Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-204/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli qərarı ilə X2 0,06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi, X2 verilmiş JN-301A (KOD ********) seriya nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2-1(118)-1972/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli qərarı ilə X2 0,06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi və X2 verilmiş JN-301A (KOD ********) seriya nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvləri 1997-ci ildən Xaçmaz rayonu, Şollar kəndində 0,10 ha torpaq sahəsində ev tikib indiyədək yaşayırlar. Belə ki, 1997-ci ilin may ayının 22-dən etibarən ailə üzvləri ilə birlikdə mübahisəli 0.10 ha torpaq sahəsini istifadə etmiş, torpaq sahəsində ev tikmiş və indiyədək hər il bələdiyyəyə torpaq vergisini ödəmişlər. Xaçmaz rayonu Susayqışlaq inzibati ərazi vahidi nümayəndəliyinin 05 saylı 21.05.1997-ci il tarixli əmri ilə həmin Şollar kəndindən ev tikmək üçün 0,10 ha torpaq sahəsini ona ayırmışdır. 1997-ci ilin may ayından bu günə qədər onun və ailə üzvlərinin qanuni istifadəsində olan 0,10 ha torpaq sahəsinin AİK-nın 28.04.1998-ci il tarixli 05 saylı qərarı ilə (həmin siyahıda 196-cı sırada onun və ailə üzvlərinin qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,10 ha göstərilmişdir) onun və ailə üzvlərinin mülkiyyətinə verilməsi təsdiq olunmuşdur. Buna baxmayaraq, Xaçmaz rayon AİK-nin 28.04.1998-ci il tarixli 05 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 0,06 ha torpaq sahəsi verilmişdir. Bu barədə keçmiş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 12.07.2004-cü il tarixdə şəhadətnamə verilmişdir. 2011-2012-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə bu məsələ ilə bağlı dəfələrlə müraciət etmişdir.
3. Üçüncü şəxs C.Bayramova onun 1997-ci ildən hasara alıb istifadə etdiyi torpaq sahəsindən sonra yerləşən ərazini 2005-ci ildə qanunsuz hasara almışdır. Buna qədər onun hər hansı sənədi və istifadəsində torpaq sahəsi olmamışdır. 1997-ci ilin may ayının 22-dən ona təhkim olunmuş 0.10 ha torpaq sahəsini istifadə etmiş, bununla bağlı vergi ödəmiş və orada tikdiyi evdə yaşayır. Sonradan həmin torpaq sahəsinin 0.06 ha hissəsi qanunsuz olaraq ona, qalan hissəsi də C.Bayramovanın mülkiyyətinə verilmişdir. C.M.Bayramovanın adına olan JN 301A kod ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adına 0,06 ha torpağ sahəsinin Xaçmaz rayon AİKnın 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilməsi göstərilir, AİK-nın həmin tarixli qərarında C.M. Bayramovanın adı qeyd olunsa da, ona hər hansı ölçüdə torpaq sahəsinin verilməsi göstərilməmişdir. Yəni AİK-nın qərarı ilə mübahisəli torpaq sahəsi C.M.Bayramovanın mülkiyyətinə verilməmişdir. C.M.Bayramova isə əsassız olaraq qeyd edir ki, guya Xaçmaz rayon AİK-nın 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə ona 0,06 ha torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi JN 301A nömrəli, kodu 30222048 olan şəhadətnaməyə əsasən verilən tarixdən onun mülkiyyətindədir. Bu səbəbdən hesab edir ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair qərar və onun əsasıda verilmiş şəhadətnamə ləğv edilməlidir.
4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, rayonda torpaq islahatı başa çatdığı üçün yerli X1 fəaliyyətinə 2001 -ci ildə, rayon aqrar islahatı komissiyanın fəaliyyətinə isə 2005-ci ildə xitam verilmişdir. Qanunvericilikdə islahat komissiyaların hüquqi varisi müəyyən edilməmişdir. Rayon və yerli aqrar islahatı komissiyalarının sənədləri Xaçmaz, rayon Dövlət Arxivinə təhvil verilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2-1(118)-1972/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov)
6. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını, iddia ərizəsinin mümkün sayılaraq icraata qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi Rayon X1 sədrləri həmin Rayon İcra Hakimiyyətlərinin başçıları olmuşlar. Qanunvericilikdə ləğv olunmuş Rayon X1 hüquqi varisinin həmin Rayon İcra Hakimiyyətlərin olması barədə birbaşa göstəriş olmasa da, sadə məntiqlə belə nəticəyə gəlmək olar ki, Rayon Komissiyalarının sədrləri məhz İcra Hakimiyyəti Başçıları olduğundan onların hüquqi varisi də Rayon İcra Hakimiyyətləri olmalıdır. Bundan əlavə X1 fəaliyyətinə xitam verilməsi heç də o demək deyildir ki, həmin inzibati orqanın qəbul etdiyi qərarından şikayət verilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının X1 qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon X1 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) X5 Komissiyasının 28.04.1998-ci il tarixli qərarının üçüncü şəxsə aid ilə X2 0.06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi; 2) üçüncü şəxsə verilmiş JN-301A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi.
19. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən qərardadda qeyd etmişdir ki, “Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir və iddia tələbini Cavabdehnə yönəltmişdir. Lakin hazırkı işdə iddiaçının mübahisələndirdiyi qərar Cavabdeh tərəfindən deyil, Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmişdir. Həmçinin Cavabdeh Xaçmaz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Bundan başqa o da nəzərə alınmalıdır ki, X2 və onun ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinə verlən JN-301A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən deyil Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilib. Hətta iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşdirmə ərizəsi verilərək, hazırkı iddia tələbi üzrə cavabdeh qismində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi göstərilsə belə hazırkı iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün olmayacaqdı. Belə ki, JN-301A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə X3 Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilməsinə baxmayaraq həmin şəhadətnamənin verilməsi üçün əsas Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı olmuşdur və həmin 05 saylı qərar ləğv edilmədən JN-301A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi mümkün deyil. Belə olan halda Cavabdeh mübahisələndirilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.”
20. Kollegiya birinci instansiya məhkəməsinin birinci tələbə münasibətdə iddianın düzgün cavabdehə qarşı qaldırılmaması ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci hissədə iddiaya cavab verməli inzibati orqan Cavabdehdir və iddia düzgün cavabdehə qarşı qaldırılmışdır.
21. Lakin bununla yanaşı kollegiya qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28.12.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
23. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.
24. Məhkəmə kollegiyası qeyd edir ki, ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1(bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır).
25. Hazırda mübahisələndirilən qərar (AİK-in qərarı) qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 13 ilə yaxın müddətdə (28.04.1998- 01.01.2011-ci illər) mübahisələndirilməmişdir.
26. İddia ərizəsində belə iddiaçı etiraf edir ki, hazırda mübahisələndirdiyi qərardan daha əvvəldən məlumatlı olmuş, hətta bununla bağlı 2011-2012-ci illərdə Ombudsmana dəfələrlə müraciətlər etmişdir.
27. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
28. İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir.
29. Qeyd olunmalıdır ki, AİK-in qərarları inzibati akt hesab olunur və həmin qərarların mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz.
30. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Odur ki, kollegiya hesab edir ki, bu hissədə iddia müddətin ötürülməsi əsası ilə mümkün olmadığından, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
31. İkinci hissədə iddia tələbinə münasibətdə isə kollegiya ilk növbədə qeyd edir ki, bu hissədə iddiaya cavab verməli inzibati orqan Cavabdeh deyil, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsidir. İkinci tələblə bağlı iddia düzgün cavabdehə qarşı qaldırılmamışdır.
32. Bununla yanaşı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli 05 saylı iclasının qərarı ilə 0.06 ha torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə verilmiş və ayrılmış torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 17.03.2005-ci il tarixdə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.
33. Məhkəmə kollegiyası vurğulayır ki, Rayon Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli 05 nömrəli qərarı qüvvədədir.
34. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1-ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə).
35. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır.
36. Həyətyanı torpaq sahəsinin verilməsinə əsas olan aqrar islahat komissiyasının 28.04.1998-ci il tarixli 05 nömrəli qərarı hüquqi cəhətdən etibarlı olduğundan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair iddia tələbi iddianın mümkünlük şərtinə cavab vermir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə iddiaya cavab verməli orqanın cəlb edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım etməsə də, qaldırılmış iddia mümkün olmadığından, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına əsasən, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
38. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi qismən əsaslı olduğundan, lakin əldə edilmiş nəticə düzgün olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2-1(118)-1972/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.