torpaq sahəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işçilərinə heç bir sənəd və sübut təqdim olunmamışdır. 2019cu ildə İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və Saray qəsəbəsində yerləşən torpaq sahəsinin 0.51128 ha hissəsinə çıxarış əldə etmişdir və həmin ildə iddiada qeyd olunan torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşdüyü səbəbindən Agentliyə rəsmi qaydada ilk dəfə müraciət etmişdir. İddiaçının Agentliyə yuxarıda qeyd edilən məsələ ilə ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmış və araşdırma aparılmışdır. Araşdırmanın nəticəsinə uyğun olaraq, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşübdüşməməsi, düşürsə hansı hissədə düşdüyü ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi bildirilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2019-cu il tarixli, **********09 reyestr nömrəli, 0.051128 ha torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatlara əsasən GPS mövqetəyınetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsi “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşür. Beləliklə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir, “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” çərçivəsində İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində 0.051128 ha torpaq sahəsi tikinti altına düşmüş və buna görədə kompensasiya məbləği hesablanmışdır. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. 8-ci maddəsinə görə qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. 55.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1- bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2-ci maddəsinə əsasən bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağında daha yüksək qiymətini verən üsul tətbiq edilir. 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilən (kompensasiyanın məbləğinə aid olan) hissəsində dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya məxsus olan 0.051128 ha ölçülü torpaq sahəsinin müvafiq avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşdüyündən, onun əvəzi olaraq müvafiq məbləğdə kompensasiya ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya müvafiq Dövlət Aktına əsasən məxsus olan 4926 kv.m torpaq sahəsinin 2914,72 kv.m hissəsi yolun tikintisi altına düşmüş, buna görə də kompensasiya ödənilmiş, 0,51128 kv.m tikiti altına düşmədiyindən, ona vəsait ayrılmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz hallarından görünür ki, sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus olan 2914,72 kv.m olan torpaq sahəsinə görə 2015-2016-ci illərdə həyata keçirilən müvafiq tikinti layihəsi çərçivəsində 87441,60 manat kompensasiya məbləği ödənilmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, sözügedən torpaq sahəsinin həmin tikinti layihəsinin altına düşməsi halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, sözügedən torpaq sahəsi müvafiq tikinti layihə çərçivəsində tikinti altına tam olaraq düşür. Cavabdeh inzibati orqan tərəfindən isə bu halı təkzib edən heç bir dəlilə istina edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət vermişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə qeyd edilən hallarla bağlı cavabdeh inzibati orqanın istinad etdiyi hallar təkzib olunmaqla, əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi müvafiq kompensasiya məbləğini alqı-satqı müqavilələri əsasına müəyyən edilən qiymət (27,51 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və digər mülkiyyətçilərə ödədiyi qiymətə (20 faiz əlavə ilə birlikdə 30 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, hesab edir ki, ödənilməli olan kompensasiyanın məbləği cavabehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmaqla, kompensasiyanın məbləğini 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə 16886,56 manat məbləğ müəyyən etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə, kompensasiya məbləğinin hesablanması ilə bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət versə də, hesablama ilə bağlı yalnışlığa yol vermiş, həmin hesablanma nəticəsində kompensasiyanın məbləği düzgün müəyyən edilməmişdir (habelə həmin məbləğin daxilində 20 faiz əlavə olduğu halda, yenidən 20 faiz əlavə tətbiq etməklə, hesablanmışdır). Belə ki, qeyd olunan qaydada hesablanma aparıldığı halda, torpaq sahəsinin 1 kv.m ölçüsünün qiyməti 30 manat (20 faiz miqdarında əlavə nəzərə alınmaqla) olmaqla, iddiaçıya aid müvafiq tikinti altına düşən 511,28 kv.m ölçüdə torpaq sahəsinə görə cəmi məbləğ 15338,4 manat (30 manat x 511,28 kv.m) olduğu müəyyən edilir. İndiki halda isə biricni instansiya məhkəməsi tərəfindən həmin hesablanma qaydası əsas götürülsə də, ümumilikdə kompensasiya məbləğinin 16886,56 manat olduğu müəyyən edilmişdir. Bu baxımından həmin məbləğin necə müəyyən edildiyi indiki halda anlaşılmır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən kompensasiya məbləğinin hesablanma qaydası ilə bağlı hissədə düzgün qiymət verilsə də, onun nəticəsində məbləğin hesablanmasında yalnış nətcəyə gəlinmişdir. Başqa sözlə desək, birinci instansiya məhkəməsi tərəfindən kompensasiya məbləğinin 16886,56 manat olduğu hesablanmasında yalnışlığa yol verilmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarı məhz kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilməli, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği 15338,4 manat müəyyən edilməli, iddia həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı kompensasiya məbləğinə aid hissədə dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 37/2022 nömrəli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.051128 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 15338,4 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar