Məhkəmə qərarları › İş №2-1(105)-211/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-211/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-211/2023 02.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X6, X3, X4 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (Maraqlı şəxs) qarşı “cavabdeh vəzifəli şəxslərin hüquqa zidd hərəkətlərinin (hərəkətsizliyinin) aradan qaldırılması, xx.xx.2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və Dövlət aktı ilə şəhadətnamədəki koordinatların arasındakı ziddiyyətlərin araşdırılıb 1,95 ha torpaq sahəsinin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadından inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmək istəyən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2, X10, X8, X9 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Quba rayonunun Qaraçay kəndində yerləşən ümumi sahəsi 1,95 ha olan torpaq sahəsinin yerinin naturada təhkim aktı ilə tanıdılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 216/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1 (118)- 216/2021 nömrəli qərarı onun qanunla qorunan maraqlarına toxunur. Belə ki, qərarın qəbul edilməsinə əsas olmuş ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, lakin nəticədə onun torpaq sahəsinin bir hissəsi iddiaçıların torpaq sahəsi kimi göstərilmişdir. Halbuki daha əvvəl İddiaçı2 ona qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və həmin mübahisə ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətində olan Quba rayonu, Qaraçay kəndində yerləşən 0,727 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6486 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Başqa sözlə, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Nəticədə, İddiaçı2 iddiası Quba Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir. Həmçinin iş üzrə iddiaçının apellyasiya və kassasiya şikayətləri də təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. İddia ərizəsində və cavabdehin iddiaya etirazında torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı aralarında mübahisə olduğu qeyd edilməsinə baxmayaraq məhkəmə onu işin baxılmasına cəlb etməmişdir. O, belə bir məhkəmə qərarının olması barədə yalnız son günlərdə məlumat almışdır. Hesab edir ki, onun cəlb edilmədiyi iş üzrə qəbul edilmiş qərarla qanuni mənafeləri pozulmuşdur. İddiaçılar vəsatətə yazılı etiraz edərək bildirmişlər ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətlərində olan Quba rayonu, Qaraçay kəndində yerləşən 0.727 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Quba rayonu İ Nügədi kəndində yerləşən 0.6486 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Bu səbəbdən daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən şikayətləri təmin edilməmiş və Quba rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Yalnız bundan sonra onlar əvvəlcə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, onlara məxsus Dövlət Aktı ilə mülkiyyətlərində olan 1.95 ha torpaq sahəsinin mərzlərlə müəyyən edilərək təhkim aktı ilə tanıdılması barədə tələblərinə baxılmadığından, iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Hesab edirlər ki, bu tələb heç bir halda Maraqlı şəxs hüquqlarına toxunmadığından üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatəti təmin edilə bilməz. Bundan başqa, Quba rayon Məhkəməsində mübahisələndirilən torpaq sahəsi 0.727 hektardır ki, həmin torpaq sahəsi ilə bağlı ekspert rəyi və məhkəmə qərarına etiraz etmirlər. Sonradan Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə mübahisələndirilən 0.727 ha torpaq sahəsi onlara mərzlərlə ölçülərək təhkim aktı ilə verilmişdir. Bu da Quba rayon Məhkəməsinin qanuni qüvvəsinə almış qətnaməsinin, həmçinin ekspert rəyinin doğruluğunu bir daha təsdiq edir. Qeyd edirlər ki, həmin torpaq sahəsi ilə bağlı heç bir tələbləri qalmamışdır. Lakin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən birgə mülkiyyətlərində olan Quba rayon Məhkəməsində mübahisələndirilməyən və ekspert rəyinə aid olmayan 1.2189 ha torpaq sahəsi ilə bağlı naturada təhkim aktı tanıdılan zaman məlum oldu ki, Maraqlı şəxs və digər qonşu X2 tərəfindən mülkiyyətlərində olan həmin torpaq sahəsinin bir hissəsi zəbt olunub, Maraqlı şəxs zəbt etdiyi torpaq sahəsində meyvə ağacları əkməklə ondan istifadə edir. Bu səbəbdən, torpaq sahəsi ilə bağlı mərz nişanları qoyularkən həmin şəxsləri də dəvət etmiş və mübahisənin sülh yolu ilə həll edilməsini təklif etmişlər. Torpaq sahələrini zəbt edən bu şəxslər onların dəvətini qəbul etməmiş, lakin sonradan mərz nişanlarını sökərək yenidən onlara aid torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Bu səbəbdən, onlar Quba rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Polis Şöbəsinin tədqiqatçısı tərəfindən qəbul edilən qərarla Maraqlı şəxs və Bəhruz Əmiraslanov tərəfindən birgə mülkiyyətlərində olan 1.2189 ha torpaq sahəsinin bir hissəsinin 2000-ci ildən bəri zəbt edərək istifadə etmələri torpaq sahəsinə keçirilmiş baxış zamanı DƏDRX-in Xaçmaz Ərazi İdarəsinin Quba rayon şöbəsinin yer quruluşu üzrə texniki X1 GPS aparatı ilə ölçmə işləri aparılarkən öz təsdiqi tapmasına baxmayaraq cinayət işinin başlanılması rədd edilmişdir. Zəbtin hansı həcmdə müəyyən olunması və söküb çıxarılan mərz nişanlarının yerinə basdırılması barədə yenidən Quba rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Quba rayon Məhkəməsi 28 yanvar 2022ci il tarixli, 2(027)-360/2022 nömrəli qərardadı ilə ekspertiza təyin etmiş və bu zaman iş üzrə cavabdehlər mülkiyyətində olan torpaq sahələri ilə bağlı sübutları, Dövlət Aktlarını və yaxud çıxarışları qəsdən təqdim etməmişlər. Hesab edir ki, Maraqlı şəxs yalnız bundan sonra, yəni onların birgə mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsini zəbt edərək meyvə ağacları əkməklə istifadə etməsi faktı ekspert rəyi ilə müəyyən ediləcəyi, sonradan basdırılmış mərz nişanlarının qəsdən sökülüb torpaq sahəsini zəbt etməsi faktı yenidən öz təsdiqini tapacağı səbəbindən maraqlarına toxunmağı barədə vəsatətlə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, Maraqlı şəxs mülkiyyətlərində olan 1.2189 ha torpaq sahəsinin bir hissəsini zəbt etməklə 2000-ci ildən meyvə ağacları əkib qanunsuz gəlir əldə etməsinə baxmayaraq onların mülkiyyətində olan torpaq sahəsi tanıdılaraq basdırılmış mərz nişanları hasara alınmış məftilləri söküb çıxarmamaqla zəbt etdiyi torpaq sahəsindən çıxmaq istəmir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı ilə maraqlı şəxsin vəsatəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh təşkilat iddia tələbi üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahələrini dövlət qeydiyyatına almış və qeydə alınmış torpaq sahələrinin yerində təhkim aktı əsasında iddiaçılara tanıtmışdır. Hazırkı iddia tələbi üzrə özünü 3-cü şəxs qismində cəlb edilməsini tələb edən Maraqlı şəxs qarşı İddiaçı2 və digərləri tərəfindən Quba rayon Məhkəməsində qaldırılmış iddia tələbi Maraqlı şəxs zəbt olunmuş torpaq sahəsindən çıxarılması ilə əlaqədar olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs mülkiyyətində olan torpaq sahəsi İddiaçı2 mülkiyyətində olan torpaq sahəsində yerləşmir. Buna görə də Quba rayon Məhkəməsinin 2(057)-2232019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi əsasında İddiaçı2 və digərlərinin iddia tələbi təmin edilməmiş və yuxarı instansiya məhkəmələrinin qərarları əsasında Quba rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Nəzərə alınmalıdır ki, qeyd olunan məhkəmə qətnamələri əsasında İddiaçı2 və digərlərinin adına verilmiş çıxarışların ləğv edilməsi ilə bağlı deyil. Hal-hazırda İddiaçı2 və digərlərinin adlarına verilmiş çıxarışlar qüvvədədir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Quba rayon Məhkəməsində iddia tələbi araşdırılan zaman keçirilmiş ekspertiza rəyinə əsasən Maraqlı şəxs mülkiyyətində olan 0,6486 ha torpaq sahəsinin İddiaçı2 və digərlərinin mülkiyyətində olan 0,727 ha torpaq sahəsi ilə üst-üstə düşməməsi öz təsdiqini tapmışdır. Bu isə bir daha ona dəlalət edir ki, İddiaçı2 və digərlərinin mülkiyyətində olan torpaq sahələrinə dair olan hüquqlar Maraqlı şəxs maraqlarına toxunmur. Ona görə də, Maraqlı şəxs iddiaçılar İddiaçı2 və digərlərinin cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı 1.95 ha torpaq sahəsinin yerində naturada təhkim aktı ilə tanıdılması barədə iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilməsinə dair vəsatəti təmin edilə bilməz. Maraqlı şəxs apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 379/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1791/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 01 fevral 2022-ci il tarixli 2-1(105)-70/2022 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs apellyasiya şikayətini vəsatətlə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun mülkiyyətində olan 0.6486 ha torpaq sahəsi ilə iddiaçıların birgə mülkiyyətində olan 0,727 ha torpaq sahəsi üst-üstə düşməsə də Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)-216/2021 nömrəli qərarına əsasən onun torpaq sahəsinin bir hissəsi iddiaçıların torpaq sahəsinə daxil edilmişdir. Qeyd edir ki, həmin torpaq sahələri illər əvvəl bölünmüş və həmin bölgüyə uyğun olaraq ona ayrılmış torpaq sahəsindən illərdir istifadə edir. Sumqayıt İnzibati Məhkəməsinin qeyd olunan qərarı ilə verilmiş təhkim aktına əsasən müəyyən olunur ki, onun torpaq sahəsinin bir hissəsi iddiaçıların torpaq sahəsinə aiddir və onun əsasında iddiaçılara məsus torpaq sahəsinin sərhədləri nişanlanarkən onun torpaq sahəsinə daxil olmuşlar. Hətta iddiaçılar onun vəsatətinə etirazlarında bildirirlər ki, 1.2189 ha torpaq sahəsi ilə bağlı naturada təhkim aktı tanıdılan zaman Maraqlı şəxs və digər qonşu X2 tərəfindən mülkiyyətlərində olan həmin torpaq sahəsinin bir hissəsinin zəbt olunduğu, Maraqlı şəxs zəbt etdiyi torpaq sahəsində meyvə ağacları əkməklə ondan istifadə etdiyi məlum oldu. Hesab edir ki, zəruri cəlbetmə qaydasında işə cəlb olunmalı olduğu halda məhkəmə vəsatətini rədd etmişdir. İddiaçılar apellyasiya şikayətinə etiraz edərək etirazı vəsatətə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişlər ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN0020 kod 30319028 nömrəli Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.95 ha (1.21 ha bağ, 0.727 ha əkin sahəsi olmaqla) torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. Keçən müddət ərzində onlar mülkiyyət hüququ ilə istifadələrində olan torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehasal etməklə istifadə etmişlər. Qonşuları Maraqlı şəxs və X2 1.21 ha bağ sahəsinin təqribən 0,20 ha hissəsini zəbt edərək meyvə ağacları əkmişlər. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsindən həmin şəxslərin qanunsuz hərəkətinə etiraz edərək torpaq sahəsindən çıxmasını tələb etmişlər. Buna baxmayaraq sözügedən şəxslər zəbt etdiləri torpaq sahəsindən çıxmaqdan imtina etmiş və həmin torpaq sahəsinin onların mülkiyyətində olduğunu bildirmişlər. Məhkəmə prosesi iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə çağırılmış digər iddiaçılar, cavabdeh və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022ci il tarixli qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, İPM-in 96.11-ci maddəsinin tələblərinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. “Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli Qərardadında isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. Hazırkı iş üzrə maraqlı şəxsin əsas dəlili isə ondan ibarətdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)- 216/2021 nömrəli qərarı onun qanunla qorunan maraqlarına toxunur. Onun mülkiyyətində olan 0.6486 ha torpaq sahəsi ilə iddiaçıların birgə mülkiyyətində olan 0,727 ha torpaq sahəsi üst-üstə düşməsə də, Sumqayıt İnzibati Məhkəməsinin qərarına əsasən İddiaçı2 mülkiyyətində olan torpaq sahəsi naturada təhvil verilərək tanıdılarkən onun torpaq sahəsinin bir hissəsi iddiaçıların 1,2189 ha torpaq sahəsinə daxil edilmişdir. Kollegiya qeyd edir ki, maraqlı şəxsin mülkiyyətində olan 0.6486 ha torpaq sahəsi ilə iddiaçıların birgə mülkiyyətində olan 0,727 ha torpaq sahəsinin üst-üstə düşməməsi İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin naturada təhvil verilərək tanıdılması zamanı Maraqlı şəxs məhkəmə icraatı zamanı iştirakını birmənalı olaraq istisna etməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində icraata cəlb edilməsi zərurəti kifayət qədər ətraflı araşdırılmamışdır. Halbuki, İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, İPMnin yuxarıda istinad olunan maddələrinə əsasən hazırkı iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmə məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən deyil, iş üzrə yekun məhkəmə qərarını qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən həll olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli ləğv edilsin. İş yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar