Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-229/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1988- 2006-ci illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın yenidən hesablanaraq ödənilməsi və təyin edilmiş pensiyanın 38 il 4 ay xidmət illərinə hesablanaraq 97 % hesabı ilə ödənilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-727/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1988-2006-ci illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın yenidən hesablanaraq ödənilməsi və təyin edilmiş pensiyanın 38 il 4 ay xidmət illərinə hesablanaraq 97 % hesabı ilə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikası DİN Maliyyə-Plan İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. 1981ci ildən 2006-cı ilin fevral ayının sonunadək daxili işlər orqanlarında xidmət etmişdir. 2006cı ilin fevral ayında yaşa görə pensiyaya çıxmışdır. İşdən aza edilərkən istifadə etmədiyi 19 il üçün ona məzuniyyətə görə kompensasiya hesablanıb ödənilməmişdir. Dəfələrlə məzuniyyətdən istifadə etmədiyi illərə görə kompensasiya verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. DİN Maliyyə-Plan İdarəsi özünün 06.12.2019-cu il tarixli məktubu ilə 1988-2004-cü illərin (16 il) məzuniyyətdən istifadə etmədiyinə görə xidətdən xaric olduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşları əsasnda ona 720 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçı həmin cavabla razılaşmır. Belə ki, 1988-2006-cı illərdə məzuniyyətdə olmamışdır. Beləliklə, ona 19 ilə görə kompensasiya ödənilməlidir. Digər tərəfdən o, kompensasiyanın məbləği ilə razılaşmır, ona ödənilmiş kompensasiya 2006-ci ilin deyil, 2019-cu ilin dekabr ayından əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən ödənilməlidir. Cavabdeh qeyd etmişdir ki, İddiaçı Sumqayıt şəhər Poils İdarəsi PPXT-nin manqa komandiri vəzifəsindən, polis baş serjantı rütbəsi ilə yaşa görə 23.02.2006-cı il tarixdən daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan tərxis olunduğu tarixə pensiya təyinatı üçün xidmət müddəti təqvimi hesablama ilə 26 il 9 ay 8 gün, imtiyazlı xidmət müddəti 32 il 18 gün təşkl etmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən 32 il xidmət illəri nəzərə alınaraq müvafiq təminat xərcliyinin 91 faiz hesabı ilə pensiya təyin edilmiş və 31.12.2006-cı il tarixədək DİN tərəfindən ödənilmişdir. İstifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya ilə bağlı Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilmiş və müəyyən edilmişdir ki, İddiaçı 16 il, yəni 1988-2004-cü illərdə istifadə etmədiyi məzuniyyətə görə 720 manat pul kompensaisyası ödənilmişdir. Həmin məbləğ onun xaric olunduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşları əsasında hesablanmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-727/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim V.Əzizova). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-727/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, kompensasiya 19 ilə görə ödənilməlidir. Kompensasiya məbləği ilə razılaşmır. Belə ki, Əmək Məcəlləsinə görə həmin Məcəllənin tələbləri daxili işlər orqanlarında çalışanlara da şamil edilir. 1988-ci ildən 01.07.1999-cu ilə qədər (hal-hazırda qüvvədə olan ƏM-nin qüvvəyə mindiyi tarixədək) və 01.07.1999-cu ildən fevral 2006-cı ilə qədər olan dövrlərin məzuniyyətinə görə ödənişlər ayrı-ayrılıqda aparılmalıdır. Həm də bu zaman ƏM-nin 140.1 maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə yuxarıda göstərilən qanunlara deyil, “AR-nin daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə istinad etməklə tətbiq etməli olmayan hüquq normalarına istinad etmişdir. İddia tələbinin “pensiyanın 95% hesabı ilə hesablanması hissəsinə” gəldikdə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məzuniyyət iş illərində deyil, işdən çıxarkən verilmişdir. Həmin illər (19 il) ümumi iş stajına əlavə olunmalıdır. Bu da 2 il 4 ay deməkdir və 32 ilə görə 97% hesabı ilə pensiya təyin edilməlidir. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını və onun vəkilini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-727/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş 15.01.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə əsasən 1988-2004-cü illər üçün məzuniyyətlərdən istifadə etmədiyinə görə DİO-dan xidmətdə xaric olunduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşlarına əsasən 720 manat pul kompensasiyası hesablanmışdır. Azərbaycan Respublikası DİN Maliyyə-Plan İdarəsi 16.11.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı Sumqayıt şəhər Poils İdarəsi PPXT-nin manqa komadiri vəzifəsindən, polis baş serjantı rütbəsi ilə yaşa görə 23.02.2006-cı il tarixdə daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan tərxis olunduğu tarixə pensiya təyinatı üçün xidmət müddəti təqvimi hesablama ilə 26 il 9 ay 8 gün, imtiyazlı xidmət müddəti 32 il 18 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası 7 fevral 2006-cı il tarixli Qanununa əsasən 32 il xidmət illəri nəzərə alınaraq müvafiq təminat xərcliyinin 91 (daxili işlər orqanlarından yaşa görə xaric olunduğuna görə 20 il xidmət üçün müvafiq təminat xərcliyinin 3 faiz hesabı ilə : 12 il x 3 faiz = 36 faiz, 36 faiz+ 55 faiz = 91 faiz) faiz hesabı ilə pensiya təyin edilmiş və 31.12.2006-cı il tarixədək DİN tərəfindən ödənilmişdir. İşin hallarından görünür ki, İddiaçı ona istifadə etmədiyi əmək məzuniyyəti üçün pul kompensasiyasının ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 06 dekabr 2019-cu il tarixli məktubu ilə 1988-2004-cü illər üçün məzuniyyətlərdən istifadə etmədiyinə görə DİO-dan xidmətdə xaric olunduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşlarına əsasən iddiaçıya 720 manat pul kompensasiyası hesablandığını bildirmişdir. İddiaçı həmin məbləğlə razılaşmamış, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 1988-2006-cı illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın yenidən hesablanaraq ödənilməsi və təyin edilmiş pensiyanın 38 il 4 ay xidmət illərinə hesablanaraq 97 % hesabı ilə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 88-ci maddəsinə əsaslanmış və qeyd etmişdir ki, istifadə etmədiyi məzuniyyətə görə kompensasiya aldığından iddiaçı həmin müddətin xidmət illərinə əlavə edilməsi və buna uyğun olaraq pensiyasının artırılmasını tələb etməkdə haqlı deyildir. İddiaçı qərarı o əsasla mübahisələndirmişdir ki, kompensasiya 19 ilə görə ödənilməlidir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 88-ci maddəsinə görə əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli məktubundan görünür ki, 23.02.2006-cı il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş İddiaçı sonuncu vəzifəsi Sumqayıt ŞPİ-nin PPXT-nin manqa komandiri, xüsusi rütbəsi isə polis baş serjantı olmuşdur. Həmin vaxt İddiaçı tutduğu vəzifəyə görə maaşı 37 manat, rütbə maaşı 8 manat təşkil etmişdir. Qeyd olunmalıdır ki, daxili işlər orqanları əməkdaşlarına əsas məzuniyyət təqvim ili ərzində 30 gün müddətində verilir. N. İsmayılov 1988-2004-cü illərdə (cəmi 16 il) 480 gün əsas məzuniyyətdən istifadə etməmişdir. İddiaçı xidmətdən xaric olunduğu 2006-cı ildə “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarının 1 nömrəli əlavəsinin 13-cü bəndinə uyğun olaraq istifadə olunmamış məzuniyyətə görə kompensasiya yalnız xidmətdən tərxis olunmuş əməkdaşlara vəzifə və xüsusi rütbə maaşlarından hesablanaraq ödənilirdi. İddiaçı da tutduğu vəzifəyə (37 manat) və rütbəsinə görə maaşı (8 manat) əsasında 1988-2004-cü illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 720 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçı daxili işlər orqanlarından xaric edilərkən tutduğu PPX nizami hissəsinin manqa komandiri vəzifəsinə görə maaş hazırda 565 manat, rütbəyə görə maaş 117 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin kompensasiyanın 2019-cu ilin dekabr ayından əvvəlki 12 təqvim ayına uyğun olan orta əmək haqqına əsasən ödənilməli olduğunu bildirsə də, yuxarıda göstərilən normanın mənasından görünür ki, istifadə edilməyən məzuniyyətə görə kompensasiya işçinin həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilməlidir. Bu səbəbdən hazırkı iddia əsaslı hesab oluna bilməz. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-727/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-727/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-229/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-229/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver