Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-211/2024 15.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa edilməsi, işin hallarının hərtərəfli araşdırılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər X1 və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2, cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon İHB-nın xx.xx.2019-cu il tarixli 58 nömrəli əmrinin ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən başlayaraq tutduğu vəzifəyə işə qəbul olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1713/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun 58 nömrəli 23 iyul 2019-cu il tarixli Əmri ilə tutduğu Şamaxı rayonu İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatında qeyd edilmişdir ki: “Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə aparılmış istintaq zamanı rayonun Birinci Çaylı bələdiyyəsi ilə həmin kənd sakini X7 arasında bağlanmış 150 ha torpaq sahəsindən istifadəyə dair xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin saxta olması sübuta yetirilmiş və qeyd olunan torpaq sahəsinin təyinatı üzrə istifadəyə qaytarılması məqsədilə zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq dövlət orqanlarına, o cümlədən Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəliyinə xx.xx.2019-cu il tarixli məktublar göndərilmişdir. Lakin hazırkı vaxtadək Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyən İddiaçı oğlu Vüsal Gülüyevin adına qanunsuz yollarla, sənədlərin saxtalaşdırılması üsulu ilə sonuncunun 15 yaşında, yəni müqavilə bağlamaq hüququ yaranmadığı dövrdə sənədləşdirdiyi, faktiki istifadəsində olmaqla heyvandarlıqla məşğul olduğu 150 ha torpaq sahəsini sahibi - Birinci Çaylı bələdiyyəsinə qaytarmaqdan qərəzli surətdə yayınmışdır. İstintaq zamanı İddiaçı saxta sənədin hazırlanmasında hansı qaydada iştirak etməsi araşdırılmaqla, sonuncunun Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işlədiyi müddətdə yuxarıda qeyd olunan torpaq sahəsinin geri qaytarılması və saxta sənədin etibarsız hesab edilməsi ilə bağlı Birinci Çaylı bələdiyyəsi tərəfindən müvafiq məhkəmə instansiyalarında qaldırılmış iddialar üzrə keçirilmiş məhkəmə proseslərində oğlu Vüsal Gülüyevin nümayəndəsi qismində iştirak etdiyi və saxtalığı sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi müəyyən edilmişdir. Bundan başqa aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi işlədiyi dövrdə 2018-ci ilin aprel ayından 2019-cu ilin fevral ayınadək olan müddət ərzində iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində oğlu Vüsal Gülüyevin və qardaşı Adil Quliyevin nümayəndəsi qismində iştirak etmiş, həmin günlər ərzində xidməti vəzifələrini icra etməməklə yanaşı, xidməti ərazini tərk etməsi barədə rəhbəri olduğu qurumdan icazə və ya razılıq almamışdır. İstintaq zamanı müvafiq məhkəmə instansiyalarına ünvanlanmış sorğulara cavab olaraq alınmış məktublar əsasında İddiaçı aşağıdakı tarixlərdə Bakı və Sumqayıt şəhərlərində keçirilmiş məhkəmə proseslərində iştirak etdiyi müəyyən olunmuşdur: Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi – 30 aprel 2018-ci il, Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi–14 may 2018-ci il, Azərbaycan Respublikası Ali Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kmi–29 may 2018-ci il, Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi – 04 iyun 2018-ci il, Sumqayıt Apellyasiya Məhkəməsində həm cavabdeh, həm də üçüncü şəxsin nümayəndəsi kimi–11 iyun 2018-ci il, Bakı Apellyasiya Məhkəməsində barəsində xüsusi icraat qaydasında iş aparılan şəxsin nümayəndəsi kimi–22 yanvar 2019-cu il, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavabdehin nümayəndəsi kimi–25 yanvar 2019-cu il, Yasamal Rayon Məhkəməsində barəsində inzibati icraat qaydasında iş aparılan şəxs kimi–25 yanvar 2019-cu il, Yasamal Rayon Məhkəməsində barəsində inzibati icraat qaydasında iş aparılan şəxs kimi–28 yanvar 2019-cu il, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavabdehin nümayəndəsi kimi–30 yanvar 2019-cu il. Şamaxı rayon İH-dən daxil olmuş xx.xx.2019-cu il tarixli Ş-01-1253 nömrəli məktubdan görünür ki, RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi İddiaçı 2018-2019-cu illərdə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuş, qeyd olunan illər ərzində digər tarixlərdə ezamiyyətə göndərilməmiş, həmçinin rayon ərazisini tərk etməsi ilə bağlı icazə alınması məqsədilə RİHnə müraciəti olmamış və ona hər hansı səbəbdən qısamüddətli icazə verilməmişdir. Bütün bunlar İddiaçı hərəkətlərinin dövlət qulluqçusu kimi tutduğu vəzifə ilə bir araya sığmayan fəaliyyət kimi qəbul olunmaqla yanaşı, onun icra nümayəndəsi kimi üzərinə düşən vəzifələri layiqincə icra etməməsi, işinə laqeyd münasibət bəsləməsi, şəxsi maraqlarını xidməti vəzifələrindən üstün tutması, xidməti vəzifələrinin ona yaratdığı üstünlüklərdən və səlahiyyətlərdən şəxsi işləri ilə bağlı sui-istifadə hallarına yol verməsi nəticəsində baş vermişdir. İddiaçı Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi kimi üzərinə düşən vəzifə öhdəliklərinə əsasən kənd ərazisində vətəndaşların qəbulunu həyata keçirməli, onların şikayət, ərizə və təkliflərinə baxıb lazımi tədbirlər etməli olduğu halda, əksinə olaraq yarıtmaz fəaliyyəti və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etməsi onun özünün barəsində rayon prokurorluğuna və digər yuxarı instansiya hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlərin daxil olmasına səbəb olmuşdur. İstintaqın yekununda İddiaçı əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir, lakin istintaqın hazırki mərhələsinədək müəyyən olunan hallar onun barəsində intizam tənbeh tədbirlərinin görülməsini zəruri edir. Odur ki, gələcəkdə də bu cür halların baş verməməsi və qarşısının alınması məqsədilə təqdimatı rayon icra hakimiyyətinin ümumi yığıncağında və ya şura iclaslarında müzakirə etməklə, Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi İddiaçı barəsində müvafiq tədbirlər görməyiniz məqsədəmüvafiqdir”. Daha sonra təqdimatda göstərilən bu və ya digər qanun pozuntularına gələcəkdə yol verilməməsi, qarşısının alınması məqsədilə təqdimatı rayon icra hakimiyyətinin ümumi yığıncağında və ya şura iclasında müzakirə etməklə Şamaxı RİHB-nın Birinci Çaylı kənd İƏD üzrə nümayəndəsi İddiaçı barəsində müvafiq tədbirlər görülməsi, təqdimatın müzakirəsi barədə qanunla müəyyən edilmiş 1 ay müddətindı rayon prokurorluğuna məlumat verilməsi xahiş edilmişdir. İddiaçı Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 58 nömrəli əmri ilə Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir (əmrin verilməsinə əsas Şamaxı rayon prokurorunun xx.xx.2019cu il tarixli ********* nömrəli təqdimatı olmuşdur). Şamaxı rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə iddiaçı və onun oğlunun əməllərində Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Şamaxı Rayon İcra Hakimiyyətinin 11 mart 2024-cü il tarixli məktubunun surətindən görünür ki, vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmədiklərinə, o cümlədən zəlzələ nəticəsində vətəndaşlara məxsus evlərə dəymiş ziyanın müəyyənləşdirilməsi zamanı müvafiq koordinasiya işlərində və digər sahələrdə yol verdikləri nöqsan və çatışmazlıqlara görə rayon icra Hakimiyyəti başçısının bir qrup inzibati ərazi dairəsi üzrə nümayəndələrinə onların iştirakı ilə keçirilmiş müşavirə zamanı töhmət elan edilmiş və 14 may 2019-cu il tarixli, 35 nömrəli əmrlə rəsmiləşdirilmişdir. Məlumat üçün bildiririk ki, qeyd olunan nöqsanlarla yanaşı İddiaçı töhmət verilməsinə icra nümayəndəsi olduğu kəndin bələdiyyə sədri ilə mütəmadi münaqişə vəziyyətində olması, bu münaqişə nəticəsində bir çox idarə və təşkilatlara, hüquq mühafizə orqanlarına tərəflərin çoxsaylı şikayətlərinin daxil olması və ərazidə iş mühitinin tamamilə pozulması səbəb olmuşdur. Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon İHB-nın xx.xx.2019-cu il tarixli 58 nömrəli əmrinin ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən tutduğu vəzifəyə işə qəbul olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təqdimat Şamaxı Rayon İcra Hakimiyyətinə daxil olduqdan sonra sonuncu tərəfindən dövlət qulluğundakı fəaliyyəti araşdırılmamış, prokurorluqdan daxil olmuş təqdimatla bağlı izahatı alınmadan birtərəfli qaydada icra nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. Bundan əlavə, Şamaxı rayon prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsinin saxtalaşdırılmasında onun və oğlunun hər hansı bir formada iştiraklarının olmadığı müəyyən olunmuşdur. O, saxta icarə müqaviləsindən istifadə etməmiş, iş vaxtlarında yalnız üzürlü səbəb olaraq məhkəmə iclaslarında iştirak etmiş, digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində məhkəmə çəkişmələrində iştirak etməmiş, Şamaxı Rayon Məhkəməsində və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iştirak etməsi ilə bağlı əvvəlcədən icra hakimiyyətinə məlumat vermiş, məhkəmə bildirişlərini və ya məhkəmə çağırışlarını təqdim etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatına əsasən, Şamaxı rayon İHB-nın Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi olan iddiaçının saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində dəfələlərlə öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməsi müəyyən olunmuşdur. Bu səbəbdən, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6, 33.1.6-cı, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci bəndlərinə əsasən icra nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin (hakim İsmayıl Quliyev) xx.xx.2021-ci il tarixli 2- 1(116)-50/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 58 nömrəli əmri ləğv olunmuş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, Şamaxı rayon Prokurorluğunun təqdimatı və cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə alınaraq, iddiaçı barəsində yeni inzibati akt qəbul edilməsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-424/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-50/2021 nömrəli qərarının ləğv edilməsi, yeni qərar qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 58 nömrəli əmrinin ləğv olunması, iddiaçının Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa edilməsi və ona xx.xx.2019-cu il tarixdən başlayaraq öz vəzifəsinə bərpa olunana kimi əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(102)- 2334/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(105)-424/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin hədlərindən kənara çıxmışdır. Belə ki, iddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş (Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 58 nömrəli əmri ləğv olunmuş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, Şamaxı rayon Prokurorluğunun təqdimatı və cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə alınaraq, iddiaçı barəsində yeni inzibati akt qəbul edilməsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir), iddiaçı isə iddiasının təmin olunmamış hissəsindən apellyasiya şikayəti verməmişdir. Eyni zamanda, cavabdeh birinci instansiya məhkəməsinin qərarından narazı qalaraq qərardan şikayət vermək hüququna malik olduğu halda, həmin hüquqdan istifadə edib qərardan apellyasiya şikayəti vermiş və qərarın ləğv olunmasını xahiş etmişdir. Lakin apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının “qərara aldı” hissəsində “apellyasiya şikayəti təmin edilməsin” yazıldığı halda, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-50/2021 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş və iddiaçının iddia tələbi təmin edilmişdir. Halbuki yuxarıda göstərildiyi kimi, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti ümumiyyətlə verilməmişdir. Bununla da, apellyasiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, cavabdehin kassasiya şikayətindəki ikinci dəlili olan “qanunun dövlət qulluqçusuna qadağan etdiyi əməllərin iddiaçı tərəfindən dəfələrlə törədilməsinin məhkəmə tərəfindən nəzərə alınmaması”na münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu məsələ apellyasiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Belə ki, cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 20.1, 20.1.3-cü maddələrinə istinad etsə də, iddiaçının vəkil olmasını təsdiq edən sənədlər işdə yoxdur. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-248/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-50/2021 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsində ikinci icraat Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) xx.xx.2022-ci il tarixli, 2- 1(118)-1713/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunda intizam tənbehlərinin ardıcıllıqla seçilməsi və ya birbaşa dövlət qulluğundan azad edilməsi ilə bağlı tədbirin seçilməsinin qanunsuz olması kimi bir məhdudiyyət nəzərdə tutulmamışdır. Mübahisələndirilən əmrin ləğv edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin olunmamalıdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-42/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1713/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1536/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023-cü il tarixli, 2-1(103)-42/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisə ilə bağlı işin hallarına maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Mübahisə predmeti olan Şamaxı rayon İHB-nın xx.xx.2019-cu il tarixli 58 nömrəli əmrinin verilməsinə, başqa sözlə, iddiaçının dövlət qulluğundan azad edilməsinə əsas Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatı olmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya intizam tənbehi tətbiq edilərkən cavabdeh inzibati orqan tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun 25.3 və 25.5-ci maddələrinin tələblərinə əməl edilibedilməməsini yoxlamamışdır. “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Odur ki, prokurorun təqdimatı daxil olduqdan sonra cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirdikdən sonra iddiaçı barəsində intizam tənbehi tətbiq edə bilərdi. Lakin iş materiallarında cavabdeh tərəfindən istinad edilən normanın tələbinə əməl edilməsi barədə heç bir məlumat yoxdur. İşə baxan apellyasiya məhkəməsi iddiaçıya intizam tənbehi tətbiq edilərkən cavabdeh tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinin tələblərinə əməl edilib-edilməməsi barədə araşdırma aparmamışdır. Digər tərəfdən, “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin tələbinə əsasən, dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, həmin təqdimat cavabdehə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. Digər tərəfdən, sözügedən təqdimatın məzmunundan da göründüyü kimi iddiaçı xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasında məhkəmə iclasında nümayəndə kimi çıxış etmişdir (oğlunun nümayəndəsi kimi). Nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi əmr xx.xx.2019-cu il tarixli olduğundan, işə baxan apellyasiya instansiyasi məhkəməsi həmin əmrin qanuniliyini “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin tələbləri baxımından da qiymətləndirməli idi. Bununla yanaşı, iş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 35 nömrəli əmri ilə iddiaçıya vəzifə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə töhmət verilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin töhmətin verilməsinin əsasları yoxlanılmamış, eyni əsasla iddiaçıya iki intizam tənbehinin tətbiqi məsələsinin mövcudluğu araşdırılmamış və yoxlanılmamışdır. Məhkəmə kollegiyası Şamaxı rayon prokurorunun təqdimatında qeyd olunan iddiaçının iş günlərində xidməti vəzifələrini icra etməməklə xidmət ərazisini tərk etməsi barədə rəhbər olduğu qurumdan icazə və ya razılıq almaması ilə bağlı əlavə olaraq qeyd edir ki, iddiaçının ezamiyyətə göndərilməməsi, həmçinin rayon ərazisini tərk etməsi ilə bağlı icazə alınması məqsədilə RİH-nə müraciət etməməsi, ona hər hansı səbəbdən qısamüddətli icazə verilməməsi ilə bağlı məlumatları cavabdeh inzibati orqan təqdimat vasitəsilə öyrənməmiş, həmin məlumatları məhz özü istintaq orqanına göndərmişdir. Hazırkı mübahisə üzrə iddiaçı dövlət qulluqçusu olmaqla, dövlət qulluğundan azad edildiyindən və hazırkı tələbi də dövlət qulluğuna bərpa edilməsi ilə bağlı olduğundan, məhkəmələr tərəfindən cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə “Dövlət qulluğu haqqında” Qanunda nəzərdə tutulmuş müddəaların, qaydaların düzgün tətbiq edilib-edilməməsi araşdırılmalıdır ki, hazırki iş üzrə məhkəmələr tərəfindən belə bir araşdırma aparılmamışdır. Belə ki, iddiaçının dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbiridir. İntizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılmalı, dövlət qulluqçusundan yazılı izahat alınmalı, zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin etməli, dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilməli, eyni zamanda dövlət qulluqçularına intizam tənbehi qanunvericilikdə nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilməlidir. Göründüyü kimi, dövlət qulluğundan azad edilmə ilə bağlı qanunvericilikdən irəli gələn qeyd olunan tələblərin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə yerinə yetirilib-yetirilməməsi məhkəmələr tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir. Yalnız həmin məsələlər araşdırıldıqdan sonra əmrin ləğvi və iddiaçının işə bərpa edilməsi ilə bağlı iddia tələbinə hüquqi qiymət verilə bilər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barəsində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İşə baxan məhkəmə tərəfindən qeyd edilən qanun norması kobudcasına pozulmuş, işin faktiki halları araşdırılmamış və araşdırılmış hesab edilən xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işin hallarına, daha dəqiqi Şamaxı RİHB-nın xx.xx.2019-cu il tarixli 58 saylı əmrinin surətindən görünür ki, həmin əmrlə Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli təqdimatı əsas tutularaq tutularaq İddiaçı tutduğu vəzifədən Şamaxı rayon İHB-nın Birinci Çaylı kənd inzibati ərazi dairəsinin nümayəndəsi vəzifəsindən azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İşdən azad edilməsi barədə əmrdə əsas kimi onun “saxta olduğu sübuta yetirilmiş torpaq icarə müqaviləsindən istifadə etməsi, iş vaxtında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı almağı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozması” qeyd edilmiş və “Dövlət qulluğu haqqında” ARQ-nun 25.2.6, 33.1.6-cı maddələri və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.1.8 –ci bəndi rəhbər tutulmuşdur”. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, inzibati işin hallarından görünür ki, Şamaxı rayon prokurorluğunun rayon İH-nə ünvanlanmış xx.xx.2019-cu il tarixli Təqdimatında rayon prokurorluğunda AR CM-nin 313 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə müəyyən edilən qanun pozuntularına gələcəkdə yol verilməməsi, qarşısının alınması məqsədilə təqdimatın rayon icra hakimiyyətinin ümumi yığıncağında müzakirə edilməklə Şamaxı rayon İHB-nın Birinci Çaylı kənd inzibati ərazi dairəsinin nümayəndəsi İddiaçı barəsində müvafiq tədbirlər görülməsi xahiş olunmuşdur. Qeyd olunan təqdimat müzakirə olunub nəticəsi barədə Şamaxı rayon İHB-nın İddiaçı barədə 58 saylı, xx.xx.2019-cu il tarixli əmri verildikdən, yəni İddiaçı tutduğu vəzifədən azad edilib, onun dövlət qulluğuna xitam verildikdən sonra, yəni ilkin olaraq Şamaxı rayon prokurorunun müavininin 15 avqust 2019-cu il tarixli və eləcə də yenə də eyni prosessual şəxsin xx.xx.2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarları ilə ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Rayon prokurorluğunun xx.xx.2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərararından görünür ki, həmin qərarla İddiaçı əməlində AR CM-nin 320.2-ci maddəsinin (Maddə 320. Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) tərkib əlamətləri olmadığından, eləcə də onun əməlində AR CM-nin 179-cu maddəsinin (Maddə 179. Mənimsəmə və ya israf etmə) tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd olunmuşdur. Bununla yanaşı həmin qərarda həmçinin qeyd edilir ki, aparılmış istintaq zamanı İddiaçı əməlində saxta sənəddən (hazırkı halda torpaq icarə müqaviləsi) istifadə cinayətinin tərkib əlamətlərinin olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi hazırkı halda Şamaxı rayon prokurorluğunun İddiaçı barəsində rayon prokurorluğuna ünvanladığı xx.xx.2019-cu il tarixli Təqdimat “İddiaçı saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etməsi” hissəsində rayon prokurorluğunun özü tərəfindən aparılmış istintaqla təkzib olunmuş olsa da, işə baxan məhkəmə tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmçinin işə baxan məhkəmə İddiaçı “iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı alması və bununla da qanunvericiliyin tələblərini pozması” barədə prokurorluğun təqdimatındakı və PİH-nin 58 saylı əmrindəki müddəaları da doğru düzgün araşdırmamış, bu faktlarla əlaqədar işdə olan cavabdehin nümayəndəsinin izahatlarına və həmin izahatlardakı ziddiyyətlərə əhəmiyyət verməmiş və bununla da iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməmiş və göstərmişdir ki, İddiaçı rayon prokurorluğunun təqdimatında qeyd edildiyi kimi “saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı alması və bununla da qanunvericiliyin tələblərini pozduğu üçün” AR Dövlət qulluğu haqqında Qanunun 25.2.6-cı, 33.1.6-cı maddələri və “Yerli icra hakimiyyətləri haqqında” Qanunun 4.1.8-ci bəndinə əsasən işdən azad olunmuş və onun dövlət qulluğuna xitam verilmişdir. Həmin nümayəndənin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında verdiyi izahatda qeyd etmişdir ki, “İddiaçı işlə təmin etmək üçün çox çalışsalar da, təklif etdikləri işlərlə bağlı sonuncu öz vəzifəsinə bərpa olunmasında israrlı olduğundan razı olmamışdır. İddiaçı barədə heç bir inzibati tənbeh tədbiri olmayıb. İddiaçı məhkəmə proseslərinə getməsi üçün İH-nə verdiyi ərizələr o zaman qeydiyyata düşməyib deyə rəsmi sayılmamışdır. Ona görə də iddiaçıya müvafiq məhkəmə iclaslarına getməsi üçün icazə verilməsi barədə müraciəti İHnə daxil olmamış hesab edilməklə belə bir icazənin verilməsi barədə heç bir əmr verilməmişdir. İddiaçı yalnız prokurorluğun təqdimatı əsasında işdən azad edilib, saxta müqavilənin iddiaçıya heç bir aidiyyəti yoxdur”.... Göründüyü kimi iddiaçının məhkəmə iclaslarında iştirak etməsinin üzürlü olmasına dair dedikləri cavabdehin nümayəndəsinin izahatı ilə də öz təsdiqini tapır. Buna baxmayaraq işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi bu ziddiyyətləri araşdırmamış və lazımi hüquqi qiymət verməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-248/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının 5-ci vərəqində məhkəmə haqlı olaraq qeyd edir: ”Göründüyü kimi 1-ci instansiya məhkəməsi mövcud iddia tələbinə dair mahiyyəti üzrə qərar qəbul etməmişdir. İddiaçının yuxarıda qeyd olunan məzmunda-“Şamaxı rayon prokurorluğunun təqdimatı və cinayət işi üzrə icraata xitam verilməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələblərinin nəzərə alınaraq, onun barəsində yeni inzibati aktın qəbul edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi olmamışdır”. Məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinə tövsiyə etdiyi bu vacib hal məhkəmə tərəfindən diqqətə alınmamış, iş mahiyyəti üzrə araşdırılmamışdır. Əslində məhkəmə bu xüsusatlara diqqət yetirməli idi. İddiaçı tutduğu vəzifədən qanunsuz və əsassız olaraq azad edilməsi və eləcə də onun dövlət qulluğuna əsassız olaraq xitam verilməsi işin faktiki halları ilə öz təsdiqini tapmasına baxmayaraq məhkəmə əsassız və qanunsuz olaraq iddianın rədd olunmasına dair nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 və cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. ... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. ... 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1536/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2023cü il tarixli, 2-1(103)-42/2023 nömrəli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçı barəsində qəbul edilmiş işdən azad edilməsi barədə müvafiq Əmrin ləğv edilməsi, əvvəlki tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2004-cü il Şamaxı rayonu İcra Hakimiyyətinin Birinci Çaylı kən İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmişdir. Şamaxı rayonu İcra Hakimiyyətinin 23 iyul 2019-cu il tarixli Əmri ilə tutduğu vəzifədən azad edilmiş, Əmrin verilməsinə əsas Şamaxı rayonu Prokurorunun 04 iyun 2019-cu il tarixli təqdimatı olmuşdur. Şamaxı rayonu Prokurorununun müvafiq təqdimatının məzmunundan görünür ki, təqdimatda istinad edilmiş bu və ya digər qanun pozuntularına gələcəkdə yol verilməməsi, qarşısının alınması məqsədilə təqdimatı rayon icra hakimiyyətinin ümumi yığıncağında və ya şura iclasında müzakirə etməklə, iddiaçı barəsində tədbir görülməsi və bu barədə məlumat verilməsi qeyd edilmiş, habelə yol verilmiş pozuntu kimi torpaq sahəsinə dair bağlanmış icarə müqvailəsinin etibarsız olması, saxta sənədlərdən istifadə edilməsi, bununla bağlı məhkəmə proseslərində iş vaxtlarında nümayəndə kimi iştirak etdiyi halda, rəhbərin razııq və ya icazə almaması kimi hallara istinad edilmişdir. Həmçinin, Şamaxı rayon Prokurorunun cinayət iş üzrə icraata xitam verilməsi haqqında 30 sentyabr 2019-cu il tarixli Qərarının məzmunundan görünür ki, iddiaçı və onun oğlunun əməllərində saxta sənəd hazırlanması ilə bağlı cinayət tərkibi əlamətləri olmadığından, cinayət təqibinin başlanılması rədd olunmuş, iddiaçının oğluna icarəsinə verilmiş torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun tanınması ilə bağlı, digər tərəf isə müqavilənin etibarsız hesba edilməsi ilə bağlı izah edilmiş məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarından görünür ki, müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının oğlunun adına tərtib edilmiş icarə müqvailəsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin bələdiyyəyə geri qaytarılması barədə müvafiq Bələdiyyənin iddia tələbi təmin edilməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş onun işdən azad olunması barədə əmrin qanunsuz və əsassız olması halına istinad edərək, bu tələbi irəli sürmüşdür. Cavabdeh isə prokurorun təqdimatına əsasən iddiaçının saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində çıxış edərək, xidməti vəzifələrini icra etməməklə yanaşı, həmin günlər üçün əmək haqqı aldığı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozduğu müəyyən edildiyindən, işdən azad edildiyini bildirmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçı dövlət qulluqçusu olmaqla, dövlət qulluğundan azad edildiyindən və hazırki tələbi də məhz dövlət qulluğuna bərpa edilməsi ilə bağlı olduğundan, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə “Dövlət qulluğu haqqında” Qanunda nəzərdə tutulmuş müddəaların və qaydaların tələblərinə düzgün riayət edib-etməməsi halı araşdırılmalıdır. İndiki halda cavabdeh tərəfindən iddiaçı barəsində dövlət qulluğundan azad olunmasına dair tənbeh tədbiri tətbiq edilmişdir. Lakin buna baxmayaraq, həmin tənbeh tədbiri cavabdeh tərəfindən iddiaçı barəsində istinad olunan əsasla bağlı aparılmış araşdırmanın nəticəsi olaraq ortaya çıxmamış, iddiaçının həmin hallara (əsaslara) dair heç bir münasibəti öyrənilməmiş, yazılı izahatı alınmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, habelə cavabdeh inzibati orqan iddiaçı barəsində prokurorun təqdimatı olduğundan, həmin hallara dair hər hansı araşdırma aparılmasına zərurət olmamasına halına istinad etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində dövlət qulluğundan azad olunmasına dair Əmrin verilməsinə əsas olan hal kimi yalnız müvafiq prokurorun təqdimatına istinad edilmiş, əsas kimi Əmrin məzmununda həmin hal qeyd edilmiş, qeyd edilən Əmr məhz qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçı barəsində aparılmış araşdırmanın nəticəsi olaraq ortaya çıxmamışdır. Halbuki, yuxarıda istinad edilən dövlət qulluğu haqqında qanunvericiliyin tələbinə əsasən intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılması, dövlət qulluqçusundan yazılı izahat alınması, dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsinin rəsmiləşdirilməsi imperativ norma kimi müəyyən edilmişdir. Göründüyü indiki halda iddiaçıya münasibətdə müvafiq əmrin verilməsi zamanı cavabdeh inzibati orqan tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq prokurorun təqdimatı cavabdeh inzibati orqana xx.xx.2019-cu il tarixdə təqdim edilmiş, həmin təqdimatın məzmununda da iddiaçının xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasında məhkəmə iclasında nümayəndə kimi çıxış etdiyi qeyd edilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının ezamiyyətə göndərilməməsi, həmçinin rayon ərazisini tərk etməsi ilə bağlı məqsədilə RİH-nə müraciət etməməsi, ona hər hansı səbəbdən icazə verilməməsi ilə bağlı məlumatları cavabdeh inzibati orqan təqdimat vasitəsilə öyrənməmiş, həmin məlumatları məhz özü istintaq orqanına göndərmişdir. Yuxarıda istinad edilən dövlət qulluğu haqqında qanunvericiliyin tələbinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər, dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir (Qanunun 25.5-ci maddəsi). İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasında baş vermiş pozuntu hallarına dair prokurorun xx.xx.2019-cu il tarixli təqdimatını əsas götürərək, iddiaçının dövlət qulluğundan azad olunmasına dair xx.xx.2019-cu il tarixdə Əmr vermişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müvafiq tənbeh tədbiri qanunla müəyyən edilmiş bir ay keçdikdən sonra verilmişdir. Hətta cavabdeh inzibati orqanın müvafiq əsaslar barədə məlumatı olduğu vaxtı təqdimatın ona təqdim edildiyi tarixdən hesab etdikdə belə (halbuki cavabdeh həmin məlumatlar barədə daha öncədən məlumatlı olması iş materialları ilə təsdiq olunur), qanunla müəyyən edilmiş həmin müddət ötürülmüşdür. Bununla da, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə dövlət qulluğundan azad olunması barədə tənbeh tədbiri tətbiq edilərkən “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin də tələbləri pozulmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində xx.xx.2019-cu il tarixli Əmr ilə ona vəzifələrini lazimi qaydada icra etməməsi səbəbindən “töhmət” növündə tənbeh tədbiri verilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən tənbeh tədbirinin başqa əsas ilə bağlı verildiyini, həmin dövrdə Şamaxıda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı vəzifələrini lazimi qaydada icra etməməsi ilə bağlı verildiyini, iddiaçı ilə yanaşı, başqa şəxslər barəsində də tənbeh tədbirinin tətbiq edildiyini bildirmişdir. İddiaçı tərəf bu halı qəbul etməsə də, həmin halları təkzib edən heç bir dəlilə istinad etməmişdir. Həmçinin, qeyd edilən Əmrin məzmunundan görünür ki, vəzifə öhdəliklərinin laziminca yerinə yetirilməməsinə görə adları qeyd olunan (8 nəfər) RİH başçısının qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinı töhmət verilmişdir. İndiki halda iddiaçı barəsində xx.xx.2019-cu il tarixli Əmr ilə verilmiş töhmət tənbeh tədbirinin eyni əsasa görə verilməsi halı müəyyən edilmədiyindən, iddiaçı barəsində eyni əsasla iki tənbeh tədbirinin tətbiq edilməsi halı aşkar edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh iddiaçı barəsində öz vəzifələrinin lazimi qaydada icra etmədiyini, bu səbəbdən də onun barəsində vətəndaşların çoxsaylı şikayətlərinin olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edirki, indiki halda iddiaçı barəsində dövlət qulluğundan azad olunması barədə Əmrin verilməsinə əsas olan hal kimi həmin hallar deyil, məhz prokurorun təqdimatına istinad edilmişdir. Odur ki, həmin hallar hazırki mübahisə predmeti üzrə müvafiq Əmrin qanuniliyi və əsaslılığının yoxlanılması baxımından əhəmiyyət kəsb etməmişdir. Bundan əlavə, qeyd edilən halların mövcudluğu cavabdeh inzibati orqanın dövlət qulluğundan azad etmə ilə bağlı qanunla müəyyən edilmiş norma və qaydalarının tələbinə riayət etməkdən azad etmir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan müvafiq Əmrin məzmununda iddiaçıya münasibətdə istinad etdiyi məlumatlar müvafiq cinayət işinin başlanmasının rədd olunması barədə qərar, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məzmununda əks olunmuş məlumatlar və digər iş materialları əsasında təkzib olunmuşdur. Bu hal özlüyündə iddiaçı barəsində qəbul edilən həmin Əmrin əsaslılığını da şübhə altına almış olur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə dövlət qulluğundan azad etməyə dair qanunla müəyyən edilmiş norma və qaydaların tələblərinə riayət edilməmiş, nəticə etibarilə iddiaçının dövlət qulluğundan azad olunması barədə Əmr qanunsuz və əsassız olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş əmrin qanuniliyi və əsaslılığı dövlət qulluğu haqqında qnaunvericiliyin tələbləri baxımından yoxlanılmamış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir. Buna əsasən məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçının hüquqi marağı məhz onun dövlət qulluğuna xitam verilməsi haqqında əmrin ləğv edilməklə, əvvəlki vəzifəsinə bərpa olunmasında və bərpa olunana kimi məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsindən ibarət olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı belə bir iddia tələbini irəli sürməkdə haqlı olduğundan, nəticə etibarilə iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1713/2022 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Şamaxı Rayon İcra Hakimiyyəti başçısının İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında 58 nömrəli, 23 iyul 2019-cu il tarixli Əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə-Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsi üzrə dövlət qulluğuna bərpa edilməsi və 23 iyul 2019-cu il tarixdən başlayaraq həmin vəzifə üzrə dövlət qulluğuna bərpa edilənədək olan məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsi Şamaxı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.