Məhkəmə qərarları › İş №2-1(105)-208/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-208/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-208/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “onun ərizəsinin icrasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli, **********74 nömrəli məktubla verilmiş cavabın qanunsuz hesab edilməsi və həmin idarənin üzərinə üçüncü şəxs X4 xx.xx.2015-ci il tarixli, AN-İ №0510506 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışında və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi **********31-12301 olan Texniki Pasportunda, həmçinin onun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********1706101- 083002 olan Texniki Pasportunda düzəlişlərin edilməsi, həmçinin təxliyyə pilləkənlərinin adlarının və çıxış istiqamətlərinin göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(118)-815/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ərizəsində qeyd olunan halların ciddi araşdırılaraq X4 xx.xx.2015-ci il tarixli AN-1 № 0510506, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan Çıxarış və Texniki Pasportuna, həmçinin onun adına olan xx.xx.2015-ci il tarixli inventar nömrəsi 9949, reyestr **********17-**********2 olan texniki pasportuna düzəliş edilərək mülkiyyətində olan bina ətrafında yerləşən torpaq sahəsinin qüvvədə olan qanunvericiliyə uyğun ölçüdə istifadəsində olan torpaq sahəsi kimi göstərilməsinin təmin edilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan əmlak qeyri-yaşayış binasının tərkib hissəsi olan sahədir. Qeyri-yaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə bağlı hər hansı bir məlumat çıxarış və texniki pasportda əks olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsində icraat

3. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin onun ərizəsinin icrasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli **********74 nömrəli məktubla verilmiş cavabın qanunsuz hesab edilməsi və həmin idarənin üzərinə üçüncü şəxs X4 xx.xx.2015-ci il tarixli AN-İ №0510506 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışında və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi **********31-12301 olan Texniki Pasportunda, həmçinin onun adına olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********17-**********2 olan Texniki Pasportunda düzəlişlərin edilməsi, həmçinin təxliyyə pilləkənlərinin adlarının və çıxış istiqamətlərinin göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 iyul 2015-ci il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat kontorunda təsdiq edilmiş AN-İ №0510507 saylı alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayon X1 şəhəri, H.B.Zərdabi küçəsi, 4 ünvandaki kooperativin istifadəsində olan 0,10345 ha torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli qeyri yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 280.9 kv.m qeyri yaşayış sahəsini satın almışdır. Həmin müqaviləyə əsasən cavabdeh orqan tərəfindən satın aldığı qeyriyaşayış sahəsinə dair iddiaçının adına xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX serialı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın X11 və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9949, reyestr nömrəsi **********1706101-083002 olan Texniki Pasport verilmişdir. Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 280,9 kv.m göstərilsə də, torpaq sahəsi ilə bağlı qrafalar boş saxlanılmışdır. Texniki Pasportunda da yalnız binanın (tikilinin) texniki təsviri verilmiş, bina ətrafı torpaq sahəsi qonşu torpaq sahəsi kimi göstərilmişdir. Həmçinin xx.xx.2015-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat Kontorunda təsdiq edilmiş AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X3 rayon X1 şəhəri, H.Zərdabi küçəsi, 4 ünvandaki kooperativin istifadəsində olan 0.10345 ha torpaq sahəsi üzərində yerləşən 555.6 kv.m qeyri yaşayış sahəsi (anbar binaları) satın almışdır. İddiaçının müqaviləyə əsasən cavabdeh orqan tərəfindən T.N.Hüseynovun satın aldığı qeyri-yaşayış sahəsinə dair onun adına xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX serialı, ******* nömrəli X9 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 9948, reyestr nömrəsi 30201 1012031-12301 olan Texniki Pasport verilmişdir, Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 472.9 kvm və torpaq sahəsinin ölçüsü 0.05556 ha göstərilir. Texniki Pasportun “Torpaq sahəsinin planı’’ bölməsində üçüncü şəxsin mülkiyyətinə verilmiş anbar binaların yerləşdiyi torpaq sahəsinin ölçüsü 1395.6 kvm göstərilməklə mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının qarşısından keçən H.ünvan 2an 3 tərəfi binaya bitişik vəziyyətdə üçüncü şəxs X4 istifadəsində olan torpaq sahəsi kimi ştrixlənmişdir. xx.xx.2015-ci ildə həm iddiaçı ilə 280.9 kv.m qeyri-yaşayış sahəsinə, həm də üçüncü şəxs X6 555.6 kv.m tikinti altı sahəsi olan anbar binaların satılmasına dair müqavilə bağlanmazdan əvvəl Xaçmaz şəhəri, H.ünvan 3 ünvanda yerləşən qeyri yaşayış binasına dair Xaçmaz rayon X5 adına olmuş xx.xx.2014-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışda həmin qeyri-yaşayış binasının ümumi sahəsi 824 kv.m və torpaq sahəsinin ölçüsü 0.10345 ha göstərilməklə torpaq sahəsinin mülkiyyət növü “Dövlət”, torpaq sahəsinin hüququn növü “istifadədə” göstərilmişdir. xx.xx.2015-ci ildə Xaçmaz rayon İstehsal-İstehlak Kooperativi ilə üçüncü şəxs X8 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən sonuncuya tikintialtı sahə 555.6 kv.m olan qeyri yaşayış sahəsi-anbar binaları satılmışdır, yəni ona hər hansı torpaq sahəsi satılmamışdır. Buna baxmayaraq cavabdeh orqan üçüncü şəxs X4 adına verilmiş Texniki pasportunda onun istifadədə olan torpaq sahəsinin ölçüsünü 1395.6 kvm göstərməklə iddiaçının mülkiyyətində olan binanın 3 tərəfdən bitişik vəziyyətdə onun istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. İddiaçı rəsmi ərizə ilə cavabdeh orqana müraciət edərək göstərilən qanunsuzluqların aradan qaldırılması, üçüncü şəxs X4 alqı-satqı müqaviləsinə əsasən satın aldığı əmlakına uyğun adına olan Çıxarış və texniki pasportuna, həmçinin adına olan Texniki Pasportuna düzəlişlər edilərək mülkiyyətində olan bina ətrafında yerləşən torpaq sahəsinin qüvvədə olan qanunvericiliyə uyğun ölçüdə istifadəsində olan torpaq sahəsi kimi göstərilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********74 nömrəli cavab məktubu ilə iddiaçıya rədd cavabı verilmişdir. Həmin cavab məktubunda qeyd olunur ki, ərizədə qeyd olunan əmlak qeyri yaşayış binasının tərkib hissəsi olan sahədir, qeyri yaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə bağlı hər hansı bir məlumat, Çıxarış və Texniki Pasporta əks olunmur. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının satın aldığı qeyri yaşayış sahəsi inzibati bina olmaqla əsas tikilidir, üçüncü şəxs X2 aldığı anbar binaları isə həmin inzibati binanın yardımçı tikililəridir. Necə olur ki, həmin alqı-satqı müqavilələri bağlanmazdan əvvəl Xaçmaz rayon X5 mülkiyyətində olmuş, ümumi sahəsi 824 kv.m olan qeyri yaşayış binasının yerləşdiyi 0.10345 ha torpaq sahəsi inzibati binanın alıcısı kimi iddiaçının adına olan Texniki Pasportunda deyil, yardımçı tikililəri almış üçüncü şəxs X4 adına olan Texniki Pasportunda onun istifadəsində olan torpaq sahəsi kimi göstərilmişdir. Xaçmaz şəhəri, H.ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli inzibati bina bütövlükdə iddiaçının mülkiyyətindədir. Binanın yanğın zamanı təxliyə qapıları inzibati binanın arxa tərəfinə açılmaqla hazırda üçüncü şəxs X4 istifadəsində olan torpaq sahəsi kimi göstərilmiş əraziyə düşür. Bundan da əlavə inzibati binanın su və kanalizasiya sistemləri binanın arxa hissəsi ilə H.Zərdabi küçəsi ilə keçən ümumi xəttlərə qoşulur. Həmin torpaq sahəsi üçüncü şəxs X4 istifadəsində olan torpaq sahəsi kimi göstərildiyindən o, gələcəkdə iddiaçını həmin torpaq sahəsinə girməyə qadağan edə bilər, həmçinin baş verilə biləcək yanğın və s. hadisələr zamanı xüsusi texnikanın həmin əraziyə keçməsinə maneçilik törədə bilər.

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, İsayev X12 şəhəri, Həsənbəy Zərdabi küçəsində yerləşən qeyri yaşayış sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına dair çıxarışda və texniki pasportda düzəliş edilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli ərizə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********74 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sizin Xaçmaz şəhəri, Həsənbəy Zərdabi küçəsində yerləşən qeyriyaşayış sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarınıza dair çıxarışda və texniki pasportda düzəliş edilməsi barədə xx.xx.2020-ci il tarixli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsində baxılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan əmlak qeyri-yaşayış binasının tərkib hissəsi olan sahədir. Qeyriyaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə bağlı hər-hansı bir məlumat çıxarış və texniki pasportda əks olunmur. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş və həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişin edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Bundan əlavə İddiaçı adına verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* seriyalı, **********17-06101-083002 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışda göstərilən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə X8 və "Bank Avrasiya” ASC, xx.xx.2021-ci il tarixli qərardadı ilə isə Xaçmaz rayon İstehsal- İstehlak Kooperativi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində işə cəlb edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(118)815/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İsmayıl Quliyev)

8. Məhkəmə iddia tələbinin təmin edilməməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan qeydiyyat orqanıdır və iddiçının təqdim etdiyi alğısatqı əsasında qeydiyyat aparmışdır. Mübahisə predmeti olan torpaq sahəsi isə dövlət mülkiyyətində olduğuna görə, iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqların əldə edilməsini torpaq sahəsi üzərində hüquqlara və istifadəyə nəzarət edən orqandan tələb edə bilər. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət torpaqlarına nəzarət edən və dövlət torpaqlarının özəlləşdirilməsini həyata keçirən orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsidir. Eyni zamanda mövcud qanunvericiliyə əsasən özəlləşdirilmiş dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələri ilə bağlı hüquqlara nəzarət edən orqan Əmlak Məsələləri Dövlət Komitəsi olduğuna görə iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(105)-146/2022 nömrəli qərarı ilə (sədrlik edən Z.T.Məmmədov, hakimlər H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(118)-815/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır

11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı Xaçmaz rayon İstehsal-İstehlak Kooperativindən həmin müəssisənin adına özəlləşdirilmiş daşınmaz əmlakın əsas hissəsini satın almışdır. Lakin, alğı-satqının predmeti torpaq sahəsi olmamışdır və mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Əlavə olaraq qərarda qeyd edilmişdir ki, daşınmaz əmlaka dair texniki sənəd olan texniki pasport məhz dövlət reyestrində müvafiq daşınmaz əmlaka dair qeydiyyata alınmış hüquqların təsvirini və texniki göstəricilərini özündə əks etdirir. İddiaçının texniki pasportuna düzəliş edilməsini tələb etdiyi və bütövlükdə onun mülkiyyətində olduğunu göstərdiyi H.ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli inzibati binanın hər bir mərtəbəsinə dair ayrı-ayrı çıxarışlarla həmin binanın yerləşdiyi torpaq sahəsinə dair iddiaçının hər-hansı hüququ qeydiyyata alınmadığından və həmin texniki pasport daşınmaz əmlakın iş materiallarında olan texniki sənədlər üzrə vəziyyətinə uyğun tərtib edildiyindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

c) kassasiya instansiyası məhkəməsində icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(102)-1858/2022 nömrəli qərarı ilə (sədrlik edən R.Nəbizadə, hakimlər S.Kərimov və Z.Quliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(105)-146/2022 nömrəli qərarı iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsi ilə bağlı xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsinin rədd olunması hissəsində ləğv edilmiş, bu hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin olunmamışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayətində işin hallarına və birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticəyə istinad edərək göstərmişdir ki, cavabdeh hansı əsasla üçüncü şəxs T.Hüseynovun adına olan çıxarışında və texniki pasportunda onu istifadəsində olan torpaq sahəsini göstərir hansı ki, o yardımçı tikililər olan anbar binaları satın almışdır, iddiaçı isə əsas tikili olan qeyri-yaşayış binasını satın aldığı halda sənədlərdə istifadəsində olan torpaq sahəsi göstərilməmişdir. İddiaçı apellyasiya şikayətində daha sonra Mülki Məcəllənin 243.1 və 243.2-ci maddələrinə (Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlak mülkiyyət hüququ başqa şəxsə keçərkən o, torpaq sahəsinin müvafiq hissəsində istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlə və eyni həcmdə əldə edir. Torpaq sahəsi mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.) istinad edərək göstərir ki, işə baxmış məhkəmə mübahisənin həllində həmin maddi hüquq normalarını tətbiq etməklə iddia tələbini təmin etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və Ali Məhkəmə qərarında göstərilən mövqe nəzərə alınmaqla iddianın iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsi ilə bağlı xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsi hissəsində təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və Ali Məhkəmə qərarında göstərilən mövqe nəzərə alınmaqla iddianın iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsi ilə bağlı xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsi hissəsində təmin edilməsini xahiş etdi. 18 Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 iddianın iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsi ilə bağlı xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsi hissəsində təmin edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı.

19. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəlirinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı (çıxarışın verildiyi zaman qüvvədə olmuş redaksiya) 2.1. Nümunəsi bu sənədin 1 nömrəli əlavəsində göstərilən dövlət reyestrindən çıxarışda aşağıdakılar göstərilir: ... 2.1.10. torpaq sahəsinin mülkiyyət növü; 2.1.11. torpaq sahəsi üzərində hüququn növü; 2.1.12. torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı); ...

21. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 18 iyun 2020-ci il tarixli, 1142 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı: (hazırda qüvvədə olan redaksiya) 2.1. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: ... 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11. torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); ...

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi ... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(118)-815/2021 nömrəli qərarı iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsi ilə bağlı xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir.

26. Birinci instansiya məhkəməsi iddianı iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsi ilə bağlı xx.xx.2015ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsi hissəsində rədd edərkən ona istinad etmişdir ki, iddiaçı Xaçmaz rayon İstehsal-İstehlak Kooperativindən həmin müəssisənin adına özəlləşdirilmiş daşınmaz əmlakın əsas hissəsini satın almışdır. Lakin alğı-satqının predmeti torpaq sahəsi olmamışdır və mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Hazırkı cavabdeh orqan qeydiyyat orqanıdır və iddiçının təqdim etdiyi alğı-satqı əsasında qeydiyyat aparmışdır. Mübahisə predmeti olan torpaq sahəsi isə dövlət mülkiyyətində olduğuna görə, iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqların əldə edilməsini torpaq sahəsi üzərində hüquqlara və istifadəyə nəzarət edən orqandan tələb edə bilər. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət torpaqlarına nəzarət edən və dövlət torpaqlarının özəlləşdirilməsini həyata keçirən orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsidir. Eyni zamanda mövcud qanunvericiliyə əsasən özəlləşdirilmiş dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələri ilə bağlı hüquqlara nəzarət edən orqan Əmlak Məsələləri Dövlət Komitəsi olduğuna görə iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və bu nəticəyə dair əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir. Belə ki, 2015-ci ilin 9 iyul tarixində imzalanmış alqı-satqı müqaviləsində iddiaçının satıcı Xaçmaz rayon İstehsal-İstehlak Kooperativindən istifadədə olan 0.10345 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 280.9 kv.m olan qeyr-yaşayış sahəsini alması müəyyən edilmişdir.

28. İddiaçıya aid xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda Xaçmaz şəhəri, H.ünvan 5 ünvanda yerləşən 376 kv.m qeyri yaşayış sahəsinə (2-ci mərtəbə) iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Çıxarışda torpaq sahəsinə dair məlumatlar göstərilməmişdir.

29. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanına əsasən dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) göstərilməlidir.

30. Həmçinin, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 18 iyun 2020-ci il tarixli, 1142 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri) göstərilməlidir.

31. Lakin iş materiallarında olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m. qeyri yaşayış sahəsinə dair xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq sahəsinin kateqoriyası göstərilməmişdir.

32. Cavabdeh etirazında bildirmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ərizəsində qeyd olunan əmlak qeyri-yaşayış binasının tərkib hissəsi olan sahədir, qeyri-yaşayış sahəsi binanın tərkib hissəsi olduğu üçün torpaq sahəsi ilə bağlı hər-hansı bir məlumat çıxarışda əks olunmur. Birinci instansiya məhkəməsi isə cavabdehin dəlili ilə bağlı adı çəkilən Fərmanların tələbinə uyğun araşdırma aparmamış və iddianə qeyd edilən hissədə rədd etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanının və həmin Fərmanda dəyişiklik edilməsi haqqında 18 iyun 2020-ci il tarixli, 1142 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərinə əsasən iddianın iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsi ilə bağlı xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsi hissəsində iddia tələbi təmin edilərək torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq sahəsinin kateqoriyasının göstərilməsi üçün əsaslar mövcuddur.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(118)-815/2021 nömrəli qərarı iddianın “iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsi ilə bağlı xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Çıxarışa torpaq sahəsi ilə bağlı düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, H.ünvan 1 ünvanda yerləşən 280.9 kv.m qeyri yaşayış sahəsinə dair xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Çıxarışda torpaq sahəsinə dair düzəliş edilərək torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, torpaq sahəsinin kateqoriyasının göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar