Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-227/2025 20.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mərhum həyat yoldaşı 1964-cü il təvəllüdlü X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralanması və yaralandığı üçün tərxis olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(118)-4578/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “mərhum həyat yoldaşı 1964-cü il təvəllüdlü X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralanması və yaralandığı üçün tərxis olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X5 xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. 1992-ci ilin avqust ayında Sumqayıt şəhər Hərbi Komissarlığı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi) tərəfindən təkrar hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Birinci Qarabağ müharibəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tərkibində XX.08.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi döyüş yolu keçmişdir. Nizami İsgəndərov xx.xx.1992-ci il tarixdə Ağdərə rayonu ərazisində gedən döyüş əməliyyatları zamanı mina partlayışı nəticəsində qarının, aşağı ətrafların çoxsaylı qapalı qəlpə yaraları xəsarətini almışdır. İlk tibbi yardım Kəlbəcər xəstəxananın cərrahiyyə şöbəsində göstərilmiş və yaraların cərrahi işləməsi həyata keçirilmişdir. xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində yerləşən 230 saylı Hərbi xəstəxanaya köçürülmüş və şöbədə müalicə almışdır (analgetiklər, iltihabəleyhinə, yerli sarğılar) Daha sonra Nizami İsgəndərov cərahi əməliyyatdan imtina etdiyinə və Bakı şəhərinə köçürülməyini təkid etdiyindən, müalicənin davam etdirilməsi üçün Bakı şəhəri Mərkəzi Hərbi Xəstəxanasına köçürülmüşdür. Bir müddət Bakı şəhəri Mərkəzi Hərbi Xəstəxanasında müalicə olunduqdan sonra xəstəliklə bağlı məzuniyyətə ehtiyacı olduğu üçün 21 günlük, yəni xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək məzuniyyətə çıxmışdır. Qeyd olunan diaqnoz “Hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 16 sentyabr 1992-ci il tarixli Arayışla təsdiq olunur. Göstərilən xəstəliklə əlaqədar mərhum həyat yoldaşına Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərə görə Sumqayıt Ş.Ş tərəfindən əlillik təyin edilmişdir. X7 Sumqayıt ŞHK-ı tərəfindən 032822 saylı, 13 avqust 1999-cu il tarixli müddətsiz əlillik vəsiqəsi verilmişdir. Həyat yoldaşı xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşı ölən günədək 2-ci qrup müharibə əlili kimi pensiyasını almışdır. Lakin həyat yoldaşına “Hərbi qulluqçıların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296-İQ saylı, 20 may 1997-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq sığorta ödənişi verilməmişdir. Mərhum həyat yoldaşı X5 1992-ci ilin avqust ayında hərbi təlimlərdə və döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin mərhum həyat yoldaşı X3 hərbi təlimlərdə və hərbi əməliyyatlarda hansı tarixlərdə iştirak etməsi ilə bağlı rəsmi məlumat yoxdur. xx.xx.1964-cü il təvəllüdlü X3 xx.xx.1992-cı ildən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi və 27 avqust 1992-ci ildə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini yerinə yetirən zaman yaralanması barədə müvafiq arayışın alınması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə vəkil sorğusu göndərilmiş və həmin qurumdan xx.xx.2024-cü il tarixli, 1370 saylı imtina məktubunda cavab olaraq bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.1993-xx.xx.1993-cü il tarixli “Şəxsi heyətin qayıtmaz itkiləri, itkin düşənlərin və yaralılar haqqında məlumatlar” qovluğunda qeyd olunmuş “N nömrəli hərbi-hissənin yaralananlarının siyahısında” (əsas: səh-36, sıra 154, məlumat hərbi hissə komandiri və hərbi hissənin qərargah rəisi tərəfindən möhür və imza ilə təsdiqlənməmişdir) X3 xx.xx.1992-ci il tarixdə Qızıl-Qayada yaralanması barədə məlumat vardır. Qeyd edilmişdir ki, “N nömrəli hərbi-hissə komandirinin nizami hissə üzrə əmrləri, N nömrəli hospitalın sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından X3 xidməti və yaralanması barədə əlavə araşdırma apara bilmirlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi mümkün sayıla bilməz. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan sənədlərdən görmək olar ki, İsgəndərov N.N. xx.xx.1992-ci il tarixdə yaralanması barədə məlumat var. Lakin N nömrəli hərbi hissə üzrə əmrləri və N nömrəli hərbi hissənin sənədləri arxivdə olmadığından xidməti və yaralanması barədə əlavə araşdırma aparılması mümkün deyil. Arxivin məktubunda (xx.xx.2024, 1370) olan sözlər orada saxlanılan sənədlərdə necə göstərilibsə, elə də verilib, arxiv orada dəyişiklik edə bilməzdi, əks təqdirdə bu hal arxiv işinin aparılması prinsipinə və arxiv işi sahəsində dövlətin vəzifələrinə zidd olardı. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən: "arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, uçotunu, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələridir.” İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görmək olar ki, X1 əlili olmuşdur (müddətsiz verilmişdir). O, müharibə əlili kimi pensiyasını almışdır, (iddia ərizəsinin birinci abzası) Pensiya təyin olunmuşdursa, deməli ona əsas olan sənədlərə baxış keçirilməli idi. (Bununla bağlı əgər iddiaçıya müvafiq qurum tərəfindən imtina olunubsa, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşıya bilməz, çünki bu onun səlahiyyətlərinə aid deyil.) Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş müvəqqəti vəsiqədə N.N.İsgəndərovun 1992-ci ildə yarlanması və 2-ci qrup Qarabağ əlili olması göstərilmişdir. Qeyd etmək lazımdır ki, mərhuma aid olan bütün sənədlər qeydiyyatda olduğu hərbi komissarlıqda olan şəxsi işində olmuşdur. Mərhumun hərbi biletində xidməti və ehtiyata buraxılması barədə məlumatlar və qeydlər ola bilərdi (şəxsin özündə saxlanılır), lakin həmin sənəd olmadığından və onun yerinə verilmiş müvəqqəti vəsiqəni və orada olan qeydlər Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən aparıldığından və həmin yazıların əsasları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsində saxlanıldığından ora müraciət etməlidir. (Bununla bağlı əgər iddiaçıya müvafiq qurum tərəfindən imtina olunubsa, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşıya bilməz, çünki bu onun səlahiyyətlərinə aid deyil.) Həmçinin onu da bildirmək lazımdır ki, 1992-ci ildə yaralanmış, xx.xx.2013-cü ildə Rusiyada ölmüş X3 yaralandığı üçün tərxis olunması barədə 2024-cü ildə yeni inzibati aktın qəbul edilməsi qanunvericiliyin müddəalarına ziddir. O da məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun mərhum həyat yoldaşına “Hərbi qulluqçuların şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə sığorta ödənişi verilməmişdir. (Bununla bağlı əgər iddiaçıya müvafiq qurum tərəfindən imtina olunubsa, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşıya bilməz, çünki bu onun səlahiyyətlərinə aid deyil.) Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarından görünür ki, X5 xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmiş, SSRİ MN 72 saylı xx.xx.1985-ci il tarixli əmrinə əsasən ehtiyata tərxis edilmişdir. Epikrizdən görünür ki, X5 xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək hər iki omba və baldırın ön səthinin qəlpə yaraları diaqnozu ilə 230 saylı hərbi xəstəxananın cərrahiyyə şöbəsində stasionar müalicədə olmuşdur. Yaralanma xx.xx.1992-ci tarixində Ağdərə rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı meydana gəlmişdir. xx.xx.1992-ci ildə Kəlbəcər xəstəxanasında yaraların cərrahı işlənməsi həyala keçirilmişdir. xx.xx.1992-ci ildə Gəncə şəhəri 230 saylı Hərbi Xəstəxanasına köçürülmüşdür. Şöbədə müalicə alıb: analgetiklər, iltihabəleyhinə, yerli sarğılar. Sağ ombanın ön daxili səthində orta üçdə bir hissəsində dərialtı toxumada bərk cisim (qəlpə) əllənir. Xəstə cərrahi əməliyyatdan qəti imtina etmişdir. Bakı şəhərinə köçürülməyə təkid edir. Sol baldırın ön səthində 2.5x0.5 sm ölçüdə eninə yerləşən 2 irinli yara var. Şöbənin yüklənməsini nəzərə alaraq, müalicənin davamı üçün Bakı şəhəri Mərkəzi Hərbi Xəstəxanasına köçürülmüşdür. (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Kliniki Hospitalının möhürü ilə təsdiq edilmişdir.) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın 16 sentyabr 1992-ci il tarixli arayışına əsasən N nömrəli hərbi hissədə çavuş rütbəsində olan X5 hərbihəkim komissiyası tərəfindən 16 sentyabr 1992-ci ildə müayinə edilmiş, Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanma ilə əlaqədar xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixədək xəstəlik üzrə məzuniyyətə ehtiyacı olduğu qeyd edilmişdir. X4 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərə görə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 2128 saylı iddiaçıya ünvanlanmış məktubunda 1964-cü il təvəllüdlü X3 N nömrəli hərbi hissədə xidmət keçərkən yaralanması barədə məlumatın mövcudluğu təsdiq edilmiş və AR MN-nin Mərkəzi Hərbi Poliklinikasının arayışına əsasən onun N nömrəli hərbi hissədə xidmət keçərkən yaralanması barədə məlumat təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.1993-xx.xx.1993-cü il tarixli “Şəxsi heyətin qayıtmaz itkiləri, itkin düşənləri və yaralılar haqqında məlumatlar” qovluğunda qeyd olunmuş “N N-li hərbi hissənin yaralananlarının siyahısında” (əsas: səh-36, sıra-154, məlumat hərbi hissə komandiri və hərbi hissənin qərargah rəsi tərəfindən möhür və imza ilə təsdiqlənməmişdir) X3 xx.xx.1992-ci il tarixdə Qızıl-Qayada yaralanması barədə məlumat vardir. N N-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri, 230 N-li hərbi hospitalın sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından X3 xidməti və yaralanması barədə əlavə araşdırma aparmaq mümkün olmamışdır. (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30 avqust 2024-cü il tarixli, 2511 saylı məktubu) Məhkəmə araşdırması zamanı mərhum X5 xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Gəncə hospitalında) stasionar müayinə və müalicədə olması barədə adına tərtib olunmuş 1838 N-li xəstəlik tarixindən çıxarılmış “çıxarış epikrizinin” təsdiq olunmuş kserosurəti və xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 N-li hərbi hissənin) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsi barədə adına tərtib olunmuş arxiv arayışı məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, 642 saylı məktubu) Təqdim edilmiş arxiv arayışında qeyd edilmişdir ki, mərhum X5 xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında (229 N-li hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: Qarının aşağı ətrafların çox saylı kor qəlpə yaraları. Müdafiə nazirinin 1987-ci il 260 N-li əmrin 39 “q” maddəsinin, İ bəndinə əsasən 21 (iyirmi bir) gün məzuniyyətə ehtiyacı olub. Yaralanma, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Əsas: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 N-li hərbi hissənin) 1992-ci ilə məxsus “Hərbi Həkim Komissiyasının İclas protokolu qeydiyyat” kitabının 23-cü səhifəsində olan, 1236-cı sayındakı qeyd. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2024-cü il, 3- 4350/2-2727/24 saylı məktubunda xx.xx.1964-cü il təvəllüdlü X3 tərxis olunması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində olan arxiv məlumatlarında heç bir təsdiqedici sənədin olmadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(118)-4578/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən müvafiq sorğular göndərilmiş və cavablar alınmışdır. Məhkəməyə təqdim olunan sorğuların cavablarından da aydın olur ki, mərhum həyat yoldaşı X3 xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Gəncə hospitalında) stasionar müayinə və müalicədə olması, xx.xx.1992-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 №-li hərbi hissənin) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsi, Müdafiə nazirinin 1987ci il 260 №-li əmrin 39 “q” maddəsinin, İ bəndinə əsasən 21 (iyirmi bir) gün məzuniyyətə ehtiyacı olduğu və yaralanması Azərbaycan Respublikasının müdafiəsi zamanı alması bir daha təsdiq olunmuşdur. Bütün bunlar ona əsas verir ki, mərhum həyat yoldaşı X5 birinci Qarabağ əlili kimi, onlara şamil olunan imtiyazlardan istifadə etməlidir. Lakin birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsas kimi qərarda qeyd etmişdir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən, habelə iddiaçı tərəfindən müvafiq arxiv materiallarında əlavə məlumatların olması barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən, iddiaçı tələbi üzrə xidmət barədə əmrlər əsasında yenidən araşdırma aparılması və onun tərxis olunması barədə arayışın verilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Cavabdehin imtinası qanuna zidd sayılmamalı və həmin imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1056/2022 saylı Qərarı) Qeyd edilənləri hazırki işə tətbiq edərək məhkəmə qeyd edir ki məhkəmə tədqiqatı zamanı hərtərəfli araşdırma aparılmış, müvafiq sorğular verilmişdir. İddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən cavab verilmişdir. Məhkəmə araşdırması zamanı isə arxiv materiallarında iddiaçının tələbi ilə bağlı əlavə məlumatların olması müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəfindən də bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, inzibati orqan tərəfindən iddiaçının hər hansı hüququnun pozulması halı olmamışdır. Bununla bağlı qeyd edilir ki, mərhum həyat yoldaşı X5 1992-ci ilin avqust ayında Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən təkrar hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Bütün bunlar məhkəməyə təqdim olunan sənədlərdə də öz əksini tapmışdır. Lakin N.İsgəndərovun hansı tarixdə çağırış üzrə getməsi və tərxis olunması barədə məlumatlar cavabdeh qurum tərəfindən məhkəməyə təqdim olunmamışdır. Əlavə olaraq qeyd edilir ki, mərhum həyat yoldaşı X3 vəzifəsi çağrışı üzrə getmək və döyüş əməliyyatlarında iştirak etmək olmuşdur. N.İsgəndərov da öz üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirmiş və qəhrəmancasına vuruşmuşdur. Onun hansı tarixdə çağırış üzrə getməsi və tərxis olunması tarixlərinin qeydiyyatının aparılması cavabdeh qurumun vəzifəsi olmuşdur. Həmin tarixlərin arxiv məlumatlarında aşkarlanmaması vətəndaşın günahı deyil və buna görə də vətəndaş əziyyət çəkməməlidir. Çünki onun birinci Qarabağ müharibəsi əlili kimi bütün imtiyazlardan istifadə etmək və o cümlədən Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296-İQ saylı, 20 may 1997-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq sığorta ödənişini almaq hüququna malikdir. Hal-hazırda da mərhum həyat yoldaşı həyatda olmadığından, həmin hüquqdan onun vərəsələri yararlanmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. İddiaçının tələbi mərhum həyat yoldaşı 1964-cü il təvəllüdlü X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralanması və yaralandığı üçün tərxis olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, məhkəmə qərarını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən, habelə iddiaçı tərəfindən müvafiq arxiv materiallarında əlavə məlumatların olması barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən, iddiaçı tələbi üzrə xidmət barədə əmrlər əsasında yenidən araşdırma aparılması və onun tərxis olunması barədə arayışın verilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Cavabdehin imtinası qanuna zidd sayılmamalı və həmin imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1056/2022 saylı Qərarı). Qeyd edilənləri hazırki işə tətbiq edərək məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı hərtərəfli araşdırma aparılmış, müvafiq sorğular verilmişdir. İddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən cavab verilmişdir. Məhkəmə araşdırması zamanı isə arxiv materiallarında iddiaçının tələbi ilə bağlı əlavə məlumatların olması müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəfindən də bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, inzibati orqan tərəfindən iddiaçının hər hansı hüququnun pozulması halı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya düzgün hüquqi yardım edilməmiş, eyni zamanda iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu düzgün yoxlanılmamış, hüquqi əsas olmadan iddia tələbinin əsaslığına qiymət verilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaya etirazında qeyd etdiyi dəlilləri əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının istədiyi məlumatı yox, həmin inzibati orqanda mövcud olan məlumatları iddiaçıya verə bilər. Bundan əlavə hazırkı iddia iddiaçının hüquqi marağına da uyğun deyil və bu da iddianın digər bir mümkünsüzlük əsasını təşkil edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 6-cı maddəsinin tələblərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmçinin sözügedən qərarın 8-ci bəndinin tələblərinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki iş üzrə materiallardan görünür ki, iddiaçı müxtəlif iddia tələbləri ilə məhkəmələrə müraciət etmiş, birinci instansiya məhkəmələrinin qərardadları ilə iddialara mahiyyəti üzrə baxılmamış müxtəlif qərardadlar qəbul edilmişdir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3431/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mərhum X4 verilməli olan 6600 manat sığorta pulunun ödənilməsi üçün tələb olunan digər zəruri sənədlərin aidiyyatı üzrə təmin olunaraq tərəflərinə təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qərardadı ilə iddiaçı tərəfindən qaldırılan iddia ilə bağlı əvvəlcədən cavabdeh inzibati orqana müraciət edilməməsi, bundan əlavə bir neçə cavabdehə qarşı iddia qaldırılaraq sığorta pulunun ödənilməsinin tələb edilməsi və iddia tələbinin qeyri-müəyyən olması, yəni hansı inzibati orqandan hansı sənədlərin tələb edilməsinin aşkar olmamasına istinad olunaraq iddia mümkün sayılmamışdır. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mərhum X4 verilməli olan 6600 manat sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1797/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçının istədiyi hüquqi nəticəni əldə etmək üçün düzgün iddia qaldırmadığına istinad olunaraq iddia mümkün sayılmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilərək izah olunmuşdur ki, iddiaçı ilk növbədə mərhum ərinin əlilliyinin səbəbli əlaqəsinin müəyyən edilməsi məqsədi ilə onun istinad olunan dövrdə hərbi xidmətdə olması və döyüş əməliyyatları zamanı yaralanmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə özünün yaşayış yeri üzrə ümumi məhkəməyə müraciət etməlidir. İddiaçı yenidən iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə qarşı “məlumatların verilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1911/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı 28 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ərizəsi təmin edilərək iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2627/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.1964-cü il təvəllüdlü X3 xx.xx.1992ci ildən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi və 27 avqust 1992-ci ildə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini yerinə yetirən zaman yaralanması faktının müəyyən edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin sözügedən qərardadı ilə yoxlanılan mübahisənin həllinin ümumi məhkəməyə aid olmamasına istinad olunaraq ərizənin qəbul edilməsindən imtina olunmuşdur. Həmçinin ərizəçiyə izah edilmişdir ki, o, döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sənədlərin əldə edilməsi üçün müvafiq səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə isə səlahiyyətli subyektin imtinasını inzibati qaydada mübahisələndirə bilər. İddiaçı tərəfindən qeyd edilən məhkəmə aktlarından yuxarı instansiya məhkəmələrinə şikayət edilməmiş, onun çatmaq istədiyi nəticəyə uyğun əlverişli hüquq müdafiə vasitələrindən istifadə edilməmiş, eyni zamanda məhkəmələr tərəfindən də iddiaçıya hüquqi yardım edilməmiş, ya da düzgün olmayan hüquqi yardım edilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı müxtəlif iddia tələbləri ilə müraciət etsə də, onun əsas hüquqi marağı sığorta ödənişinin həyata keçirilməsinə nail olmaqdan ibarət olmuşdur. Lakin birinci instansiya məhkəmələri tərəfindən iddiaçıya düzgün hüquqi yardım edilməməsinin və iddiaçının əlverişli olmayan hüquq müdafiə vasitələri seçməsinin nəticəsi olaraq, iddiaçı tərəfindən fərqli tələblərlə məhkəmələrə müraciət edilmiş və uzun müddət keçməsinə baxmayaraq onun əsas tələbi üzrə iddiaya baxılması mümkün olmamışdır. Hazırkı işdə də iddiaçı tərəfindən düzgün hüquq müdafiə vasitəsi seçilməmiş “mərhum həyat yoldaşı 1964-cü il təvəllüdlü X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralanması və yaralandığı üçün tərxis olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi məhkəmədən xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 nömrəli qərarının 6.2-ci bəndinin tələbinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Kollegiya hesab edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi ilə bağlı əvvəlcə müvafiq inzibati orqana müraciət etməli, müraciəti inzibati orqan tərəfindən imtina məktubu ilə cavablandırıldığı təqdirdə isə qeyd olunan tələblə birinci instansiya məhkəməsində iddia qaldırmalıdır. Belə ki, iş materiallarından da görünür ki, X5 xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmiş, SSRİ MN 72 saylı xx.xx.1985-ci il tarixli əmrinə əsasən ehtiyata tərxis edilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, X4 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərə görə 13 sentyabr 2001-ci il tarixdən ikinci dərəcə əlillik təyin edilmişdir. AZ-İ 610011 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 28 yanvar 2013-cü il tarixində vəfat etmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; Eyni zamanda, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1513 nömrəli Fərmanı ilə qərara alınmışdır:
1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə - 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə - 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə -4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1-1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. Həmçinin istinad olunan Fərmanın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”na əsasən: 1.2. Birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra - birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: ... 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 3.1. Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə - 8 800 manat; 3.1.2. İİ dərəcə əlilliyə görə - 6 600 manat; 3.1.3. İİİ dərəcə əlilliyə görə - 4 400 manat; 3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1-3.1.3-cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində. ... 2.8. Birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşlarının vərəsələri bu Qaydanın 2.6-cı və 2.7-ci bəndləri nəzərə alınmaqla, əlavə olaraq aşağıdakı sənədləri də təqdim etməlidirlər: 2.8.1. birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi; 2.8.2. vərəsəlik hüququ haqqında şəhadətnamə. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd olunan normaların tələbini nəzərə almaqla hüquqi marağına uyğun olaraq sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi ilə bağlı əvvəlcə müvafiq inzibati orqana müraciət etməli, müraciəti inzibati orqan tərəfindən imtina məktubu ilə cavablandırıldığı təqdirdə isə qeyd olunan tələblə birinci instansiya məhkəməsində iddia qaldırmalıdır. Belə ki, iddiaçının hüquqi marağına oxşar mübahisəyə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2409/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, iş üzrə cavabdeh qurumun imtina dəlili mərhum X5 1997-ci il 2 avqust tarixinədək xidmət dövründə aldığı xəsarətlə əlaqədar əlilliyinə dair məlumatların aşkar olunmaması, həmçinin onun əlilliyini təsdiq edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarışın təqdim edilməməsi barədə olmuşdur. Lakin iş materialları üzrə mərhum X6 məxsus pensiya işində olan pensiyaçının uçot vərəqinə əsasən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması ilə bağlı 2 (ikinci) qrup əlilliyə görə xx.xx.1995-ci ildə ilkin pensiya təyin edildiyi müəyyən olunur. Mərhumə məxsus hərbi biletə əsasən isə onun xx.xx.1993-cü ildə Beyləqan rayon komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldığı, xx.xx.1994-cü il tarixdə mina partlayışı nəticəsində sol baldır sümüklərinin açıq sınıq travması aldığı, xx.xx.1995-ci ildə ehtiyata buraxıldığını nəzərə alsaq, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində göstərilən sığorta hadisəsinin baş verdiyini təsdiqləmək mümkündür. Həmin işdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olmuş, tələb isə “sığorta ödənişinin vərəsə kimi iddiaçıya ödənilməsi” olmuşdur, eyni zamanda təqdim edilən sənədlərə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Göründüyü kimi bu kateqoriya işlərlə bağlı məhkəmə təcrübəsi də vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən inzibati orqana təqdim edilməli olan sənədlər barədə məlumatlar tam olmadığı və inzibati orqan tərəfindən bu əsasla imtina edildiyi halda, həmin inzibati mübahisə üzrə işə baxılan zaman işin hallarına məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, bu cür hüquq müdafiə vasitəsi prosessual qənaət və hüquqi müəyyənlik prinsipinə də uyğundur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya düzgün hüquqi yardım etməmiş, eyni zamanda iddianın mümkünlük şərtlərini tam yoxlanılmadan, mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin halları diqqətdən qaçırmış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Eyni zamanda iddiaçıya izah edilsin ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2409/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli qərarında qeyd edilən hüquqi mövqeyi mövcud məhkəmə təcrübəsi kimi nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sığorta ödənişinin vərəsə kimi ona ödənilməsi tələbi ilə müraciət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik etdiyi halda isə, qanunvericilikdə nəzərədə tutulmuş qaydada müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(118)-4578/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5