Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-224/2021 08.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Məmmədova Lətifə Məhyəddin qızı və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı JN-2716 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan 2716C saylı sahəsi 5054 kv.metrdən, 2716B saylı 2527 kv.metrdən, 2716D saylı 7581 kv.metrdən, 2716A saylı 6003.13 kv.metrdən və 2716 saylı 19600.82 kv.metrdən ibarət torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-812/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, JN-2716 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan 2716C saylı sahəsi 5054 kv.metrdən, 2716B saylı 2527 kv.metrdən, 2716D saylı 7581 kv.metrdən, 2716A saylı 6003.13 kv.metrdən və 2716 saylı 19600.82 kv.metrdən ibarət torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 2003-cü ildən başlayaraq Quba rayonu, İİ Nügədi kəndi ərazisində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini onlardan alqısatqı vasitəsilə alaraq, orada müxtəlif meyvə ağacları əkmişdir. Həmin illərdə müqavilələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim etməklə həmin torpaq sahələrinə mülkiyyət hüquqlarını əldə etdiyini təsdiq edən dövlət aktları almışdır. Bundan sonra 2008 və 2011-ci illərdə həmin torpaq aktlarının bir neçəsini Azərbaycan Respublikası X3 Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etməklə həmin sahələrə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar almışdır. Həmin vaxtı kredit almaq üçün çıxarışlar lazım olduğundan əlavə xərc çəkməmək üçün Bank Respublikanın girov tələb etdiyi 50 hektar torpaq sahəsinə çıxarış almışdır. xx xxxxxx 2020-ci il tarixdə isə eyni massivdə olan və qalan torpaq aktlarını da DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edərək, ona aşağıda qeyd olunan mülkiyyətlərində olan torpaq sahələrinə çıxarışların verilməsini xahiş etmişdir. JN 2716 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan 2716C saylı sahəsi 5054 kv.metrdən, 2716B saylı 2527 kv.metrdən, 2716D saylı 7581 kv.metrdən, 2716A saylı 6003.13 kv.metrdən və 2716 saylı 19600.82 kv.metrdən ibarət torpaq sahələrinə. Lakin həmin idarə xx xxxxxx 2020-ci il tarixli, **********25 saylı məktubla onun təqdim etdiyi Torpağa Mülkiyyət Hüququna dair X1 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmədiyi bəhanəsi ilə ona çıxarışların verilməsindən imtina etmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının cavabdeh inzibati orqana xx.xx.2020-ci il tarixli müraciətinin məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlıdır və cavabdehin iddiaçıya cavab məktubu sözügedən torpaq sahələrinin dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyil. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-812/2020 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, İddiaçı JN-2716 saylı Torpağa Mülkiyyət Hüququna X4 kitablarda qeydiyyatdan keçməsi barədə Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə xx.xx.2019-cu il tarixli **********25 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN-27xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, iddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət məktubunun məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlıdır və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanunun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-358/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi-hakim Zaur Məmmədov, hakimlər Hökümə Babayeva və Telman Məmmədovdan ibarət tərkibdə) apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-812/2020 saylı qərarı ləğv edilərək, iddiaçının iddiası mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-358/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(102)-2253/2020 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim Nigar Rəsulbəyova, İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə) Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-358/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, qərara alınmışdır. Yeni apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Yeni apelyasiya baxışı zamanı üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı JN-2716 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən, JN-2716 saylı 30320018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə cizgidə göstərilən sərhəd daxilində 4,08 ha. torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır ki, həmin Şəhadətnamə adıçəkilən Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Bundan başqa, torpaq üzərində hüquqlara X4 hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvi olduğundan bu hal iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndinə görə məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Ali Məhkəmə Plenumunun hazırkı qərarında göstərilən hüquqi mövqeyindən də göründüyü kimi məhkəmələr işlərə baxarkən qanunvericilikdə nəzərdə tutulduğu hallarda iddiaçının həmin iddiası üzrə cavabdehin imtinasının olub-olmamasını, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbindən də göründüyü kimi qaldırılmış iddia növü məcburetmə haqqında iddiadır. İstinad olunan Ali Məhkəmə Plenumunun qərarında qeyd edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ləğv edilərkən göstərilmişdir ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi müəyyən edilməsi üçün məhkəmə ətraflı araşdırma aparmalıdır. İşin müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı belə bir ərizə ilə cavabdeh orqana müraciət etdiyini iddia etsə də, cavabdeh bundan imtina edir və bildirir ki, iddiaçının müraciəti daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasında dair ərizə yox, daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınıbalınmaması barədə sorğu olmuş və cavabdeh iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etməmişdir. Apelyasiya instansiyası məhkəməsi isə iddiaçının cavabdeh orqana ünvanladığı sözügedən məktubu tələb etmədən, həmin sənədi araşdırmadan, onun məzmunu ilə tanış olmadan cavabdehin bu mövqeyi ilə razılaşaraq iddia tələbini mümkün saymamışdır. Bununla bağlı işə yenidən apelyasiya qaydasında baxılarkən iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixində ünvanlanmış müraciətinərizənin məzmunundan görünür ki, İddiaçı Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən torpağın JN 2716 saylı Dövlət Aktının kitablarda qeydiyyatdan keçməsi barədə məlumat almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən isə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, İddiaçı oğlunun adına olan JN-27xx xxx 30320018 nömrəli “Torpağa mülkiyyət hüququn dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, iddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciətinin məzmunu daşınmaz əmlaka dair dövlət reyestrindən arayışın alınması ilə bağlı olmuş və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin əlavə edilməsi əsasında aparılır. İstinad olunan normadan da göründüyü kimi hüquqlarının dövlət qeydiyyatının aparılmasını arzulayan hüquq sahibi ilk öncə belə bir ərizə ilə inzibati orqana müraciət etməlidir. Hazırki halda isə iddiaçı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə tərəfindən isə iddiaçı ilə cavabdeh arasında mübahisəli torpaq sahələrinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisənin mövcud olubolmaması araşdırılmamış, bununla da iddianın mümkünlüyünə hüquqi qiymət verilməmişdir. Qeyd olunanlar isə o nəticəyə gəlməyə əsas verir ki, işə baxan məhkəmə qaldırılmış iddianın mümkünlüyünü yoxlamadan, mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-812/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Lətifə Məmmədova Ruhiyyə Əsgərova
Məhkəmə qərarları › İş №2-1(105)-224/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-224/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver