Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-225/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Telman Qədir oğlu Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “xx.xx.2006-cı il tarixli, JN-828 KOD ******* saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən ona məxsus, Quba şəhəri ərazisindən 0,0168 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası X1 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-936/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “xx.xx.2006-cı il tarixli, JN-828 KOD ******* saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən ona məxsus, Quba şəhəri ərazisindən 0,0168 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası X1 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, xx.xx.2006-cı il tarixli, JN-8xx xxx 30301004 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba şəhəri ərazisindən 0,0168 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq üçün xx.xx.2020-ci ildə DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli, **********66 saylı məktubla çıxarışın verilməsindən imtina edərək bildirmişdir ki, göstərilən Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da əz əksini tapmamışdır. İddiaçı bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri X1 Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon torpaq şöbəsinin arxiv sənədləri də X1 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir. xx.xx.2006-cı il tarixli, JN-8xx xxx 30301004 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçirilməməsi bu orqanın səhvidir və burada iddiaçının heç bir təqsiri yoxdur. Haqqında söhbət gedən torpaq sahəsini iddiaçı 2004-cü ildə almış, həmin dövrdə həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilirdi. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı JN-828A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası X1 Komitəsinin yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci tarixli **********66 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ərizədə qeyd olunan JN- 828A nömrəli şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Cavabdeh məlumat üçün bildirir ki, Ərazi idarəsində Şəhadətnamələrin araşdırılması ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş arxiv məlumatları əsasında aparılır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-936/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-936/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar əsassız və qanunsuzdur. Belə ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-828 seriyalı, KOD 30301004 saylı Şəhadətnaməyə əsasən Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikmək üçün 0,0168 hektar torpaq sahəsi ona verilmişdir. Qeyd olunan Dövlət Aktı DT və XK-nın Quba rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitu tərəfindən təsdiq olunmuşdur. Torpaq sahəsinin plan və cizgisi müəyyən olunaraq faktiki olaraq ona təhvil verilmişdir. DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə hüquqlarının Dövlət qeydiyyatına alınması, Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün xx.xx.2020-ci il tarixdə müraciət etdikdə oradan bildirmişlər ki, qeyd olunan torpaq sahəsinə dair Şəhadətnamə 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasındakı xəritədə əks olunmamışdır. Bundan əlavə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında və dövlət aktlarının qeydiyyat kitablarında Şəhadətnamə qeydə alınmamışdır. Buna görə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ərizənin icraatından imtina olunmuşdur. Göründüyü kimi, dövlət tərəfindən müəyyən edilmiş qaydada mülkiyyət hüququna dair sənəd verilmişdir. Ləğv edilmiş və mövcud olan idarələr arasında qeyd olunan şəhadətnaməyə dair heç bir məlumatın aşkar olunmamsı onun təqsiri ola bilməz. Bunun üçün müvafiq qurumlar məsuliyyət daşıyır. Ona verilmiş şəhadətnamə həmin sahədən məsul şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur və torpaq sahəsi də ona təhkim edilmişdir. Həmin prosesin digər hissəsi isə ona aid məsələ deyildir. Şəhadətnamənin əsli mövcuddur və o, heç bir halda mübahisələndirilməmişdir (həqiqiliyinə ciddi şübhə olmamışdır). Məhkəmə mövcud mülkiyyət sənədinə qiymət verməyərək, mülkiyyətini təsdiq etmək üçün digər sübutlara ehtiyac duyur. Halbuki həmin digər sənədlər (ödəniş qəbzi, faktiki istifadəni təsdiq edən sənəd və s.) şəhadətnamə alınarkən dövlət tərəfindən müəyyən edilmiş quruma və vəzifəli şəxslərə təqdim edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmaslarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-936/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixli, JN-8xx xxx 30301004 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçirilməməsi bu orqanın səhvidir və burada iddiaçının heç bir təqsiri yoxdur. Haqqında söhbət gedən torpaq sahəsini iddiaçı 2004-cü ildə almış, həmin dövrdə həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilirdi. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və bu zaman Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılmalı olmasına, hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluğun müəyyən edilməsinə və bu səbəbdən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinasının qanunsuz olmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Belə ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Kollegiya qeyd edir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmişdir ki, 0.0168 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün Quba rayon DNKnun xx.xx.2004-cü il tarixli 4ə-387 saylı alqı-satqı müqaviləsi ilə iddiaçıya satılmışdır. İddiaçı qeyd edir ki, həmin alqı-satqı müqaviləsi bağlanandan sonra ona şəhadətnamə verilmişdir. Dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi üçün lazım olan tələblərdən biri daşınmaz əmlakın dövlət reyestrində daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun olmasıdır. Lakin iddiaçının təqdim etdiyi sənədlər dövlət reyestrində saxlanılan məlumata uyğun deyil. Bu uyğunsuzluğun səbəbinin müəyyən olunması üçün isə iddiaçı hər hansı bir əlavə sənəd, o cümlədən həmin alqı-satqı müqaviləsini təqdim etməmişdir. Torpaq sahəsi və torpaq sahəsinin dair sənədin əldə edilməsi ilə bağlı məlumatlar, bununla bağlı mövcud sənədlər, iddiaçının faktiki istifadəsində torpaq sahəsinin olması, bununla bağlı müvafiq ödənişlərin edilməsi ilə bağlı məlumatlar və sənədlər təqdim edilməmişdir. Bu isə təqdim edilən məlumatlarla dövlət reystrində saxlanılan məlumatlar arasındakı ziddiyətin səbəbini müəyyən etmək üçün lazım olan araşdırmanı aparmağa məhdudiyət yaradır. İnzibati orqanda imtinasında qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən ona məxsus, Quba şəhəri ərazisindən 0,0168 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası X1 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır . Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-936/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-936/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-225/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-225/2021
29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver