Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-214/2022 28.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2019-cu il tarixli **********190065 nömrəli qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2021ci il tarixli, 2-1(118)-49/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş “vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2019-cu il tarixli **********190065 nömrəli qərarının ləğv olunması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 saylı Ərazi Vergilər İdarəsinin 12.07.2018-ci il tarixli, **********156224 saylı qərarına əsasən 13.07.2018-ci il tarixdən 31.07.2019-cu il tarixədək iddiaçının idarə etdiyi və icarəsində olan İddiaçındə 2015-2018ci illər üzrə torpaq vergisi, 2015-ci ilin 2-ci rübü-2018-ci ilin 1-ci rübü üzrə ödəmə mənbəyindən tutulan vergi, iyun 2015-may 2018-ci il üzrə aksiz vergisi, 2015-2017-ci illər üzrə mənfəət vergisi, 2015-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, iyun 2015-may 2018-ci illər üzrə əlavə dəyər vergisi, 2015-2017-ci illər üzrə əmlak vergisi, Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, udulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə iddiaçını xəbərdar etmədən növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Aparılan səyyar vergi yoxlaması zamanı 05.08.2019-cu il tarixli, **********156249 nömrəli akt tərtib olunmuşdur. Lakin akt tərtib olunandan sonra yoxlayıcı onu aktla tanış etməmişdir. Bu səbəbdən də yoxlama ilə əlaqədar öz fikirlərini və iradlarını bildirə bilməmişdir. Yoxlama zamanı təyin olunmuş ekspertizalar zamanı da iddiaçının hüquqları pozulmuşdur. Ekspertin iddiaçı tərəfindən seçilən şəxslərin arasından təyin olunması və digər hüquqları barədə vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Bundan əlavə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 13.09.2019-cu il tarixdə vergi orqanına dəvət olunmağı barədə iddiaçıya göndərilən məktubu 17.09.2019-cu il tarixdə almış və elə həmin gün vergi idarəsinə zəng edərək bu barədə məlumat vermişdir. Buna baxmayaraq elə həmin gün, yəni 17.09.2019-cu il tarixdə 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********190065 nömrəli qərar qəbul edilmişdir. Səyyar yoxlama zamanı tərtib olunmuş akt əsasında qəbul olunmuş qərarı isə 5-6 gündən sonra poçt vasitəsi ilə almışdır. Səyyar vergi yoxlaması başa çatdıqdan sonra vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qəbul edilmiş 17.09.2019-cu il tarixli, İ**********90065 nömrəli qərarda vergi ödəyicisinə aşağıdakı tədiyyə növləri üzrə vergi hesablanması və maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır: 1. Ödəmə mənbəyində tutulan vergi üzrə 9128.00 manat vergi hesablansın və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 2835.00 manat maliyyə sanksiyası tətbiq edilsin. 2. Əlavə dəyər vergisi üzrə 33016.71 manat vergi hesablansın və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 12165.40 manat maliyyə sanksiyası tətbiq edilsin. 3. Mənfəət vergisi üzrə 2867.98 manat vergi hesablansın və уa Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 1361.00 manat maliyyə sanksiyası tətbiq edilsin. 4. Aksiz vergisi üzrə 43624.18 manat vergi hesablansın və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 17092.00 manat maliyyə sanksiyası tətbiq edilsin. 5. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi bəyannaməsi vergi orqanına vaxtında təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 1.240.00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin. 6. Malların alışını və ya mədaxilini təsdiq edən sənədlərin olmaması səbəbindən Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 7196.00 manat maliyyə sanksiyası tətbiq edilsin. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə ümumilikdə cəmisi 88636.87 manat vergi hesablanması və 41889.4,1 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, İddiaçı MMC-də 3 saylı ərazi Vergilər İdarəsinin apardığı növbədənkənar səyyar vergi yoxlaması qərəzli aparılmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, yoxlama nəticəsində tərtib olunmuş akt yoxlamanın aparıldığı “Marşal-Xaçmaz’' MMC-də deyil, 3 saylı Ərazi Vergilər İdarəsində tərtib olunmuş, yoxlamanın, nəticələri “Marşal-Xaçmaz’’ MMC-də müzakirə olunmamışdır. İddiaçı bildirir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin tərtib etdiyi 05.08.2019-cu il tarixli, **********156249 nömrəli akt və 17.09.2019-cu il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********190065 nömrəli qərarı ilə razı deyil, həmin akt və qərar yalnız ehtimallara əsaslanaraq qanunsuz və əsassız olaraq qərəzli şəkildə qəbul olunmuşdur. Qeyd edir ki, əvvəla icarəsində olan İddiaçı MMC mövsümi fəliyyət göstərir, yəni bütün il boyu deyil, ilin müəyyən aylarında fəaliyyət göstərir, işçilərin sayı 9 nəfərdən artıq olmur, pivə sexinin fəaliyyətinin dayandırılması və fəaliyyətə başlaması barədə hər il 3 saylı Ərazi Vergilər İdarəsinə rəsmi məktubla məlumatlar ünvanlanmışdır. Belə ki, 27.09.2014-cıi il tarixdə pivə sexinin fəaliyyəti dayandırılmış, 08.06.2015-ci il tarixdə sexin fəaliyyəti bərpa olunmuş və 11.11.2015-ci il tarixdə fəaliyyət dayandırılana kimi, 2015-ci il ərzində cəmi 5 ay 3 gün fəaliyyət göstərmişdir. Sexin fəaliyyəti 29.07.2016-cı tarixdə bərpa olunmuş və 27.09.2016-cı il tarixə kimi il ərzində cəmi 1 ay 28 gün fəaliyyət göstərmişdir. Sexin fəaliyyəti 29.07.2017-ci il tarixdə bərpa olunmuş və 14.11.2017-ci il tarixə kimi cəmi 3 ay 15 gün fəaliyyət göstərmişdir. Sexin fəaliyyəti 19.07.2018-ci il tarixdə bərpa olunmuş və 31.10.2018-ci il tarixə kimi cəmi 3 ay 12 gün fəaliyyət göstərmişdir. Hər il pivə sexinin fəaliyyətinin dayandırılması və fəaliyyətə başlaması vaxtı barədə 3 saylı Ərazi Vergilər İdarəsinə rəsmi məktubla məlumat verilmişdir. Aparılan səyyar vergi yoxlaması zamanı isə vergi müfəttişi tərəfindən bu faktlar qəsdən nəzərə alınmamış və ehtimallara əsaslanan fikirlərlə sexin fəaliyyətini yoxlama aparılan illər üzrə bütün illərə tam olaraq tətbiq etmişlər. 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndələri son iki il ərzində fəaliyyət göstərən pivə sexinin gündəlik fəaliyyətinə nəzarət etmişdirlər. Nəzarət zamanı sexdən çıxarılan pivə məhsulu onların nəzarəti altında müxtəlif obyektlərə göndərilmiş və bütün fəaliyyət “vergi ödəyicisi üzrə yaradılmış nəzarət postunda istehsal həcminin qeydiyyatı kitabında “vergi ödəyicisi üzrə yaradılmış nəzarət postunda satılan mallara keçirilən baxışın qeydiyyat jurnalında” və “vergi ödəyicisi üzrə yaradılmış nəzarət postunda texnoloji avadanlıqların plomblanması və sayğacların göstəricilərinin qeydiyyat kitabında dəqiqliklə qeyd olunmuşdur. 2019-cu ilin avqust ayına kimi İddiaçı MMC-nin heç bir vergi borcu olmamışdır. Bu fakt vergi ödəyicisinin şəxsi hesab vərəqədə göstərilənlərlə tam təsdiq olunur. 3 saylı Ərazi Vergilər İdarəsinin tərtib eldiyi 05.08.2019-cu il tarixli, **********156249 nömrəli akt tərtib olunandan 15 gün sonra, 17.09.2019-cu il tarixli, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********190065 nömrəli qərarını isə 23.09.2019-cu il tarixdə almışdır. Onunla İddiaçı sahibi arasında notarial qaydada bağlanan icarə müqaviləsinə əsasən o, pivə sexini aylıq icarə haqqı 100 manat olmaqla icarəyə götürmüş, ona bundan artıq məbləğdə icarə haqqı ödəmək sərf etmir və mülkiyyətçi ilə arasında icarə haqqı ilə əlaqədar heç bir anlaşılmazlıq yoxdur. Səyyar vergi yoxlaması zamanı bu məbləğin bazar qiyməti ilə 2000 manat hesablanmasını və guya icarə haqqını 100 manat təyin etməyin vergidən yayınma məqsədilə etdiklərinə dair rəylə qətiyyən razı deyil və bildirir ki, bu əqddə hansısa hüquqpozmadan söhbət gedə bilməz. Səyyar vergi yoxlamasının aktı və digər sənədlərlə tanış olmaq imkanı olmamışdır. Belə ki, qərar qəbul olunana kimi həmin sənədlər iddiaçıya təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması növbəli və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə: vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, cinayət prosessual qanunvericiliyə uyğun olaraq məhkəmənin və ya hüquq - mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərar olduqda; bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə; vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlama keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Yuxarıda göstərilən halların heç biri mövcud olmadan 3 saylı Ərazi Vergilər İdarəsinin 13.07.2018-ci il tarixdən 31.07.2019-cu il tarixədək iddiaçının idarə etdiyi və icarəsində olan İddiaçındə keçirdiyi növbədənkənar səyyar vergi yoxlamasını qanunsuz hesab edir.
3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 12.07.2018-ci il tarixli, **********156224 nömrəli qərarına əsasən İddiaçı MMCdə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 13.07.2018-ci il tarixdə KY181257152 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq 10.12.2018-ci il tarixli, **********148603 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17.09.2019-cu il tarixli, **********190065 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan verginin 9128,0 manat, əlavə dəyər vergisinin 33016,71 manat, mənfəət vergisinin 2867,98 manat və aksiz vergisinin 43624,18 manat olmaqla, ümumilikdə 88636,87 manat məbləğində vergilərin az hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə ümumilikdə vergi ödəyicisinə 88636,87 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33453,4 manat və vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 1240,0 manat, həmçinin malların alışını və ya mədaxilini təsdiq edən sənədlər olmadığına görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 7196,0 manat olmaqla, ümumilikdə 41889,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 13.07.2018-ci il tarixli **********156251 nömrəli və 24.01.2019-cu il tarixli **********175055 nömrəli tələbnamələr verilmiş, sənədlərin təqdim edilməsi müvafiq olaraq 02.08.2018-ci il tarixli və 14.02.2019-cu il tarixli aktlarla rəsmiləşdirilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” 17.07.2018-ci il tarixli **********156798 nömrəli qərara əsasən müəssisənin ünvan 1i ünvanında yerləşən istehsal sexində 17.07.2018-ci il tarixdə baxış keçirilmiş və bu barədə 17.07.2018-ci il tarixli protokol tərtib edilmişdir. Yoxlama zamanı 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” 08.08.2018-ci il tarixli **********159302 nömrəli qərarına əsasən cəmiyyətin mülkiyyətində və istifadəsində olan daşınan əmlakın, malların, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyası aparılmışdır. Cəmiyyətdə aparılmış inventarizasiya zamanı 71960,00 manat dəyərində alışını və ya mədaxilini təsdiq edən sənədləri olmayan mallar aşkar olunmuş və aparılmış inventarizasiyanın nəticələri 10.08.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin istifadəsində olan ünvan 1i ünvanında yerləşən pivə istehsalı sexində yoxlama ilə əhatə olunan dövrdə (01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək) enerji sərfiyyatı məlumatlarına əsasən pivə istehsal edən avadanlıqların gücünün, istehsal olunmuş məhsulun həcminin, həmçinin istehsal olunmuş məhsulun bazar qiymətinin və daşınmaz əmlak üçün ödənilən aylıq icarə haqqı üzrə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə “Mütəxəssisin dəvət edilməsi haqqında” 15.08.2018-ci il tarixli **********160218 nömrəli və “Ekspertizanın təyin edilməsi haqqında” 15.08.2018-ci il tarixli **********0217 nömrəli qərarlar qəbul edilmişdir. "xxxx" MMC (VÖEN **********) qiymətləndirmə şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin qiymətləndirici eksperti X4 mütəxəssis ekspert kimi dəvət olunmuş və onun tərəfindən 30.08.2018-ci il tarixli ekspert rəyi tərtib edilmişdir. Ekspert tərəfindən pivə istehsalı sexində araşdırma aparılmış və 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal olunmuş pivə məhsulunun istehsal həcminin 296667 litr, sexdə işləyən işçilərin sayı 9 nəfər göstərməklə ümumi əmək haqqı məbləği 97350,0 manat və texniki avadanlıqlarının orta aylıq icarə haqqının 2000,0 manat olduğu qeyd etmişdir. Vergi ödəyicisi ekspert rəyi ilə razı olmamış və təkirar ekspertizanın aparılmasını xahiş etmişdir. Buna görə də, təkrarən vergi ödəyicisinin istifadəsində olan ünvan 1i ünvanında yerləşən pivə istehsalı sexində yoxlama ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövrdə enerji sərfiyyatı məlumatlarına əsasən pivə istehsal edən avadanlıqların gücünün, istehsal olunmuş məhsulun həcminin, həmçinin istehsal olunmuş məhsulun bazar qiymətinin və daşınmaz əmlak üçün ödənilən aylıq icarə haqqı üzrə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə “Mütəxəssisin dəvət edilməsi haqqında” 22.02.2019-cu il tarixli **********177083 nömrəli və “Ekspertizanın təyin edilməsi haqqında” 22.02.2019-cu il tarixli **********177082 nömrəli qərarlar qəbul edilmişdir. "xxxx" MMC qiymətləndirmə şirkəti ilə bağlanmış 06.03.2019-cu il tarixli müqaviləyə əsasən həmin cəmiyyətin qiymətləndirici eksperti X3 mütəxəssis ekspert kimi dəvət olunmuş və onun tərəfindən 25.07.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Ekspert tərəfindən pivə istehsalı sexində araşdırma aparılmış və 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal olunmuş pivə məhsulunun istehsal həcminin ümumilikdə 277050,0 litr, satış dövriyyəsinin (ƏDV-siz) 160689,0 manat və texniki avadanlıqlarının hazırkı durumda orta aylıq icarə haqqının 2000,0 manat olduğunu qeyd etmişdir. Yoxlama zamanı ekspert tərəfindən təqdim edilən rəyə əsasən vergi ödəyicisinin 2015-ci, 2016-cı və 2017-ci illər üzrə mənfəət vergisi ödəmək öhdəliyinin və dövriyyəsinin olduğu müəyyən olunmuşdur. Lakin, vergi ödəyicisi həmin dövriyyə ilə bağlı xərc sənədlərini yoxlamaya təqdim edə bilməmiş, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi tapılmadığı üçün vergi ödəyicisinin xərclərini və gəlirlərini müəyyən etmək mümkün olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2011-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən vergi orqanı şərti rentabellik norması əsasında vergi ödəyicisinin mənfəətini müəyyən etmişdir. Vergi ödəyicisinin gəliri şərti üsulla müəyyən edilərkən gəlirləri 6 əmsala bölünməklə mənfəəti müəyyən etmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəətin məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülmüşdür. Müəssisənin gəlirlərinin (ƏDVsiz və aksizsiz) 2015-ci il üzrə 21878,87 manat, 2016-cı il üzrə 64452,59 manat və 2017-ci il üzrə 60743,92 manat olduğu müəyyən edilmişdir. Yoxlama zamanı 2015-ci il üzrə vergiyə cəlb olunan mənfəətin 3646,47 manat, həmin mənfəətdən hesablanmış mənfəət vergisinin məbləği 729,29 manat, 2016-cı il üzrə vergiyə cəlb olunan mənfəətin 10742,09 manat, həmin mənfəətdən hesablanmış mənfəət vergisinin məbləği 2148,41 manat və 2017-ci il üzrə vergiyə cəlb olunan mənfəətin 10123,98 manat, həmin mənfəətdən hesablanmış mənfəət vergisinin məbləği 2024,79 manat müəyyən edilmişdir. M2015=21878,87x20/120=3646,47x20%=729,29manatM2016=64452,59x20/120=10742, 09x20%=2148,42 manat M 2017=60743,92x20/120=10123,98x20%=2024,80 manat Vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2015-ci il üzrə hesablanmış 583,33 manat, 2016-cı il üzrə hesablanmış 843,20 manat və 2017-ci il üzrə hesablanmış 608,0 manat mənfəət vergisi nəzərə alındıqda, səyyar vergi yoxlaması ilə 2015-ci il üzrə 145,96 manat, 2016-cı il üzrə 1305,22 manat və 2017-ci il üzrə 1416,80 manat olmaqla ümumilikdə 2867,98 manat məbləğində mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1361,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisin yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, vergi ödəyicisi əlavə dəyər vergisin məqsədləri üçün qeydiyyat haqqında ərizəyə əsasən 27.07.2015-ci il tarixdə **********5 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi almışdır. Əlavə dəyər vergisinin qeydiyyatı 08.07.2015-ci il tarixdən qüvvəyə minmiş və həmin tarixdən yaranan dövriyyələri əlavə dəyər vergisinə cəlb edilməklə hesablamalar aparılmışdır. Yoxlama ilə əhatə olunan dövr ərzində 08.07.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək vergi ödəyicisi əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olmuş və bu dövr ərzində vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatı ləğv edilməmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrinə əsasən yoxlama ilə əhatə olunan dövr üzrə 08.07.2015-ci il tarixdən 31.12.2015-ci il tarixədək 10850,0 manat, 01.01.2016-cı il tarixdən 01.01.2017-ci il tarixədək 3583,28 manat, 01.01.2017-ci il tarixdən 01.01.2018-ci il tarixədək 18240,00 manat, 01.01.2018-ci il tarixdən 01.06.2018-ci il tarixədək 0,00 manat olmaqla, ümumilikdə 32673,28 manat məbləğində dövriyyə və həmin dövriyyədən ödənilməli olan əlavə dəyər vergisinin məbləği 5881,19 manat bəyan edilmişdir. Lakin, yoxlama ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr üzrə ekspert tərəfindən təqdim olunmuş rəydə istehsal obyektində sərf edilmiş enerji sərfiyyatına görə ümumi istehsal həcmi və orta bazar satış qiymətlərinə əsasən aylar üzrə hasilatın həcmi müəyyən edilmişdir. Ekspert tərəfindən təqdim olunmuş rəyə əsasən yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinin dövriyyəsi 216099,48 manat, həmin dövriyyədən ödənilməli olan əlavə dəyər vergisinin məbləği 40002,62 manat müəyyən olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyat dövrü üzrə ekspert rəyində göstərilən satış dövriyyələri ilə vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə göstərilən satış dövriyyələri müqayisə edilmiş və əlavə olaraq ümumilikdə 33016,71 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 12165,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aksiz vergisin yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması ilə əhatə olunan 01.06.2015ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisi aksizli malların istehsalı (pivə istehsalı) ilə məşğul olduğundan aksiz vergisinin ödəyicisi olmuşdur. Ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən 01.06.2015-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövrdə 37722,19 litr, 2016-cı ildə 111125,15 litr, 2017-ci ildə 104730,9 litr, 01.01.2018-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövrdə 23472,38 litr olmaqla, ümumilikdə 277050,62 litr pivə məhsulu istehsal edilmişdir. Vergi Məcəlləsinin 190.3.6-cı maddəsinə əsasən istehsal olunmuş hər 1 litr pivə məhsuluna görə 0,2 manat aksiz vergisi tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq, vergi ödəyicisinə 01.06.2015-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövr üzrə 2455,56 manat, 2016-cı il üzrə 20439,03 manat, 2017-ci il üzrə 20946,18 manat, 01.01.2018-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr üzrə 4694,48 manat olmaqla ümumilikdə 43624,18 manat aksiz vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 17092,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyindən tutulan vergilərin yoxlnılması nəticəsində ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş obyektin aylıq icarə haqqının bazar qiymətinin 2000,0 manat olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrində daşınmaz əmlakın icarə haqqı üzrə vergi məbləğləri, ekspert rəyinə əsasən müəyyən olunmuş icarə haqqı üzrə vergi məbləğləri ilə müqayisə edilmişdir. Belə ki, aparılmış səyyar vergi yoxlaması ilə 2015-ci ilin 2-ci rübü üzrə 266,00 manat, 2015-ci ilin 3-cü rübü üzrə 798,0 manat, 2015-ci ilin 4-cü rübü üzrə 798,0 manat, 2016-cı ilin 1-ci rübü üzrə 798,0 manat, 2016-cı ilin 2-ci rübü üzrə 798,0 manat, 2016-cı ilin 3-cü rübü üzrə 798,0 manat, 2016-cı ilin 4-cü rübü üzrə 798,0 manat, 2017-ci ilin 1-ci rübü üzrə 798,0 manat, 2017-ci ilin 2-ci rübü üzrə 798,0 manat, 2017-ci ilin 3-cü rübü üzrə 798,0 manat, 2017-ci ilin 4-cü rübü üzrə 840,0 manat, 2018-ci ilin 1-ci rübü üzrə 840,0 manat olmaqla, ümumilikdə 9128,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergilər hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2835,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində səyyar vergi yoxlaması zamanı təyin olunmuş ekspertizalar zamanı onun hüquqlarının pozulduğunu və 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş ekspertizanın təyin edilməsi haqqında müvafiq qərarın və ekspert rəyinin ona təqdim olunmadığını göstərmişdir. İddiaçının yuxarıda qeyd olunan mövqeyi tamamilə əsassızdır. Bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüquqlarına aiddir. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Həmin Məcəllənin 44.7-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin ekspertə etiraz etmək hüquqları vardır. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən ekspertizanın təyin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin istifadəsində olan ünvan 1i ünvanında yerləşən pivə istehsalı sexində yoxlama ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövrdə enerji sərfiyyatı məlumatlarına əsasən pivə istehsal edən avadanlıqlarının gücünün, istehsal olunmuş məhsulun həcminin, həmçinin istehsal olunmuş məhsulun bazar qiymətinin və daşınmaz əmlak üçün ödənilən aylıq icarə haqqı üzrə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə qəbul edilmiş “Mütəxəssisin dəvət edilməsi haqqında” 22.02.2019-cu il tarixli **********177083 nömrəli və “Ekspertizanın təyin edilməsi haqqında” 22.02.2019-cu il tarixli **********177082 nömrəli qərarlar ilə vergi ödəyicisinin rəhbəri İdayət Vəliməmmədov 25.02.2019-cu il tarixində şəxsən tanış olmuşdur. Belə ki, o, 22.02.2019-cu il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” və “Ekspertizanın təyin edilməsi haqqında” Qərarlarda, həmçinin 25.02.2019-ci il tarixli “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma haqqında” protokolda “Tanış oldum” qeydi aparılaraq öz imzası və cəmiyyətə məxsus möhürü ilə təsdiq etmişdir Bundan əlavə, 25.07.2019-cu il tarixli ekspert rəyi “Rəyin təqdim edilməsi haqqında” 26.07.2019-cu il tarixli **********671000 nömrəli məktubla vergi ödəyicisinin hüquqi ünvanına və elektron qutusuna göndərilmişdir. Yuxarıda qeyd olunduğu kimi ekspertiza vergi orqanı tərəfindən ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda təyin olunur. Yəni, ekspert rəyi hər hansı sahə üzrə xüsusi biliyə və təcrübəyə malik olan şəxslər tərəfindən verilir və rəy ekspertin xüsusi biliklərinə, təcrübəsinə, barəsində rəy verdiyi məsələlərin xüsusiyyətlərinə əsaslanır. Hesab edir ki, ekspert tərəfindən verilmiş rəy kifayət qədər qanuni və əsaslıdır. İddiaçı iddia ərizəsində ekspertə və yoxlayıcıya ünvanladığı iradları əsaslandıra bilməmiş və həmin iradların əsaslı olması barədə iddia ərizəsinə hər-hansı sübut əlavə etməmişdir. İddiaçı iddia ərizəsində, həmçinin səyyar vergi yoxlaması materiallarına baxılması haqqında məlumatın, səyyar vergi yoxlaması aktının, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ona gec göndərildiyini və səyyar vergi yoxlamasının nəticələrinin cəmiyyətdə müzakirə olunmadığını göstərmişdir. İddia ərizəsində göstərilənlərlə bağlı 3 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, səyyar vergi yoxlaması materiallarına baxılması məqsədi ilə vergi ödəyicisinin rəhbəri olan İdayət Vəliməmmədovu 09.09.2019-cu il tarixli **********097600 nömrəli məktubla 13.09.2019-cu il tarixində 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasına dəvət etmişdir. Həmin məktub vergi ödəyicisinin həm hüquqi ünvanına, həm də elektron qutusuna göndərilmişdir. Qeyd olunmalıdır ki, 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 10.12.2018-ci il tarixli, **********148603 nömrəli “Səyyar vergi yoxlaması” aktı 09.08.2019-cu il tarixli **********792200 nömrəli məktubla və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə-cəlb edilməsi haqqında” 17.09.2019-cu il tarixli, **********190065 nömrəli qərar isə 17.09.2019-cu il tarixli **********389500 nömrəli məktubla vergi ödəyicisinin hüquqi ünvanına və elektron qutusuna göndərilmişdir. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.2-ci və 70.2- 1.3-cü maddələrinə əsasən sənədlər vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Etiraza əlavə edilmiş vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan da göründüyü kimi yuxarda göstərilən sənədlər vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və vergi ödəyicisinin rəhbəri həmin sənədlərlə tanış olmuşdur. Yəni, iddiaçının səyyar vergi yoxlaması aparılarkən yoxlama ilə bağlı sənədlərin ona gec göndərilməsi barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Həmçinin, iddiaçı iddia ərizəsində cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının ehtimallara əsaslandığını və vergi ödəyicisinin fəaliyyətin dayandırıldığı dövrlər üzrə də vergilərin hesablandığını göstərmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, vergi ödəyicisinin bu dəlili də əsassızdır. Aparılan səyyar vergi yoxlaması zamanı İddiaçı MMCyə mənfəət vergisi, əlavə dəyər vergisi, aksiz vergisi və ödəmə mənbəyində tutulan vergilər hesablanmışdır. Belə ki, yuxarda qeyd edildiyi kimi səyyar vergi yoxlaması zamanı xüsusi biliklər tələb olunduğu üçün ekspertiza təyin edilmiş və "xxxx" MMC qiymətləndirmə şirkətinin eksperti 25.07.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Ekspert tərəfindən pivə istehsalı sexində araşdırma aparılmış və 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal olunmuş pivə məhsulunun istehsal həcminin ümumilikdə 277050,0 litr, satış dövriyyəsinin (ƏDV-siz) 160689,0 manat və texniki avadanlıqlarının hazırkı durumda orta aylıq icarə haqqının məbləğinin 2000,0 manat olduğu qeyd etmişdir. Göründüyü kimi səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə tam əməl edilmiş və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını həyata keçirmək vergi orqanının hüququdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə döviət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər.
4. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(118)-49/2021 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, 3 saylı Ərazi Vergilər İdarəsinin 17 sentyabr 2019-cu il tarixli **********190065 nömrəli qərarı əlavə dəyər vergisi, mənfəət vergisinin, aksiz vergisi və bunlara müvafiq hesablanmış maliyə sanksiyası hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən 150 (yüz əlli) manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. (hakim İsmayıl Quliyev)
5. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm Azərbaycan Respublikasının Konstitusiyası, həm də Mülki Məcəllə tərəflərə müqavilə azadlığı təminatını verir. Belə ki, tərəflər müqavilənin müddəlarını, dəyərini, predmetini, müqavilənin icra olunacağı məkanı seçməkdə tam sərbəstdirlər. Bu bizə onu deməyə əsas verir ki, icarəyə verən ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsinin dəyərinin 100 manat olması tərəflərin narazalığının olmadığı müddət ərzində hər hansı hüquq pozuntusuna səbəb olmur. Çünki tərəflər icarə müqaviləsinin dəyərini qarşılıqlı razılıq əsasında istənilən məbləğdə müəyyənləşdirə bilərlər. Qanunvericilikdə buna hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir.
8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır və əlavə olaraq qeyd olunmuşdur ki, qərardan belə anlaşılır ki, məhkəmə yalnız vergi ödəyicisinin iddia ərizəsində göstərdiyi məlumatlara istinad etməklə və rəyə istinad etməklə həmin iş üzrə əlavə araşdırma aparılmadan mübahisə üzrə yekun nəticəyə gəlmişdir. Məhkəmə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda göstərilən məlumatları və sübutları ümumiyyətlə nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mövcud olan sübutların düzgün, tam və hərtərəfli araşdırılmaması mübahisə üzrə əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi (direktoru) X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
Maddə 14. Bazar qiyməti 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər.
Maddə 124. Ödəmə mənbəyində icarə haqlarından və royaltidən vergi tutulması 124.4. Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.01.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı həm iddia tələbinin təmin edilən hissəsində, həm də iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməlidir.
15. Hazırkı işin hallarından görünür ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 12.07.2018-ci il tarixli, **********156224 nömrəli qərarına əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 13.07.2018-ci il tarixdə KY181257152 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq 10.12.2018-ci il tarixli, **********148603 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17.09.2019-cu il tarixli, **********190065 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan verginin 9128,0 manat, əlavə dəyər vergisinin 33016,71 manat, mənfəət vergisinin 2867,98 manat və aksiz vergisinin 43624,18 manat olmaqla, ümumilikdə 88636,87 manat məbləğində vergilərin az hesablandığı inzibati orqan tərəfindən müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə ümumilikdə vergi ödəyicisinə 88636,87 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 33453,4 manat və vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 1240,0 manat, həmçinin malların alışını və ya mədaxilini təsdiq edən sənədlər olmadığına görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 7196,0 manat olmaqla, ümumilikdə 41889,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
16. Vergi ödəyicisinin istifadəsində olan ünvan 1i ünvanında yerləşən pivə istehsalı sexində yoxlama ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövrdə enerji sərfiyyatı məlumatlarına əsasən pivə istehsal edən avadanlıqlarının gücünün, istehsal olunmuş məhsulun həcminin, həmçinin istehsal olunmuş məhsulun bazar qiymətinin və daşınmaz əmlak üçün ödənilən aylıq icarə haqqı üzrə bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə inzibati orqan tərəfindən “Mütəxəssisin dəvət edilməsi haqqında” 22.02.2019-cu il tarixli **********177083 nömrəli və “Ekspertizanın təyin edilməsi haqqında” 22.02.2019-cu il tarixli **********177082 nömrəli qərarlar qəbul edilmişdir. "xxxx" MMC qiymətləndirmə şirkəti ilə bağlanmış 06.03.2019-cu il tarixli müqaviləyə əsasən həmin cəmiyyətin qiymətləndirici eksperti X3 mütəxəssis ekspert kimi dəvət olunmuş və onun tərəfindən 25.07.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Ekspert tərəfindən pivə istehsalı sexində araşdırma aparılmış və 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək enerji sərfiyyatı üzrə istehsal olunmuş pivə məhsulunun istehsal həcminin ümumilikdə 277050,0 litr, satış dövriyyəsinin (ƏDV-siz) 160689,0 manat və texniki avadanlıqlarının hazırkı durumda orta aylıq icarə haqqının məbləğinin 2000,0 manat olduğu qeyd etmişdir.
17. İnzibati orqan yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi tapılmadığı üçün vergi ödəyicisinin xərclərini və gəlirlərini müəyyən etmək mümkün olmadığı əsasına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2011-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən vergi orqanı şərti rentabellik norması əsasında vergi ödəyicisinin mənfəətini müəyyən etmişdir. Vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2015-ci il üzrə hesablanmış 583,33 manat, 2016-cı il üzrə hesablanmış 843,20 manat və 2017-ci il üzrə hesablanmış 608,0 manat mənfəət vergisi nəzərə alındıqda, səyyar vergi yoxlaması ilə 2015-ci il üzrə 145,96 manat, 2016-cı il üzrə 1305,22 manat və 2017-ci il üzrə 1416,80 manat olmaqla ümumilikdə 2867,98 manat məbləğində mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1361,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
18. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrinə əsasən yoxlama ilə əhatə olunan dövr üzrə 08.07.2015-ci il tarixdən 31.12.2015-ci il tarixədək 10850,0 manat, 01.01.2016-cı il tarixdən 01.01.2017-ci il tarixədək 3583,28 manat, 01.01.2017-ci il tarixdən 01.01.2018-ci il tarixədək 18240,00 manat, 01.01.2018-ci il tarixdən 01.06.2018-ci il tarixədək 0,00 manat olmaqla, ümumilikdə 32673,28 manat məbləğində dövriyyə və həmin dövriyyədən ödənilməli olan əlavə dəyər vergisinin məbləği 5881,19 manat bəyan edilmişdir.
19. Yoxlama ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr üzrə ekspert tərəfindən təqdim olunmuş rəydə istehsal obyektində sərf edilmiş enerji sərfiyyatına görə ümumi istehsal həcmi və orta bazar satış qiymətlərinə əsasən aylar üzrə hasilatın həcmi müəyyən edilmişdir. Ekspert tərəfindən təqdim olunmuş rəyə əsasən yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinin dövriyyəsi 216099,48 manat, həmin dövriyyədən ödənilməli olan əlavə dəyər vergisinin məbləği 40002,62 manat müəyyən olunmuşdur.
20. Yoxlama zamanı vergi ödəyicisinin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyat dövrü üzrə ekspert rəyində göstərilən satış dövriyyələri ilə vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə göstərilən satış dövriyyələri müqayisə edilmiş və əlavə olaraq ümumilikdə 33016,71 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 12165,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
21. Aksiz vergisin yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması ilə əhatə olunan 01.06.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisi aksizli malların istehsalı (pivə istehsalı) ilə məşğul olduğundan aksiz vergisinin ödəyicisi olmuşdur. Ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən 01.06.2015ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövrdə 37722,19 litr, 2016-cı ildə 111125,15 litr, 2017-ci ildə 104730,9 litr, 01.01.2018-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövrdə 23472,38 litr olmaqla, ümumilikdə 277050,62 litr pivə məhsulu istehsal edilmişdir.
22. Vergi Məcəlləsinin 190.3.6-cı maddəsinə əsasən istehsal olunmuş hər 1 litr pivə məhsuluna görə 0,2 manat aksiz vergisi tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq, vergi ödəyicisinə 01.06.2015-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövr üzrə 2455,56 manat, 2016-cı il üzrə 20439,03 manat, 2017-ci il üzrə 20946,18 manat, 01.01.2018-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr üzrə 4694,48 manat olmaqla ümumilikdə 43624,18 manat aksiz vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 17092,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
23. Cavabdeh inzibati orqan əlavə dəyər vergisi, mənfəət vergisinin və aksiz vergisinin hesablanması zamanı ekspert tərəfindən müəyyən olunmuş istehsal həcmini və satış dövriyyəsini əsas götürmüşdür.
24. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq iş üzrə ekspertiza təyin etmiş, ekspert öz rəyində qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş rəy ilə müəssisənin istehsal etdiyi elektrik enerjisi sərfiyyatı məlumatları əsas götürərək istehsal həcmi müəyyən olunmuşdur. Həmçinin həmin rəy ilə qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı məbləği də müəyyən olunmuşdur.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin qeyd edilən rəyindən görünür ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq, enerji və su; - istehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir.
26. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyi ilə cəlb olunmuş və mütəxəssis tərəfindən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir.
27. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəlb olunmuş qiymətləndirici eksperti tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb edilən dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
28. Yuxarıda göstərilən səbəblərdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza təqdiqatı ilə səyyar vergi yoxlaması zamanı istehsal həcmi müəyyən edilmiş mal-materiala görə hesablanmış əlavə dəyər, mənfəət və aksiz vergisinin düzgünlüyü müəyyən edilmir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsində nəzərdə tutulan maddələrin ardıcıllığını nəzərə alaraq səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin hesablanması üçün birinci növbədə Məcəllənin 67-ci maddəsində nəzərədə tutulan əlaqəli məlumatlardan, yəni hazırkı halda vergi ödəyicisinin gəlirləri barədə olan məlumatlardan və analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə etməklə, Vergi Məcəlləsinin 67.3-cü maddəsinə müvafiq olaraq mənfəət vergisi hesablamalı idi. Lakin səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi müfəttişi Vergi Məcəlləsinin 67 və 83.2-ci maddələrində nəzərdə tutulan hüquqlardan və hesablama qaydasından istifadə etmədən, birbaşa Məcəllədə son tədbir kimi nəzərdə tutulan 83.9-cu maddəsindən istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarında göstərilən üsulla, yəni şərti rentabellik səviyyəsini 20 % götürməklə mənfəət vergisini hesablamışdır ki, bu, nəticədə iddiaçıya əsassız əlavə vergi məbləğinin hesablanması ilə nəticələnmişdir.
30. Hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatı ilə səyyar vergi yoxlaması zamanı istehsal həcmi müəyyən edilmiş mal-materiala görə hesablanmış vergilərin tamamilə düzgünlüyü müəyyən olunmamışdır.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı iş üzrə ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini əsaslı hesab edir.
32. İddiaçının iddia tələbinin təmin edilməyən hissəsi - ödəmə mənbəyindən tutulan vergi üzrə 9128.00 manat vergi hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 2835.00 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində qərarın ləğv edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə də həmin hesablamanın əsaslı olduğu təsdiq olunduğundan həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən inzibati akt qəbul edilərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar cavabdeh inzibati orqan tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadığından, vergi qanunvericiliyinin tələbləri düzgün tətbiq edilmədiyindən və məhkəmə baxışı zamanı da həmin inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən, “vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2019-cu il tarixli **********190065 nömrəli qərarın əlavə dəyər vergisi, mənfəət vergisi, aksiz vergisinin hesablanması və onlara müvafiq olaraq maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(118)-49/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.