Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-227/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, X2 katibliyiilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon Armudpadar bələdiyyəsinin 04 fevral 2002-ci il tarixli 3 saylı qərarı ilə mərhum qızı X3 fərdi mənzil tikintisi üçün Xaçmaz rayonu, Padar kəndi ərazisindən ayrılmış 800 m2 torpaq sahəsinə mülkiyyət sənədlərinin hazırlanıb verilməsindən imtinasını əsassız hesab etməklə cavabdehin üzərinə X3 adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(118)-1583/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Armudpadar bələdiyyəsinin 04 fevral 2002-ci il tarixli 3 saylı qərarı ilə mərhum qızı X3 fərdi mənzil tikintisi üçün Xaçmaz rayonu, Padar kəndi ərazisindən ayrılmış 800 m2 torpaq sahəsinə mülkiyyət sənədlərinin hazırlanıb verilməsindən imtinasını əsassız hesab etməklə cavabdehin üzərinə X3 adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, övladı X6 xx.xx.2002-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. Xaçmaz rayon Armudpadar bələdiyyəsinin 04 fevral 2002-ci il tarixli 3 saylı qərarı ilə mərhum qızı X4 fərdi mənzil tikintisi üçün Xaçmaz rayonu Padar kəndi ərazisindən 800 kv.m torpaq sahəsi ayrılmış, torpaqların alğı-satqısına dair akt ləğv olunmuş DT və XK-nin Xaçmaz rayon şöbəsində 17 fevral 2003-cü il tarixdə 81 sayla qeydə alınmışdır. Ləğv olunmuş DT və XK-nin Xaçmaz rayon şöbəsinin Armudpadar bələdiyyəsinə ünvanladığı xx.xx.2001-ci il tarixli 239 nömrəli arayışda qızına ayrılmış torpaq sahəsinin bələdiyyənin perspektiv inkşaf torpaqlarına aid olması və alğı-satqı haqqında əsasnaməyə uyğun olması göstərilmişdir. Torpaq sahəsi 2002-ci il tarixdə ayrılandan sonra naturada istifadəsinə verilmiş və hazırda da ailəsinin istifadəsindədir. Armudpadar bələdiyyəsinin 10 oktyabr 2003-cü il tarixli 1 saylı qərarı ilə oğlu X5 da Padar kəndi ərazisindən 800 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi ilə mərhum qızına ayrılmış 800 kv.m torpaq sahəsi yanaşıdır. Bu da Xaçmaz rayonu Armudpadar bələdiyyəsinin Padar kəndinin baş sxemindən ləğv olunmuş DT və XK-nın Xaçmaz rayon şöbəsinin müdirinin təsdiqlədiyi çıxarışda da əksini tapır. X4 ayrılmış göstərilən 800 kv.m torpaq sahəsini vərəsəliklə adına keçirtmək üçün Xaçmaz rayon 1 saylı notariat ofisinə müraciət etmiş, ona Xaçmaz rayonu Padar kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mərhum X3 hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmək tövsiyə olunmuşdur. xx.xx.2021-ci il tarixli ərizə ilə həmin orqana müraciət etmiş, lakin imtina cavabını almışdır. Qeyd olunan imtina əsassızdır. Belə ki, Xaçmaz rayon Armudpadar bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 3 saylı qərarı ilə X4 800 kv.m torpaq sahəsi satılmasına icazə verilmiş və X4 təqdim olunmuş bələdiyyənin göstərilən sənədi bələdiyyənin möhürü ilə təsdiqlənmişdir. Habelə torpaqların alğı-satqısına dair aktda Armudpadar bələdiyyəsinin və ləğv olunmuş DT və XK-nin Xaçmaz rayon şöbəsinin möhürləri ilə təsdiqlənmişdir. Eynilə Padar kəndinin baş sxemindən çıxarışda Armudpadar bələdiyyəsinin və ləğv olunmuş DT və XK-nin Xaçmaz rayon şöbəsinin möhürü ilə təsdiqlənmişdir. Torpağın dəyərinin ödənilməsi 15 yanvar 2003-cü il tarixli 8 saylı qəbz ilə təsdiq olunur. Göründüyü kimi torpaq sahəsinin ayrılaraq X1 tam qanuni əsaslarla olmuşdur. Xaçmaz rayonu Armudpadar bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 3 saylı protokolunun qərar hissəsində X4 verilmiş 0.08 ha torpaq sahəsi barədə qeydin yazılmaması torpaq sahəsi alan vətəndaşın günahı deyildir, protokola qeydin yazılıb-yazılmamasını yoxlamaq səlahiyyəti vətəndaşa verilməmişdir. Ona görə də cavabdehin üzərinə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair öhdəlik qoyulmalıdır.
3. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırılmış və xx.xx.2021-ci il tarixli **********84 saylı cavab məktubunda bildirilmişdir ki, təqdim dilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş 0.08 ha torpaq sahəsi Xaçmaz rayon Armudpadar bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 03 saylı qərarı ilə verilmiş, ərizəyə əlavə olunmuş Xaçmaz rayon Yergüc bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 35 nömrəli arayışında Xaçmaz rayon Armudpadar bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 03 saylı protokolunun qərar hissəsində vətəndaş X4 verilmiş 0.08 ha torpaq sahəsi barədə qeyd yazılmamışdır. Ona görə də ərizənin icrası idarə tərəfindən mümkün olmamışdır. Həmçinin vətəndaş tərəfindən qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə bağlı heç bir münasibət bildirilməmişdir. Bununla da torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(118)-1583/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 04 fevral 2002-ci il tarixli 3 saylı qərarı ilə Xaçmaz rayon Padar kəndi ərazisində mərhum X4 ayrılmış 800 m2 torpaq sahəsi üzərində X3 adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qoyulması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov)
5. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
11. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
12. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları
6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.
Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları
7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 24. İşin hallarının obyektiv araşdırılması
24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
18. Hazırki işin hallarından görünür ki, X4 Xaçmaz rayon Armudpadar bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 03 nömrəli qərarı əsasında 800 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi 03 sentyabr 2001-ci ildə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra X4 təhvil verilmiş və bu barədə müvafiq sənəd rəsmiləşdirilmişdir. Torpaq sahəsinin dəyəri olan 887.892 manat 15 yanvar 2003-cü ildə 8 saylı qəbz əsasında Armudpadar bələdiyyəsinin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı mərhum qızı X3 adına ayrılmış 800 m2 torpaq sahəsi üzrə yaranmış onun mülkiyyət hüquqlarını DƏDRX-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir.
19. Cavabdeh imtinasında göstərmişdir ki, Armudpadar bələdiyyəsi tərəfindən xx.xx.2002-ci il tarixli 03 nömrəli protokolun qərar hissəsində X4 torpaq sahəsinin ayrılması haqqında qeydlər aparılmamışdır. Bundan başqa, torpaq sahəsinin yerləşdiyi yer məlum deyil və həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır.
20. Cavabdehin iddiaçının hüququnu qeydə almaqdan imtina əsası və apellyasiya şikayətinin eyni dəlili - Armudpadar bələdiyyəsi tərəfindən xx.xx.2002-ci il tarixli 03 nömrəli protokolun qərar hissəsində X4 torpaq sahəsinin ayrılması haqqında qeydlər aparılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin sorğusuna Xaçmaz rayon Yergüc bələdiyyəsinin 48 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Xaçmaz rayon Armudpadar bələdiyyəsi 2010-cu ildən Yergüc bələdiyyəsinə birləşdirilərək Yergüc bələdiyyəsi kimi fəaliyyət göstərir. Həmin dövrdən Armudpadar bələdiyyəsinə aid protokollar və torpaqayırma sənədləri arxivə təhvil verilməyərək Yergüc bələdiyyəsinin xidməti otağında toplanmışdır. Armudpadar bələdiyyəsinə aid sənədlərin araşdırılması zamanı Padar kənd sakini X4 0,08 ha həyətyanı torpaq sahəsi ayrılması ilə əlaqədar Armudpadar bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 02 saylı protokolunda gündəlik məsələ kimi qeydə alınmışdır. xx.xx.2002-ci il tarixli 03 saylı protokol Xaçmaz rayonu Armudpadar bələdiyyəsinin sənədləri arasında yoxdur.
21. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2002-ci il tarixli 03 saylı protokolun olmaması F.Kərimovaya qanuni əsaslarla torpaq sahəsinin ayrılmaması anlamına gəlmir.
22. İddiaçının da göstərdiyi kimi onun qızına Xaçmaz rayon Armudpadar bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 03 nömrəli protokolu ilə deyil, xx.xx.2002-ci il tarixli 03 nömrəli qərarı ilə torpaq sahəsi ayrılmışdır.
23. İşdə olan Xaçmaz rayon Armudpadar bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 03 saylı qərarından görünür ki, Padar kənd sakini X4 fərdi mənzil tikintisi üçün 800 kv.m torpaq sahəsinin satılmasına icazə verilmişdir.
24. X4 0,08 ha torpaq sahəsinin ayrılması isə Armudpadar bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 02 saylı protokolunda gündəlik məsələ kimi qeydə alınmışdır.
25. Bundan başqa, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin 28 oktyabr 2008-ci ilə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Qanunun qeyd olunan maddəsindən məlum olur ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmadan öncə DTXK-nın müvafiq rəyi alınmalıdır. Nəzərə alınmalıdır ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DTXK-nın verməli olduğu rəyin məqsədi qeyd olunan torpaq sahəsinin keyfiyyəti, kateqoriyası, dövlət və ya xüsusi mülkiyyətdə olub-olmamasını, o cümlədən torpaqların vahid registrinin həyata keçirmək məqsədi daşıyırdı. Belə ki, 04 may 2015-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” 1-ci bəndinin 3-cü hissəsinə görə komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhz bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahələri ayrılmamışdan öncə DTXK-nin müvafiq rəyinin alınması məcburi xarakter daşıyırdı. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq rəyin DTXK-dən əvvəlcədən və ya sonradan alınmadan torpaq sahəsinin ayrılması ciddi qanun pozuntusu hesab olunardı.
26. Apellyasiya şikayətinin torpaq sahəsinin yerləşdiyi yerin məlum olmaması və həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən məsələ ilə bağlı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir.
27. Xidməti araşdırma aparmaq inzibati orqanın vəzifəsidir və təqdim olunmuş sübutlar yetərli olmadıqda inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
28. Beləliklə işdən görünür ki, mərhum X4 torpaq sahəsi Armudpadar bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 03 nömrəli qərarı ilə qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir (DTXK-nin müvafiq rəyinin olması, alğı-satqı aktının olması, bələdiyyənin hesabına müvafiq ödənişlərin edilməsi və s).
29. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməsindən cavabdehin imtinası qanuni hesab edilə bilməz. Odur ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(118)-1583/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.