Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-217/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi İddiaçıların qanuni nümayəndəsi İddiaçı2, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı1 qanuni nümayəndəsi İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ərizə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2- 1(118)-221/2022 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı1 qanuni nümayəndəsi İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçılara məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m., 16000 kv.m., 51106 kv.m. və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı2 qəyyumu olduğu şəxslər - İddiaçı3, İddiaçı5 və İddiaçı1 məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2-1(105)-431/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022ci il tarixli, 2-1(102)-1479/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2-1(105)-431/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 21 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi müvafiq inzibati iş üzrə tərəf qismində cəlb edilməsə də, müvafiq məhkəmə qərarı məlumat üçün İdarəyə göndərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğundan İdarənin müvafiq qərardan işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərar ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayət vermək hüququ vardır. Həmçinin, bildirirlər ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən 2 saylı Sumqayıt Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Sumqayıt şəhəri, Xızı və Siyəzən rayonları üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq DƏDKR-in tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsdir. Göründüyü kimi Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-221/2022 saylı qərarı ilə iddianın predmetinin İddiaçı3, İddiaçı5 və İddiaçı1 Fəxrəddin qızına məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsindən ibarət olduğundan, məhkəmə aktının yekunda icrasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən həyata keçiriləcəyi açıq-aşkar müəyyən olunur. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərardadı ilə ərizəçi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi, məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizəsi təmin edilməmişdir.(hakim İ.Quliyev). Ərizəçi Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)- 221/2022 nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçıların qanuni nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, qəyyumu olduğu iddiaçıların cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı "torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi” tələbinə dair iddiası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Qeyd edir ki, məhkəmə qərarı tam qanuni və əsaslıdır, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Həmin qərardan 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Həmçinin, həmin qərardaddan 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə qərardad dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. Cavabdeh qərarla razılaşmış və qərardan şikayət verməmişdir. İş materiallarından da görünür ki, iddia tələbi torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsindən ibarətdir və bu səlahiyyət birbaşa cavabdehə aiddir. Sumqayıt İnzibati Məhkəməsinin qərarı 2 saylı Ərazi İdarəsinin hüquqlarına toxunmur və üçüncü şəxs qismində cəlb edilməsi üçün əsas yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, təmsil etdiyi qəyyumların timsalında İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi” tələbini irəli sürmüşdür. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan cavabdeh apellyasiya şikayəti verməmişdir. Qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Müvafiq publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayəti mümkün sayılmamış və ona izah olunmuşdur ki, hazırki icraatın iştirakçısı olmadığı üçün, yəni nə tərəf, nə də üçüncü şəxs olmadığı üçün sonuncunun məhkəmə aktının mübahisələndirilməsi hüququ tanınmır. Bunun üçün ilk öncə üçüncü şəxs qismində icraata cəlb olunma barədə ərizə təqdim olunmalıdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərarı ilə hüquqları və qanunla qorunan maraqlarının pozulduğunu iddia edərək üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Ərizəçinin yeganə dəlili qanunvericilikdə aparılmış struktur dəyişikliyi səbəbi ilə məhkəmə aktının yekunda icrasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən həyata keçirilməsi olmuşdur. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, dövlət qurumlarında aparılmış struktur dəyişikliyinin baş verməsi iddiaçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Əgər bu cür dəyişiklik nəticəsində səlahiyyətlərin icrası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilibsə, sonuncu iddiaçıların hüquqlarını pozmaqda davam etməməli, məhkəmə qərarını icra etməlidir. Ərizəçi məhkəmənin qənaəti ilə razılaşmamış və həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. Hər şeydən öncə qeyd edilməlidir ki, üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Yalnız belə hallarda məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına proses iştirakçısı kimi mütləq cəlb edilməlidir. Adi cəlbetmə məhkəmə qərarının digər şəxslərin maraqlarına toxunma intensivliyindən asılı olaraq həyata keçirilir və məhkəmənin diskresion səlahiyyətinə aiddir. İPM-nin 28-ci maddəsi anlamında məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, üçüncü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının (cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür. Ərizəçi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasının zəruriliyini AR Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Əsasnaməsinə istinad edərək onunla əsaslandırır ki, ərizəçi daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması sahəsində Sumqayıt şəhəri, Xızı və Siyəzən rayonları üzrə fəaliyyət göstərən DƏDKR-in tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxs olduğundan, iddia predmeti iddiaçılara məxsus Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsindən ibarət olduğundan, məhkəmə aktının yekunda icrasının ərizəçi tərəfindən həyata keçiriləcəyi müəyyən olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi ərizəçinin üçüncü şəxs qismində məhkəmə icraatına qoşularaq ləğvini tələb etdiyi Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)- 221/2022 nömrəli qərarı ilə məhkəmə qərarının icrası ərizəçinin tabeliyində olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulmuş, cavabdeh qərardan apellyasiya şikayəti verməmiş, yəni onun hüquqi nəticələri ilə razılaşmış və qərar qanuni qüvvəyə minmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı cavabdeh onun əsl cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilməsi ilə bağlı da məhkəməyə vəsatət verməmişdir. Kollegiya hesab edir ki, ərizəçinin özünün də qeyd etdiyi kimi iddiaçılara məxsus torpaq sahəsi ərizəçinin yurisdiksiyasında olan Siyəzən şəhərində yerləşdiyindən məhkəmə qərarının icrası da xidməti vəzifəsinə uyğun olaraq məhz ərizəçi tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarına əsasən, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq kollegiya hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərarı ilə iddia təmin edilərək bundan irəli gələn hərəkətlərin edilməsi öhdəliyi cavabdeh qismində ərizəçinin tabeliyində olduğu publik hüquqi şəxsin üzərinə qoyulduğundan, cavabdeh qərardan apellyasiya şikayəti, həmçinin, məhkəmə baxışı zamanı onun əsl cavabdeh qismində ərizəçi ilə əvəz edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmədiyindən, iddia predmeti üzrə torpaq sahələri cavabdeh inzibati orqanın tabeliyində olan ərizəçinin yurisdiksiyasında olan ərazidə yerləşdiyindən, başqa sözlə, ərizəçi məhkəmə qərarının icrası öhdəliyinə bağlı olduğundan Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)- 221/2022 nömrəli qərarı ilə ərizəçinin hüquqları və qanunla qorunan maraqları ümumiyyətlə, xüsusən də yuxarıda qeyd edildiyi kimi əhəmiyyətli dərəcədə pozulmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi üçüncü şəxs qismində cəlb edilməyə dair ərizəni təmin etməyərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-217/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-217/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver