Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-212/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və X2 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə X11 Məmməd qızının cavabdeh Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət X15 1 saylı regional ərazi filialına qarşı onun 1997-ci ildən etibarən İ qrup gözdən əlil kimi pensiya hesablanması öhdəliyinin qoyulması tələbinin təmin edilməməsinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarından iddiaçı M.Məmmədova tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ona xx.xx.1997-ci il tarixdən gözdən əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında Dövlət X15 Sumqayıt şöbəsinə müraciət etmiş, cavabdeh xx.xx.2018-ci il tarixli 62/2929 saylı məktubla onun müraciətini təmin etməmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya xx.xx.1997-ci ildən İ qrup ümumi səbəbli əlillik dərəcəsi müəyyən edilmiş, xx.xx.1997-ci ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx.xx.1997-ci ildən İ qrup gözdən əlil kimi hesablanması mümkün olmamışdır. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 1997-ci ildən etibarən İ qrup gözdən əlil kimi pensiya hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o, xx.xx.1961-ci il təvəllüdlüdür. X17 Ekspert Komissiyasının xx xxxxxx 1997-ci il tarixli qərarına əsasən ona İ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmiş və əlilliyin hər iki gözünün xəstəliyi ilə bağlı olduğu qeyd olunmuşdur. Lakin cavabdeh inzibati orqan tərəfindən ona gözdən əlillər üçün təyin olunmalı pensiya təyin edilməmişdir. xx xxxx 2018-ci il tarixdə keçirilən müayinə zamanı onun gözdən əlil olması faktı yenidən təsdiqlənmiş və cavabdeh həmin tarixdən ona gözdən əlillər üçün pensiyanı təyin etmişdir. Halbuki, hələ 1997-ci ildə verilmiş arayışda xəstəliyin səbəbi hər iki gözün görmə qabiliyyətinin itirilməsi göstərilmişdir. Diaqnozda həmçinin onun kənar şəxsin qulluğuna ehtiyacının olması və əmək qabiliyyətinin olmaması vurğulanmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1582/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan X11 Məmməd qızı apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-41/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1582/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, İddiaçı qızına 1997-ci ildən etibarən İ qrup gözdən əlil kimi pensiya hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. (sədrlik edən hakim N.Nəsibov) Qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2837/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi,Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 41/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. (sədrlik edən hakim K.Bədəlov) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi yanında Dövlət X15 Sumqayıt şəhər şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət X15 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi Həkim Əmək Ekspert Komissiyasının xx xxxxxx 1997-ci il tarixli qərarına əsasən ona birinci qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. Əlilliyin verilməsi üçün əsas “hər iki gözdə yüksək dərəcəli fəsadlaşmış miopiya mərkəzi koriorstinit” diaqnozudur. Əlilliyin səbəbi arayışda “ümumi xəstəlik" göstərilmiş və qeyd olunmuşdur ki, “xəstənin kənar şəxslərin yardımına ehtiyacı vardır”. AR ƏƏSMN yanında X1 xx.xx.2018-ci il tarixli müayinə aktı ilə xəstəliyi təsdiq edilərək ona birinci qrup “ümumi xəstəlikdən” əlillik dərəcəsi verilmişdir. Diaqnoz kimi gözdən əlil olmağı göstərilmişdir. Məhkəmə qərarda göstərmişdir ki, 1997-ci ildən sonra iddiaçı əlilliyin səbəbinin dəyişdirilməsi barədə hər hansı sənədi təqdim etməmişdir. Ona 1997-ci ildən xəstəliyə görə əlillik dərəcəsi təyin edilmiş və bu fakt 2018-ci ildə bir daha X3 tərəfindən təkrarən təsdiq edilmişdir. Məhkəmə TSEK-in arxivində guya onun sənədlərinin tapılmadığına istinad edərək əlilliyin həqiqətən də 1997-ci ildə göz xəstəliyi ilə bağlı olmasını araşdırmamışdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş X11 Məmməd qızı apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərərk, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət X15 1 saylı regional ərazi filialının nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli müayinə aktının çıxarışından görünür ki, M.Məmmədovaya ümumi xəstəliyə görə İ qrup əlillik dərəcəsi təyin edilmişdir və X13 «hər iki gözdə yüksək dərəcəli fəsadlaşmış miopiya mərkəzi xoriorstinit» diaqnozu qoymuşdur. Dövlət X16 və Reabilitasiya Xidmətinin işdə olan **********6 nömrəli. xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, M.Məmmədovanın əlillik vəziyyəti səhiyyə müəssisəsinin 05320033AACDZ saylı göndərişi əsasənda TSERAS üzərindən xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. 12 saylı TSEK-nın işdə olan xx.xx.2018-ci il tarixli, 54 saylı məktubundan görünür ki, M.Məmmədovanın tibbi ekspertiza sənədləri tapılmamışdır. İşdən görünür ki, iddiaçı ona 1997-ci ildən gözdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçıya xx.xx.1997-ci ildən əlilliyə görə əmək pensiyası təyin edildiyini, ona xx.xx.1997-ci ildən İ qrup ümumi səbəbli əlillik dərəcəsi müəyyən edildiyini bildirərək, imtina cavabı vermişdir. Bu cavabla razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1997-ci ildə iddiaçının əlilliyinin səbəbi kimi ümumi xəstəlik göstərilmişdir və daha sonra əlilliyin səbəbinin dəyişdirilməsi barədə heç bir sənəd iddiaçı tərəfindən təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən, əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 90-cı maddəsinin İ hissəsinə əsasən, sosial pensiyalar əmək pensiyası almaq hüququ olmadıqda ümumi xəstəlik nəticəsində İ, İİ və İİİ qrup əlillərə təyin edilir. Həmin Qanunun 96-cı maddəsinə əsasən, yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkiməmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 36 N-li qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. xx.xx.1997-ci il tarixli müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya ümumi xəstəliyə görə İ qrup əlillik dərəcəsi təyin edilmişdir. X7 «hər iki gözdə yüksək dərəcəli fəsadlaşmış miopiya mərkəzi koriorstinit» diaqnozu qoymuşdur. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş **********6 saylı xx xxxx 2018-ci il tarixli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 05320033AACDZ saylı göndərişi əsasında TSERAS üzərindən xx xxxxxx 2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 12 saylı TSEKin xx xxxx 2018-ci il tarixli 54 saylı məktubundan məlum olur ki, TSEK-in arxivində iddiaçının tibbi ekspertiza sənədləri tapılmamışdır. Eyni orqan tərəfindən verilmiş **********6 saylı xx xxxxxx 2019-cu il tarixli məktub da eyni məzmunlu olsa da, orada iddiaçıya ümumi səbəbdən görməsinə görə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verildiyi bildirilmişdir. İşə təkrar apelyasiya qaydasında baxıldıqda, məhkəmə kollegiyası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş fərqli məzmunda iki məktub arasında ziddiyətin aradan qaldırılması üçün həmin orqana sorğu vermişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********4 nömrəli, xx xxxx 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı qızı xx.xx.1997-ci il tarixdə Daşkəsən HƏEK-da “Hər iki gözdə yüksək dərəcəli fəsadlaşmış miopiya, mürəkkəb xorioretinit” diaqnozu ilə ilkin müayinə edilmiş və müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı qızının əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 0532003AACDZ saylı göndərişi əsasında xx xxxxxx 2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və ümumi səbəbdən görməsinə görə müddətsiz birinci dərəcə əliliyin təyini barədə qərar verilmişdir. Xidmətin **********6 saylı məktubunda qeyd edilən məlumatların etibarsız hesab edilməsi xahiş olunur. İşin hallarından görünür ki, cavabdeh iddiaçının müraciətini rədd edərkən iddiaçının məhz TSERAS tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərara əsasən görməsinə görə əlil hesab olunduğuna, xx.xx.1997-ci il tarixli müayinə aktına görə isə onun ümumi səbəbdən əlil sayıldığına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı qızı xx.xx.1997-ci il tarixdə Daşkəsən HƏEKda “Hər iki gözdə yüksək dərəcəli fəsadlaşmış miopiya, mürəkkəb xorioretinit” diaqnozu ilə ilkin müayinə edildiyindən və müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verildiyindin iddia tələbi əsaslıdır və ona 1997-ci ildən etibarən İ qrup gözdən əlil kimi pensiya hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət X15 1 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1582/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli və İddiaçı qızına 1997-ci ildən etibarən İ qrup gözdən əlil kimi pensiya hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət X15 1 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1582/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı qızına 1997-ci ildən etibarən İ qrup gözdən əlil kimi pensiya hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət X15 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Lətifə Məmmədova Ruhiyyə Əsgərova
Məhkəmə qərarları › İş №2-1(105)-212/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-212/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver