Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-223/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər:qərarın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********438600 nömrəli və xx.xx.2022-ci il tarixli **********210400 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-1(118)- 2539/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********518800 nömrəli Qərardan görünür ki, vergi orqanı İddiaçı MMC-yə 2021-ci ilin Mənfəət vergisi üzrə 340 046.06 əlavə vergi məbləği hesablamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********518500 nömrəli Qərardan görünür ki, vergi orqanı İddiaçı MMC-yə 2019-cu ilin Mənfəət vergisi üzrə 65 343.21 manat əlavə vergi məbləği hesablamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) kassa və elektron qaimə fakturaya əsasən malların (iş və xidmətlərin) təqdim etməsi və 2019-cu ilin mənfəət vergisinin 1.3.2-ci “Mallar” sətrində yaranmış uyğunsuzluqla bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən 2019-cu və 2020-ci il ərzində elektron qaimə fakturaya əsasən malların (iş və xidmətlərin) təqdim edilməsi, eyni zamanda 2019-cu il ərzində kassa üzrə satış əməliyyatları olmamış, həmçinin xx.xx.2020- ci il tarixdə təqdim etdiyi 2019-cu il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 1.3.2-ci “Mallar” sətrində dövrün sonuna mal qalığı 21099,00 manat əks etdirilmiş və vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki (invoys) qiymətləri ilə statistik qiymətləri arasında 317189,85 manat fərq yaranmış və bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmiş və kameral vergi yoxlamasına əsasən hesablama aparılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********438600 nömrəli və xx.xx.2022-ci il tarixli **********210400 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********518800 nömrəli və xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli Qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********438600 nömrəli Qərara əsasən 2021-ci ilin may ayına ƏDV üzrə 248148.71 manat, xx.xx.2021-ci il tarixli **********210400 nömrəli qərara əsasən 2021-ci ilin Mənfəət vergisi üzrə 340046.06 əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan qərarlarda hesablamanın əsası kimi ƏDV bəyannamələrində və Mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən dövriyyənin az bəyan edilməsi göstərilmişdir. Aşağıda qeyd olunanlara əsasan cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********438600 nömrəli və xx.xx.2021-ci il tarixli **********210400 nömrəli qərarları qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı MMC təqdim etdiyi mallara görə əldə etdiyi vəsaiti tam şəkildə ƏDV və Mənfəət vergisi bəyannamələrində əks etdirmişdir. Lakin cavabdeh vergi orqanı ona məlum olmayan səbəblərdən həm ƏDV, həm də Mənfəət vergisi bəyannamələri üzrə vergiyə cəlb edilən dövriyyəni kəskin şəkildə artıraraq cəmiyyətə əsassız əlavə vergi məbləği hesablamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək “Vergilərin, Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********896100 nömrəli, xx.xx.2022-ci il tarixli, **********518500 nömrəli və xx.xx.2022-ci il tarixli **********518800 nömrəli Qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçınə kameral vergi yoxlaması ilə 2019cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 65.343,21 manat, 2021 -ci ilin may ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 248.148,71 manat və 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 340.046,06 manat vergi məbləğləri hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi araşdırılmış və aparılan araşdırmaya əsasən 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 317.189,85 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir.Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixli **********143700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.İddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannaməyə düzəliş edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 61.051,60 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********915700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020, xx.xx.2020 və xx.xx.2022-ci il tarixlərdə boş bəyannamə təqdim edilmiş və hesablanmış vergi məbləği azaldıldığından vergi ödəyicisinə yenidən xx.xx.2022-ci il tarixli **********702200 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş, kameral vergi yoxlamasına əsasən həmin vergi məbləği bərpa edilmiş və xx.xx.2022-ci il tarixli **********518500 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Həmçinin, Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 316659,11 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 68510,40 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 248148,71 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixli **********808900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannaməyə düzəliş edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2021 - ci ilin may ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 248.148,71 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********438600 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə boş bəyannamə təqdim edilmiş və hesablanmış vergi məbləği azaldıldığından yenidən kameral vergi yoxlamasına əsasən həmin vergi məbləği bərpa edilmiş və xx.xx.2022-ci il tarixli **********896100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Həmçinin, Hesablama metodu ilə təqdim edilmiş 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri (221.11 -ci), Mühafizə xərcləri” (221.12ci), “Reklam xərcləri (221.14-cü), Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (1700362,00 manat), vergi ödəyicisi tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 Ns-li Əlavəsinin Hesabat dövrünün sonuna sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (12,00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0 manat) məbləği (+)bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (12,00 manat) bəyannamənin 1 Ns-li Əlavəsinin Hesabat dövrünün sonuna sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (12,00 manat) məbləğin müqayisəsi nəticəsində 1700350,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********074400 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmişdir.Lakin iddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannaməyə düzəliş edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2021 -ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 340.046,06 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********210400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir.İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək hesablanmış vergi məbləğini azaltmış, vergi orqanı tərəfindən yenidən xx.xx.2022-ci il tarixli **********633200 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmiş və kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********518800 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-1(118)-2539/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli və xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergilərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli **********518500 nömrəli qərarda hesablamanın səbəbi “idxal edilmiş malların faktiki qiymətləri ilə statistik qiymətləri arasındakı fərq”, “xərclərin şişiridilməsi, analoji vergi ödəyicilərinin uçot göstəriciləri ilə müqayisədə vergilərin az göstərilməsi” ilə əlaqələndirilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hesablamanın əsl səbəbi iddiaçı tərəfindən 2019-cu il üzrə Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin “Mallar” başlıqlı 1.3.2-ci sətrində əks etdirdiyi hesabat ilinin sonuna olan (növbəti hesabat ilinə keçirilən) 1 754 875.0 manat məbləğində mal qalığının vergi orqanı tərəfindən təqdim edilmiş mal kimi qiymətləndirilməsi olmuşdur. İddiaçının 2019-cu il ərzində malların (işlərin, xidmətlərin) təqdim edilməsindən hər hansı gəliri olmadığı halda, cavabdeh vergi orqanı bununla razılaşmamış və vergi bəyannamnəsində göstərilən 1754875.0 manat mal qalığını iddiaçının gəliri kimi qiymətləndirərək vergiyə cəlb etmiş, lakin istər vergilərin hesablanması barədə qərarda, istərsə də, məhkəmə araşdırması bunu hansı səbəbdən etdiyini əsaslandıra bilməmişdir. Bir haldakı iddiaçının 2019-cu il ərzində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən hər hansı gəliri olmamış və cavabdeh vergi orqanı da iddiaçının həmin il ərzində malların təqdim edilməsindən 1 768 451.0 manat gəlir əldə etdiyinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir, bu halda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518500 nömrəli Qərar əsasında hesablanmış 65343.21 manat əlavə vergi məbləğinin düzgünlüyü öz təsdqini tapmır. Cavabdeh vergi orqanının iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində bəyan edilmiş 1 700 362.0 manat xərc məbləğinə münasibətdə apardığı qiymətləndirmə düzgün olmamış və nəticədə iddiaçıya əsassız vergi məbləği hesablamışdır. Belə ki, iş materialarına əlavə edilmiş iddiaçı tərəfindən 2019-cu il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin “Mallar” başlıqlı 1.3.2-ci sətrində hesabat dövrünün sonuna olan mal qalığı 1 754 875.0 manat bəyan edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin “Mallar” başlılqı 1.3.2-ci sətrində qeyd edilənlərə əsasən, iddiaçı 2019-cu ildən 2020-ci ilə qalıq olaraq keçmiş 1 754 875.0 manat mal qalığının 54 513.0 manat hissəsini təqdim etmiş (satmış) və hesabat ilinin sonuna müəssisənin mal qalığı 1 700 362.0 manat olmuşdur. İddiaçının 2021-ci ilin əvvəlinə mal qalığı 1 700 362.0 manat olmuş və həmin hesabat ili üzrə təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində “Malın dəyəri” başlıqlı 221.4-cü sətirdə təqdim edilmiş malların dəyərini haqlı olaraq 1 700 362.0 manat bəyan etdiyi halda, cavabdeh vergi orqanı həmin xərci hər hansı əsas olmadan qəbul etməmişdir. Cavabdeh vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********518800 nömrəli Qərara əsasən hesablanmış 340 046.06 manat əlavə vergi məbləği öz təsdiqini tapmadığından ləğv edilməlidir. İddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********518800 nömrəli və xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli Qərarlar ləğv edilməli və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləği silinməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı ilə razılaşmayaraq, qərarın ləğv edilməli olduğunu hesab edir. Belə ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçınə kameral vergi yoxlaması ilə 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 65.343,21 manat və 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 340.046,06 manat vergi məbləğləri hesablanmışdır. iddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi araşdırılmış və aparılan araşdırmaya əsasən 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 317.189,85 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. xx.xx.2020-ci il tarixli **********143700 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannaməyə düzəliş edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 61.051,60 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********915700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020, xx.xx.2020 və xx.xx.2022-ci il tarixlərdə boş bəyannamə təqdim edilmiş və hesablanmış vergi məbləği azaldıldığından vergi ödəyicisinə yenidən xx.xx.2022-ci il tarixli **********702200 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş, kameral vergi yoxlamasına əsasən həmin vergi məbləği bərpa edilmiş və xx.xx.2022-ci il tarixli **********518500 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Həmçinin, Hesablama metodu ilə təqdim edilmiş 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin "Xammal və materiallar" (221.3-cü), "Malın dəyəri" (221.4-cü), "Enerji xərcləri" (221.7-ci), "Qaz xərcləri" (221.8-ci), "Yanacaq xərcləri" (221.9-cu), "Su və kanalizasiya xərcləri"(221.10-cu), "Rabitə xərcləri" (221.11-ci), "Mühafizə xərcləri" (221.12-ci), "Reklam xərcləri" (221.14-cü), "Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" (226cı) , "Nəqliyyat xərcləri" (229-cu) və "Digər xərclər" (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (1700362,00 manat), vergi ödəyicisi tərəfindən əvvəlki il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi"nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e- qaimə-fakturalarm və alış aktlarının məbləği (12,00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materiallarm (0 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri"nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3- cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alman gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (12,00 manat) bəyannamənin 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş malmaterial qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (12,00 manat) məbləğin müqayisəsi nəticəsində 1700350,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********074400 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmişdir. Lakin iddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannaməyə düzəliş edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 340.046,06 manat vergi məbləği hesablanmış yə bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********210400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək hesablanmış vergi məbləğini azaltmış, vergi orqanı tərəfindən yenidən xx.xx.2022-ci il tarixli **********633200 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmiş və kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********518800 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, cavabdeh 2019-cu il üzrə hesablanmış əlavə vergi məbləğinə münasibətdə apellyasiya şikayətinin 2-ci səhifəsinin 6-cı paraqrafında qeyd edir ki, “iddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi araşdırılmış və aparılan araşdırmaya əsasən 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 317189.85 manat fərq yaranmışdır ki, bu da xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir”. Həmçinin cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli “Məlumatın təqdim edilməsi barədə” məktubda da eyni halı qeyd etmişdir. Cavabdehin göstərilən dəlilinə münasibətdə ilk öncə bildirirəm ki, malların faktiki (invoys) dəyəri ilə statistik dəyəri arasındakı fərq vergidən yayınma, eləcə də xərclərin şişirdilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malın uçotunu istehsal etdiyi mallara münasibətdə istehsal xərclərinə əsasən, satın aldığı mallara münasibətdə isə faktiki satınalma qiymətlərinə, eləcə də malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən həyata keçirir. (Vergi Məcəlləsinin 139.1, 139.2 və 143-cü maddələri) Bundan başqa, gömrük dəyəri (və ya statistik dəyər) gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədilə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində təsbit edilmiş üsullardan biri ilə müəyyən edilən göstəricidir. (“Gömrük tarifi haqqında” AR Qanununun 1.1.5-ci, 4.1.1-ci, 3.5-ci və 12-ci maddələri) Yuxarıda göstərilənləri ümumiləşdirərək belə nəticəyə gəlirik ki, gömrük orqanı tərəfindən gömrük rüsumlarının hesablanması zamanı gömrük dəyərinin hansı üsulla hesablanmasından asılı olmayaraq, vergi ödəyicisi mülkiyyətində və istifadəsində olan malların uçotunu malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərcləri nəzərə almaqla, satın alma qiymətinə əsasən həyata keçirir. Beləliklə, iddiaçı tərəfindən idxal edilmiş malların faktiki (invoys) dəyəri ilə statistik (gömrük) arasındakı fərq xərclərin şişirdilməsi ilə qəbul edilə bilməz. Digər yandan isə məhkəmənin nəzərinə çatdırmışdır ki, iddiaçı tərəfindən 2019-cu il üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində hər hansı xərc göstərilməmişdir. Belə ki, 2019-cu il üzrə təqdim edilmiş sonuncu dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsində gəlirlər 0 manat, xərclər isə 13,286.93 manat ( o cümlədən əmək haqqı 11093.0 manat, sosial sığorta haqları 2193.93 manat) bəyan edilmişdir. Göründüyü kimi, 2019-cu il ərzində hər hansı mal satışı həyata keçirilmədiyindən iddiaçı bəyannamədə əmək haqqı və sosial sığorta haqlarından başqa hər hansı xərc göstərməmişdir. Bu isə həm də o deməkdir ki, 2019-cu il üzrə xərclərin şişirdilməsi barədə vergi orqanının dəlili tamamilə əsassızdır və birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, bu dəlil sadəcə əsassız hesablamanı pərdələmək məqsədilə irəli sürülür. Cavabdeh 2021-ci il üzrə hesablanmış vergi məbləğinə münasibətdə apellyasiya şikayətinin 4-cü səhifəsinin 3-cü paraqrafında qeyd edir ki, hesablama metodu ilə təqdim edilmiş 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin xərclər hissəsindəki göstəricilər ilə vergi orqanının məlumat bazasının göstəricilərinin müqayisəsi nəticəsində 1,700,350.0 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olduğu müəyyən edilmişdir. Cavabdehin qeyd olunan dəlilinə münasibətdə qeyd edtmişdir ki, vergi ödəyicisı tərəfindən xx.xx.2022-ci il tarixdə 2019-cu il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində (1 nömrəli Əlavənin “Mallar" başlıqlı 1.3.2-ci sətrində) hesabat ilinin sonuna mal qalığı 1,754,875.0 manat bəyan edilmişdir. Həmçinin 2020-ci il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində (1 nömrəli Əlavənin “Mallar” başlıqlı 1.3.2-ci sətrində) hesabat ilinin sonuna mal qalığı 1,700,362.0 manat bəyan edilmişdir. Gördüyümüz kimi, iddiaçının 2020-ci ilin sonuna və 2021-ci ilin əvvəlinə 1,700,362.0 manat mal qalığı olmuş və iddiaçı həmin malları 2021-ci il ərzində pərakəndə şəkildə satmış və nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilmişdir. Bu səbəbdən də iddiaçı 2021-ci il üzrə təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində malların satışından əldə etdiyi gəliri 1,704,700.0 manat, gəlirdən çıxılan malların dəyərini (“Malın dəyəri” başlıqlı 221.4-cü sətir) isə 1,700,362.0 manat bəyan etmişdir. Lakin vergi orqanı kameral vergi yoxlaması zamanı satışdan əldə olunan 1,704,700.0 manat gəliri qəbul etsə də, satılan mallar üzrə 1,700,362.0 manat qalığı qəbul etməkdən imtina etmişdir. “Məlumatın təqdim edilməsi barədə” məktubda cavabdeh bunu belə əsaslandırır ki, vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdə təqdim etdiyi 2019-cu il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 1.3.2-ci “Mallar” sətrində dövrün sonuna mal qalığı 21,099.0 manat əks etdirilmişdir. Başqa sözlə desək, vergi orqanı əsaslandırmağa çalışır ki, 2019-cu ildən 2021-ci ilə ötürülmüş 1,700,362.0 manat mal qalığı əslində mövcud olmamış, iddiaçı həmin malları 2019-cu ildə satmışdır. Belə ki, vergi ödəyicisi xx.xx.2020-ci il tarixdə təqdim etdiyi bəyannamədə mal qalığını 21,099.0 manat bəyan etmişdir. Şəxsi hesab vərəqəsindən açıq aydın görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli bəyannamədən sonra daha üç dəfə xx.xx.2020, xx.xx.2020, və xx.xx.2022-ci il tarixlərdə yenidən dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etmiş, sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi isə məhz xx.xx.2022-ci il tarixli bəyannamə olmuşdur. Vergi ödəyicisi təqdim edilmiş hesabatlarda hər hansı uyğunsuzluq (gəlir, xərc və ya digər göstərilərlə bağlı hər hansı kənarlaşma) aşkar edərsə, həmin dövr üzrə hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində (səyyar vergi yoxlaması təyin edildiyi halda isə yoxlamanın başladığı günədək) dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı 2019-cu il üzrə təqdim edilmiş vergi bəyannaməsində uyğunsuzluq aşkar etdiyindən, həmin hesabat dövrü üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş vergi bəyanaməsi təqdim etmiş və nəticədə əvvəlki tarixlərdə təqdim edilmiş mənfəət vergisi bəyannamələri, eləcə də vergi orqanının istinad etdiyi xx.xx.2020-ci il tarixli bəyannamə öz hüquqi qüvvəsini itirmişdir. Sonuncu, yəni xx.xx.2022-ci il tarixli dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsində (1 nömrəli Əlavənin “Mallar” başlıqlı 1.3.2-ci sətrində) isə hesabat ilinin sonuna mal qalığı 1,704,700.0 manat bəyan edilmişdir. Göstərilənlərdən belə nəticə əldə olunur ki, iddiaçının 2019-cu ilin sonuna 1,754,875.0 manat mal qalığının 54,513.0 manat hissəsi 2020-ci ildə satılmış və 2021-ci ilin əvvəlinə mal qalığı 1,700,362.0 manat olsa da, vergi orqanı sadəcə olaraq iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş və hər hansı hüquqi qüvvəsi qalmayan vergi bəyannaməsinə istinadən iddiaçının mal qalığını qəbul etməkdən imtina etmişdir. Halbuki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Məlumatın təqdim edilməsi barədə” məktubda da qeyd edilir ki, “vergi ödəyicisi tərəfindən 2019-cu və 2020- ci il ərzində elektron qaimə fakturaya əsasən malların təqdim edilməsi, eyni zamanda 2019-cu il ərzində kassa üzrə satış əməliyyatları olmamışdır”. Göründüyü kimi, iddiaçının 2019-cu ilin sonuna mövcud olmuş və 2021-ci ilə ötürülmüş mal qalığının məhz 2019-cu ildə satıldığına və növbəti illərə ötürülmədiyinə dair vergi orqanı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq vergi orqanı 2021-ci ildə satılmış 1,700,362.0 manat dəyərində malları həm 2021-ci, həm də 2019-cu ilə 2 qat hesablamaqla iddiaçının vəziyyətini qanunsuz olaraq ağırlaşdırır. Bütün yuxarıda qeyd olunanları ümumiləşdirsək aydın olur ki, cavabdeh vergi orqanı iddiaçının 2019-cu ilin sonuna olan 1,754,875.0 manat mal qalığını elə həmin ildə satılmış mal kimi qiymətləndirərək 2019-cu ilə mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablamış və daha sonra iddiaçı tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində həmin mal qalığının satışından əldə olunan gəliri qəbul etdiyi halda, xərclər hissəsində göstərilmiş 1,700,362.0 manat xərci qəbul etməyərək iddiaçıya 2021- ci il üzrə yenidən əlavə vergi məbləği hesablamışdır. Başqa sözlə desək, cavabdeh vergi orqanı eyni mal qalığına görə iddiaçıya 2019-cu və 2021-ci illər üzrə iki qat vergi hesablasa da, hesablamanı pərdələmək üçün fərqli dəlillərdən istifadə etmişdir. Belə ki, 2019-cu il üzrə hesablamanı malların faktiki dəyəri ilə statistik dəyəri arasındakı fərqlə, 2021-ci il üzrə hesablamanı isə iddiaçının qüvvədən düşmüş xx.xx.2020-ci il tarixli bəyannaməsi ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: Maddə 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Maddə 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində 2019-cü il və 2021-ci il üzrə əlavə mənfəət vergisinin hesablanması ilə bağlı qəbul edilmiş qərarları mübahisələndirir. Cavabdeh inzibati orqan 2019-cu hesabat ili üzrə həyata keçirdiyi hesablamanı belə əsaslandırır ki, iddiaçı həmin hesabat ili üzrə xx.xx.2020-ci il tarixdə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində 1.3.2-ci “Mallar” sətrində dövrün sonuna mal qalığını 21,099.0 manat əks etdirmiş və vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki (invoys) qiymətləri ilə statistik qiymətləri arasında 317,189.85 manat fərq yaranmış və bu da xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Cavabdeh inzibati orqan 2020-ci hesabat ili üzrə həyata keçirdiyi hesablamanı isə belə əsaslandırır ki, iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində 221.4-cü “Malın dəyəri” sətrində öz əksini tapmış 1,700,350.0 manat xərcə dair təsdiqedici sənəd olmadığından, kənarlaşma kimi qiymətləndirilmişdir. Başqa sözlə, cavabdeh vergi orqanı 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində idxal mallarının invoys və statistik dəyəri arasındakı fərqdən yaranan fərqə görə, 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində isə xərclər hissəsində öz əksini tapmış göstəriciyə dair təsdiqedici sənəd olmadığına görə iddiaçıya kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləğləri hesablamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq,aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, vergi və inzibati prosessual qanunvericiliyinin tələbinə əsasən hazırki iş üzrə sübutetmə yükü məhz cavabdeh inzibati orqanın öhdəsinə düşür. Başqa sözlə desək, 2019-cu il üzrə iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində idxal mallarının dəyəri ilə bağlı kənarlaşmanın yarandığını (xərclərin şişirdilməsi vasitəsilə vergilərin az hesablandığını), habelə 2021-ci ilin əvvəlinə hər hansı mal qalığının olmadığını və il ərzində iddiaçı tərəfindən 1,700,362.0 manat dəyərində yeni malların alındığını və ya idxal edildiyini sübut etmə yükü məhz cavabdeh inzibati orqanının üzərinə düşür. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən yuxarıda qeyd olunan hallara dair hər hansı sübut təqdim edilməmiş, əksinə məhkəməyə təqdim edilmiş sənədlər əsasında 2019-cu il il üzrə təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsində hər hansı xərclərin (əmək haqqı və sosial sığorta haqlarından başqa) əks etdirilmədiyi və şişirdilmədiyi, 2019-2020-ci illər ərzində hər hansı satış əməliyyatının həyata keçirilmədiyi və iddiaçının 2021-ci ilin əvvəlinə mal qalığının 1,700,362.0 manat olduğu müəyyən edilmişdir. Başqa sözlə desək, cavabdeh inzibati orqan hesablamanın səbəbi qismində 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xərclərin şişirdilməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı həmin il üzrə təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsində əmək haqqı və sosial sığorta haqlarından başqa hər hansı digər xərcin bəyan edilməməsi müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2019cu il üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində gəlirlər 0 manat, xərclər isə 13,286.93 manat ( o cümlədən əmək haqqı 11093.0 manat, sosial sığorta haqları 2193.93 manat) bəyan edilmişdir. Göründüyü kimi, 2019-cu il ərzində hər hansı mal satışı həyata keçirilmədiyindən iddiaçı bəyannamədə əmək haqqı və sosial sığorta haqlarından başqa hər hansı digər xərc göstərməmişdir. Həmçinin, cavabdeh inzibati orqan hesablamaya əsas olaraq 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapmış 1,700,362.0 manat xərcə dair təsdiqedici sənədin olmadığını qeyd etsə də, məhkəmə araşdırması zamanı 2021-ci ilin bəyannaməsində öz əksini tapmış 1,700,362.0 manat mal qalığının 2019-cu ilin sonuna olan mal qalığının satılmamış hissəsi olduğu müəyyən edilmişdir. Belə ki, 2019-cu ilin sonuna mal qalığı 1,754,875.00 manat bəyan edilmiş, 2020-ci il ərzində həmin malların 54,513.0 manat hissəsi təqdim edilmiş (satılmış), geridə qalan 1,700,362.0 manat hissəsi isə mal qalığı qismində 2021-ci ilə keçmişdir. İddiaçı isə 2021-ci ilin əvvəlinə olan 1,700,362.0 manat məbləğində mal qalığının satışını həmin il ərzində həyata keçirmişdir. Cavabdehin iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üzrə təqdim edilmiş bəyannamədə mal qalığının 21,099.0 manat bəyan edilməsi barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli bəyannamədən sonra daha üç dəfə - xx.xx.2020, xx.xx.2020, və xx.xx.2022-ci il tarixlərdə yenidən dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etmiş, sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi isə məhz xx.xx.2022-ci il tarixli bəyannamə olmuşdur. Belə ki, vergi ödəyicisi təqdim edilmiş hesabatlar ilə uçot sənədləri arasında hər hansı uyğunsuzluq (kənarlaşma) aşkar edərsə, həmin dövr üzrə hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində (səyyar vergi yoxlaması təyin edildiyi halda isə yoxlamanın başladığı günədək) dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmək hüququna malikdir. (Vergi Məcəlləsinin 72.5 və 85.5-ci maddələri) Göründüyü kimi, vergi orqanının hesablama zamanı istinad etdiyi xx.xx.2020-ci il tarixli bəyannamədən sonra 3 yeni dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edildiyindən öz hüquqi qüvvəsini itirmişdir. Sonuncu, yəni xx.xx.2022-ci il tarixli dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsində (1 nömrəli Əlavənin “Mallar” başlıqlı 1.3.2-ci sətrində) isə hesabat ilinin sonuna mal qalığı 1,754,875.0 manat bəyan edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı 2019-cu ilin sonuna olan mal qalığının 2019-cu və ya 2020-ci illərdə satıldığına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir ki, bu da həmin malların qalıq qismində 2021-ci ilə keçməsi faktını təsdiq edir. Əksinə, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə tədqim edilmiş “Məlumatın təqdim edilməsi haqqında” məktubda qeyd edilir ki, vergi ödəyicisi tərəfindən 2019-2020-ci illər ərzində elektron qaimə fakturaya əsasən malların təqdim edilməsi və ya 2019-cu il ərzində kassa üzrə satış əməliyyatları olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, sübutetmə yükünün məhz cavabdeh inzibati orqanın üzərinə düşməsi ilə bağlı qənaəti düzgün olmuş, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarların vergi qanunvericiliyi və işin halları baxımından düzgün qiymətləndirilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, heç bir dəlilə əsaslanmamış, nəticə etibarilə əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-1(118)-2539/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-223/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-223/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver