Məhkəmə qərarları › İş №2-1(105)-216/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-216/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-216/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X4 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh DSMF-nin 1 saylı X5rşı “Azərbaycan Respublikası Dövlət X13 Abşeron rayon şöbəsinə pensiya üçün təqdim etdiyi sənədlərin qəbul edilməsi və ona pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1523/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ona əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət X13 Abşeron rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqanın xx xxxxxx 2018-ci il tarixli, 20/939 saylı məktubu ilə müraciətin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi tələb olunan pensiya kapitalının və sosial sığorta stajının toplanmadığı göstərilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı təqaüd yaşına çatdığına görə müvafiq sənədlərini Dövlət X13 Abşeron rayon şöbəsinə təqdim etmişdir. Əmək fəaliyyəti zamanı elə təşkilatlar olub ki, siğorta stajına qeyd etmədikləri ucbatından sığorta stajı tələb olunan məbləğdən az olduğundan Dövlət X13 Abşeron şöbəsi həmin müəssisələrdə əmək və sığorta stajının yenidən araşdırılmasını lazım bilir. Amma, bu təşkilatların bəziləri fəaliyyətini dayandırmış və ləğv edilmişdir. İddiaçı ali təhsilli mühəndisdir. 1974-1980-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki X2) bitirmişdir. Təhsil aldığı dövrdən əmək stajına malikdir. Fondun iddiasına görə Qanunvericilikdə əmək pensiyasının təyin edilməsi üçün 15840 pensiya kapitalı və xx.xx.2006-cı ilədək 25 il sığorta stajı tələb olunur. Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci ilin iyulunda 1-dən başlayaraq 2027-ci ilədək hər il 6 ay artırılır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən 13280.80 pensiya kapitalı və xx.xx.2006-cı ilədək 20 il sosial sığorta stajı olmadığından X15 Fondu iddiaçıya pensiya təyin edilməsini təmin etmir. Fond 1993cü ildən bəri dövrün sığorta və əmək stajının araşdırılmasının tələbindədir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə iddia təmin olunaraq, xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək 2 №li “A.” trestində mühəndis işlədiyi və 1974-1980-cı illərdə Ç.İ adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (N.Nəsibov sədrlik edən, hakimlər Z.Məmmədov və A.Abbasov) xx xxxxxxx 2018-ci il tarixli, 2-1(105)536/2018 saylı qərarı ilə Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişikdirilmədən saxlanılmış, cavabdehin apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən hakim İlqar Dadaşov) xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-564/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(105)-536/2018 saylı qərarı ləğv edilmiş, cavabdeh DSMF-nin Abşeron rayon şöbəsinin kassasiya şikayəti qismən təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(105)-334/2019 saylı qərarı ilə DSMF-nin Abşeron rayon şöbəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)1218/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət X13 Abşeron rayon şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair iş yenidən araşdırılması üçün Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1523/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx xxxxxx 2018-ci il tarixdən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət X13 Abşeron rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim İ.Quliyev) İşə apelyasiya qaydasında baxıldıqda, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X13 Abşeron rayon şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət X13 1 saylı reginal ərazi filialı ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 21,07.1957-ci ildə anadan olmuşdur. Buna görə onun əmək pensiyası almaq hüququ xx.xx.2018-ci il tarixdən yaranır. Ona 16742.88 manat pensiya kapitalı və ya ümumilikdə 25 il sosial sığorta stajı tələb olunur. xx.xx.1976-cı ildə açılmış əmək kitabçası üzrə qeyd edilmiş sosial sığorta stajlarından qəbul edilməyən müddətlər barədə nəzərə çatdırılır ki, 2 nömrəli Azərkəndtikinti trestinin 25 saylı SMD-də xx.xx.1994-xx.xx.2000-ci illər üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 25-ci maddəsinə əsasən bu dövrdə cəmi 6 il 7 ay fəaliyyət dövrü ərzində cəmi 3 il 9 ay m.d.s.s.h ödənildiyi üçün 1994-2000 illər bütövlükdə staj kimi qəbul olunmur. “xxxxxxxxxxxx” ASC-də xx.xx.2000-xx.xx.2009-cu illərdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 25-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi üçün və yoxlamanın aparılması mümkün olmadığı üçün qəbul edilmir. İddiaçı, ümumilikdə 25 il sosial sığorta stajı tələb olunur. Lakin iddiaçının cəmi 20 il sığorta stajı vardır. Lakin buna baxmayaraq məhkəmənin mövqeyi fərqli olmuşdur. Məhkəmənin mövqeyi bundan ibarət olmuşdur ki, məcburi dövlət sosial sığorta haqlarını ödənilməsini təmin etmək işçisi olduğu müəssisənin, həmin haqların ödənilməsini tələb etməklə bu fəaliyyətə nəzarəti hayata keçirmək isə müvafiq icra hakimiyyəti orqanının-Dövlət X13 vəzifəsi olmuşdur. İddiaçı qanunvericiliyə görə sözügedən haqları ödəmək imkanına sahib olmamış və belə vəzifə daşımamışdır. Ona görə də, daşımadığı vəzifənin yerinə yetirilməməsinin məsuliyyət yükü son nəticədə onun üzərinə qoyula bilməz. İddiaçının əmək kitabçasında onun xx xxxxxx 2006-cı ilə qədər 25 ildən artıq əmək stajının olması qeyd edilmişdir. Həmin dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alınanda onun pensiya hüququnun yaranması mübahisə olunmur. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi müəssisələrin fəaliyyətləri barədə hesabatları tam şəkildə verməməsi də iddiaçının məsuliyyətinə səbəb olmamalıdır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və qanunun tələblərinə zidd qərar qəbul etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət X13 1 saylı regional ərazi filialının nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəniməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il yanvarın birinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”na 13 nömrəli əlavədəəmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmiş və Əlavənin 1-ci bəndində əsasən yaşa görə pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər; İş materiallarından müəyyən edilir ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1975-ci ildən başlamış, ilkin olaraq Bakı şəhər Şaumyan rayonunda 59 nömrəli körpələr evi, uşaq bağçasında sanitar vəzifəsinə qəbul olunmuş, xx.xx.1976-cı il tarixə kimi həmin bağçada işləmiş, xx.xx.1976-cı ildən “Azbaşmeliorasiyatikinti Sutikintitextəşkil” trestində işlərin istehsalının layihəsi və şəbəkə planlaşdırılması şöbəsinə texnik vəzifəsinə qəbul olunmuş, xx.xx.1988-ci il tarixə kimi həmin müəssisədə işləmişdir. İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək 2 №-li “Azərkəndtikinti” trestində mühəndis işləmişdir. xx.xx.2000xx.xx.2009-cu illərdə isə iddiaçı “xxxxxxxxxxxx” ASC-də tikişçi işləmişdir. X9 1974-1980-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda hidrotexnika mühəndisi ixtisası üzrə tam kursu bitirmişdir. İİ-ЖГ 323204 seriyalı, xx.xx.1979cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X1 Dilsuz Musa oğlu ilə rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasından müəyyən edilir ki, 2006-cı ilə qədər iddiaçının 25 ildən artıq əmək stajı var. Cavabdeh orqanın təqdim etdiyi sənədlərə görə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçıya 15840 pensiya kapitalı və ya xx.xx.2006-cı ilədək 25 il sosial sığorta stajı tələb olunur. Cavabdeh apelyasiya şikayətində iddiaçının 20 il sığorta stajının olduğunu və 2 nömrəli “Azərkəndtikinti” trestinin 25 saylı SMD-də xx.xx.1994-xx.xx.2000-ci illər üzrə, cəmi 6 il 7 ay fəaliyyət dövrü ərzində cəmi 3 il 9 ay məcburi dövlət sosial sığorta haqqı ödənildiyi üçün 1994-2000 illərin bütövlükdə staj kimi qəbul olunmadığını və “xxxxxxxxxxxx” ASC-də xx.xx.2000-xx.xx.2009-cu illərdə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi üçün və yoxlamanın aparılması mümkün olmadığı üçün qəbul edilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası bununla bağlı olaraq qeyd edir ki, “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə əsasən, sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək isə sığortaçının vəzifəsidir... Həmin Qanunun 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. İddiaçı üçün sığorta haqqı ödənilməmiş olsa belə, bu hal onun işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təmin etmək işçinin vəzifəsi yox, işçinin işlədiyi müəssisənin vəzifəsidir. Məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinə görə iddiaçının işlədiyi müəyyən illərin staj kimi qəbul edilməməsi onun hüququnun pozulması ilə nəticələnir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1523/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1523/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Telman Məmmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar