Məhkəmə qərarları › İş №2-1(105)-214/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-214/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-214/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlunun və X3 ibarət tərkibdə, X11 qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan mənzildən oğlunun qeydiyyatdan çıxarılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(118)-5656/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ 09 fevral 2005-ci il tarixli, 240747 nömrəli alqı-satqı müqaviləsiə əsasən X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzili İddiaçı satmışdır. ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınaraq, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 14 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 6 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 459 nömrəli arayışa əsasən, mübahisəli mənzildə mülkiyyətçi ilə birlikdə oğlu X6 da qeydiyyatdadır. İddiaçı ərizə ilə cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək, oğlu X4 ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-13-58/2-H-42451/11/23 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd olunan məsələnin yaşayış sahəsinə münasibətdfə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X4 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. İddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X4 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X6 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzildə heç vaxt yaşamamışdır. O, şəxsiyyət vəsiqəsi almaq üçün qeydiyyat ünvanının olmadığını bildirməklə, bir müddət müvəqqəti olaraq həmin mənzilə qeydiyyata alınmasına icazə verməyini xahiş etmiş və 1-2 ilə mənzildən qeydiyyatdan çıxacağını bildirmişdir. O, oğlunun mənzilinə qeydiyyata alınmasına etiraz etməmişdir. Lakin bildirdiyi vaxtdan artıq 6 il keçsə də, oğlu könüllü olaraq mənzildən qeydiyyatdan çıxmamışdır. Bu da ona bu mənzil üzərində bir mülkiyyətçi kimi hüquqlarını həyata keçirməyə əngəl yaradır. N.M.Hacızadə onun oğlu olsa da, onunla heç vaxt həmin mənzildə yaşamamışdır, mənzilə istifadə hüququ yoxdur, yalnız formal olaraq mənzildə qeydiyyatdadır. Cavabdeh oqana müraciət edərək oğlunun mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(118)-5656/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim: İ.Quliyev). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı, oğlunun mənzildən qeydiyyatdan çıxarılmasını tələb etsə də, üçüncü şəxsin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. Formalaşmış məhkəmə təcrübəsinə görə yaxın qohumun yaşayış yeri üzrə qeydiyyatı ilə bağlı mübahisələrə üçüncü şəxsin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapdıqdan sonra baxılır. Odur ki, iddiaçı üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və istifadə hüququ olmayan şəxsin qeydiyyata mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi burada əsas şərt qeydiyyata alınmış şəxsin yaşayış sahəsində faktiki yaşamamasıdır hansı ki, bununla bağlı birinci instansiya məhkəməsinə qonşuların iştirakı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X2 6 saylı Mənzil Kommunal Sahəsi tərəfindən tərtib edilmiş akt təqdim edilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan normanın tələbinə zidd olaraq iddiaçının oğlunun mənzilə istifadə hüququna dair məsələnin həllinin mülki məhkəmə icraatı qaydasında öz həllini tapmadığını qeyd edərək iddianı mümkün saymamışdır. Məhkəmənin mövqeyini əsassız hesab edərək bildirir ki, bu hüquq yalnız mülkiyyətçi tərəfindən mənzilə köçürülən və onunla birlikdə ailə üzvü kimi yaşayan və birgə təsərrüfat idarə edən yaxın qohumlara şamil olunur. Hazırki işdə belə hallar mövcud deyildir. Oğlunun mənzilə istifadə hüququ olmadığından belə hüquqa xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması məntiqə uyğun deyildir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin cavabdeh məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının oğlu - X4 istifadə hüququna dair məsələnin həllinin mülki məhkəmə icraatı qaydasında həllini tapmaması əsası ilə iddianı mümkün saymamış və iddiaçıya oğlunun mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə biləcəyi ilə bağlı hüququ izah edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin mübahisələndirilməyən hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 14 nömrəli iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının oğlu - X6 iddiaçının ərizəsi əsasında sonuncunun mülkiyyətində olan mənzilə qeydiyyata alınmışdır və hazırda da qeydiyyatdadır. Göründüyü kimi N.M.Hacızadə hal-hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır və hazırda iddiaçı N.M.Hacızadənin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı apellyasiya şikayətinin dəlillərində Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına istinad edərək üçüncü şəxsin mənzilə istifadə hüquqlarının olmadığını və belə hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməyəcəyini, bu baxımdan sonuncunun yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı ümumi məhkəməyə müraciət edilməməli olduğunu qeyd etmişdir. Həmçinin, iddiaçı dəlillərinin əsası Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X1 6 saylı Mənzil Kommunal Sahəsi tərəfindən qonşuların iştirakı ilə tərtib olunmuş N.M.Hacızadənin mübahisəli mənzildə heç vaxt yaşamadığı faktının qeyd edildiyi xx.xx.2023-cü il tarixli akta istinad edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsindən göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülkiyyətçinin ərizəsi əsasında ona məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı kateqoriyadan olan işlərdə qeydiyyatdan çıxarılması tələb olunan şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 6-7-ci bəndlərinə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı işdə üçüncü şəxsin mənzildə yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi mülki qaydada araşdırılmalı, məhkəmə qətnaməsi ilə üçüncü şəxsin mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyi halda iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana, müraciəti təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət edə bilər. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(118)-5656/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar