Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-226/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 124 saylı protokolu ilə ayrılmış Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2878/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı qərarından görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün İddiaçı 600 kv m torpaq sahəsi ayrılmışdır. xx.xx.2004-cü il tarixli aktdan görünür ki, İddiaçı ayrılmış 600 kv metr torpaq sahəsi ona təhvil verilmişdir. DTXK-nin Sumqayıt şəhəri Şöbəsinin xx.xx.2004-cü il tarixli rəyindən görünür ki, idarə İddiaçı 600 kv m torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etmir. DTXK-nin Sumqayıt şəhəri Şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planından görünür ki, həmin sənəd İddiaçıa ayrılmış 600 kv.m torpaq sahəsi barəsindədir. xx.xx.2004-cü il inşaat pasportundan görünür ki, həmin sənəd İddiaçıa ayrılmış 600 kv m torpaq sahəsi barəsindədir. xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 600 kv m torpaq sahəsinə baxış keçirilmişdir. Texniki invertarlaşdırma işləri aparılmışdır. Torpaq sahəsi ümüumi hasara alınmış 0.06 ha hasar daxilində yerləşir. Torpaq sahəsində tikili altı sahəsi cəmi 150 kv m olan 1 ədəd 2 mərtəbəli fərdi yaşyış evi və tikintialtı sahəsi cəmi 51.2 kv m olan həyət tikililəri mövcuddur, torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Topraqdan təyinatı üzrə istifadə edilir. Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi torpaq sahəsinə baxış zamanı tərtib olunmuş müayinə aktının surəti məhkəməyə təqdim edilmişdir. Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhər Bələdiyyə Şurası İclasının xx.xx.2004-cü il tarixli 124 nömrəli protokolundan İddiaçı adına torpaq sahəsi ayrılması barədə arxiv sənədlərinin kserosurətləri məhkəməyə təqdim edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina bildirişindən görünür ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsinin yerləşdiyi yer ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunan sxematik plana uyğun deyil. Qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi bələdiyyə tərəfindən xx.xx.2004-cü il tarixli 124 saylı qərarla ayrılsa da, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqısatqısı Qaydaları”n müddəalarına zidd olaraq torpaq sahəsinin alqısatqısına dair akt tərtib edilməmiş, icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi və torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənəd ərizəyə əlavə edilməmişdir. Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 124 qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi İddiaçı Qalib oğlunun mülkiyyətinə verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə’’nin 23- qü bəndinin adı çəkilən bələdiyyə qərarının qəbul edildiyi zaman qüvvədə olmuş mətninə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edirdi.Göründüyü kimi, sadalanan maddi hüquq normasının məzmununa görə Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinin İddiaçı Qalib oğlunun mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 22 iyul 2004-cü il tarixli, 124 saylı qərarının qəbul edilməsi həmin torpaq sahəsinin alqı-satqı məbləğinin İddiaçı Qalib oğlu tərəfindən bələdiyyəyə ödənildiyinə dəlalət edir. Lakin Sumqayıt Bələdiyyəsi ilə Azərbaycan Respublikası Dövlət Arxivi arasında tərtib edilmiş və hər iki təşkilatın rəhbərlərinin imzası ilə təsdiq edilmiş “Elmi-əməli əhəmiyyətini itirmiş sənədlərin məhv edilməsinə dair" 30 may 2012-ci il tarixli akta əsasən Sumqayıt Bələdiyyəsində saxlanılan bir sıra arxiv sənədləri, o cümlədən 2000-ci ildən etibarən bələdiyyəyə edilmiş ödənişlərlə bağlı tərtib olunmuş kassa mədaxil orderinin qəbzləri (ödəniş qəbzləri) yandırılaraq məhv edilmişdir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, sözügedən torpaq sahəsinin ayrıldığı dövrdə torpaq sahəsinə dair alqısatqı aktları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 3 nüsxədə tərtib edilərək X10 kitabında qeydiyyata alındıqdan sonra tərəflərə təqdim olunurdu.Bu səbəbdən İddiaçı Qalib oğlunun mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinin alqı-satqı aktının tərtib edilməməsi səbəbləri barədə hər hansı məlumata malik deyilik.Həmçinin, bildiririk ki, İddiaçı Qalib oğlunun mülkiyyətinə Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinin ayrılması barədə Sumqayıt Bələdiyyəsinin 22 iyul 2004-cü i! tarixli, 124 saylı qərarı qəbul edilərkən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Sumqayıt şəhərinin 21-ci mikrorayonunun eskiz layihəsindən çıxarış və torpaq sahəsinin planı tərtib edilərək bələdiyyəyə təqdim edilmişdir ki, həmin torpaqayırma sənədlərində İddiaçı Qalib oğlunun mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinin yerləşmə yeri ştrixlənərək 12/3 kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı protokolu əsasında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüquqularının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı protokolu ilə ayrılmış Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli 124 saylı protokol qərarı əsasında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün iddiaçıya 600 kv m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinin inşaat pasportu hazırlanmış, torpağın sxemi, eskiz layihəsi çəkilərək təqdim edilmişdir. Bu torpaq sahəsində onun tərəfindən yaşayış evi tikilmiş, artıq 19 ildir ki, bu sahə onun faktiki istifadəsindədir. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına aldırmaq məqsədilə cavabdeh idarəyə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsinin yerləşdiyi yer ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunan sxematik plana uyğun deyil. Qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi bələdiyyə tərəfindən xx.xx.2004-cü il tarixli 124 saylı qərarla ayrılsa da, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”n müddəalarına zidd olaraq torpaq sahəsinin alqısatqısına dair akt tərtib edilməmiş, icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi və torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənəd ərizəyə əlavə edilməmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2878/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı protokolu ilə ayrılmış Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 600 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaqların alqı-satqısına dair aktın mövcud olması artıq torpaq sahəsinin satıldığını təsdiq edir. Torpağın dəyərinin ödənilməsini təsdiq edən qəbzin əlavə edilməməsi (iddiaçı tərəfindən tapılmaması) torpaq sahəsini satıldığını təkzib etmir. Cavabdehin torpaq sahəsinin sxemə uyğun yerləşməməsinə dair dəlilinı münasibətdə qeyd edir ki, həmin hal cavabdeh idarnin əməkdaşları tərəfindən tərtib edilmiş müayinə aktında öz əksini tapmamışdır və cavabdeh bu halı təsdiq edən hə hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt bələdiyyəsinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və müvafiq ekspertiza təyin edilməlidir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən mənzil sahəsi bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində ayrılmış 600 kv.metr 12/3 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində ayrılmış 600 kv.metr 12/3 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X5 izahat verərək, öz izahatında mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində ayrılmış 600 kv.metr 12/3 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki,faktiki torpaq sahəsinin yeri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunan sxematik plana uyğun deyil,torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilməmiş, müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi və torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənəd ərizəyə əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi Sumqayıt Şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli 124 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçının adına ayrılmış, torpaq sahəsinin ayrılmasına dair 27 iyul 2004-cü il tarixli 578 nömrəli inşaat pasportu tərtib edilmişdir Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq şöbəsi tərəfindən həmin torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiq olması barədə müvafiq rəy tərtib edilmişdir. Həmçinin, həmin torpaq sahəsinə dair layihədən çıxarış və torpaq sahəsinin planı tərtib edilmiş,çıxarışda torpaq sahəsinin yeri kimi 12/3 işarələnmiş, həmin çıxarış Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq şöbəsinin müdiri və mütəxəssisləri tərəfindən təsdiq edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, həmin torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil verilməsi haqqında akt tərtib edilmiş, torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. İş materialllarında olan Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli məktubun məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair sənədlər, o cümlədən torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz saxlanılması üçün müvafiq arxiv idarəsinə təhvil verilmiş, bu səbəbdən də həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə olunmuş, onun texniki göstəriiclərinə dair müyainə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, müvafiq sənəd əsasında iddiaçının adına ayrılmış 0,06 ha torpaq sahəsi faktiki naturada mövcduddur, 4 tərəfdən mişar daşı, 1 tərəf yoldur, 3 tərəf qonşu torpaq sahəsidir, mübahisəli hal yoxdur, tikintialtı sahəsi 150.0 kv.m olan fərdi yaşayış evi və tikintialtı sahəsi cəmi 51,2 kv.m olan həyət tikililəri mövcuddur, torpaq sahəsi ümumi hasara alınmış 0,06 ha torpaq sahəsinin daxilində yerləşir, torpaq sahəsi kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmir, torpaq təyinatı üzrə istifadə olunur, ortofoto görüntüsü və sxem əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274- İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə’’nin 23- qü bəndinin adı çəkilən bələdiyyə qərarının qəbul edildiyi zaman qüvvədə olmuş mətninə əsasən bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edirdi.Göründüyü kimi, sadalanan maddi hüquq normasının məzmununa görə Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinin İddiaçı Qalib oğlunun mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 22 iyul 2004-cü il tarixli, 124 saylı qərarının qəbul edilməsi həmin torpaq sahəsinin alqı-satqı məbləğinin İddiaçı Qalib oğlu tərəfindən bələdiyyəyə ödənildiyinə dəlalət edir. Lakin Sumqayıt Bələdiyyəsi ilə Azərbaycan Respublikası Dövlət Arxivi arasında tərtib edilmiş və hər iki təşkilatın rəhbərlərinin imzası ilə təsdiq edilmiş “Elmi-əməli əhəmiyyətini itirmiş sənədlərin məhv edilməsinə dair" 30 may 2012-ci il tarixli akta əsasən Sumqayıt Bələdiyyəsində saxlanılan bir sıra arxiv sənədləri, o cümlədən 2000-ci ildən etibarən bələdiyyəyə edilmiş ödənişlərlə bağlı tərtib olunmuş kassa mədaxil orderinin qəbzləri (ödəniş qəbzləri) yandırılaraq məhv edilmişdir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, sözügedən torpaq sahəsinin ayrıldığı dövrdə torpaq sahəsinə dair alqı-satqı aktları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 3 nüsxədə tərtib edilərək X10 kitabında qeydiyyata alındıqdan sonra tərəflərə təqdim olunurdu.Bu səbəbdən İddiaçı Qalib oğlunun mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinin alqı-satqı aktının tərtib edilməməsi səbəbləri barədə hər hansı məlumata malik deyilik.Həmçinin, bildiririk ki, İddiaçı Qalib oğlunun mülkiyyətinə Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinin ayrılması barədə Sumqayıt Bələdiyyəsinin 22 iyul 2004-cü i! tarixli, 124 saylı qərarı qəbul edilərkən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Sumqayıt şəhərinin 21-ci mikrorayonunun eskiz layihəsindən çıxarış və torpaq sahəsinin planı tərtib edilərək bələdiyyəyə təqdim edilmişdir ki, həmin torpaqayırma sənədlərində İddiaçı Qalib oğlunun mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 21-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinin yerləşmə yeri ştrixlənərək 12/3 kimi qeyd edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının adına ayrılmış müvafiq torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yerinin fərqli olması, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair sənədin, torpaq sahəsinin alqı-satqısına dair aktın, müvafiq icra hakimiyyəti orqanın memarlıq xidmətinin rəyinin əlavə edilməməsi halına istinad edərək, hüququn dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Məhkəmə kollegiyaıs işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçının tələbi məhz ona müvafiq qərarla ayrılmış 12/3 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adına ayrılmış torpaq sahəsi 12/3 faktiki olaraq üçüncü şəxs X2 istifadəsindədir, habelə üçüncü şəxsin adına müvafiq bələdiyyə qərarı ilə ayrılmış 23/2 saylı torpaq sahəsi isə iddiaçının faktiki istifadəsindədir. İndiki halda üçüncü şəxs sənəd üzrə iddiaçının adına ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin, iş materiallarından görünür ki, müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış torpaq sahəsinin yeri məhz 12/3 kimi, üçüncü şəxsin adına ayrılmış torpaq sahəsi 23/2 kimi ştrixlənmiş, yerin dəyişdirilməsi hər hansı texniki səhv olaraq baş verməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhz sənəd üzrə ayrılmış torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Belə ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər məhz 12/3 saylı torpaq sahəsi ilə bağlı olmuşdur. Bundan əlavə, faktiki istifadəçi qismində çıxış edən şəxs də həmin torpaq sahəsinin iddiaçının adına ayrıldığını bildiyini, onun adına hüququn dövlət qeydiyyatına alınmasına etiraz etmədiyini bildimişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə imtina və şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası imtina və şikayətin digər dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən həmin torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödənildiyi və ödəniş qəbzi yandıralaraq məhv edildiyindən, bələdiyyə tərəfindən təqdim edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin öədnilməsi halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də cavabdehin arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə araşdırması zamanı müvafiq bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının tərtib edilməməsi səbəbləri barədə məlumatın mövcud olmaması halı müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən alqı-satqı aktının və müvafiq memarlıq idarəsi tərəfindən rəyin tərtib edilməsi müvafiq bələdiyyənin və inzibati orqanın səlahiyyətlərinə aid olmaqla, onların öhdəlik daşıdığı hal kimi çıxış etmişdir. İndiki halda həmin sənədlərn mövcud olmaması halı məhz inzibati orqanların öz səlahiyyətlərinin lazimi qaydada və vaxtında icra etməməsi nəticəsində ortaya çıxmışdır. Bu halda, iddiaçının təqsiri ilə əhatə olunmayan və onun məsuliyyət daşımadığı hala görə onun mövcud olan hüquqlarının məhdudlaşdırılması qanunvericiliyin norma və prinsiplərinin, ən əsası mütənasiblik prinsipinin tələbinə ziddir. Bu baxımından məhkəmə kollegiyası hesba edir ki, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, həmin inzibati akt əmlak üzərində hüququn yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qimsində çıxış etdiyindən, habelə hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin imtina və şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 600 kv m 12/3 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, müvafiq sənəd üzrə iddiaçının adına ayrılmış torpaq sahəsi 12/3 nömrəli 600 kv.m torpaq sahəsi olduğundan, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2878/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 124 saylı protokolu ilə ayrılmış Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən 600 kv.m. 12/3 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.