Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-21/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın bir hissəsinin mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X7 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının prosessual hüquqi varisi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv edilməsi, torpaq sahəsinin onun və mərhum həyat yoldaşı X2 adına mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqla çıxarış, torpağın plan ölçüsü və sair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin bir vəzifə kimi cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1972/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qusar rayon AİK-nın 10 aprel 1998-ci il tarixli. 15 nömrəli qərarı ilə mənim və mərhum həyat yoldaşım X2 mülkiyyətinə verilmiş 3.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (Qusar rayon Əcəxunoba kəndində yerləşən 250 M nömrəli 12500.02 kv.m hissəsi, Qusar rayonunun Əcəxur palasa kəndində yerləşən 250 V nömrəli 8289.99 kv.m hissəsi və Qusar rayonu, Əcəxur kəndində yerləşən 0250 və 250 D nömrəli 5088.01 kv.m və 5213.00 kv.m hissələri) iddiaçının, yəni İddiaçı və mərhum həyat yoldaşı X2 adına dövlət qeydiyyatına alınaraq hüquqmüəyyənedici sənədlər (mülkiyyət sənədi, çıxarış və s.) verilməsi öhdəliyinin bir vəzifə kimi cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN 0482 nömrəli, 30104018 kodlu, 2006-cı il tarixli İddiaçı və mərhum həyat yoldaşı X2 mülkiyyətinə 1,03 ha torpaq sahəsi verilməsinə dair “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv edilməsi və Qusar rayon AİK-nın 10 aprel 1998-ci il tarixli qərarı və JN 250 nömrəli, 30104018 kodlu, 23 oktyabr 1998-ci il tarixli Dövlət Aktı ilə İddiaçı və mərhum həyat yoldaşı X2 mülkiyyətinə verilmiş, Qusar rayonun Əcəxur kəndində yerləşən 0250 nömrəli 5088,01 kvadrat metr, və 250D nömrəli 5213,00 kvadrat metr, Qusar rayonun Əcəxur palasa kəndində yerləşən 250V nömrəli 8289,99 kvadrat metr və Qusar rayonun Əcəxuroba kəndində yerləşən 250M nömrəli 12500,02 kvadrat metr torpaq sahələri, cəmi 3,11 ha torpaq sahəsinin İddiaçı və mərhum həyat yoldaşı X2 adlarına mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqla çıxarış, torpağın plan ölçüsü və sair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin bir vəzifə kimi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə onun və mərhum həyat yoldaşı X2 mülkiyyətinə 3.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN 250 nömrəli 30104018 saylı, 23 oktyabr 1998-ci il tarixli dövlət aktı işlənmişdir. Mülkiyyətlərinə verilmiş 3.11 ha torpaq sahəsinin 250M nömrəli 12500.02 kv.m hissəsi Qusar rayonu, Əcəxuroba kəndində, 250V nömrəli 8289.99 kv.m hissəsi Qusar rayonu, Əcəxuroba palasa kəndində və 050 və 250D nömrəli 5088.01 kv.m və 5213.00 kv.m hissələri isə Qusar rayonu, Əcəxur kəndində yerləşir. Mülkiyyətlərinə verilmiş 3.11 ha torpaq sahəsinin 250M nömrəli 12500.02 kv.m hissəsi Qusar rayonu, Əcəxuroba kəndində yerləşən hissəsini cavabdeh xəbərləri olmadan X5 adına qeydiyyata almış və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61 nömrəli çıxarış vermiş və mülkiyyətlərində olan Qusar rayonu, Əcəxuroba palasa kəndində yerləşən 250V nömrəli, 8289.99 kv.metr hissəsini X4 adına qeydiyyata alıb, xx.xx.2011ci il tarixli, ********** qeydiyyat nömrəli, MA seriyalı, ******* nömrəli çıxarış və digər hüquqmüəyyənedici sənədləri vermişdir. Mülkiyyətlərinə verilmiş 250 M nömrəli 12500.02 kv.m. və 250 V nömrəli 8289.99 kv.m. torpaq sahəsinə X5 və X4 adına qeydiyyata alınması və hüquqmüəyyənedici sənədlərin verilməsinə əsas kimi müvafiq olaraq xx.xx.2006-cı il tarixli 2-175 saylı məhkəmə qətnaməsi və Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 3-604A/2006 saylı qətnamələri göstərilmişdir. Lakin Qusar Rayon Məhkəməsinə göndərdikləri sorğulara cavab olaraq bildirilmişdir ki, mülkiyyətlərində olan torpaq sahələrinin X5 və X4 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2006-cı il tarixli 2-175 saylı və xx.xx.2006-cı il tarixli 3-604A/2006 saylı qətnamələr Qusar Rayon Məhkəməsi tərəfindən heç vaxt qəbul edilməmişdir. Beləliklə məlum olmuşdur ki, mülkiyyətlərində olan Əcəxuroba kəndində yerləşən 250 M nömrəli 12500.02 kv.m torpaq sahəsi X5 adına və Qusar rayonunun Əcəxur palasa kəndində yerləşən 250 V nömrəli 8289.99 kv.m. torpaq sahəsi isə X4 adına saxta məhkəmə qətnaməsi göstərməklə qeydiyyata alınmış və digər hüquqmüəyyənedici sənədlər verilmişdir. Onlar mübahisəli torpaq sahələrini öz mülkiyyətləri kimi qeydiyyata alınması məqsədilə onun və mərhum ərinin xəbəri olmadan DƏDRXnin 5 saylı Ərazi İdarəsinə saxta məhkəmə qətnamələri göndərməklə 3.11 ha torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair JN 250 nömrəli 30104018 kodlu 23 oktyabr 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını ləğv etmiş və adlarına yeni JN 482 nömrəli 30104018 kodlu 2006-cı il tarixli Dövlət Aktı işlənmişdir ki, həmin Dövlət Aktında əvvəlki aktda olan 250 M nömrəli 12500.02 kv.m. və 250 V nömrəli 8289.99 kv.m. sahələri göstərilməmişdir. Qanunsuz və əsassız qeyd olunan torpaq sahələrinə X5 və X4 adına verilmiş çıxarış və sair hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək, ləğv edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatı zamanı məlum olmuşdur ki, Qusar rayonunun Əcəxuroba kəndində yerləşən 250 M nömrəli 12500.02 kv.m torpaq sahəsinin X5 adına qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli xx.xx.2018-ci il tarixli çıxarış hüquq sahibinin ********** qeydiyyat nömrəli ərizəsi əsasında ləğv edlimişdir. (DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********62 nömrəli məktubu). Qusar rayonunun Əcəxur palasa kəndində yerləşən 250 V nömrəli 8289.99 kv.m. torpaq sahəsi hissəsinin X4 adına qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli MA ******* seriyalı xx.xx.2011-ci il tarixli çıxarış Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(029)-256/2017 saylı icra vərəqəsinə əsasən ləğv olunmuşdur. (DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********84 nömrəli məlumatı). Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata xitam vermiş və ilkin sənəddə göstərilən cəmi 3.11 ha torpaq sahələrinin sənədlərinin bərpa edilməsi üçün ƏMDX DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi məsləhət görülmüşdür. Qeyd olunan torpaq sahələrinə qanunsuz başqa şəxslərin adlarına verilmiş çıxarışların ləğv edilməsi ilə əlaqədar həmin torpaq sahələrinin mülkiyyətlərinə qaytarılaraq mülkiyyət sənədlərinin bərpa edilməsi, yəni Qusar rayon AİK-nın 10 aprel 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə onun və mərhum həyat yoldaşı X2 mülkiyyətinə verilmiş 3.11 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin (mülkiyyət sənədləri, çıxarış və s.) verilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdiyi zaman imtina verilmiş və məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Bu səbəbdən də hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı, Qusar rayonu Əcəxur kəndində yerləşən 3.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Ərizəniz ərazi İdarəsi tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, ərizənizdə qeyd olunan torpaq sahəsinə sizin və ailə üzvülərinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında JN-250 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət AktT 3.11 ha kimi qeydə alınmış, lakin məlumatlar (JN nömrəsi və sahə miqdarı) pozulub dəyişilərək 1.03 ha kimi JN- 482 nömrəsi ilə qeydə alınmış və "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4cü maddəsinə əsasən "Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir". Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1972/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı və mərhum həyat yoldaşı X2 mülkiyyətinə 1,03 ha torpaq sahəsinin verilməsinə dair JN 0482 nömrəli, 30104018 kodlu, 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv edilməsi, Qusar rayon AİK-nın 10 aprel 1998-ci il tarixli qərarı və JN 250 nömrəli, 30104018 kodlu, 23 oktyabr 1998-ci il tarixli Dövlət Aktı ilə İddiaçı və mərhum həyat yoldaşı X2 mülkiyyətinə verilmiş, Qusar rayonun Əcəxur kəndində yerləşən 0250 nömrəli 5088,01 kvadrat metr və 250D nömrəli 5213,00 kvadrat metr, Qusar rayonun Əcəxur palasa kəndində yerləşən 250V nömrəli 8289,99 kvadrat metr və Qusar rayonun Əcəxuroba kəndində yerləşən 250M nömrəli 12500,02 kvadrat metr torpaq sahələri, cəmi 3,11 ha torpaq sahəsi üzərində İddiaçı və mərhum X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, İddiaçı adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənizə əlavə olunmuş JN-250 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”n 250V nömrəli planşetində göstərilən 0.83 ha torpaq sahəsinə elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına çxarış verilmişdir. (X8 adına ********** qeydiyyat nömrəli, xx.xx.2023 qeydiyyat tarixli, **********88 reyestr nömrəli dövlət reyestrindən çıxarış). Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, ərizənizə əlavə olunmuş JN-250 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”n 250 nömrəli planşetində göstərilən 0.5088 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 0.22 ha ölçüdə öz əksini tapmışdır və tərəfinizdən torpaq sahəsinin azalması ilə razılaşmadığınız bildirilmişdir. Bu, səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Torpaq sahəsi ilə bağlı çatışmarnazlıqlar elektron kadastr uçotu informasiya sistemində(TEKUİS) aradan qaldırıldıqdan sonra sənədlərin icrasına qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Məhkəmə qərarı ilə ləğv edilmiş və mülkiyyət hüququ müəyyən edilmiş torpaq sahəsinin bir hissəsinə dair mülkiyyət hüququ İddiaçı tərəfindən itirilmişdir və onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icası qeyri- mümkün olacaqdır. Məhkəmə mübahisəni həll edərkən hər şeydən əvvəl daşınmaz əmlakın cavabdehin mülkiyyətdə olub-olmamasını, özgəninkiləşdirilməsini, həbsdə, yüklü olub-olmamasını və bununlada qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayəti təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının prosessual hüquqi varisi X6 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında ilkin iddia tələbini müdafiə etdiyini və bu halın nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin “JN-250 KOD 30104018 Dövlət Aktının 250 planşet nömrəsi üzrə torpaq sahəsinin 2815 kv.m. ölçüdə olan hissəsi, 250V planşet nömrəli 8289,99 kv.m. ölçüdə torpaq sahəsi, 250 M planşet nömrəli torpaq sahəsinin 100 kv.m. hissəsi üzərində həmin Dövlət Aktı əsasında yaranmış birgə mülkiyyət hüququnun mərhum şəxslər İddiaçı və X2 adına dövlət qeydiyyatına alınmaqla, yeni fomalı çıxarışın və plan və ölçü sənədinin verilməsi”nə dair təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalıdır. İndiki halda mərhum iddiaçının və hazırda onun prosessual hüquqi varisinin hüquqi marağı məhz Dövlət Aktı əsasında mərhum şəxslər İddiaçı və X3 verilmiş 3,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən yeni formalı çıxarışın verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki,Qusar Rayonu Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli 15 nömrəli qərarı ilə X2 və İddiaçı adına 3,11 ha torpaq sahəsi ayrılmış və həmin qərar əsasında onların adına JN-250 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş torpaq sahəsinin müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsi 4 hissədə yerləşir,250 planşet nömrəli 5088,01 kv.m torpaq sahəsinin 0,2815 ha hissəsi X9 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür, 0,142 ha hissəsi bələdiyyə mülkiyyəti kolluq-örüş kimi uçota alınmış, 250V planşet nömrəli 8289,99 kv.m. torpaq sahəsi bütövlükdə Zeynalov Orxana xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür, 250 M planşet nömrəli 12500,01 kv.m.ölçüdə torpaq sahəsinin 0,01 ha hissəsi X10 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi iddiaçı tərəfin hazırda mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin müvafiq hissələri üzərində başqa şəxslərin adına xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, həmin şəxslərin adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Hazırda da həmin hüquqmüəyyənedici sənədlər qüvvədədir. Belə olan halda, kollegiya qeyd edir ki, indiki halda həmin şəxslərin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, həmin hüququ təsiq edən sənədlər hazırda qüvvədə olduğundan, iddiaçı tərəfindən ilk növbədə həmin şəxslərin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehin hərəkətləri və mülkiyyət hüququnu müəyyən edən sənədlər mübahisələndirməlidir. Bu baxımından kollegiya hesab edir ki, başqa şəxslərin adına qeydə alınmış mülkiyyət hüququ və onu təsdiq edən hüquqmüəyyənedici sənədlər qüvvədə olduğundan, indiki halda iddiaçının başqa şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ mövcud olmamışdır. Qeyd edilən hallara əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddia tələbi ümumilikdə 3,11 ha torpaq sahəsinin başqa şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahələri ilə üst-üstə düşən hissəsində iddia mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına həmin hissədə düzgün hüquqi qiymət verilməmiş, işin halları tam araşdırılmamış, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi halını yoxlamadan, həmin hissədə tələbə mahiyyəti üzrə baxmışdır, bu hal isə prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin“JN-250 KOD 30104018 Dövlət Aktının 250 planşet nömrəsi üzrə torpaq sahəsinin 2815 kv.m. ölçüdə olan hissəsi, 250V planşet nömrəli 8289,99 kv.m. ölçüdə torpaq sahəsi, 250 M planşet nömrəli torpaq sahəsinin 100 kv.m. hissəsi üzərində həmin Dövlət Aktı əsasında yaranmış birgə mülkiyyət hüququnun mərhum şəxslər İddiaçı və X2 adına dövlət qeydiyyatına alınmaqla, yeni fomalı çıxarışın və plan və ölçü sənədinin verilməsi”nə aid təmin edilən hissədə ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1972/2023 nömrəli qərarı iddia tələbinin“JN-250 KOD 30104018 Dövlət Aktının 250 planşet nömrəsi üzrə torpaq sahəsinin 2815 kv.m. ölçüdə olan hissəsi, 250V planşet nömrəli 8289,99 kv.m. ölçüdə torpaq sahəsi, 250 M planşet nömrəli torpaq sahəsinin 100 kv.m. hissəsi üzərində həmin Dövlət Aktı əsasında yaranmış birgə mülkiyyət hüququnun mərhum şəxslər İddiaçı (Tənsurə) Muradəli qızı və X2 adına dövlət qeydiyyatına alınmaqla, yeni fomalı çıxarışın və plan və ölçü sənədinin verilməsi”nə aid təmin edilən hissədə ləğv edilsin, həmin hissədə iddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-21/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-21/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver