Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-212/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Tağıyev” şirkətinin cavabdehlər "xxxx" MMC və Cavabdehnə qarşı “torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılması ilə bağlı cavabdeh "xxxx" MMC-yə digər Cavabdeh tərəfindən verilmiş sərəncamın ləğv edilməsi, torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılmasını cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər üçüncü şəxslərə qadağan edilməsi, həmçinin həmin ərazidə tikinti işlərinin aparılmasının dayandırılması, iddiaçıya dəymiş 11.000 (on bir min ) manat zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-2004/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. “Tağıyev” şirkəti cavabdehlər "xxxx" MMC və Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılması ilə bağlı cavabdeh "xxxx" MMC-yə digər Cavabdeh tərəfindən verilmiş sərəncamın ləğv edilməsi, torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılmasını cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər üçüncü şəxslərə qadağan edilməsi, həmçinin həmin ərazidə tikinti işlərinin aparılmasının dayandırılması, iddiaçıya dəymiş 11.000 manat zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 oktyabr 1994-cü il tarixli 507 saylı sərəncamına əsasən, Abşeron rayonu, Xırdalan qəsəbəsində, Z.Tağıyev küçəsində 7 nömrəli 9 mərtəbəli bina ilə əhatə olunmuş boş yaşıllıq olmayan sahədə mövcud daşdan tikilmiş kafe binasından 6,0 m aralı onun tuşunda yoldan 23,0 m məsafədə, “ATS” istehsalat kommersiya firmasına əhaliyə ticarət xidməti göstərmək üçün mağaza tikintisinə 10.0 x 10.0 m. ölçüdə torpaq sahəsi ayrılmışdır. 29 sentyabr 2001-ci il tarixli 223 saylı sərəncama əsasən Abşeron rayonu, İcra Hakimiyyətinin 10.11.1994-cü il tarixli 507 saylı sərəncamı ilə RİK-nin 28 avqust 1991-ci tarixli 175 saylı sərəncamı ilə tikilmiş və fəaliyyət göstərən “Tağıyev” şirkətinə məxsus olan tikinti materiallarının satışı mağazalarının qarşısında boş istifadəsiz sahədə təsdiq edilmiş və qabaq cizgiyə uyğun mağazaların rekonstruksiyasına icazənin verilməsi və qabaq hissəsində 50.0 x 6.0 m. ölçüdə və yan fasadlarının sağ və sol tərəfində 9.0 x 3.0 metr ölçüdə plastik və şüşə elementlərdə istehsal etdiyi malların satışı üçün sərgi pavilyonunun quraşdırılmasına torpaq sahəsi ayrılmışdır. Hazırda isə Cavabdeh sərəncamına əsasən, Abşeron rayonu, Xırdalan qəsəbəsində, Z.Tağıyev küçəsində 7 nömrəli binanın qarşısında iddiaçıya məxsus olan torpaq sahəsinə digər cavabdeh Msdis holding” MMC qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparır. O, cavabdehlərə rəsmi qaydada müraciət edərək, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsində 7 nömrəli binanın qarşısında şirkətə məxsus olan torpaq sahəsində "xxxx" MMC-nin qanunsuz və əsassız olaraq daxil olmaqla orada qanunsuz olaraq aparılan tikinti işlərinin qısa müddət ərzində dayandırılması xahiş etmiş, lakin bununla bağlı heç bir tədbir görülməmişdir. Bunun nəticəsində ona 11000 manat zərər dəymişdir. İddiaçının mülkiyyətçi kimi hüquqları pozulduğundan yuxarıda qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2-1(118)-2004/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov)
4. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin eidlməsini xahiş etmişdir. 8.Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdurlar (İPM-in 62.3-cü maddəsi).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
10. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən-torpaq sahəsinə qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılması ilə bağlı cavabdeh "xxxx" MMC-yə digər Cavabdeh tərəfindən verilmiş sərəncamın ləğv edilməsinə dair iddianın mümkün sayılmaması hissəsində ləğv edilməli, həmin hissədə iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
11. İşdən görünür ki, qaldırılan iddiaçı tərəfindən üç tələb irəli sürülmüşdür: 1) Torpaq sahəsinə qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılması ilə bağlı cavabdeh "xxxx" MMC-yə digər Cavabdeh tərəfindən verilmiş sərəncamın ləğv edilməsi; 2) Torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılmasını cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər üçüncü şəxslərə qadağan edilməsi, həmçinin ərazidə tikinti işlərinin aparılmasının dayandırılması, 3) iddiaçıya dəymiş 11.000 (on bir min) manat zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması.
12. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardadı onunla əsaslandırmışdır ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı tələblərini inzibati orqan olmayan hüquqi şəxsdən (MMC) və Cavabdehndən tələb edir. Məhkəmə hesab edir ki, tərəflərin biri Məhdud Məsuliyyətli Cəmiyyət olduğundan və müvafiq cavabdehlər eyni tələbə qarşı eyni anda cavabdeh qismində iştirak etmələri İnzibati Prosesual Məcəllənin tələbləri baxımından yolverilməzdir. Bundan başqa iddia predmeti olan mübahisələndirilən qərarın tarixi, nömrəsi və ümumiyətlə mövcud olub-olmaması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, ikinci və üçüncü tələbə münasibətdə iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi qismən əsaslı olsa da, əldə edilmiş nəticə düzgün olmuşdur.
14. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. (2 və 3.1-ci bənd)
16. Hazırkı iş üzrə iddiaçı ikinci tələbində torpaq sahəsində tikinti işlərinin aparılmasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər üçüncü şəxslərə qadağan edilməsi və ərazidə tikinti işlərinin aparılmasının dayandırılması barədə qərar çıxarılmasını xahiş etmişdirdir. 17.Kollegiya hesab edir ki, bu tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.
18. Yuxarıda qeyd edilən Plenum qərarına əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır.
19. Birinci instansiyası məhkəməsi bu hissədə iddianın mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir
20. Üçüncü tələbdə iddiaçı cavabdehlərdən dəymiş maddi zərərin tutulmasını xahiş etmişdir.
21. Cavabdeh "xxxx" MMC-yə münasibətdə vurulmuş zərərin tutulmasına dair tələb yuxarıda qeyd edildiyi kimi xüsusi hüquqla tənzimləndiyindən mülki mübahisədir və ümumi məhkəmədə baxılmalıdır. Bu hissədə iddia mümkün iddia deyildir.
22. Cavabdehndən vurulmuş zərərin tutulmasına dair iddianın mümkünlüyünə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh inzibati orqandır və qaldırılmış iddia növünə görə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədədir. Qeyd edilən iddia növü üzrə tələb olunan xüsusi mümkünlük şərtlərindən biri isə iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.
23. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 9-cu bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
24. Hazırkı işdən isə görünür ki, iddiaçı müvafiq ərizə ilə əvvəlcədən inzibati orqana müraciət etməmişdir.
25. Bu səbəbdən kollegiya üçüncü tələb üzrə iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
26. Tikinti işlərinin aparılması ilə bağlı "xxxx" MMC-yə icazə verilməsinə dair Cavabdeh tərəfindən verilmiş sərəncamın ləğv edilməsinə dair iddianın mümkün sayılmamasına dair hissədə isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
27. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
28. Birinci tələbdə qaldırılan iddia, növünə görə mübahisələndirmə haqqında iddiadır. İddiaçı bildirir ki, ünvan 1 ünvanda ona ayrılmış torpaq sahəsində "xxxx" MMC tərəfindən tikinti işləri həyata keçirilir. Maraqlandıqda ona bildirilmişdir ki, aparılan tikintiyə dair Cavabdeh tərəfindən sərəncam qəbul edilmişdir. İddiaçı bununla əlaqədar inzibati orqana müraciət etsə də, onun müraciətinə cavab verilmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
29. Birinci instansiya məhkəməsi bu tələbə münasibətdə qərardadda qeyd etmişdir ki, mübahisələndirilən qərarın nömrəsi, tarixi, ümumiyyətlə mövcud olub-olmaması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir.
30. Kollegiya məhkəmənin qeyd edilən arqumenti ilə razılaşmır. Belə ki, işdən görünür ki, iddiaçı inzibati orqana müraciət etsə də, onun müraciəti cavablandırılmamış, həmin sərəncamı başqa formada əldə etmək isə iddiaçının imkanları xaricində olmuşdur.
31. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Plenum qərarında qeyd edildiyi kimi, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
32. Hazırkı işdə isə birinci instansiya məhkəməsi tərəfindən sərəncamın ləğvinə dair iddianın mümkünlüyü məsələsi həll edilərkən işin araşdırılması prinsipi pozularaq, bu istiqamətdə əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən xidməti vəzifəsinə görə araşdırılmamış, cavabdeh tərəfindən mübahisəsi gedən ərazidə tikintinin aparılmasına dair sərəncamın qəbul edilib-edilməməsi ilə bağlı inzibati orqana sorğu edilməmişdir.
33. Odur ki, bu hissədə məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlillərini əsaslı hesab edir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-2004/2021 saylı qərardadı qismən -torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı cavabdeh "xxxx" MMC-yə digər Cavabdeh tərəfindən verilmiş sərəncamın ləğv edilməsi”nə dair iddianın mümkün sayılmaması hissəsində ləğv edilməli, həmin hissədə iddianın mümkünlüyü məsələsi təkrar araşdırılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-2004/2021 saylı qərardadı qismən- “torpaq sahəsinə qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılması ilə bağlı cavabdeh "xxxx" MMC-yə digər Cavabdeh tərəfindən verilmiş sərəncamın ləğv edilməsi”nə dair iddianın mümkün sayılmaması hissəsində ləğv edilsin. Həmin hissədə iddianın mümkünlüyü məsələsinin təkrar araşdırılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Şikayət qalan hissədə təmin olunmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.