Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-206/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2- 1(118)-2200/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xaçmaz rayon AİK-si tərəfindən onun, qızı Xəyalə İmran qızı və oğlu X1 mülkiyyətinə verilmiş, 284 nömrə ilə nömrələnmiş, Xaçmaz rayon Xaspoladoba kəndində yerləşən, 1998-ci ildən hazıra kimi istifadələrində və sahibliyində olan 0.60 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin (dövlət aktı, torpaq sahəsinin planı və ölçüsü və sair) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci ildə Respublikada keçirilən torpaq islahatı zamanı Xaçmaz rayon AİK-sı tərəfindən onların mülkiyyətinə Xaçmaz rayonun Xaspoladoba kənd ərazisindən 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, həmin vaxt Xaspoladoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan hər bir vətəndaşın mülkiyyətinə 0.20 ha torpaq sahəsi pay torpaq kimi əvəzsiz verilirdi. Həmin torpaq sahəsi sxemdə 284 nömrə ilə nömrələnərək onların ailəsinə təhkim edilmiş və hüquqmüəyyənedici sənədlərin (dövlət aktı, təhkim aktı, torpaq sahəsinin planı və ölçüsü və si) hazırlanıb onlara veriləcəklərini bildirmişlər. Lakin həmin vaxtdan hazıra kimi Komissiyasının üzvlərinə Cavabdehnə və başqa təşkilatlara dəfələrlə sənədlərin verilməsi tələbi ilə müraciətlər etsələr də, müxtəlif bəhanələrlə onları arxayın edərək onlara ayrılmış torpaq sahəsinə sənədlərin hazırlayıb verəcəyini bildirmişlər. Lakin sonuncu dəfə Cavabdehnə etdiyi müraciətlərinə cavab olaraq bildirilmişdir ki, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət olunmasını tövsiyyə etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(118)-2200/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov)
4. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 8,9 və 11-ci maddələrini rəhbər tutaraq X5 Komissiyasının hüquqi varisi kimi yerli icra hakimiyyəti orqanının cavabdeh qismində qəbul edərək məsələni həll etməli idi. Belə ki, X5 Komissiyası və yerli icra hakimiyyəti rayonda eyni vəzifələri yerinə yetirir. Həm də X5 Komissiyasının sədrinin vəzifələrini Cavabdeh başçısı tərəfindən yerinə yetirilirdi. Cavabdehnə dəfələrlə etdiyi müraciətlərinə də cavab olaraq bildirilmişdir ki, X5 Komissiyasının yerinə yetirməli olduğu vəzifələrin rayon icra hakimiyyətinin üzərinə qoyulması yalnız məhkəmə vasitəsilə həyata keçirmək mümkündür. Çünki, “X5 Komissiyası yaradılması haqqında” 1995-ci il tarixli Fərmanın qüvvədən düşməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli X4 islahatı Komissiyasının hüquqi varisi ümumiyyətlə göstərilməmişdir. Odur ki, yerinə yetirdiyi vəzifələrin və fəaliyyət istiqamətlərinin səlahiyyətlərinin eyniliyi nəzərə alaraq rayon icra hakimiyyətini X5 Komissiyasının varisi kimi qəbul edilməlidir. Bundan əlavə ona və ailəsinə X5 Komissiyası tərəfindən ayrılıb, təhkim edilmiş 0,60 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin verilməsi yalnız rayon icra hakimiyyəti səlahiyyətindədir.
b) Apellyasiya şikayətnə qarşə etirazın dəlilləri
6. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
10. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
11. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
12. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən qərardadda qeyd etmişdir ki, “Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir və iddia tələbini Cavabdehnə yönəltmişdir. Lakin hazırkı işdə iddiaçının qəbul edilməsi tələb etdiyi qərar Cavabdeh tərəfindən deyil, Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmə idi. Həmçinin Cavabdeh Xaçmaz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Belə olan halda Cavabdeh qəbul edilməsi tələb edilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ona aid olmayan qərarın qəbul edilməsi ilə bağlı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.”
14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi qismən əsaslı olsa da, əldə edilmiş nəticə düzgündür.
15. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı 1998-ci ildə aqrar islahat keçirilən zaman onun ailə üzvlərinin hər birinə 0.20 ha olmaqla 0.60 ha pay torpaq sahəsinin sxemdə 284 nömrə ilə nömrələnərək əvəzsiz olaraq onların mülkiyyətinə ayrıldığını, lakin ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin (dövlət aktı, torpaq sahəsinin plan və ölçüsü və s) onlara təqdim edilmədiyini bildirərək, hazırda həmin sənədləri cavabdehdən tələb edir.
18. Lakin işdə olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçının bildirdiyinin əksinə olaraq, aqrar islahat zamanı iddiaçının ailəsinə torpaq sahəsi ayrılmamışdır.
16. Belə ki, iş materiallarından görünür ki, iddiaçı torpağın mülkiyyətə verilməsinə dair sənəd ala bilməməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdeh 14.10.2021-ci il tarixli 2109 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq, ərazi üzrə torpaq payı almaq hüququ olan subyektlərin siyahısında iddiaçı və ailə üzvlərinin adlarının olmadığını bildirmiş, istifadə etdiyi torpaq üzərində mülkiyyət hüququnun tanınmasına dair DƏDRXnə, imtina edildiyi halda məhkəməyə müraciət eetmək hüquqlarını izah etmişdir.
17. Həmçinin, JN-0074 KOD 30219038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ında 284 nömrəli torpaq sahəsinin kimə məxsus olması barədə məlumatın verilməsi ilə bağlı Xaçmaz rayon məhkəməsinin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş 01.05.2021-ci il tarixli **********30 nömrəli məktubdan görünür ki, JN-284 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının arxiv nüsxəsi yoxdur və həmin dövlət aktı haqqında heç bir məlumat aşkar edilməmişdir.
19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir.Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1(bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır).
21. Aqrar İslahat Komissiyası tərəfindən vətəndaşlara pay torpaqları ayrıldığı dövrdə, iddiaçı islahat zamanı onun ailəsinə təhvil verilmiş pay torpaq sahəsinə dair qərarın qəbul edilməməsi ilə bağlı aqrar islahat komissiyasının hərəkətlərindən şikayət etmək hüququ olmuş, lakin o bu hüququndan istifadə etməmişdir.
22. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür.
23. Göründüyü kimi hazırda aqrar islahat komissiyaları artıq fəaliyyət göstərmir, yerli icra hakimiyyəti orqanlarının isə aqrar islahat zamanı ayrılmayan torpaq sahəsini ayırmaq səlahiyyəti qanunla nəzərdə tutulmamışdır.
24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.
25. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(118)-2200/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.