Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-226/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı1, Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı1 cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə qarşı qarajın əvəzində başqa ərazidən yeni torpaq sahəsinin ayrılmasının və üzərində daş qaraj inşa edilərək onun istifadəsinə verilməsinin cavabdehlərə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(118)-2118/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 11-ci mkr-da, 24,15 km.m sahəsində yerləşmiş daş qarajın əvəzində başqa ərazidən yeni torpaq sahəsinin ayrılmasının və üzərində daş qaraj inşa edilərək onun istifadəsinə verilməsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, o Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 19, mənzil 53-də qeydiyyatda olmaqla yaşayır. Yaşadığı mikrorayonda sahəsi 24.15 kv.metr sahəsi olan daş qarajı olmuşdur. Həmin daş qarajın yerləşdiyi torpaq sahəsi Sumqayıt şəhər X6 İcraiyyə Komitəsinin 19 avqust 1982-ci il tarixli 2692 nömrəli və 20 sentyabr 1983-cü il tarixli, 255 nömrəli qərarına əsasən X4 ayrılmış və həmin torpaq sahəsində, sahəsi 24,15 kv.metr olan daş qaraj inşa edilmişdir, göstərilən qaraj 02 sentyabr 1991-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş və 40 ildən artıq tam yararlı vəziyyətdə istifadəsində olmuşdur. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, həmin daş qaraj və ona qonşu olan qarajlar Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının sərəncamına əsasən qanunsuz olaraq dağıdılmış, nəticədə iddiaçının mülkiyyətinə ziyan vurulmuş və onun mülkiyyətçi hüquqları kobud şəkildə pozulmaqla, ona hər hansı kompensasiya məbləği ödənilmədən, qaraj sahəsi təklif edilmədən yerində şəxsi mülkiyyət hüququ üzrə fərdi yaşayış evləri inşa edilmişdir. Bununla əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə, Sumqayıt şəhər Prokurorluğuna, Sumqayıt şəhər Pollis İdarəsinə və Azərbaycan Respublikası Baş Prokuroruna müraciət etsə də, heç bir tədbir görülməmiş, söküntünün, dağıntının hansı əsaslarla baş verməsi barədə ona hər hansı məlumat verilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi isə bildirmişdir ki, idarənin arxivində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən qarajlar barədə heç bir sənəd olmadığı üçün vətəndaş İddiaçı1 göstərilən ərazidə qarajların olub-olmamasının dəqiqləşdirilməsi mümkün deyildir. Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirilmişdir ki, “sizə məxsus qarajın sökülməsi və ya köçürülməsi barədə şəhər İcra Hakimiyyəti heç bir göstəriş verməmişdir”. İddiaçı daha sonra göstərir ki, Sumqayıt şəhər prokurorluğuna müraciəti araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə göndərilmiş, 06.09.2015-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir və mübahisəli məsələ ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Daha sonra Prezidentə, təkrarən Sumqayıt şəhər icra Hakimiyyətinə ərizə ilə müraciət etsə də, şikayət ərizələri nəticəsiz qalmış, ərizələrinə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Q-312-149 №-li, 02.12.2019-cu il tarixli və Q-312/2-126№-li, 18.12.2019-cu il tarixli məktublarla cavab verərək nəzərinə çatdırmışlar ki, qaraj yerinin ayrılması və sənədləşdirilməsi “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli, 709-İİİ QD nömrəli Qanununa və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin tələblərinə uyğun olaraq bələdiyyələrin səlahiyyətlərinə daxildir. Sonuncu ərizəsinə isə Q-14-126 N-li, 06.02.2020-ci il tarixli məktubla iki dəfə, yuxarıda qeyd etdiyi tarixlərdə ona müfəssəl cavab verildiyi bildirilmiş, mülkiyyətinə vurulmuş ziyanın ödənilməsi və ya ona başqa ərazidən daş qaraj ayrılması barədə heç bir tədbir görülməmişdir. Mübahisənin başqa yolla həlli mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin təqsiri ucbatından ona həm maddi, həm mənəvi ziyan dəymişdir. Bundan başqa hazırki maddi durumu ona vurulmuş maddi ziyanı qarşılamağa, yəni yeni torpaq sahəsi almağa, orada daş qaraj inşa etməyə çatmır. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən ona məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda 24.15 kv.metr sahədə yerləşmiş daş qarajın əvəzində başqa ərazidən yeni torpaq sahəsinin ayrılmasının və üzərində daş qarajın inşa edilərək istifadəsinə verilməsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmalıdır. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının qeyd etdiyi və Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində ona məxsus qarajın sökülməsinə dair cavabdeh tərəfindən heç bir inzibati akt qəbul edilməmiş, həmçinin qeyd edilən qaraj cavabdehin işçiləri tərəfindən sökülməmiş və həmin qarajın kim tərəfindən və nə vaxt sökülməsi barədə cavabdehdə heç bir məlumat yoxdur. İddiaçı qarajın cavabdehin işçiləri tərəfindən söküldüyünü bildirsə də, həmin qarajın mahz cavabdehin işçiləri tərəfindən sökülməsinə dair cavabdehin hərhansı qanunsuz hərəkərləri, cavabdeh tərəfindən ona ziyan vurulduğunu təsdiq edə biləcək hər-hansı bir mötəbər sübutu, eləcə də, iddaçının cavabdeh tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və bu halı təsdiq edəcək hər hansı bir mötəbər dəlil təqdim etməmişdir. Etirazda Mülki Məcəllənin 21, 1096.1 və 1097.1-ci maddələrinə istinad edilərək göstərilir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir. zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətszlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Cavabdeh hesab edir ki, hazırki iş üzrə bu əsasların tam şəkildə mövcud olmaması səbəbindən, iddiaçının tələbi mümkün sayılmamaqla rədd edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(118)-2118/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin və birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad etməklə göstərir ki, məhkəmə onun hüquqlarını kobud şəkildə pozaraq, cavabdehlərin nümayəndələrinin iştirakını təmin etmədən onun həmin qarajın məhz cavabdehin işçiləri tərəfindən sökülməsinə dair hər hansı bir mötəbər dəlil təqdim etməməyini əsas tutaraq iddianı mümkün saymamışdır. Halbuki, şəhərdə baş verən bütün söküntülər qanuni və qanunsuz (inzibati akt qəbul edilməklə və ya edilməməklə) birbaşa cavabdehlərin razılığı ilə həyata keçirilir. Həmin vaxt digər qarajlar da sökülmüşdür ki, bunun da cavabdehlərin xəbəri və göstərişi olmadan etmək qeyri-mümkündür. Bundan əlavə, söküntülərin aparılmasını təsdiq edən şahidləri də vardır. İşə baxan məhkəmə tələb etməyinə baxmayaraq sübutları təqdim etməsinə şərait yaratmadan (şahidləri dindirmədən), ona məxsus daş qarajın yerləşdiyi ərazini müəyyən etmədən, həmin yerdə hansı sənədləşmə əsasında kim tərəfindən tikinti inşaat işlərinin aparılmasına razılıq verilməsini aşkara çıxarmadan iddianı mümkünsüz saymışdır. İddiaçı hesab edir ki, məhkəmə tərəfindən hüquqları kobud şəkildə pozularaq qanunsuz və əsassız qərardad çıxarılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prossesual Məcəllənin 62.3cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(118)- 2118/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə də birinci instansiya məhkəməsi instansiyası məhkəməsi Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun olaraq iddianın mümkünlük şərtlərini yoxlamış və haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı onun qarajının sökülməsinin cavabdehlər tərəfindən həyata keçirilməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Digər tərəfdən, cavabdehlər səlahiyyətləri baxımından da iddiaçının qaldırdığı tələb üzrə cavabdeh ola bilməzlər. Belə ki, cavabdeh orqanların mülkiyyətə torpaq sahəsi ayırmaq kimi səlahiyətləri qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki, cavabdeh inzibati orqanlar tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının göstərdiyi kimi, ona məxsus olan daş qarajın cavabdeh inzibati orqanlar tərəfindən sökülməsi, yaxud sökülməsi ilə əlaqədar hər hansı inzibati akt qəbul edilməsi, hərəkət və ya hərəkətsizlik edilməsi iş materialları və iddiaçının təqdim etdiyi sübutlarla nəinki təsdiq olunmur, əksinə təkzib olunur. Belə ki, Məhkəmə baxışı zamanı Sumqayıt İnzibati Məhkəməsindən sorğu edilərək öyrənilmiş Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin icraatında olmuş 2-1(85)- 231/2016 saylı iş materialları ilə müəyyən olunur ki, iddiaçı 12.10.2015-ci il tarixli iddia ərizəsi ilə X1 habelə, hazırkı iş üzrə cavabdehlərə qarşı “daş qarajın dağıdılması nəticəsində vurulmuş maddi zərərin ödənilməsi” tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində iddiaçı hazırkı iş üzrə iddia ərizəsində istinad etdiyi halları göstərməklə ona məxsus qarajın daöıdılması nəticəsində vurulmuş maddi ziyanın cavabdehlər tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan həmin iş baxılması üçün Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə göndərilmiş, iddiaçı ərizə təqdim edərək Z.Allahverənovun cavabdehlər siyahısından çıxarılaraq üçüncü şəxs kimi nəzərə alınmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin həmin iş üzrə 15.02.2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qeyd edilən qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlərə qarajın sökülməsinə görə ziyan tələb edilməsi ilə əlaqədar müraciət etməsi müəyyən olunmur. Qeyd edilən iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısının 06.09.20215-ci il tarixli qərarından görünür ki, İddiaçı1 qarajının qanunsuz olaraq sökülməsi ilə bağlı ərizəsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı1 ərizəsində və izahatında qarajının Zakir adlı şəxs tərəfindən söküldüyünü bildirmişdir. Eyni zamanda iddiaçı hazırkı işə apellyasiya baxışı zamanı təqdim etdiyi müxtəlif dövlət orqanlarına ünvanlanmış 07.04.2016-cı il tarixli ərizəsində də qarajının X2 tərəfindən söküldüyünü göstərmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 7.2-ci bəndində ifadə edilmiş hüquqi mövqeyə görə maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. İşin yuxarıda sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqlarının müdafiəsi üçün ona məxsus olmuş qarajın sökülməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(118)-2118/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-226/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-226/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver