Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-218/2024 12.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Şəxsi Heyət Baş İdarəsinin şöbə rəisi-idarə rəisinin müavini tərəfindən imzalanmış cavab ərizəsinin etibarsız hesab edilməsi, cavabdehin üzərinə iddiaçının ehtiyata buraxılmağının səbəbinin dəyişdirilərək Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 0642 nömrəli əmrində göstərilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi xx.xx.2016-cı il tarixdən etibarən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndi ilə əvəz olunması öhdəliyi, eləcə də həmin tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən iddiaçının hərbi geyim formasını daşımağı barədə müvafiq qeydlər aparılması vəzifəsinin həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 3355/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Şəxsi Heyət Baş İdarəsinin şöbə rəisi-İdarə rəisinin müavini tərəfindən imzalanmış cavab ərizəsinin etibarsız hesab edilməsi, cavabdehin üzərinə iddiaçının ehtiyata buraxılmağının səbəbinin dəyişdirilərək Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 0642 nömrəli əmrində göstərilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi xx.xx.2016-cı il tarixdən etibarən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndi ilə əvəz olunması öhdəliyi, eləcə də həmin tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən iddiaçının hərbi geyim formasını daşımağı barədə müvafiq qeydlər aparılması vəzifəsinin həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6900/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin dəyişdirilməsi” barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişir. İddia onunla əsaslandırılmışdır ki, 2016-cı ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Müdafiə Nazirliyindən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılma dövründə hərbi hissə komandirinin əmri ilə şəhadətləndirilmə üçün Mərkəzi Hərbi-Klinik Hospitalına müalicə və müayinəyə göndərilmiş və Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək hərbi xidmət dövründə aldığı xəstəliklərə görə "Xəstəlikdir hərbi xidmət dövründə alınmışdır" kimi xəstəliyin səbəb əlaqəsi İlə, "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" kimi yararlılıq haqqında qərarı ilə Mərkəzi Hərbi-Həkim Komissiyasının 935 saylı xx.xx.2016-cı il tarixli qərarını almışdır. Lakin hərbi hissə hospital profilli olduğu üçün hərbi hissə komandirinin və qərargah rəisinin ixtisaslarının həkim olması ucbatından, kadr işinin mükəmməl həyata keçirə bilmədikləri üçün onun ehtiyata buraxılmağında təqdimatı düzgün tərtib olunmamışdır, xəstəlik haqqında şəhadətnamədə öz əksini tapmamışdır. Eləcədə 164-cü maddəyə əsasən 20 təqvim ilindən artıq və qüsursuz xidmət etdiyinə baxmayaraq hərbi geyim formasını daşımağı barədə qeydlər aparılmamışdır. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinə yazılı ərizə ilə müraciət etdi ki, yuxarıda göstərilənləri nəzərə alaraq ehtiyata buraxılmağı, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndindən (öz arzusu ilə) 156-cı maddənin “v” bəndinə (xəstəliyə görə) dəyişdirilsin və 164-cü maddəyə əsasən hərbi geyim formasını daşımağı barədə müvafiq qeydlər aparılsın. Müraciətinə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdərəsinin şöbə rəisi-idarə rəisinin müavini tərəfindən imzalanmış heç bir qanuna əsaslanmayan 3-25-1 /2-C-684-1 /2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu aldı. Qeyd olunan cavab ərizəsi qanunsuz və əsassızdır. Belə ki, hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyanın “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi qərara alınması ehtiyata buraxılmağının “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) dəyişdirilməsinə və 164-cü maddəyə əsasən hərbi geyim formasını daşımağına tam əsas verir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3355/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində xx.xx.1994-cü il tarixdən hərbi xidmət keçmişdir. xx.xx.2016-ci il tarixli 935 li xəstəlik haqqında şəhadətnaməyə əsasən, “xəstəlik, hərbi dövründə alınmışdır” və “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” müəyyən olunmuşdur. Bu səbəbdən, əsası olmuş Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-ci tarixli, 0642 №li əmrinə əsasən, (dax.ol № 93) 251 nömrəli Hərbi hissə komandirinin 224 №li xx.xx.2016 tarixli əmrindən Çıxarışı ilə mayor İddiaçı,maddi-texniki təminat bölməsinin rəisi, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-ci tarixli 0642 №li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “J” bəndinə (öz arzusu ilə) əsasən, ehtiyata buraxıldığına görə işlərini və vəzifələrini təhvil verilmiş hesab edilsin, 2016-ci ilin növbəti məzuniyyəti (45 təqvim günü) verilməklə, 31 dekabr 2016- ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. 2022-ci ildə xəstəliyi ilə əlaqədar olaraq hərbi hospitala müraciət etmiş və ona dedilər ki, tibbi xidmət ödənişli olacaq. Tərhis olunmuş haqqında xx.xx.2016-ci tarixli 0642 əmr dəyişilməyənədək. Əmrin dəyişilməsi ilə cavabdehə ərizə ilə xx.xx.2022-ci il tarixdə müraciət etdi. xx.xx.2023 tarixli cavabdehin rədd cavabını məktub ilə poçt vasitəsilə 15 gün sonra alıb, 13 fevaral 2023-cü il tarixdə rəsmi olaraq cavabdehin üzərinə əmrinə düzəliş edilməsi haqqında öhdəlik qoyulması haqqında Bakı İnzibati Məhkəməsinə iddia ərizəsilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməyə iddia ərizəsini aidiyyəti üzrə göndərmişdir. İddia ərizəsində xahiş etmişdi ki, mübahisələndiridiyi əmrdə “Həri xidmətkeçmə haqqında" Əsasnamənin 156-ci maddəsinin “J” bəndindən (öz arzusu ilə) 156-ci maddənin “V” bəndinə (xəstəliyə görə) dəyişdirilsin və 164-cü maddəyə əsasən hərbi geyim forması daşımağı barədə müvafiq qeydlərin aparılması və əmrində dəyişiklik edilməsi cavabdehin üzrənə öhdəlik qoyulsun. Məhkəmədə tərəfindəm buraxılmış iddia müddətin üzürlü səbəb hesab etməklə uzadılması( bərpa edilməsi) haqqında ərizə verilmişdir. Sumqayıt İnzibati Məhkəməsi iddia müddətin buraxılması nəticəsində iddianın məhkəmədə baxılması mümkün sayılınmışdır və hazırda şikayət olunan qərardadı qəbul etmişdir. O hərbiçidir. Onun hüquqi müddətlər ilə bağlı hüquqi bilikləri yoxdur. Hərbçi olduğu üçün vətənə və xalqa xidmət, dövlətin suverenliyini, dövlətin ərazi bütövlüyünü qorumaq və müdafiə etmək biliklərindən olan savadından ibarətdir. Bu halda, 2016-ci ilin “Lələ təpə” ərazi uğrunda qedən aprel döyüşlərində iştirakı nəzərə almaqla iddia müddətin bərpasına əsaslı olmuş və hüquqa layiq şəxsdir. Eyni zamanda, 2022-ci ildə bilmirdi ki, mübahisələndirilən əmr onun tibbi xidmətin ödənişsiz hüququnu pozan əmrdir. Ondan əlavə həmin əmrdə nə formanın qeyini nə də diqər imtiyazlardan qeyd olunmur. Hətta həmin ərmdə əmrdən şikayət verilməsidə qeyd olunmur. Halbuki, ordudan tərxis olunması xəstəliklə bağlıdır. Məhkəmə cavabdehin səhvini görməli olduğu halda bu halları nəzərə almamışdır. Bu səhv məhkəməni qanunsuz qərardadın çıxarılmasına qətirmişdir. Məhkəmə inzibati prosessual Məcəllənin müvafiq maddəllərinə istinadən qeyd edir ki, onun iddia vermə müddəti üzürsüz səbəbdən ötürülmüşdür. O, 2016-ci ildə əmri alan zaman bir ay müddətində onu mübahisələndirməli idi. İddia müddəti axımı şəxsin pozulduğu və ya pozulmağı barədə bilməli olduğu andan başalayır. Yəni 2022-ci ildə hərbi hospitala müraciət etdiyi və tibbi xidmətinin ödənişli olduğu və sonradan cavabdehə əmrin hissəvi düzəliş edilməsinə ərizə ilə müraciət etdikdə və rədd cavabını aldıqdan sonra başlayır. Yəni əmrin verilməsindən 10 illik müddəti-2016-ci ildən 2026-ci ilədək yox, xx.xx.2023-cü il tarixdən 2033-cü ilədək hesab olmalıdır. Əmrin mətnində onun nə şikayət olma, nə də müddət göstərilməyib. Əmrin 30 günlük ( və ya 2 ay) İnzibati prosessual müddətlərini nəzərə alınsa onda cavabdehin xx.xx.2023 -cü il tarixdən xx.xx.2023-cü il tarixədək yəni 13 gün keçməsi ilə iddia müddətin limiti bitməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbinin predmetini müvafiq əmrin dəyişdirilməsi ilə bağlı tələb (mübahisələndirmə iddia növü) təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən eidlmiş hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana xx.xx.2016cı il tarixli yazılı ərizə ünvanlayaraq, ailə vəziyyətinin nəzərə alınaraq, “Hərbi xidmət keçmə haqqında“ Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arsuzu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, daha sonra iddiaçı cavabdeh inzibati orqanın xx.xx.2016-cı il trailxi Əmri əsasında “öz arzusu” ilə hərbi xidmətdən ehtiyata buraxılmış, bu barədə ona məxsus olan hərbi biletdə qeyd aparılmaqla, iddiaçıya təhvil verilmişdir. Göründüyü kimi, iddiaçı müvafiq əmr və əmrin əsasları barədə artıq 2016-cı il tarixdən məlumatlı olmuş (bu halı özü də qəbul edir), habelə həmin əmrin verilməsinə əsas məhz onun özünün yazılı ərizəsi çıxış etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Həmçinin, məhkəmə kollegiyası cavabdehin şikayətin dəlili kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, iddiaçı öz arzusu ilə işdən çıxdığı halda, tibbi xidmətlərdən yararlanmaq hüququnun olmaması barədə məlumatlı olmadığını, bu barədə yalnız 2022-ci il tarixdə tibbi xidmətlərdən istifadə etməsi ilə bağlı müraciət etdiyi vaxt məlumatlı olduğunu, belə olan halda onun xəstəliyi barədə bütün sənədlər mövcud olduğu, ehtiyata buraxılmasının əsl səbəbi xəstəliklə bağlı olduğu halda, bu əsasla ehtiyata buraxılmadığından həmin xidmətlərdən istifadə edə bilmədiyindən, bu vaxta qədər isə öz maddi imkanı olduğundan həmin xidmətləri öz vəsaiti hesabına əldə etdiyini, indiki halda isə ehtiyacı odluğundan, həmin Əmrin əsasının dəyişdirilməsi ilə bağlı müraciət etdiyini bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı həmin sahədə “bölmə rəisi” vəzifəsində işləmişdir ki, bu halda özlüyündə onun müvafiq əmrin mahiyyəti və onun nəticələri barədə kifayət qədər məlumatlı olmasını deməyə əsas verir. Göstərilən hallara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi həmin hallar müvafiq əmrin qanunla müəyyən edilmiş müddətdə mübahisələndirmək hüququndan məhrum olmasına və ya həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsinə və ya əmrin mübahisələndirilməsi ilə bağlı müddətin axımının həmin hallara istinad edilməklə (qanunla müəyyən edilmiş qaydada deyil, iddiaçının istinad etdiyi həmin hallar əsasında) müəyyən edilməsinə əsas vermir. Əks halın tətbiq edilməsi özlüyündə qanunvericiliklə nəzərdə tutulmuş müddətlərin tətbiq edilməsi mahiyyətinə və prinsipinə zidd olmuş olar. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir və 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunan normaların tələbini əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə prosessual müddətin ötürülməsi ilə bağlı üzrlü hal müəyyən edilmədiyindən, habelə müddətin bərpası ilə bağlı qanunvericiliklə müəyyən edilmiş istisna hal müəyyən edilmədiyindən, 1 ildən çox müddət keçdiyindən, bununla bağlı iddiaçıya hüquqi yardım göstərilməsi halı da mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olduğundan, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3355/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-218/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-218/2024
12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver