Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-219/2025 21.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “N8-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 50,350 (əlli min üç yüz əlli) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(118)-6046/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi İŞİN HALLARİ: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib N8-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 64,415 (altmış dörd min dörd yüz on beş) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək “N8-2013-cü illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 50,350 (əlli min üç yüz əlli) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, N1-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyi, N5-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirməklə zabit olaraq uzun illər Azərbaycan Orusunda xidmət etmişdir. Vətən Müharibəsinin iştirakçısıdır, bir sıra medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0546 nömrəli əmri ilə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən polkovnik-leytenant rütbəsində hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxılmışdır. İddiaçı N8-2013-cü illər ərzində xidmətdə olduğu Salyan rayonu ərazisində yerləşən N saylı hərbi hissədən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissəyə hər ayı ayrı-ayrılıqda əhatə edən əmrlərlə ezamiyyətə göndərilmiş və həmin müddəti tam olaraq ezamiyyətdə keçirmişdir. Ezamiyyətdə olduğu dövrdə iddiaçıya gündəlik 5 (beş) manat olmaqla “səhra pulu” deyilən ödəniş edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar N8-ci il tarixli, 14 nömrəli qərarı ilə nəzərdə tutulmuş (müvafiq illərə uyğun əlavələr də nəzərə alınmaqla) gündəlik ezamiyyə xərci normasını təşkil edən vəsaitlər ödənilməmişdir. İddiaçının şifahi tələblərinə baxmayaraq bu ödənişlər edilməmiş, nəticədə iddiaçı ezamiyyətdə olduğu dövrdə qanunvericiliklə nəzərdə tutulmuş ödənişi tam həcmdə almamaqla maddi ziyan çəkmişdir.İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək N saylı hərbi hissədə ezamiyyətdə olduğu N8-2013-cü illər ərzində ödənilməli olan ezamiyyə xərcləri üçün gündəlik normanı təşkil edən vəsaitlərin qeyd edilən tarixlərə uyğun olaraq hesablanmaqla maddi ziyanın əvəzi kimi pul kompensasiyası formasında ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-25-19/2-Ə-13xx-xx/2024 saylı məktubla iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir.Aşağıdakılara əsasən ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin pul kompensasiya formasında iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır:Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar N8-ci il tarixli, 14 nömrəli Qərarının mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni N8-2011 və 20112013-cü illərdə qüvvədə olan 1-ci bəndinə əsasən ezamiyyə xərclərinin 1 günlük norması N8-2011-ci illər üzrə Sumqayıt şəhərində 25,0 (iyirmi beş) manat, 2011-2013-cü illər üzrə isə Sumqayıt şəhərində 50,0 (əlli) manat təşkil etmişdir. Qeyd edilən müddət üzrə iddiaçıya gündəlik 5 (beş) manat vəsaitin ödənildiyini nəzərə aldıqda iddiaçıya N8-2011ci illər üzrə ödənilməmiş ezamiyyə xərcinin gündəlik norması faktiki 20,0 (iyirmi), 20112013-cü illər üzrə isə faktiki 45,0 (qırx beş) manat təşkil edir. İllər üzrə hesabladıqda ümümilikdə ona 64,415 (altmış dörd min dörd yüz on beş) manat kompensasiya ödənilməlidir. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunla onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciətindən soma həmin Qanunun tələblərinə uyğun olaraq inzibati icraat aparsa da, bunu qanunvericiliyin tələb etdiyi qaydada həyata keçirməmiş, iddiaçının qaldırdığı tələbin təmin edilməsindən əsassız və qanunsuz şəkildə imtina etmişdir. İmtina üçün cavabdeh tərəfindən göstərilmiş xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş müdafiə nazirinin xx.xx.N2-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”nin 10-cu maddəsinin tələbləri hazırkı inzibati icraata şamil edilə bilməz. Belə ki, iddiaçı hazırda xidmətdə olan hərbi qulluqçu deyil və qeyd edilən Əsasnamə adından da göründüyü kimi Silahlı Qüvvələrin xidmətdə olan hərbi qulluqçularının pul təminatı məsələlərini əhatə edir. Digər tərəfdən aşağıda istinad ediləcək maddi hüquq normaları iddiaçıya xidmət dövründə ona vurulmuş ziyanın kompensasiya edilməsi və bununla da qanuni mənafeyini müdafiə etmək hüququnu təsbit edir. Cavabdehin imtina məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3cü maddəsinə istinad etməklə iddia müddətinin 3 il olması ilə bağlı mövqeyi də əsassızdır. Belə ki, iddiaçının cavabdeh qarşısında tələbi qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməli olan pul vəsaitinin sahibi kimi hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəldildiyindən Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri baxımından bu tələbə iddia müddəti tətbiq oluna bilməz. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, iddiaçı N8-2013-cü illərdə müxtəlif yerlərdə ezamiyyətlərdə olduğunu və ona ezamiyyə xərclərinin ödənilmədiyini bildirir.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 N-li Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Müdafiə Nazirliyinin hərbi qulluqçularına verilən pul təminatı, Müdafiə Nazirinin xx.xx.N2-ci il tarixli 220 nömrəli əmri "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə və Müdafiə Nazirinin xx.xx.2017-ci i! tarixli 22 nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. Qeyd olunmuş Əsasnamələrin tələblərinə uyğun olaraq, hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə, ödənilir. İddiaçı hərbi xidmətdə olduğu vaxt, eləcə də 2022-ci ildə hərbi xidmətdən ehtiyata tərxis olunana qədər müddət ərzində hüquqlarının pozulduğu barədə iddia qaldırmamışdır. İddiaçının mübahisələndirdiyi məsələ N8-2013-cü illərə aid olsa da o, 11 il keçdikdən sonra, iddia qaldıraraq 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilən Əsasnamənin tələblərinə uyğun olaraq və müddətdən 11 ildən 16 ilə qədər vaxt keçdiyini, həmçinin təsdiqedici sənədlərin (cədvəllərin) saxlama müddətinin bitdiyini nəzərə alaraq, tələbdə qeyd etdilən ezamiyyə xərclərinin ödənilib və ya ödənilməməsinin araşdırılması və baxılması mümkün deyildir.Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir.”Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.N1-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir”.Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377-ci maddəsinə görə iddia müddətinin başlanması, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(118)-6046/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Həmçinin qeyd edir ki, xx.xx.2017-ci il tarixdək qüvvədə olmuş 220 nömrəli əmr ilə təsdiq edilmiş əsasnamə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə ləğv edilmiş və qeyd olunan yeni əsasnamənin 39.6.3 maddəsinə əsasən pul təminatının ödənilməsinə əmsallar tədbiq olunan hərbi qulluqçulara Səhra pulları ödənilmir. Nəzərə alınmalıdır ki, səhra çıxışları ilə əlaqədar ezamiyyə xərclərinin ödənilməsi üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə iddia müddətindən 10 ildən cox bir zaman keçdikdən sonra müraciəti əsassızdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı xidmət etdiyi dövr üçün səhra çıxışları və ya ezamiyyə xürcləri əvəzinə “Taktiki xüsusi təlimlərə” cəlb edilməsinə görə rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsallarını almış, bu artımların “səhra pullarından” artıq olduğunun fərqində idi və artımların dayandıraraq ona “səhra pullan”nın ödənilməsinə dair cavabdehə heç bir müraciəti daxil olmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbuledərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386,1, 551.1 və 551.2.1-ci maddələrinin müddəalarını işin hallarına və irəli sürülmüş tələbə münasibətdə yalnış tətbiq etmişdir. Belə ki, iddia tələbindən, eyni zamanda iddiaçının məhkəməyə müraciət etməzdən öncə cavabdeh inzibati orqana göndərdiyi ərizdən aydın şəkildə görünür ki, o cavabdehdən ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsini ona vurulmuş maddi ziyan kimi qiymətləndirərək məhkəməyə öhdəliyin icrası haqqında idia ilə müraciət edərək həmin ziyanın kompensasiya formasında ödənilməsini tələb etmişdir. Belə olan halda tərəflər arasında hər hansı bir müqavilənin olmasına zərurət yoxdur və birinci instansiya məhkəməsinin bu baxımdan Mülki Məcəllənin 386.1-ci maddəsinə istinad etməsi anlaşılan deyil. Mülki Məcəllənin 551.1-ci maddəsində təsbit edilmiş bütün tələblərin on il (adi müddət) keçdikdən sonra qüvvəsinin itirilməsi müddəasına münasibətdə həmin maddənin özündə istisna hal müəyyən edilmişdir. On illik müddət keçdikdən sonra tələbin qüvvəsini itirməsi o zaman mümkündür ki, Mülki Məcəllədə başqa qayda nəzərdə tutulmasın. Mülki Məcəllənin 384-cü maddəsi iddia müddətinin şamil edilmədiyi tələbləri təsbit edir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasalar belə iddia müddəti şamiledilə bilməz (Mülki Məcəllənin 384.0.4-cü maddəsi). İddia tələbindən isə aydın şəkildə görünür ki,iddiaçı onun sahib olduğunu bildirdiyi, lakin hüququ pozularaq ona ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsini tələb edir. Digər tərəfdən ezamiyyə xərclərinin ödənilməmiş hissəsi Mülki Məcəllənin 551.2.1-ci maddəsində nəzərdə tutulmuş vaxtaşırı ödəniş kimi qiymətləndirilə bilməz. Ezamiyyə xərcinin yalnız şəxs ezamiyyətə göndərildiyi halda ödənilməsi nəzərdə tutulduğundan bu vaxtaşırı yox, birdəfəlik ödənc xarakteri daşıyır. Belə olan halda, Sumqayıt İnzibati Məhkəməsinin iddia müddəti ilə bağlı dəlillə əlaqədar Mülki Məcəllənin 551.1 və 551.2.1-ci maddələrinə istinad etməklə İPM-nin 35-ci maddəsiəsasında iddianın mümkün sayılmamasına dair qənaətimülki qanunvericiliyin və iddiaçının hüquqlarının kobud pozuntusudur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadını əsaslandırarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinad etmişdir. Həmin bənddə açıq və aydın şəkildə göstərilir ki, məhkəmələr İnzibati Prosessual Məcəllədə (İPM) nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamaldıırlar. İddia müddətlərinə dair tələbləri təsbit edən İPM-nin 38-ci maddəsində öhdəliyin icrası haqqında iddialar üçün hər hansı bir xüsusi iddia müddəti mövcud deyil. Yuxarıda qeyd edilən dəlil isə iddiaçının tələbinə münasibətdə ümumiyyətlə iddia müddətinin tətbiqini istisna edir. Bu xüsusda birinci instansiya məhkəməsinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqıanda” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarına və Müdafiə nazirinin əmrləri ilə təsdiq edilmiş hərbi qulluqçuların pul təminatı barədə əsasnamələrə istinad etməsi məhkəmənin səhv qənaətə gəldiyinə bir daha dəlalət edir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli qərarında, o cümlədən məhkəmənin istinad etdiyi pul təminatı haqqında əsasnamələrdə ezamiyyə xərcləri pul təminatının bir növü kimi nəzərdə tutulmamışdır. Ezamiyyə xərcləri ilə bağlı məsələ həll edilərkən iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar N8-ci il tarixli, 14 nömrəli Qərarı əsas götürülməlidir. Bu qərarda ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin tələb edilməsi ilə bağlı hər hansı bir müddət nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi çıxardığı qərardadla işi tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan bərabərlik prinsiplərini də pozmuşdur. Belə ki, iddiaçı ilə eyni dövrdə eyni hərbi hissədə xidmət etmiş və eyni hərbi hissəyə ezam edilmiş digər hərbi qulluqçu X2 N8-2010-cu illər ərzində ödənilməmiş ezamiyyə xərclərinin ödənilməsi tələbi ilə 2014-cü ildə məhkəməyə müraciət etmiş, nəticə etibarilə BakıApellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-99/15 saylı, 12 fevral tarixli qərarı əsasında ezamiyyə xərcləri Müdafiə Nazirliyi tərəfindən ona ödənmişdir. Həmin işdə də məhkəmə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmiş iddia müddətiin ötürülməsi ilə bağlı dəlilini MPM-nin 384.0.4- cü maddəsinə istinad etməklə rədd etmişdir. Qeyd edilən qərar, eyni zamanda iddiaçının tələb etdiyi eyni dövrlər üzrə ezamiyyə xərclərini sonradan almış şəxslərin məlumatlarının əldə edilməsinə dair vəsatət Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, hazırki iş ləğv edilən hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçının tələbi “N8-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 50,350 (əlli min üç yüz əlli) manat vəsaitin pul kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. İşə baxan məhkəmə iddiaçının imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməməsi və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürməsi əsası ilə iddianı mümkün saymamışdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Nəzərə almaq lazımdır ki, prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə inzibati idarəçilikdə hüquqi müəyyənliyi və sabitliyi, eləcə də mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki iş üzrə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı “N8-2010-cu illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, N8-2010-cü illər üçün ezamiyyə xərclərinin əvəzi olaraq pul kompensasiyasının alınması hüququ iddiaçıda 2011-ci ilə qədər, yəni İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən məsələlərin həlli Mülki Prosessual Məcəllənin 27 fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1(bir) ay müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu səbəbdən iddia tələbinin N8-2010-cu illər üzrə iddiaçıya ezamiyyə xərclərinin ödənilməmiş hissəsinə münasibətdə kompensasiyası ödənilməsi hissəsində iddia müddəti ötürüldüyündən iddianın həmin hissədə mümkün sayılmaması əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin 2011-2013-cü illər üzrə iddiaçıya ezamiyyə xərclərinin ödənilməmiş hissəsinə münasibətdə kompensasiyası ödənilməsi hissəsinə münasibətdə isə aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının iddiası öhdəliyin icrası haqqında iddiadır. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, öhdəliyin icrasın haqqında iddialarda iddianın verilməsi üçün müddət müəyyən edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Yəni, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq və müddətdən 11 ildən 16 ilə qədər vaxt keçdiyini və təsdiq edici sənədlərin saxlama müddətini nəzərə alaraq iddiaçının ərizəsində qeyd edilən ezamiyyət xərclərinin ona ödənilməsi və araşdırılmasının mümkün olmamasını göstərmişdir. Bu isə o deməkdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq olaraq cavabdeh inzibati orqana müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, inzibati orqana müraciət ilə bağlı xüsusi mümkünlük şərti ödənilmişdir. Qeyd olunan hallarla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbinin həmin hissədə mümkün sayılmaması üçün hazırkı şərtlərdə əsaslar mövcud deyil. Belə ki, iddiaçı tərəfindən müvafiq olaraq cavabdeh inzibati orqana müraciət edilmiş, imtina məktubu alınmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iddia tələbi üzrə cavabdeh inzibati orqan düzgün müəyyən edilməmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaya cavab verməli orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmalı idi. AR İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək hazırki iddia tələbi üzrə cavabdeh inzibati orqan düzgün müəyyən edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbinin “2011-2013-cü illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin (kompensasiyasıyanın məbləği müəyyənləşdirilməklə) cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində mümkünsüz sayılması əsassız olmuşdur və ona görə də qərardad həmin hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(118)-6046/2024 nömrəli qərardadı qismən (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “2011-2013-cü illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin (kompensasiyanın məbləği müəyyənləşdirilməklə) cavabdehdən tutularaq ona ödənilməsi”nə dair hissəsində) ləğv edilsin, ləğv edilən hissədə iddiaya yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilsin. Qərardad qalan hissədə (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “N8-2010-cu illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi”nə dair tələb hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan (qərardadın Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(118)-6046/2024 nömrəli qərardadının qüvvədə saxlanılan hissəsindən) təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-219/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-219/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver