Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-224/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “dövlət büdcəsinə ödənilmiş əlavə pul vəsaitinin geri qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(118)-2372/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. ƏMDK-nin yanında İXMİM-nin balansında olan, ünvan 1 ünvanında yerləşən sahəsi 126.2 kv.m və ünvan 2 yerləşən sahəsi 34.2 kv.m olan “Aygün” tikiş atelyesi ƏMDK-nin 23.10.2016-cı il tarixli 117 №-li Sərəncamı və Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan vermişdir.
2. Həmin dövlət əmlakı 07 noyabr 2017-ci il tarixində açıq hərraca çıxarılmış və iddiaçı həmin hərracın qalibi olmuşdur.
3. AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında 07 noyabr 2017-ci il tarixli 01 № li hərrac protokoluna əsasən, alqı-satqı müqaviləsi bağlanmışdır.
4. Alqı-satqı müqaviləsinə əsasən əmlakın dəyərinin 100%-i hərrac protokolunda qeyd edilən 27500 (iyirmi yeddi min beş yüz) manat pul vəsaiti iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
5. Bunun əsasında AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı adına 18.01.2018-ci il tarixli RX seriyalı ******* №-li və 18.01.2018-ci il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir.
6. Hərracın nəticələrindən narazı qalan X1 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 07 noyabr 2017-ci il tarixli hərracın nəticəsi olaraq İddiaçı adına verilmiş 18.01.2018-ci il tarixli RX seriyalı ******* №-li və 18.01.2018-ci il tarixli RX seriyalı ******* №-li Çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 07.12.2018-ci il tarixli, 2(060)-8831/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 3 ünvanda yerləşən atelyenin alqı-satqısı barədə hərracın nəticələrinin, Əmlak Komitəsi ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı və ******* saylı çıxarışlarının etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.08.2019-cu il tarixli, 2(105)-2818/2019 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(0608831/2018 saylı, 07.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək, “Aygün” tikiş atelyesinin özəlləşməsinə dair keçirilmiş hərracın nəticələrinin əmək kollektivinin üzvlərinə güzəştli satış üçün nəzərdə tutulmuş müəssisənin ilkin (start) qiymətinin 15%-nin özəlləşdirilməsi hissəsində etibarsız hesab edilməsi, hərracın nəticəsində verilmiş 126,2 və 34,2 kv.m qeyri-yaşayış sahələrinə dair 18.01.2018-ci il tarixli çıxarışların da həmin güzəştli 15% hissəsində etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, apelyasiya şikayətinin verilməsi üçün ödənilən 15 manat dövlət rüsumunun 10 manatının İddiaçı tutularaq ona qaytarılması qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2020ci il tarixli 2(102)-541/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.08.2019-cu il tarixli, 2(105)-2818/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Hazırda, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ərizə ilə müraciət edərək, hərrac protokoluna və onun əsasında bağlanmış alqısatqı müqaviləsinə görə, açıq hərracın qalibi olaraq onun tərəfindən dövlət büdcəsinə əlavə ödənilmiş 4125 manat pul vəsaitinin alınaraq ona geri qaytarılmasını xahiş etmişdir.
12. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 03.11.2021-ci il tarixli, MİHO/1.1-2-2021-5921 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 2(105)-2818/2019 saylı qətnaməsi ilə “Aygün” tikiş atelyesinin özəlləşdirilməsinə dair keçirilmiş hərracın nəticələri əmək kollektivinin üzvlərinə güzəştli satış üçün nəzərdə tutulmuş müəssisənin ilkin (start) qiymətinin 15%-nin özəlləşdirilməsi hissəsində etibarsız hesab edilsə də, həmin qərarda özəlləşdirilmə ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş vəsaitin bir hissəsinin qaytarılması ilə bağlı tələb nəzərdə tutulmamışdır. Eyni zamanda mövcud qanunvericilikdə hər hansı dövlət müəssisəsinin özəlləşdirilməsi ilə əlaqədar keçirilən hərracın nəticələrinin etibarsız hesab edilməsi nəticəsində hərrac iştirakçılarına dəymiş zərərə görə dövlət büdcəsinin öhdəlik daşıması barədə müddəa müəyyən edilməmişdir.
13. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01.11.2021-ci il tarixli, **********23 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 30.08.2019-cu il tarixli qətnaməsi ilə ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qismən ləğv edilsə də, özəlləşdirilməsi ləğv edilmiş əmlakın dəyərinin iddiaçıya qaytarılması məhkəmə qərarında qeyd edilməmişdir. Eyni zamanda “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.05.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Müraciətdə qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyin məqsədəuyğun olduğu bildirilmişdir.
14. Daha sonra iddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “hərrac protokoluna və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinə görə, açıq hərracın qalibi olmuş İddiaçı tərəfindən dövlət büdcəsinə əlavə ödənilmiş 4125 manat pul vəsaitinin alınaraq ona geri qaytarılması” tələbinə dair qərar qəbul edilməsini xahiş etdi.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat 15.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin təqsiri üzündən “Aygün” tikiş atelyesinin özəlləşdirilməsi üçün dövlət büdcəsinə 15 % əlavə pul vəsaiti ödənilmişdir. Cavabdehlər heç bir qanuni əsas olmadan artıq ödənilmiş vəsaiti geri qaytarmaqdan imtina edirlər. 16.Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(118)-2372/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) 17.Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək işin Sumqayıt İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri 18.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2-1(118)-2372/2021 saylı qərardadı ilə iddia mümkünsüz hesab edilmiş, iddiaçıya müvafiq ümumi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 19.Sumqayıt İnzibati Məhkəməsi bu qənaətə gələn zaman prosessual hüquq normalarını pozmaqla yanaşı, düzgün tətbiq etməmişdir. Aşağıda qeyd edilənlərə görə Sumqayıt İnzibatı Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2-1(118)-2372/2021 saylı qərardadı ləğv edilməlidir. 20.Göründüyü kimi, hazırkı iddianın əsasını, inzibati mübahisənin həlli ilə bağlı yaranan və inzibati orqanın (indiki ƏMDX) qanunsuz qərarı (inzibati aktı) nəticəsində dövlət büdcəsinə əlavə ödənilmiş 4125 (dörd min yüz iyirmi beş) manat vəsaitin geri qaytarılması təşkil edir. iddia üzrə hər iki cavabdeh inzibati orqandır. İddiaçının hazırkı iş üzrə nəticələrini mübahisələndirdiyi hərrac isə ƏMDK-nin 23.10.2016-cı il tarixli sərəncamı əsasında həyata keçirilmişdir.
21. .“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 7.1-ci bəndinə əsaəsn, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 23.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. 24.Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdurlar (İPM-in 62.3-cü maddəsi).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir.
27. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
28. Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.
29. Qərarın 6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.
30. Hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdehlərdən 07 noyabr 2017-ci il tarixli 01 №-li hərrac protokoluna və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinə görə, onun tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş 4125 manat (dörd min yüz iyirmi beş) pul vəsaitinin alınaraq ona geri qaytarılmasını istəyir.
31. Məhkəmə kollegiya qeyd edir ki, iş üzrə cavabdehlər inzibati orqan olsalar da, hazırkı mübahisədə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməmiş və iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməmişdir. İddiaçı müqavilə üzrə artıq ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edir. Bu səbəbdən hazırkı mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Birinci instansiyası məhkəməsi də məhz bu əsasla iddianın mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir.
32. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır.
33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2, 35.1, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(118)-2372/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 7 bilər.