Məhkəmə qərarları › İş №2-1(105)-21/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-21/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-21/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Babayeva Hökümə Çingiz qızı, Hakimlər X10 və X8 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X6rşı xx.xx.2019-cu il tarixli, **********3190575 saylı qərarın qismən (əmlak vergisi hissəsində) ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)-1698/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X6rşı cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli **********190575 nömrəli qərarın qismən (əmlak vergisi hissəsində) ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1698/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, 3 saylı X11 tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli **********190575 nömrəli qərarın qismən, əmlak vergisi üzrə 351421,73 manat və həmin vergiyə görə maliyyə sanksiyası üzrə 175710,86 manat məbləğ hissələrində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim Z.Pirverdiyev) Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X11 apelyasiya şikayəti verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)-1698/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı tərəflər mübahisəni sülh yolu ilə həll etmək istədiklərini bəyan etmiş, yazılı formada tərtib və təsdiq edilmiş barışıq sazişini məhkəməyə təqdim etmişlər. Belə ki, İddiaçı MMC (VÖEN ********** bundan sonra bu mətndə İddiaçı” adlanacaq), nizamnamə əsasında fəaliyyət göstərən Baş direktoru X3 şəxsində bir tərəfdən və Azərbaycan Respublikası 3 saylı X11 (bundan sonra bu mətndə “Cavabdeh” adlanacaq), İdarənin rəisi X1 şəxsində - digər tərəfdən (birlikdə “Tərəflər"' adlanacaqlar) aşağıdakı şərtlərlə hazırki Barışıq Sazişini (bundan sonra bu mətndə “bu Saziş” adlanacaq) bağlayırlar:

1. Tərəflər təsdiq edirlər ki, özlərinin tərəf olduqları və Sumqayıt Apellyaşiya Məhkəməsinin icraatında olan 2-1(105)-231/2020 nömrəli inzibati mübahisəyə dair işin barışıqla başa çatdırılması haqqında razılığa gəliblər.

2. Tərəflər təsdiq edirlər ki, iddiaçıya məxsus olan, Quba rayonu, Əski İqriq kənd ərazisində yerləşən “X17” kompleksinin (“Əmlak”) hüquqi şəxslərin əmlak vergisi üzrə vergiyə cəlb edilməsi üçün Əmlakın vergiyə cəlb olunan dəyəri satışların müqayisəsi, gəlirlilik və xərc metodlarının kompleks istifadəsi ilə hesablanmaqla 2017-ci ilin əvvəlinə 36.484.000 manat (otuz altı milyon dörd yüz səksən dörd manat), 3% amortizasiya norması ilə 1.094.520 manat (bir milyon doxsan dörd min beş yüz iyirmi manat) amortizasiya çıxılandan sonra 2017-ci ilin sonuna 35.389.480 manat (otuz beş milyon üç yüz səksən doqquz min dörd yüz səksən) təşkil edir. Ərazidə asfaltlanma əmlak vergisinə cəlb edilən Əmlaka aid edilmədiyindən, bu qiymətə daxil deyildir.

3. Tərəflər təsdiq edirlər ki, 2017-ci il üzrə Əmlak üzrə iddiaçının ödəməli olduğu əmlak vergisi 239.578,26 manat (iki yüz otuz doqquz min beş yüz yetmiş səkkiz manat 26 qəp.) təşkil edir (ilin əvvəlinə qalıq dəyəri 36.484.000 man. + ilin sonuna qalıq dəyəri 35.389.480 man./24*8*1%).

4. Tərəflər təsdiq edirlər ki, əmlakdan başqa iddiaçıya məxsus əmlak vergisinə cəlb edilən digər əsas vəsaitlərin 2017-ci ilin əvvəlinə olan dəyəri (nəqliyyat vasitələri nəzərə alınmadan) 118.447,50 manat (bir yüz on səkkiz min dörd yüz qırx yeddi manat əlli qəpik) təşkil etmişdir.

5. Tərəflər təsdiq edirlər ki, əmlak vergisinə cəlb edilən əmlakın və iddiaçıya məxsus digər əsas vəsaitlərin cəmi dəyəri aşağıdakı kimi olmuşdur: -2017-ci ilin əvvəlinə - 36.602.447,50 manat (36.484.000 man.+ 118.447,50 man.) -müvafiq amortizasiya normaları ilə 1.118.557,52 manat (1.094.520 manat+24.037,52 man.) amortizasiya çıxılandan sonra 2017-ci ilin sonuna bütün əsas vəsaitlərinin (nəqliyyat vasitələri nəzərə alınmadan) 35.483.889,98 manat.

6. Tərəflər təsdiq edirlər ki, 2017-ci il üzrə əmlak vergisi iddiaçıya məxsus bütün əsas vəsaitlər (nəqliyyat vasitələri nəzərə alınmadan) üzrə cəmi əmlak vergisi 240.287,79 manat (iki yüz qırx min iki yüz səksən yeddi manat 79 qəp.) təşkil edir. 7.Tərəflər təsdiq edirlər ki, bu Saziş imzalananadək iddiaçı 2017-ci ilə aid əmlak vergisi üzrə 87.325,09 manat məbləği artıq müvafiq qaydada ödəmişdir. Həmin ödənilmiş məbləğ çıxılandan sonra iddiaçının 2017-ci il üzrə cəmi əmlak vergisi üzrə qalıq borcu 152,962,70 manat (bir yüz əlli iki min doqquz yüz altmış iki manat 70 qəp.) təşkil edir. 8.Tərəflər təsdiq edirlər ki, 2017-ci ilə aid ödənilməmiş əmlak vergisinə görə sanksiya 76.481,35 manat (152,962,70 man.+50%) təşkil edir. 9.Beləliklə, 2017-ci ilə aid əmlak vergisi və sanksiya üzrə iddiaçının cəmi borcu 229.444,05 manat (iki yüz iyirmi doqquz min dörd yüz qırx dörd manat 05 qəp.) təşkil edir. 10.Tərəflər təsdiq edirlər ki, bu X7 Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra Cavabdeh tərəfindən İddiaçının bank hesabındakı pul . vəsaitləri üzərinə qoyduğu sərəncam ləğv edilir, İddiaçı isə bu Sazişin 9-cu bəndində göstərilən əmlajüvergisi üzrə qalıq borcu məbləğini ödəyir. 11.Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalanandan sonra ən qısa müddət ərzində bu sənəd Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim ediləcək, onun təsdiq edilməsi və 2-1(105)- 231/2020 nömrəli inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilməsi haqqında müraciət edəcəklər. 12.Tərəflər təsdiq edirlər ki, bu X2 Məhkəməsi tərəfindən təsdiq edilməsindən və bu Sazişdə nəzərdə tutulmuş qalıq vergi borcu İddiaçı tərəfindən ödəniləndən sonra Əmlakla bağlı 2017-ci ilə aid əmlak vergisi və sanksiyalar üzrə bütün hesablaşmalar, habelə Əmlakın dəyəri barədə mübahisə başa çatmış hesab edilir. 13.Bu Sazişi tərəflərdən hər hansı biri icra etmədikdə yaxud lazımınca icra etmədikdə, qarşı Tərəf onun icrasını qanunla nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldə bilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi barışıq sazışının təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehinin nümayəndəsi də tərəflərin mübahisəni məhkəmədən kənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədi ilə barışıq sazişi bağladığını bildirərək, həmin barışıq sazişini təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, bağlanmiş Barışıq Sazişi təsdiq olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-in) 15.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 66-ci maddəsinə əsasən, mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. Barışıq sazişinin bağlanılması ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunvericiliyə zidd olduğu hallarda, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər. Protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir. Göründüyü kimi, İPM-in 66-cı maddəsində barışıq sazişinin təsdiqlənməsindən imtina edilməsi üçün əsaslar nəzərdə tutulmuşdur. Hazırkı işdə barışıq sazişinin təsdiqlənməsindən imtina üçün əsas olan hallar müəyyən edilməmişdir. Belə ki, tərəflərin barışıq sazişinin şərtləri ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunvericiliyin tələblərinə zidd deyil, eləcə də mübahisənin həlli xüsusi ictimai maraq kəsb etmir. Barışıq sazişi tərəflərin iradə ifadəsinə uyğundur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı barışıq sazişinin təsdiqlənməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edilmədiyindən barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 66 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Tərəflər arasında aşağıdakı məzmunda bağlanmış xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər təsdiq edirlər ki, özlərinin tərəf olduqları və Sumqayıt Apellyaşiya Məhkəməsinin icraatında olan 2-1(105)-231/2020 nömrəli inzibati mübahisəyə dair işin barışıqla başa çatdırılması haqqında razılığa gəliblər.

2. Tərəflər təsdiq edirlər ki, iddiaçıya məxsus olan, Quba rayonu, Əski İqriq kənd ərazisində yerləşən “X17” kompleksinin (“Əmlak”) hüquqi şəxslərin əmlak vergisi üzrə vergiyə cəlb edilməsi üçün Əmlakın vergiyə cəlb olunan dəyəri satışların müqayisəsi, gəlirlilik və xərc metodlarının kompleks istifadəsi ilə hesablanmaqla 2017-ci ilin əvvəlinə 36.484.000 manat (otuz altı milyon dörd yüz səksən dörd manat), 3% amortizasiya norması ilə 1.094.520 manat (bir milyon doxsan dörd min beş yüz iyirmi manat) amortizasiya çıxılandan sonra 2017-ci ilin sonuna 35.389.480 manat (otuz beş milyon üç yüz səksən doqquz min dörd yüz səksən) təşkil edir. Ərazidə asfaltlanma əmlak vergisinə cəlb edilən Əmlaka aid edilmədiyindən, bu qiymətə daxil deyildir.

3. Tərəflər təsdiq edirlər ki, 2017-ci il üzrə Əmlak üzrə iddiaçının ödəməli olduğu əmlak vergisi 239.578,26 manat (iki yüz otuz doqquz min beş yüz yetmiş səkkiz manat 26 qəp.) təşkil edir (ilin əvvəlinə qalıq dəyəri 36.484.000 man. + ilin sonuna qalıq dəyəri 35.389.480 man./24*8*1%).

4. Tərəflər təsdiq edirlər ki, əmlakdan başqa iddiaçıya məxsus əmlak vergisinə cəlb edilən digər əsas vəsaitlərin 2017-ci ilin əvvəlinə olan dəyəri (nəqliyyat vasitələri nəzərə alınmadan) 118.447,50 manat (bir yüz on səkkiz min dörd yüz qırx yeddi manat əlli qəpik) təşkil etmişdir.

5. Tərəflər təsdiq edirlər ki, əmlak vergisinə cəlb edilən əmlakın və iddiaçıya məxsus digər əsas vəsaitlərin cəmi dəyəri aşağıdakı kimi olmuşdur: -2017-ci ilin əvvəlinə - 36.602.447,50 manat (36.484.000 man.+ 118.447,50 man.) -müvafiq amortizasiya normaları ilə 1.118.557,52 manat (1.094.520 manat+24.037,52 man.) amortizasiya çıxılandan sonra 2017-ci ilin sonuna bütün əsas vəsaitlərinin (nəqliyyat vasitələri nəzərə alınmadan) 35.483.889,98 manat.

6. Tərəflər təsdiq edirlər ki, 2017-ci il üzrə əmlak vergisi iddiaçıya məxsus bütün əsas vəsaitlər (nəqliyyat vasitələri nəzərə alınmadan) üzrə cəmi əmlak vergisi 240.287,79 manat (iki yüz qırx min iki yüz səksən yeddi manat 79 qəp.) təşkil edir. 7.Tərəflər təsdiq edirlər ki, bu Saziş imzalananadək iddiaçı 2017-ci ilə aid əmlak vergisi üzrə 87.325,09 manat məbləği artıq müvafiq qaydada ödəmişdir. Həmin ödənilmiş məbləğ çıxılandan sonra iddiaçının 2017-ci il üzrə cəmi əmlak vergisi üzrə qalıq borcu 152,962,70 manat (bir yüz əlli iki min doqquz yüz altmış iki manat 70 qəp.) təşkil edir. 8.Tərəflər təsdiq edirlər ki, 2017-ci ilə aid ödənilməmiş əmlak vergisinə görə sanksiya 76.481,35 manat (152,962,70 man.+50%) təşkil edir. 9.Beləliklə, 2017-ci ilə aid əmlak vergisi və sanksiya üzrə iddiaçının cəmi borcu 229.444,05 manat (iki yüz iyirmi doqquz min dörd yüz qırx dörd manat 05 qəp.) təşkil edir. 10.Tərəflər təsdiq edirlər ki, bu X7 Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra Cavabdeh tərəfindən İddiaçının bank hesabındakı pul . vəsaitləri üzərinə qoyduğu sərəncam ləğv edilir, İddiaçı isə bu Sazişin 9-cu bəndində göstərilən əmlajüvergisi üzrə qalıq borcu məbləğini ödəyir. 11.Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalanandan sonra ən qısa müddət ərzində bu sənəd Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim ediləcək, onun təsdiq edilməsi və 2-1(105)- 231/2020 nömrəli inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilməsi haqqında müraciət edəcəklər. 12.Tərəflər təsdiq edirlər ki, bu X2 Məhkəməsi tərəfindən təsdiq edilməsindən və bu Sazişdə nəzərdə tutulmuş qalıq vergi borcu İddiaçı tərəfindən ödəniləndən sonra Əmlakla bağlı 2017-ci ilə aid əmlak vergisi və sanksiyalar üzrə bütün hesablaşmalar, habelə Əmlakın dəyəri barədə mübahisə başa çatmış hesab edilir. 13.Bu Sazişi tərəflərdən hər hansı biri icra etmədikdə yaxud lazımınca icra etmədikdə, qarşı Tərəf onun icrasını qanunla nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldə bilər. Hazırki iş üzrə icraata xitam verilsin. Bu qərardad, xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi, onda göstərilən müddətlərdə könüllü olaraq icra olunmadıqda, müvafiq icra vərəqəsinin verilməsi və barışıq sazişinin məcburi icra olunması üçün əsasdır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar