Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-222/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “Fövqəladə Hallar Nazirliyində hərbi xidməti dövrü sərəncamda olduğu xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətin qanunsuz hesab edilməsi və göstərilən dövr üçün aylıq əmək haqqının, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının, 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın, 2017-ci ilin hesabına maddi yardımın, AR Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının və 2017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-50/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia qaldırmış və Fövqəladə Hallar Nazirliyində hərbi xidməti dövrü sərəncamda olduğu xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətin qanunsuz hesab edilməsi və göstərilən dövr üçün aylıq əmək haqqının, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının, 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın, 2017-ci ilin hesabına maddi yardımın, AR Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının və 2017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən xx.xx.2018-ci il tarixədək Fövqəladə Hallar Nazirliyində (2007-ci ildən xx.xx.2017-ci il tarixədək N №-li hərbi hissədə, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci i tarixədək N №-li hərbi hissədə) zabit kimi, cəmi N təqvim ili həqiqi hərbi xidmət keçmiş və AR Fövqəladə Hallar Nazirinin xx.xx.2018-ci il tarixli 1731/ş №li əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin "J" bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Tələbinin hüquqi əsasları Fövqəladə Hallar Nazirliyində hərbi xidmət keçərkən və 2018-ci ilin dekabr ayında hərbi xidmətdən ehtiyata buraxılarkən bir çox aşağıda sadalanan maddi təminat və istirahət hüquqlarım hərbi hissə komandanlığı tərəfindən pozulmuşdur. Belə ki: 1.“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" AR Qanununda yazılıb: Maddə 15. Fövqəladə hallar orqanları əməkdaşının sərəncamda olması və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması. 15.1. Fövqəladə hallar orqanları əməkdaşı təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar,habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə 3 ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən 6 ayadək uzadıla bilər. İddiaçı isə xx.xx.2017-ci il tarixdə Fövqəladə Hallar Nazirinin müvafiq əmri ilə heç bir əsas gətirilmədən xidmət etdiyi N №-li hərbi hissədə "şöbə rəisinin baş köməkçisi" vəzifəsindən sərəncama çıxarılmış və xx.xx.2018-ci il tarixədək Fövqəladə Hallar Nazirinin sərəncamında olmuşdur. xx.xx.2018-ci il tarixdə isə N №li hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədən xx.xx.2018-ci ildə ehtiyata buraxılmışdır. Sərəncamda olduğu müddət ərzində cəmi 4 ay xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək aylıq pul təminatı ilə təmin edilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün ona heç bir növ pul təminatı (aylıq maaş) ödənilməmişdir. Onun xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində (12 ay 23 gün) sərəncamda olmağı qanunsuz olub və bu müddət üçün aylıq pul təminatı tam həcmdə hesablanaraq iddiaçıya ödənilməlidir. “AR Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamənin 190-cı maddəsinə asasən zabit heyətinə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmət hərbi qulluqçularına yanvarda ötən ilin iş yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə 2 aylıq maaş həcmində birdəfəlik pul mükafatı verilir. Həmin Əsasnamənin 192-ci maddəsinə əsasən hərbi hissə komandirləri hərbi qulluqçuları yalnız xidməti xətalar törətdikdə, hərbi intizamı pozduqda və əxlaq qaydalarına zidd hərəkətlər etdikdə onları birdəfəlik pul mükafatından məhrum edə və ya mükafat miqdarını azalda bilərlər. 2017-ci ilin yekunlarına görə o birdəfəlik pul mükafatından əsassız olaraq məhrum edilmişdir. Həmçinin 2018-ci ilin yekunlarına görə iddiaçıya 2018-ci ilin xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixədək olan dövr üçün də (sərəncamda olduğu müddət) birdəfəlik pul mükafatından məhrum edilmişdir. Hesab edir ki, 2017-ci ilin yekunlarına görə və 2018-ci ilin xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək olan dövr üçün hesablanaraq iddiaçıya ödənilməlidir. Belə ki, sərəncamda olduğu müddət ərzində iddiaçı hərbi xidmətdə olmuş və birdəfəlik pul mükafatından məhrum edilməsi üçün heç bir əsas olmamışdır. "Hərbi qulluqçuların statusu saqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinə əsasən ildə bir dəfə zabitlərə 45 günlük növbəti məzuniyyət verilir. "Hərbi qulluqçuların statusu haqqında" AR Qanununun 11ci maddəsinin 1-ci bəndinə və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. İddiaçıya isə 2017-ci ildə 45 günlük növbəti məzuniyyət verilməmişdir. Həmçinin 2018-ci ilin növbəti məzuniyyəti iddiaçıya 45 gün verilməli olduğu halda cəmi 11 gün verilmişdir. Hesab edir ki, 2017-ci ildə istifadə etmədiyi 45 və 2018-ci ildə ona verilməli olan 45 günlük növbəti məzuniyyətin iddiaçıya verilməmiş 34 günü üçün müvafiq kompensasiya hesablanaraq ona ödənilməlidir. "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" AR Qanununun 25-ci maddəsinin 9cu bəndinə əsasən fövqəladə hallar qoşunlarının əməkdaşlarına ildə 1 dəfə bir aylıq vəzifə və xüsusi rütbəyə görə maaşı həcmində maddi yardım göstərilir. 2017-ci ilin hesabına ona maddi yardım edilməmişdir. İddiaçı hesab edir ki, 2017-ci ilin hesabına iddiaçıya maddi yardım hesablanaraq ödənilməlidir. "Hərbi qulluqçuların statusu haqqında" AR Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. İddiaçıya isə AR Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə nə pul kompensasiyası, nə də ki, bu kompensasiyanı almaq üçün müvafiq arayış verilməmişdir. Hesab edir ki, hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyası hesablanaraq ona ödənilməlidir. “Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” AR Nazirlər Kabinetinin xx xxxx 2006-cı il tarixli 171 №-li qərarının 1-ci bəndinə əsasən yaşayış yeri olmayan və bu səbəbdən kirayədə yaşamağa məcbur olan zabitlərə kirayədə yaşadıqları dövr ərzində mənzilin kirayəsi üçün hər ay kompensasiya ödənilir. 2017-ci ildə hərbi xidmət dövrü kirayədə qalmağına və tələb olunan bütün sənədləri hərbi hissəyə təqdim etməsinə baxmayaraq müvəqqəti mənzilin kirayəsi üçün iddiaçıya müvafiq kompensasiya ödənilməmişdir. Barəsində baş vermiş maddi təminat və məzuniyyət hüquqlarının pozulması faktlarının araşdırılması və müvafiq kompensasiyaların sərəncamda olduğu müddətin xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək olan dövrü üçün aylıq əmək haqqının-9077 manat, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının-1004 manat, xx.xx.2018-ci ii tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının-670 manat, 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə-928 manat və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin iddiaçıya verilməmiş 34 gününə görə-710 manat, 2017-ci ilin hesabına maddi yardımın-502 manat, AR Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə-3200 manat, kompensasiyasının və 2017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın-834 manat pulun nesablanaraq ona ödənilməsi üçün göstəriş verilməsi xahişi ilə iddiaçı xx.xx.2019-cu tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-50/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində sərəncama götürüldüyü xx.xx.2017-ci il tarixdən əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətinə hesablanaraq iddiaçıya ödənilməsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən iddia tələbindən kənara çıxmışdır. Belə ki, məhkəmə Fövqəladə Hallar Nazirliyində sərəncama götürüldüyü xx xxxxxx 2017-ci ildən əvvəlki vəzifədə aldığı aylıq əmək haqqının 3 ay müddətinə hesablanaraq iddiaçıya ödənilməsini qərara almışdır. Halbuki, iddia tələbi xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək olan dövrü əhatə edirdi. Məhkəmə iddia tələbinə “xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək sərəncamda olduğu müddət üçün aylıq pul təminatının ödənilməsi” hissəsində ümumiyyətlə münasibət bildirməmişdir. İddia tələbinin qalan hissədə təmin edilməməsini isə məhkəmə onunla əsaslandırmışdır ki, o, sərəncamda olduğu müddət ərzində faktiki olaraq işləməmişdir. Məhkəmənin gəldiyi nəticə yanlışdır. Belə ki, o, hərbi qulluqçu olmuşdur. Hərbi qulluqçu isə işləmir, hərbi xidmət keçir. O, isə 2007-ci ildən xx xxxxxx 2018-ci il tarixədək Fövqəladə Hallar Nazirliyində hərbi xidmətdə olmuşdur. Həmçinin məhkəmə qərarının təsviri hissəsinin axırıncı hissəsində Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən onun sərəncamda olduğu dövrdə pul təminatının necə olması göstərilmişdir. Dolayısı yolla cavabdeh onun iddia tələbində haqlı olduğunu etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsini qərarının ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-50/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırki işdən görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiasında, bir neçə müstəqil tələb irəli sürmüşdür: 1) AR Fövqəladə Hallar Nazirliyində hərbi xidməti dövrü sərəncamda olduğu xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətin qanunsuz hesab edilməsi; 2) göstərilən dövr üçün aylıq əmək haqqının; 3) 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının; 4) xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının; 5) 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın; 6) 2017-ci ilin hesabına maddi yardımın; 7) AR Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının; 8) 2017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız ikinci iddia tələbinə dair yekun nəticəyə gəlmiş, nə əsaslandırma, nə də nəticə hissədə birinci tələbə qiymət verməmişdir. İkinci iddia tələbini qismən təmin etmiş, birinci tələblə əlaqəli və əlaqəsiz olan digər tələbləri isə iddiaçı sərəncamda olduğu müddətdə işləmədiyinə əsaslanaraq təmin etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mövcud tələbə qiymət verməmiş, iddia tələbindən kənara çıxaraq mahiyyəti üzrə qərar qəbul etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-50/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-50/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-222/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-222/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver