Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-225/2025 24.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğvi, əmək müqaviləsinə xitam verilməsi səbəbinin dəyişdirilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(118)-1915/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin 3 avqust 2023-cü il tarixli, 401-K nömrəli əmrinin ləğv edilməsini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “öz istəyilə” xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 03 avqust 2023-cü il tarixli, 401-K nömrəli əmrinin ona aid hissədə ləğv edilməsini və onunla bağlanılmış əmək müqaviləsinə “öz istəyimlə” Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına qaytarılmamaqla xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2-1(118)-2076/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddia ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin ərizəsi hazırkı şərtlərdə tərəflər arasında mübahisənin olmadığını göstərir. Ona görə də formalaşmış məhkəmə təcrübəsini də nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğvi, əmək müqaviləsinin xitam verilməsi səbəbinin dəyişdirilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-225/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-225/2025
24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver