Məhkəmə qərarları › İş №2-1(105)-223/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-223/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-223/2022 03.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarının “İliç yolu” sovxozu üzrə İddiaçı və ailə üzvlərinə Xaçmaz rayon Mənçər-oba kəndi ərazisində 0,13 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə dəyişdirilməsi və ailələrin mülkiyyətinə verilməsinə verilməli olan həyətyanı torpaq sahəsinin ölçüsünün 0,45 ha müəyyən edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2-1(118)-1033/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarının “İliç yolu” sovxozu üzrə ona və ailə üzvlərinə Xaçmaz rayon Mənçər-oba kəndi ərazisində 0,13 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə dəyişdirilməsi və ailələrin mülkiyyətinə verilməsinə verilməli olan həyətyanı torpaq sahəsinin ölçüsünün 0,45 ha müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə 5 nəfərdən ibarət ailələrinə Xaçmaz rayonu Mənçər-oba kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-017A kod-30217068 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq olunur. Əslində həmin 0.13 ha həyətyanı torpaq sahəsinin də daxil olduğu ərazinin, yəni ümümi həyətyanı torpaq sahəsinin ölçüsü 0.45 ha təşkil edir. Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 06 iyul 1998-ci il tarixili 09 saylı qərarında göstərilir ki , rayonun “ İliç yolu” sovxozu üzrə hər bir subyektə 0.24 ha pay torpaq sahəsinin verilməsi müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd olunur ki, “İliç yolu” sovxozunun ərazisindəki kəndlərdə yaşayan vətəndaşların həyətyanı torpaq sahələrində normadan artıq istifadə etdikləri torpaqların onların torpaq paylarından çıxılması qərara alınmışdır. İddiaçı qeyd edir ki, 5 nəfərdən ibarət ailəsinə adambaşına 0.24 ha hesabı ilə ümümillikdə 1.20 ha torpaq payı verilməli olduğu halda, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 27 noyabr tarixli 12 saylı qərarı ilə cəmi 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. (JN: 0017 Kod 3021 7068 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surəti iddia ərizəsinə əlavə olunur). Göründüyü kimi ailəsinə 1.20 ha torpaq payı əvəzinə 0.77 ha torpaq payı verilmişdir, yəni torpaq payından 0.43 ha çıxılmışdır. Buna baxmayaraq, Aqrar İslahat Komissiyasının həmin qərarı ilə həyətyanı torpaq sahəsinin artıq hissəsini, yəni 0.32 ha torpaq sahəsini mülkiyyətlərinə verməmişdirlər. İddiaçı 0.45 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi üçün bütün lazımı sənədləri əlavə etməklə ərizə ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 16.09.2020-ci il tarixli **********91 saylı məktubu ilə cavab verilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ərizəsinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarı əsasında Xaçmaz rayonu Mənçəroba kəndində yerləşən 0.13 ha torpaq sahəsinə ləgv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən hazırlanmış JN-0İ7A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və Xaçmaz rayon Dövlət Arxivinin “ İliç yolu” sovxozu AİK-nin Mənçər-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin qaytalanmış kitabdan arxiv arayışı əlavə olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı topaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. İddia ərizəsində göstərilir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarı ilə 5 nəfərdən ibarət ailəsinin mülkiyyətinə 0.45 ha həyətyanı torpaq sahəsinin əvəzinə 0.13 ha torpaq sahəsi mülkiyyətinə verilməklə hüquqları pozulmuşdur. Xaçmaz rayon Dövlət Arxivinin 09 sentyabr 2020-ci il tarixli 536 nömrəli arxiv arayışından göründüyü kimi Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06.07. 1998-ci il tarixli 09 saylı protokolu ilə Xaçmaz rayonu “ İliç yolu” sovxozu AİK-nin Mənçər-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 43-cü İddiaçı adına qaytalanmış kitab üzrə 0.10 ha, faktiki 0.45 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Xaçmaz rayon İH Başçısının Nərəcan kənd İƏD-də nümayəndəsinin 28 yanvar 2021-ci il tarixli 123 saylı arayışda da qeyd olunur ki, Xaçmaz rayon aqrar islahat komissiyasının 06.07.1998-ci tarixli iclasının 09 saylı protokoluna əsasən hər bir adama Mənçər-oba kəndi üzrə 0.24 ha pay torpağı ayrılması üçün qərar qəbul edilmişdir. İddiaçı və ailənin istifadəsində 0.32 ha həyətyanı zəbt torpaq sahəsi qeydə alındığı üçün vətəndaşın 5 nəfərdən ailə üzvünə ümümillikdə 1.20 ha pay torpağı verilməli halda 0.77 ha sahəsi mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsində icraat Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2-1(118)-1033/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi qərar Cavabdeh tərəfindən deyil, Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmişdir. Həmçinin Cavabdeh ləğv edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Belə olan halda Cavabdeh mübahisələndirilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Bundan əlavə cavabdeh inzibati aorqanın hüquq varisliyi qəbul edilsə belə, digər bir əsasla, iddia müddəti ötürüldüyü üçün iddia mümkün hesdab edilə bilməz. İddiaçının aqrar islahatla bağlı mübahisələndirdiyi qərarı həmin dövrdə mövcud olan qanunvericiliyə əsasən mübahisələndirmək imkanı olmuşdur. Lakin, hazırki iş üzrə iddiaçının və ailə üzvlərinin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının Qərarını həmin dövrdə mübahisələndirmə imkanı olduğu halda bunu etməmişdirlər. Hazırkı iddia qüvvədə olan qanunvericilik baxımındanda iddia müddəti ötürülmüş və iddia müddətinin bərpası mümkün olmayan inzibati aktın mübahisələndirilməsi baxımındanda mümkünsüzlük əsası olan iddia kimi qiymətləndirilməlidir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının məzmununa istinad edilərək göstərilir ki, Rayon İcra Hakimiyyətinin Başçısı Rayon Aqrar İslahat Komissiyasının sədri olmuşdur. Bu əsasla Rayon İcra Hakimiyyəti Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisidir. İddia müddətinə gəldikdə isə iddiaçı göstərir ki, 0,45 ha torpaq sahəsinə çıxarışın verilməsi üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edib, rədd cavabını aldıqdan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda tərəfindən iddia müddəti buraxılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iddiaçının dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Hazırki işin hallarından görünür ki, iddiaçı mübahsiələndirmə haqqında iddia qaldıraraq, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarının “İliç yolu” sovxozu üzrə ona və ailə üzvlərinə Xaçmaz rayon Mənçər-oba kəndi ərazisində 0,13 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə dəyişdirilərək, ailəsinin mülkiyyətinə verilməsinə verilməli olan həyatyanı torpaq sahəsinin ölçüsünün 0.45 ha müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçının iddia qaldırmaq müddəti ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarını həmin qərarın qəbul edilməsindən 22 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir. Halbuki, həmin qərarın qəbul edildiyi vaxt qüvvədə olan və müvafiq münasibətləri tənzimləyən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsinə əsasən isə fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Həmçinin, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Hazırda mübahisələndirilən qərar (AİK-in qərarı) qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 12 ildən artıq müddətdə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01.01.2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in qanuni qüvvəyə mindiyi 01.01.2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, hazırkı iddia, qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. İddiaçının Aqrar İslahat Komissiyası tərəfindən vətəndaşlara pay torpaqları ayrıldığı dövrdə aqrar islahat komissiyasının qərarından şikayət etmək hüququ olmuş, lakin o və ailəsi bu hüquqdan istifadə etməmişlər. İddiaçının müddəti ötürməməsi ilə bağlı apellyasiya şikayətində göstərdiyi dəlilə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı 27.11.1998-ci il tarixli 12 saylı qərarla ona ayrılmış həyətyanı torpaq sahəsindən həmin vaxtdan istifadə etmiş, daha sonra isə məhz həmin qərarla ayrılmış ölçüdə olan torpaq sahəsinə dair DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 22.09.2002-ci il tarixdə JN-0İ7A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” almışdır. Odur ki, müddətin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd edilən əsasla iddia mümkün sayılmadığından digər əsaslarla iddianın mümkünsüzlüyünə dair əlavə araşdırılmanın aparılmasına da zərurət yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2-1(118)-1033/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar