Məhkəmə qərarları › İş №2-1(105)-205/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-205/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-205/2021 31.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğu hesab edilməsi, buna uyğun olaraq pensiyasının dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması, əmək pensiyasının Qobustan rayon statistika idarəsinin rəisi işlədiyi üçün rəisin son 24 ayının əmək haqqısı və ona əlavə olunan 15% nəzərə alınmaqla yenidən hesablanması, pensiya miqdarında pensiyaya çıxdığı 01.07.2015-ci ildən indiyə kimi dövlət qulluğunun dərəcəsinə görə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-778/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 02.07.2015-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona əmək pensiyası təyin edilərkən 08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğu hesab edilərək əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 27 mart 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna əsas kimi qeyd edilən vəzifənin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş siyahıya daxil edilmədiyi göstərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o xx.xx.1952-ci il tarixdə Şamaxı rayonunun (indiki Qobustan rayonunun) Nərimankənd kəndində anadan olmuşdur və həmin ünvanda yaşayır. Ali təhsillidir. 02.07.2015-ci ildən pensiyaya çıxmışdır. 08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işləməsi barədə əmək kitabçasında qeyd olsa da, pensiyaya çıxarkən DSMF-nin Qobustan rayon şöbəsi həmin dövr üçün iş stajını dövlət qulluğu kimi qəbul etməmişdir. O, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2007-ci il tarixli 77 nömrəli Qərarını cavabdehə təqdim etmişdir. Qeyd olunan qərarla təsdiq edilmiş siyahının 3-cü bəndində göstərilir ki, Azərbaycan Kommunist Partiyasının MK-nin, şəhər (rayon) komitələrinin nomenklaturalarına daxil olan və müxtəlif təşkilatların yerli komitələrində katib vəzifəsində işləmiş şəxs dövlət qulluğunda olmuş hesab edilməlidir. O, Şamaxı rayon partiya komitəsindən əmək haqqı aldığından həmin komitənin nomenklaturasına daxil idi. Lakin DSMF-nin Qobustan rayon şöbəsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş siyahını nəzərə almamış və ona verdikləri 27.03.2019-cu il tarixli **********1 saylı məktubda partiya təşkilatı katibi işlədiyi dövrün dövlət qulluğuna aid olmasını nəzərə almayaraq imtina etmişdir. 24.07.1990-cı ildən 24.04.1995-ci ilə kimi Qobustan rayon statistika idarəsində rəis vəzifəsində işləmişdir. Ümumilikdə, onun dövlət qulluğunda iş stajı 12 il 03 ay 20 gün təşkil edir. Ona görə, ona pensiya hesablanarkən idarə rəisinin son 24 ayının əmək haqqısı əsasında hesablanmalı, rəis vəzifəsinin icrasına görə əmək haqqına edilən 15% əlavə nəzərə alınmalı, rayon miqyaslı idarə rəisləri 1-ci dərəcəli dövlət qulluqçuları olduğundan pensiyaya çıxdığı 02.07.2015-ci il tarixdən yaranmış fərq ona ödənilməli idi. Lakin cavabdeh azad partiya komitəsi katibi işlədiyi dövrü dövlət qulluğu kimi qəbul etməkdən imtina etdiyi üçün yuxarıda qeyd etdiyi əlavə pensiya ödənişlərini ala bilmir. Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququna əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla), dövlət qulluğu vəzifəsində azı 15 il qulluq stajı olduqda malikdirlər. İddiaçının dövlət qulluğu vəzifəsində qulluq stajı 15 ildən az təşkil etdiyi üçün ona dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələrin təyin olunması mümkün hesab olunmur. Əlavə olaraq, iddiaçının əmək kitabçasında qeyd edilmiş sovxozda azad partiya komitəsinin katibi vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısının 1.3-cü bəndində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifənin sözügedən siyahıya əsasən uyğunlaşdırılınası üçün əsas şərt kimi onun müvafiq şəhər (rayon) komitəsindən əmək haqqı alması müəyyən edilmişdir. Lakin, iş materiallarına iddiaçının qeyd olunan əmək haqqını alması faktını təsdiq edən hər hansı arayış əlavə olunmadığından uyğunlaşdırmanın aparılması mümkün hesab edilmir. İddiaçının ərizəsində qeyd etdiyi vəzifə səlahiyyətlərinin icrasına görə əmək haqqına 15 faiz əlavə haqqın nəzərə alınması məsələsinə münasibətdə isə qeyd edilmişdir ki, iddiaçı statistika idarəsində rəis vəzifəsində 24.07.1990-24.04.1995-ci illərdə işləmişdir. İddiaçının iddia etdiyi hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq isə Azərbaycan Respublikası Prezidentinin 20.06.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təyin edilmişdir. Göründüyü kimi, iddiaçı işlədiyi dövrdə həmin əlavəni almamış və buna görə sosial sığorta ödəmələri etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2-1(085)- 927/2019 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2017-ci il tarixli qərarının qüvvəyə mindiyi 07 aprel 2017-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu kimi əmək pensiyası hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. (hakim İsmayıl Quliyev) Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verib, qərarın dəyişdirilərək iddia tələbinin tam, yəni əmək pensiyasının Qobustan rayon statistika idarəsinin rəisi işlədiyi üçün rəisin son 24 ayının əmək haqqısı və ona əlavə olunan 15% nəzərə alınmaqla yenidən hesablanması, pensiya miqdarında pensiyaya çıxdığı 1-ci dərəcəli dövlət qulluqçusu kimi 01.07.2015-ci ildən indiyə kimi dövlət qulluğunun dərəcəsinə görə yaranmış fərqin birdəfəyə ödənilməsi tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan həmçinin cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(105)- 766/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi Hökümə Babayeva, hakimlər Nazim Nəsibov və Zaur Məmmədov) cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2-1(085)-927/2019 saylı qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinə qarşı işlədiyi dövrün dövlət qulluğu hesab edilməklə pensiyasının dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması, əmək pensiyasının Qobustan rayon statistika idarəsinin rəisi işlədiyi üçün rəisin son 24 ayının əmək haqqısı və ona əlavə olunan 15% nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair iş, yenidən araşdırılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-778/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonunun K.Marks adına sovxozunda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğuna uyğunlaşdırılması, Şamaxı rayonu K.Mark adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrə uyğun olaraq pensiyanın dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması, 07 aprel 2017-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu kimi əmək pensiyası hesablanması və yaranmış fərqin ona birdəfəyə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək təqdim etdiyi və məhkəmə işinə daxil olan sənədlərdə ona müvafiq pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq dövlət məvacibinin hesablanması ilə bağlı arayış müəyyən edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququna əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla), dövlət qulluğu vəzifəsində azı 15 il qulluq stajı olduqda malikdirlər. İddiaçının əmək kitabçasında qeyd edilmiş sovxozda azad partiya komitəsinin katibi vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.3-cü bəndində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifənin sözügedən siyahıya əsasən uyğunlaşdırılması üçün əsas şərt kimi onun müvafiq şəhər (rayon) komitəsindən əmək haqqı alması müəyyən edilmişdir. Lakin iş materiallarına iddiaçının qeyd olunan əmək haqqını alması faktını təsdiq edən hər hansı arayış əlavə olunmadığından uyğunlaşdırmanın aparılması mümkün hesab edilmir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Apelyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin iddiaçının 08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonunun K.Marks adına sovxozunda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğu hesab edilməsi, Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrə uyğun olaraq pensiyanın dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması və pensiya miqdarında pensiyaya çıxdığı 01.07.2015-ci ildən indiyə kimi dövlət qulluğunun dərəcəsinə görə yaranmış fərqin birdəfəlik ödənilməsi hissələrində mübahisələndirilir. Apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib (müvafiq şəhər (rayon) komitələrindən əmək haqqı almış) vəzifəsinin rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılması üçün əsas şərt iddiaçının müvafiq şəhər (rayon) komitəsindən əmək haqqı alması barədə iş materiallarına arayış əlavə edilməmişdir. İlk öncə, məhkəmə kollegiyası iddiaçının 08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğu kimi nəzərə alınması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı təsdiq edilmişdir. İddiçıya əmək pensiyası hesablanan zaman həmin siyahıda partiya komitələrinin katibi vəzifəsi qeyd olunan siyahıda öz əksini tapmamışdır. Lakin sonradan, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2017ci il tarixli qərarı ilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində: katib (müvafiq şəhər (rayon) komitələrindən əmək haqqı almış) vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Qeyd olunan qərara əsasən, Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib vəzifəsinin rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılması üçün əsas şərt müvafiq şəhər (rayon) komitəsindən əmək haqqı almış olmasıdır. Cavabdeh inzibati orqan iddiaçının müvafiq rayon komitəsinin əmək haqqı almasının iş materialları ilə təsdiq olunmadığını göstərsə də, birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçının müvafiq rayon komitəsiindən əmək haqqı alması faktı təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin 27 avqust 2019-cu il tarixli, 214 saylı arxiv arayışı ilə iddiaçının 08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi və əmək haqqı aldığı təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası hesablanarkən qeyd olunan vəzifənin dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmaması qanuni olsa da, sonradan, 2019-cu ildə iddiaçı cavabdeh orqana müraciət edərkən, həmin dövrdə Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırıldığından, iddiaçının dövlət qulluqçusu kimi pensiyası yenidən hesablanmalı idi. Eyni zamanda, iddiaçının hüququnun yaranmasına əsas olmuş qanunvericiliyə əlavə 07 aprel 2017-ci il tarixdən qüvvəyə mindiyinə görə pensiyanın hesablanıb ödənilməsi də həmin tarixdən həyata keçirilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi İddiaçı 08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonunun K.Marks adına sovxozunda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğuna uyğunlaşdırılması, Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrə uyğun olaraq pensiyanın dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması, 07 aprel 2017-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu kimi əmək pensiyası hesablanması öhdəliyini cavabdehin üzərinə qoyaraq düzgün nəticəyə gəlmişdir. Lakin, məhkəmə kollegiyası yaranmış fərqin iddiaçıya birdəfəyə ödənilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1- 1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı 08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonunun K.Marks adına sovxozunda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğuna uyğunlaşdırılması, Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrə uyğun olaraq pensiyanın dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması, 07 aprel 2017-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu kimi əmək pensiyası hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-778/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı 08 oktyabr 1983-cü ildən 24 iyul 1990-cı ilə kimi Şamaxı rayonunun K.Marks adına sovxozunda azad partiya komitəsinin katibi işlədiyi dövrün dövlət qulluğuna uyğunlaşdırılması, Şamaxı rayonu K.Marks adına sovxozda azad partiya komitəsinin katibi işlədiyi dövrə uyğun olaraq pensiyanın dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada hesablanması, 07 aprel 2017-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusu kimi əmək pensiyası hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar