Məhkəmə qərarları › İş №2-1(105)-226/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-226/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-226/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Rəşad Nəbi oğlu Nəbizadənin katibliyi ilə, İddiaçı iştrakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivinə qarşı “ona müharibədə iştrak etməyi barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1122/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: ünvan 2 binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona müharibədə iştrak etməyi barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1122/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iş üzrə icraata xitam verilmişdir.(hakim C.Məmmədov) Qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1122/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Sumqayıt İnzibati məhkəməsi iddianın mümkün sayılmaması barəsində qərardad vermişdir ki, guya iddiaçı tələbini düzgün qoymamışdır. Halbuki, məhkəmənin hüquqi yardımı əsasında iddia tələbində dəqiqləşdirmə apararaq Müdafiə Nazirliyi ilə birlikdə Arxiv İdarəsini də cavabdeh kimi qoymuşdur. Bütün bunlardan sonra məkəmə tərəfindən belə bir əsasla iddianın mümkün sayılmaması absurddur. Belə ki, hərbi biletində bütün xidmətlərin qanuna müvafiq surətdə göstərilməsi və həmin qeydlərə əsasən Müharibə Veteranı statusunun verilməsi qanunidirsə, arxivdə hərbi hissənin sənədlərinin olmaması maneə yaratmamalıdır. Hərbi hissə tərəfindən sənədlərin arxivə verilməməsi onun günahı deyil. Bütün bunlar bir daha təsdiq edir ki, bu iş barəsində verilən iddia tələbinin mümkün sayılmaması barəsində qərardad qanunsuzdur, işə mahiyyəti üzrə baxılmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsinii məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək iddia ərizəsininin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Həmin tarixdə də məhkəmə həmin ərizəni nəzərə almış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmənin həmin qərardadını iddiaçı xx.xx.2020-ci il tarixdə alsa da, xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim etmişdir. Daha sonra isə iddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, məhkəmə həmin qərardadı qəbul edərkən, iddiaçının ərizəsinə əsaslanmışdır və qərardadla iddiaçıya izah edilmişdir ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni iddia ilə məhkəməyə müraciət etməsini istisna etmir. Apelyasiya şikayətinin dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, həmin qərardad iddianın mümkün sayılmaması barədə deyil, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1122/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1122/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 4 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 5 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar